Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cəmiyyət qaçırılan qızları sevmir?
Cəmiyyət qaçırılan qızları sevmir?
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 547
Səs ver:
Poçtumuza gələn sualları hüquqşünas Kamran Məmmədov, psixoloqlar Elnur  Bayramov və Arzu Cavadova cavablandırırlar.
Asya Hüseynova: Qaçırılan qızlarda psixoloji problem yaranırmı?
Psixoloq Elnur Bayramov: Qaçırılan qızların çoxu qarşılıqlı razılıq əsasında bu addımı atır. Əgər zorla qaçırılıbsa, əks cinsin nümayəndəsini, yəni "əri”ni sevmirsə və onunla bir yerdə yaşamaq məcburiyyətindədirsə, təbii ki, psixoloji narahatçılıq və gərginlik davamlı olaçaq.
Ola bilər, uşaq doğulduqdan sonra gərginlik nisbətən yumşalsın. Qadın zərif məxluqdur, güclü çinsin nümayəndəsinə etibar edir. Ondan güc tətbiqi gördükdə inam və etibar hissi azalır. Bu güvənsizlik onu bütün həyatı boyu müşayiət edə bilər.
Seymur Ələkbərzadə: Qaçırılmalarla qurulan izdivacların boşanma ehtimalı nə qədərdir?
Psixoloq Elnur Bayramov: 50 il bundan öncəyə qədər rayonlarımızda da, şəhərlərdə də qaçırılma ilə qurulan ailələr normal yolla qurulan ailələr kimi qəbul edilirdi. İnsanlar qız qaçırılmasına o qədər adi baxırdılar ki, sanki bu belə də olmalıdır.
Amma son dövrlər qaçırılma ilə qurulan ailələrdə boşanmaya meyl artır. Təbii ki, söhbət məcburi qacırılmadan gedir. Bunun səbəbləri informasiya bolluğu, gender bərabərliyinin güclənməsidir.
Sahilə Fərmanqızı: Qaçırılan qız ata evinə qayıtmaq istəyəndə cəmiyyətin qınağı niyə sərt olur?
Psixoloq Elnur Bayramov: Bu adət-ənənədən, milli mentalitetdən irəli gəlir. Əvvəllər belə bir ifadə var idi, bəzi bölgələrdə bu gün də qalıb: "Ər evi, gör evi”. Əgər qız qaçırılıbsa, əlinə bir kişi əli dəyibsə məhz onunla yaşamalı, evlənməlidir. Bir fərdin səhv düşüncəsi və fikri cəmiyyəti yönəldə bilir. Bu sterotipi aradan qaldırmaq gərəkdir. 10 il, 20 il, bəlkə də 50 il istəmədiyin, sevmədiyin, qəbul etmədiyin birisi ilə yaşamaq dözülməzdir.
Xəyal Sarıyev: Əgər mən qız qaçırsam bu, adam oğurluğu hesab olunurmu?
Hüquqşünas Kamran Məmmədov: Bir insanı zorla, əl-qolunu bağlayaraq istəmədiyi bir şeyə məcbur etmək, qaçırmaq cinayətdir. Qız şikayətçi olmasa, qanunla bu cinayət sayılmır. Şikayət edərsə, qarşı tərəf Cinayət Məcəlləsinin 144.1 maddəsi ilə mühakimə edilir.
Adam oğurluğuna görə cəzanı nəzərdə tutan bu maddəylə qız qaçıranı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir. Cinayət Məcəlləsinin 144.2.3. maddəsinə görə, hadisə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, cəza artır. Bu halda həmin şəxslər 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.
Amma qanunvericilikdə qaçırılan qızın ona dəymiş fiziki, mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbi barədə heç bir maddə yoxdur.
Mədət Xasıyev: Zorla qaçırılan qızlar psixoloji zədə almırlar ki?
Psixoloq Arzu Cavadova: Zorla qaçırılan qızlarda bütün kişilərə qarşı qəribə bir nifrət hissi yaranır. Qızlar bu hadisəni heç vaxt unutmurlar, yol gedərkən, evdə olarkən, əylənərkən, iş görərkən onların ağlında cəmi bir şey var: "Mənə kimsə zərər verəcək!”.
Qaçırılan qızlar ətrafının münasibətindən şikayətçi olurlar. Hamının ona tənə, kinayə və dirnaqarası baxmasından bezir.
Zorla qaçırılan qız onu qaçıran oğlanla ailə qurursa, bu daha böyük problemdir. Çünki ailə öncəliklə güvən hissi üzərində qurulur, ailənin təməlində bu hiss olmasa heç vaxt möhkəm olmaz. Çox vaxt da belə olur. Qaçırılma ilə qurulan ailələr tez dağılır.

Lalə Mehral


Şərhlər: 10
Baxılıb: 547
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
VIP
Qacrılmaya ya da qacmaya pis baxıram.Atanın xeyir duasın almadıgdan sonra xoşbəxt ola bilməzsən.Ana ürəyində bagışlayır.Cox ana belədi.Amma ata var ki,belə hadisəylə barışa bilmir.
9 aprel 2016 23:16
# 10
Başımın üstündə Allah,yanımda ailəm olsun.
_TəHLuKə_
Qaçanların heç birinin xoşbəxt ailəsi olduğunu görməmişəm.Anamın xalasın səhv salıb qaçırdıblar;)2 bacıdan səhvən balacasını qaçırdıblar "səhv saldım" deyibdə geri qaytara bilmiyiblər))Amma indi 25-30 ilin ailəsidir.
9 aprel 2016 21:19
# 9
Özün ol!Qəti özənmə özgələrinə!
Tomris Müslümova
Qaçmaq var qaçmaq varda.Tanıdığım bir qız var ki,məndən balacadı məktəbi bitirən kimi qoşulub qaçıb.Bütün nəsil kökdə silib həmin qızı.Məni 11 də oxuyanda bir "ağıllı" qaçırmaq istiyirdi.Kişinin oğlu dərdimdən dəli divanə olmuşdu.Səviyyəsiz.Bilirdi ki,nə zibildi bizə elçi gəlsə qapıdan iti qovan kimi qovulacaqlar.Allah istədi ki,son anda dostu qoymuyub ki,uşaqdı eləmə..Mənim xalamı isə yatdığı yerdə,pasteldən götürüb qaçıblar.Babam xəstəxanaın baş həkimi,qaçıran adamda ki...Nəysə.At belində özləri xalamıda sürüyə-sürüyə.Gicitkanlığa salıblar,daşlığa.Onun həyatı tam bir filmdir.Amma qayıtmadı.Babam dedi gəl gedək dedi atrıq qayıda bilmərəm.Özüdə uniyə hazırlaşırdı.O qədər savadlıdı ki,indidə istənilən bir fənnən,istənilən mövzudan,məntiqdən sual ver cvb hazırdı.Çox şükür ki,oğlu atasına bənzəmədi.Bunada şükür.
Cəmiyyət qəbul etmir qaçırılıb qaytarılan qızı.O maşına minməyi ilə düşməyi bir anda belə olsa deyəcəklər ki.əəə qaçırılmış qızdı.Yenədə bəzi şeylər yazılmamış mentalitetə gedib dirənir.
9 aprel 2016 20:39
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Black_Star
^^Eslinde el qaydasinan elcilik falan yaxsidi ama qacirmaq indide oglanlarin beynine daha rahat üsül kimi gelir 122 vidolara baxiram maraqlidi
9 aprel 2016 12:50
# 7
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
zezema
qacmagin mənası yoxdu. demek oglan fersizdiki, ailəsi uygun deyil ki, ana ata vermir qizi.
9 aprel 2016 12:31
# 6
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Vuska87
En sevmediyim haldi.
9 aprel 2016 11:37
# 5
vipbetul
Qacirilib qaytarilan qizada pis baxilir tesufki cohusunu miyyet elenciyne insanlara destek olmaqdan qinayirlar
9 aprel 2016 01:33
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aybə
Tələbə vaxtı məni qaçırtmaq istəyiblər ama valideynlərim məni evə gətrib həmin adama qəti olaraq yox olmaz demişdilər.Ama şükürki götürüb qaçmadılar məni atam verdi ata evindən vağzalıyla çıxmışam.Ama indi qızdarın çoxsun qaçirtmillar özdəri gedir.
9 aprel 2016 01:15
# 3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
ulduz
Yoldasim da vaxtinda dedi gəl qaçaq. Dedim ömur boyu başımı kökundən kəssələr atamı yerə vurub, anamlda atamın dilinə salmaram. Allah hər bir qıza atasının xeyir duasl ilə evdən çıxmagını nəsib etsin. Anam deyir qoşulub qacmişam rəhmətlik babama heç vaxt atamla mubahise edendə şikayet edə bilmirdim dilm yox idi cunki qoşulub qacmışfın. Onçuda yaxsisı odu ailən versin ki bir problemin olanda rahat şikayet et ( mənim kimi) .
8 aprel 2016 23:54
# 2
Marta
Yoldasimla aile qurmaga raziliq vermisdim ama qacmaga razi deyildim ve son sozumu demisdimki qacmayacam. 11 gun dalbadal elci geldikden sonra 12 ci gunu aldadib qacirddi)) duzdur ilk vaxtlar sok olmusdum ama neticede evlenmeye raziliq verdiyim adam idi. Sadece atami qardasimi darixdirmaq istemirdim qacmaqla. Neynemek olar. Indi deyirem yaxsiki basimi aldadib qacirtmisan)) bizimkilere qalsaydi sen helede elci gelirdin)))
8 aprel 2016 23:36
# 1
Немного терпения, и у тебя все получится..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz