Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir qadının 12 etiket qaydası
Müasir qadının 12 etiket qaydası
Göndərən: Fialka
Şərhlər: 16
Baxılıb: 697
Səs ver:
"Əlini cibinə qoyma, ağzını marçıldatma, sakit səslə danış...” Valideynlərin tərbiyəli qız yetişdirmək üçün nələr çəkdiyini bir Tanrı bilir. Nümunəvi xanım obrazı, kübar davranış qaydaları illərdən bəri dəyişmir. Amma illər keçdikcə, yeni qaydalar yaranır.
 
Əl sıxmaq
Sizin xoşunuza gəlsə də, gəlməsə də, kişilərin də olduğu bu dünyada özünü rahat hiss etmək üçün onların qaydaları ilə yaşamaq lazımdır. Heç olmasa, hərdən. Üstəlik, bəzən bu, heç də çətin olmur. Əl sıxmağı misal göstərmək olar. XXI əsrdə hamı bir-birinin əlini sıxaraq salamlaşır. Bəzən isə əllə salamlaşmaq yanaqda öpüşlə müşayiət olunur. Lakin yaxın olmadığınız biriylə əllə salamlaşmaqla kifayətlənin.
 
Biznes-aksessuarlar
Vizit kart, portmanat gündəlik qeyd dəftəri dövrümüzün iş adamı üçün ən lazımlı əşyalardır. Biznes-aksessuarların vahid üslubda olması xüsusilə alqışlanır. Vizit kartlarının hər zaman dolu olmasına nəzarət edin. Əks halda, ən vacib məqamda çətin vəziyyətə düşə bilərsiniz.
 
Telefonla söhbətlər
Aydındır ki, gün ərzində mütəmadi olaraq telefon əlaqəsi saxlayırıq. Lakin telefonla danışmağın da bir qaydası var. Məsələn, ofisdə ancaq vacib zənglərə cavab vermək lazımdır. Rəfiqənizlə alış-veriş barədə müzakirə və söhbətləri ofis telefon ilə, üstəlik, yüksək səslə və uzun-uzadı danışmaq ədəbsizlikdir. Bundan əlavə, mobil telefonun səsini aşağı etməyi unutmayın. Çünki zəng səsi iş prosesinə mane olur. Çox güman ki, telefonun səsini işgüzar görüşlər, kino və teatrda azaltmaq lazım olduğunu bilirsiniz.
İşgüzar yazışmalar
Elektron poçtunuzu günün istənilən vaxtı yoxlaya bilərsiniz. Lakin işgüzar məktubları iş saatının başlamasından iki saat əvvəl və iş gününün başa çatmasına bir saat qalmış göndərmək yerinə düşərdi. Qəribə ola bilər, ancaq nə etməli, müasir etiket qaydaları bunu tələb edir.
 
Lanç
Ola bilsin ki, qidalanma rejiminə dəqiqliklə əməl edir, yeməyi həmişə özünüzlə gətirisiniz. Lakin müasir davranış qaydalarına görə, ofisə pis iylənən yeməkləri gətirmək müsbət qarşılanmır.
 
Saç düzümü və makiyaj
Saç və makiyajı qaydaya salmaq üçün xüsusi otaqlar var. Bütün işçilərin yanında dodaqları rəngləmək, saç daramaq heç etik deyil. Birincisi, bu, ədəbsizlikdir, ikincisi isə bu, bir növ intim münasibətlərə eyhamdır. Otaqda olan əks cinsin nümayəndələri bu hərəkəti birmənalı qarşılamaya bilər. Özünüz haqqında mənfi rəy yaratmaq nəyə lazımdır?
 
Masa arxasında
Davranış qaydalarına görə, yeməyə bütün qonaqlar masa ətrafında əyləşib öz yerini tutandan sonra başlamaq lazımdır.  Salfeti dizin üstünə qoyun, iştahla və səssizcə yeyin.  Əgər bu, asiyalı tərəfdaşlarla işgüzar nahardırsa, siz yeməyi arxayınlıqla və ləzzətlə yeyə bilərsiniz. Onlar sizi anlayacaq. Pəhriz haqqında da danışmaq fikrinə düşməyin. Bir də, boşqabla telefonu yanaşı qoyun, ekranı isə əks ərəfə çevirin. Bu zaman  gələn bütün zəng və mesajlara görə narahat olmayacaq və dərhal cavab verməyəcəksiniz. Lakin diqqətcil imic yaratmaq üçün hərdən bir ona nəzarət edin.
 
İctimai nəqliyyatda
İctimai nəqliyyatda smartfonda filmə baxa, kitab oxuya, başqalarının söhbətlərinə qoşula  bilərsiniz, amma heç bir halda saqqız çeynəməyin. Hətta çox ac olsanız belə, avtobusda alma, buterburod, cipsi və s. qidalar yeməyin. Açığı, bu, estetik və ən əsası, faydalı deyil. Özünüz də yaxşı bilirsiniz ki, nəqliyyatda nəsə yemək adamı qıcıqlandırır. Yadda saxlayın ki, yemək özü bir mədəniyyətdir. O gözəl və sakit atmosferdə, həm də böyük məmnuniyyətlə yeyilməlidir.
 
Çanta
Harada olmağınızdan asılı olmayaraq, çantanı heç zaman dizin üstünə qoymayın. Kafedə çantanı stola birləşdirmək üçün xüsusi qarmaq alın. Çanta üçün qarmaqlar həm  ucuz, həm də gözəl görünür. Nəfis klatçı masanın üstünə qoymaq yerinə düşər. Portfeli isə müasir və aristokrat xanımlar, adətən, döşəməyə qoyur. Onlardan nümunə götürün.
 
Söhbət üçün mövz
İllər keçir, qaydalar isə dəyişmir. Yarım əsr əvvəl də, indi də ictimai yerlərdə həmkarlar və tanışlarla söhbət zamanı seks, maaş kimi məsələlər haqqında danışmaqdan çəkinmək lazımdır. Üstəlik, məclisdə olan hər hansı adam haqqında danışmaq da olmaz. Çünki hamı elə hiss edəcək ki, siz sanki onun barəsində dedi-qodu edirsiniz. Belə hal yalnız ekranda cəlbedici görünə bilər, lakin real həyatda heç kim başqalarının pıçıldaşmasını görmək istəmir.
 
Çox sağ olun!
Şübhə etmirik ki, siz nəzakətli xanımsınız və lazım gələndə "çox sağ ol” deməyi unutmursunuz. Lakin yadınızda saxlayın ki, bu və ya digər sözü tez-tez təkrarlamaqla onun mənasını qiymətdən salırsınız. Hər xırda köməyə görə, təşəkkür etmək lazım deyil. Bu sözü sonda və bir dəfə demək kifayətdir.
 
Cazibə
Hətta işgüzar görüşdə də qadın olduğunuzu unutmayın. Lakin bu zaman durmadan gülümsəmək və naz etmək lazım deyil. Yoxsa kişilər bunu eşqbazlıq kimi qəbul edəcək. Yad insanlarla dəyişməz səs tonunda və sakit üz ifadəsi ilə söhbət etmək normal qəbul olunur. Ancaq yeri gələndə və öz əzəmətinizi saxlamaq şərtilə, gülümsəmək olar.


Şərhlər: 16
Baxılıb: 697
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
beasloove
Faydali melumat idi. Bunu cok sevdim. Tesekkurler 124
22 may 2016 21:30
# 16
vipbetul
bu qaydaldr bilinir
14 aprel 2016 00:07
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Yolda neqliyyatda yemek yemey kimi bir adetim yoxdur sevmirem ele seyleri.
13 aprel 2016 18:10
# 14
Немного терпения, и у тебя все получится..
sizin 1205
Sitat: ♡NURANE♡
Qadinal goruwende elini sixmaq men bele etmirem qadinlaral gorusend opurem
baxir qadina
13 aprel 2016 16:30
# 13
L
tenha cicek
coxunu bilirdim twk
13 aprel 2016 16:02
# 12
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
_TəHLuKə_
Yolda kimsə tanıdığıma salam verməyi yeni-yeni öyrənmişəm.Müəllimimdən yaxşıki,nümunə götürmürəm.Çünki,23 uşağın içində güzgüdə makyaj oxuduğuma görə yaxşı deyil;)Avtobusda davranış qaydaların çox insan bilmir.Cavan qızlar bir kənara oğlanların gülməyi avtobusu lərzəyə gətirir)Bu mövzu çox uzana bilər.Tşk.
13 aprel 2016 15:35
# 11
Özün ol!Qəti özənmə özgələrinə!
Barbaris
maragli melumat idi twk
13 aprel 2016 12:36
# 10
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
S.Heydarova
maragli melumatdiiiiir

maragli melumatdiiiiir

maragli melumatdiiiiir
13 aprel 2016 10:52
# 9
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
ulduz
Yol gedrtken sakkiz və ya yeməli nəsə yemirem. Bacardığım qədər diqqətli olmağa çalışıram
13 aprel 2016 10:26
# 8
NURANE
Qadinal goruwende elini sixmaq men bele etmirem qadinlaral gorusend opurem
13 aprel 2016 10:14
# 7
zalimin zulmu varsa seveninde Allahi var
Nur Melikzade
Mence bizim xanimlar yeterince muasir olmaqi bacarir. Tebiiki bir qismini cixmaq wertiyle.
13 aprel 2016 10:10
# 6
İmza
Nemka Matata
bezileriyle raziyam bezileriyle yoo
13 aprel 2016 09:20
# 5
Tomris Müslümova
Mən öpüşərək görüşməyi bir o qədərdə sevməsəmdə məcburən öpməli oluram.Amma ilk öncə əl uzadıram sonra öpürəm.Qadınla salamlaşarkən əlini sıxıb silkələmək heç doğru deyil.Nəzakətsizlikdir.Hər yerdə bir qayda qanun olduğu kimi iş yerində də bu qayda-qanuna ciddi riayət etmək lazımdır.Əlini qoy qulağının dibinə saatlarla işə dəxli olmayan sözdən danış əlbəttəki yalnış hərəkət olar.Don yada ətək geyinəndə dizimin üstünə qoyuram çantanı.Ya marşutda,ya hardasa nəsə oturub gözlüyəndə.Amma kafeyə gedəndə ya yerə qoyuram,yada stolun üstünə.Qadın olduğunu bir zərif cins heç zaman unutmamalıdır.Təşəkkürlər.
13 aprel 2016 08:35
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Xanimlarin hamisi nezaket ve davranis qaydalarina emeletmelidir. Birini etmedikde qeyri etik gorsenir
13 aprel 2016 08:26
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ummuselma
Maraqlı idi. Naməhrəmlerle El sıxmaq mənlik deyil.
13 aprel 2016 07:20
# 2
Fidan ALYEVA
Buda ideal qadin )cox zaman cantami dizimin uste qoyuram demek ki bu lazim deyil yenede her bir insanin bir tipi var yuxarida yazilanlarin bezilerini etmedende. esl qadin olmaq olar
13 aprel 2016 07:00
# 1
.O.F.S.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz