Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar sosial şəbəkədə nə axtarır?
Qadınlar sosial şəbəkədə nə axtarır?
Göndərən: Tomris Müslümova
Şərhlər: 12
Baxılıb: 804
Səs ver:
Texniki inkişafı gündəlik yaşamımıza təsirsiz ötüşmür. Demək olar ki, yaş təbəqəsi, işindən asılı olmayaraq hər birimiz günümüzün böyük hissəsini məhz bu virtual məkanda keçiririk. Virtual məkanda dost deyə əlavə etdiyimiz, adlandırdığımız şəxslərin sayı günü-gündən artmaqdadır. Nəticə etibarı ilə illərlə tanıdığımız, dostluq yaratdığımız insanlardan uzaqlaşaraq real həyatda üzünü bircə dəfə də olsa, görmədiyimiz biriləri ilə fikir mübadiləsi aparırıq.

İnternetin faydalı tərəfləri ilə yanaşı zərərləri də az deyil. Etiraf edək ki, virtual məkan, ilk növbədə, real ünsiyyətə, insanlararası bağa zərbə vurur. Uzun müddət internetdə vaxt itirmək nəticə etibarı ilə asılılıq yaradır. Bu gün nəinki bəylərimiz, o cümlədən də xanımlarımız həyatını internetsiz təsəvvür edə bilmir. Öncəki illərlə müqayisədə sosial şəbəkədə aktivliyi ilə seçilən, daha müstəqil fikir yürüdən xanımlarımızın da sayı artıb.

Bəli, internet həm də həqiqətləri göstərir... Sanki, o da bir dünyadır və bu dünyada sən necə davranmağın lazım olduğunu bilirsən. Bəs, görəsən, xanımlarımız sosial şəbəkələrdə daha çox nəyi müzakirə edirlər? Ani olaraq virtual məkana nəzər yetirək. İlk olaraq, işgüzar xanımlardan danışaq. Belə görünür ki, işgüzar qadınlar daha çox günün necə keçdiyini, hansı hadisələrlə, necə tip insanlarla qarşılaşdığını müzakirə predmetinə çevirir, geniş fikir mübadiləsi təşkil edir. Reallığı əks etdirərək deyək ki, belə xanımlar evdar qadınlardan daha müstəqil fikir yürüdə, tələblərini ifadə edə, hüquqlarını qoruya bilir. Daha üsyankar mövqedə dayanan işgüzar xanımlar cəmiyyətdə baş verən proseslərə də toxunaraq şəxsi mövqelərini sərgiləyirlər. Geyim-keçim dünyası da belə xanımların maraq dairəsinə daxildir. Onlar sosial şəbəkələrdə, müxtəlif qruplarda fəslin ən dəbli geyimləri haqda məlumat alırlar.

Hər axşam həyat yoldaşlarını daha gözəl qarşılamaq istəyi ilə maraqlı ideyalar düşünən evdar xanımlarımız isə sosial şəbəkələrdə özləri üçün əyləncəli bir dünya qurur. Bu dünyaya biş-düş məlumatları, evi necə bəzəmək haqda ideyalar, həyat yoldaşını necə ələ ala bilməyin yolları barədə bir-birindən maraqlı, rəngarəng informasiyalara yiyələnir. Həm də virtual olaraq tanıdığı şəxslərlə fikir mübadiləsi aparır, müəyyən məsləhətlər alır. Nəzər yetirsək, görə bilərik ki, belə xanımlar daha çox ailə-məişət mövzularına, əyləncəli məlumatlara meyllidirlər. 

Hamilə, yaxud da körpəsi olan analar üçün isə sosial şəbəkələr əvəzsiz rola malikdir. Hər an yaranan hansısa problemlə əlaqədar olaraq həkimə müraciət edə bilməyən xanım mövcud durumu şərh edərək təcrübəli analardan məsləhət alır. "Hamilələr buraya”, "Hamilə və körpəsi olan qadınlar” da belə xanımların maraq və müzakirə dairəsinə daxil olan qruplardandır.

Bəs, görəsən, sosial şəbəkədə aktiv olan dostlarımız Facebook, Twitter-də nəyi müzakirə edirlər? Təşkil etdiyimiz bu sorğu ilə həmsöhbətlərimizin virtual aləmdəki maraq dünyasına səyahət etdik. Sosial şəbəkədə aktivliyi ilə seçilən həmsöhbətimiz Aysel Bəxtiyarlı deyir ki, daha çox gündəmdə olan mövzuları müzakirə edir, son dəqiqə ilə bağlı ən maraqlı xəbərləri dostları ilə paylaşır: "İnternetdən daha çox informasiya mənbəyi kimi istifadə edirəm. Ölkədaxili və ölkə xaricində baş verən mühüm hadisələri dostlarımla müzakirə etməyi sevirəm. Siyasi arenanı sevmirəm. Bu səbəbdən siyasət istisna olmaqla digər sahələrdə baş verən hadisələr, maraqlı informasiyalarla əlaqədar olaraq dostlarım arasında fikir mübadiləsi təşkil edirəm. Bundan başqa günümüzün əsas problemlərindən biri olan ailə-məişət mövzusuna da toxunuram”.

Digər həmsöhbətimiz Aygün Asimqızı deyir ki, internetdən, o cümlədən də sosial şəbəkələrdən daha çox işi ilə əlaqədar olaraq istifadə edir. O, işlə bağlı özünə lazım olan hər kəsi bu məkanda asanlıqla tapa bildiyini deyir: "İnternet və sosial şəbəkələr bu gün, demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hərə bir məqsədlə internetdən yararlanır. Əsasən, işlə əlaqədar Facebook-dan istifadə edirəm. İşlə bağlı hər kəsi burada tapmaq olur. Şəxsi tanışlarımla çox az hallarda sosial şəbəkələrlə əlaqə yaradıram. Dostlarımın 3 faizi şəxsi tanışlarım ola bilər. İşlə əlaqədar münasibət qurduğum şəxslər arasında real həyatda dostum olanlar da var”.

Mövzunu daha geniş şərh edən Aygün cəmiyyətə iradını da gizlətmir. O deyir ki, bizim cəmiyyətdə sosial şəbəkəyə daxil olan qızlara, qadınlara münasibət birmənalı deyil: "Bizim cəmiyyətdə sosial şəbəkədən istifadə edən qızlara o qədər də yaxşı baxmırlar. Hətta işlə əlaqəli istifadə etsə belə. Tanışlıq məqsədi ilə sosial şəbəkələrdən istifadə edən bəzi gənclər cəmiyyətdə elə bir fikir formlaşadırıblar ki, sanki, ağıllı qız internetdə olmaz. Bir nəfər tanış var, özü bütün sosial şəbəkələrdən istifadə edir, evdə interneti də var. Amma onun anası, bacısı və yoldaşı kompüterə yaxın dura bilməzlər. Deyirlər ki, qız sosial şəbəkədən ancaq tanışlıq üçün istifadə edir. Bu, bir misaldır. O qədər belə düşünən şəxslər var ki. Düşünürəm ki, biz bu fikirləri içimizdən silsək, yəqin hər kəs sosial şəbəkələrdən səmərəli şəkildə yararlana bilər. Və çalışmalıyıq ki, sosial şəbəkəsiz də qalmağı bacaraq. Səhərə qədər sosial şəbəkədə oturmaq düz deyil”.

Digər həmsöhbətimiz, aktivliyi ilə sosial şəbəkədə seçilən İlhamə Əbülfətdaha operativ informasiya almaq məqsədi ilə sosial şəbəkədən istifadə etdiyini deyir: "Sosial şəbəkədə xəbəri anında almaq imkanımız var. Və maraqlı mövzuları, informasiyaları öz əhatəmlə müzakirə edirəm. Xaricdə magistr təhsili almağı düşünürəm. Sosial şəbəkə mənə həm də bu istiqamətdə yardımçı olur, daha sərfəli üsullar haqda məlumatlanıram”.

Nigar Əliyeva maraq dünyasına aid olan məlumatları əldə etmək məqsədi ilə sosial şəbəkədən yararlandığını deyir: "İnternet artıq mənim də həyatımın ayrılmaz tərkib hissəsidir. İş günləri daha çox bununla əlaqədar olaraq sosial şəbəkədə oluram, lazım olan informasiyanı axtarıram. Ara günlərdə və ya boş vaxtlarda maraq dünyama daxil olan dəb aləmi, texnologiyadakı yeniliklər haqda məlumtalardan faydalanıram”.

Sevincimizi, kədərimizi bölüşdüyümüz Facebook və bu kimi digər sosial şəbəkələrə bağlılığımız bir çox hallarda problemlərin yaranmasında, ailələrin dağılmasında özül rol oynayır. Mövzunu Milli.Az psixoloq Narınc Rüstəmovailə müzakirə etdi.

Sosial şəbəkələrdə maraqların müxtəlif olduğunu deyən N.Rüstəmova bu gün istər evdar, istərsə də işgüzar xanımlarımız üçün internetin yararlı olduğunu söyləyir: "Sosial şəbəkədə, internetdə hər kəsin maraq dairəsi fərqlidir. Mövzunu ümumiləşdirə bilmərik. Xanım sosial şəbəkələrdə övladını necə böyütməsi, onunla necə ünsiyyət qurması haqda informasiya ala, nələrisə müzakirə edə bilər. Bu gün sosial şəbəkələrdə müxtəlif adda qruplar fəaliyyət göstərir. Qadınlara yararlı ola biləcək belə qruplar da az deyil. Xanımlarımız da özlərinin maraq dairəsində olan belə qruplara qatıla bilərlər. Biz özümüz də psixoloq olaraq sosial şəbəkələrdə aktivik. Və müşahidə edirik ki, evli xanımlar, xüsusən də analar sosial şəbəkədə hansısa məsələni müzakirə etməyə daha çox üstünlük verir. Forumlarda xanımlar bir-biri ilə ailə münasibətləri, ev qayğıları haqda virtual söhbət qurur. Xanımın övladı haqda nələrisə forumdan öyrənməsi normaldı. Bu, məsələnin müsbət tərəfi”.

N.Rüstəmova deyir ki, bəzi xanımlar öz adları ilə deyil, müxtəlif adla qeydiyyatdan keçir. Qadının sosial şəbəkədə daha çox vaxt keçirməsi ailədaxili problemlərə yol açır. Psixoloq qeyd edir ki, ailədə xoş gün görməyən, normal münasibəti olmayan qadın daha çox sosial şəbəkəyə meyllidir: "Əslində internet subnimasiya formasıdı. Qadın internetdə çox vaxt keçirirsə, ev işlərindən, ailəsindən, övladından uzaqlaşırsa, bu münasibətlərə də təsir edir. Bu problem-internet asılılığı çox zaman cütlüklər arası münasibətlərdən qaynaqlanır. Ailədə normal münasibət görməyən xanım üçün ən sadə yol internetdi. Beləcə, o, internetdə vaxtını öldürür, zamanın necə keçdiyini hiss etmir. Yaxşı olardı ki, səbəblər ailədaxili münasibətlərdə axtarılsın. Ailədaxili münasibətlər korreksiya olunduqca qadın internetə yalnız lazım olduqda, qısa müddətlik daxil olacaq. Bu gün internetdə yaşından asılı olamayaraq hər kəs özünü istədiyi kimi təqdim edir. 18 yaşlı gənc özünü 30, 30 yaşlı birisi isə 20 yaşlı gənc qız, ya oğlan kimi təqdim edir. İnternetdə biz real mənimizi deyil, ideal mənimizi göstəririk. Özümüzü necə görmək istəyiriksə, eləcə də təqdim edirik. Nəticədə ailələr dağılır, münasibətlər korlanır. Xanım real olaraq tanıdığı həyat yoldaşını virtual olaraq tanıdığı birisi ilə müqayisə edir. Əslində baxsaq, görərik ki, qadınla virtual olaraq danışan kişi öz ailəsində heç də müsbət obrazda deyil, yaxud ailə münasibətləri normal deyil”.

İntim həyatın normal olmaması da tərəflərarası münasibətlərə, onların internetə daha çox meylli olmasına təsir edir. N.Rüstəmova deyir ki, tərəflərin münasibəti normal olarsa, onlar güzəştə getməyi bacararlarsa, bu halla qarşılaşmazlar. N.Rüstəmova internet asılılığına son qoymaq üçün tərəflərə problemlərini analiz etməyi məsləhət görür: "Xüsusən də xanımların internetə həddindən artıq meylli olması onun ailəsində müəyyən problemlərin olmasından xəbər verir. Ailə üzvləri bir-birini başa düşə, bir-biri ilə vaxt keçirə, ər-arvad münasibətlərdən zövq ala bilmədiyi üçün belə problemlər ortaya çıxır. Nəticədə insanlar özlərinə qapanır, süfrə başında əyləşən ailənin dörd üzvü əlində telefon sosial şəbəkədə vaxt keçirir. Yaxşı olardı ki, problemdən əziyyət çəkən hər kəs, ilk növbədə, gününü analiz etsin, neçə saatını internetdə olduğunun fərqinə varsın”.

Psixoloq deyir ki, əgər tərəflərarası münaqişə yoxdursa, bu, o demək deyil ki, münasibətlər qaydasındadır: "Elə cütlüklər var ki, heç dalaşmırlar, lakin davranışlarına nəzər yetirdikdə görürsən ki, bir-biri ilə iki yad insan kimi davranırlar. Cütlüklər bir-birindən zövq ala bilmir və düşünür ki, internetdə vaxt keçirərək həyatındakı boşluğu doldursun. Normal insan internetdə iki saat yarımdan artıq vaxt keçirtməməlidir. İki saat yarımdan artıq internetdə olmaq insanın problemlərinin olmasından xəbər verir. Ailəmizdə rahat deyiliksə işdə, münasibətlərimizdə də rahat ola bilmirik. Bütün problemlərin kökünü münasibətlərdə axtarmaq lazımdır. Münasibət tam təmin olunarsa, bu zaman sosial şəbəkədən asılılıq aradan qalxar”.

Vaxtını boşuna sərf edən xanımlara psixoloq məsləhət görür ki, "internetdən nə əldə etdim", "necə faydalandım" deyə öz-özlərinə sual versinlər, bəlkə belədə itirilən zamanlarına heyifləri gələr: "Saatlarla internetdə vaxt itirən qadın düşünməlidir ki, bu qədər vaxt itkisi qarşısında internetdən nə əldə edə bilib, necə faydalanıb. "İnternetdən gözləntilərim nədir?” - bu sual ətrafında da düşünülməlidir. Bu cür yanaşma tərzi ilə düşünürəm ki, problemin kökünün hardan qaynaqlandığını tapa bilərik. Əgər valideynlər və ya xanımın həyat yoldaşı ondan şikayətlənirsə, bu zaman psixoloqa müraciət edərək problemin necə çözülməsinin həllini tapmaq lazımdır”.

İnternet asılılığının son illər ölkəmizdə də artdığını deyən N.Rüstəmova yaxın gələcəkdə İngiltərə, Almaniya kimi ölkəmizdə də reabilitasiya mərkəzlərinin yaranacağını proqnoz edir: "Bu gün internet əsrin böyük bəlasına çevrilib. Gecəni belə kompüter önündə yatanlar var. Artıq dünyada asılılıqlar sırasında internet dördüncü yeri tutur. Dünya ölkələri sırasında, xüsusən də İngiltərə, Almaniya bu problemdən əziyyət çəkir. İnternet də narkotik kimi insanları özündən asılı vəziyyətə sala bilər. Öncə hər kəs düşünür ki, bu asılılıqdan asanlıqla yaxa qurtara biləcək. Bu düşündüyümüz qədər asan deyil. Məhz buna görə, İngiltərə və Almaniyada insanların internet asılılığına son qoymaq məqsədi ilə artıq reabilitasiya mərkəzləri yaradılıb. Düşünürəm ki, bu gedişatla İngiltərə, Almaniyada fəaliyyət göstərən reabilitasiya inistitutları bir azdan Azərbaycanda da yaranacaq”


Şərhlər: 12
Baxılıb: 804
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Hər fikirlə sosial şəbəkəyə daxil olan xanımlar və yaxud kişilər var.Kimiləri özü üçün nəsə faydalı məlumatlar toplamaq üçün ,kimiləri işiylə əlaqədər,kimiləri isə pis niyyətlə daxil olur.İnsan düşüncəsindən aslıdı bu.Mövzunu daha geniş izah edən Aygün xanım evin kişisi sosial şəəkəyə daxil olsada evdəkilərə icazə vermədiyini bildirdi,əslində mən bunu daha başqa tərzdə deyərdim sosial şəbəkəni pis qələmə verən helə bizim öz millətimizdi -gənclərimizdi,ora daxil olanlar niyə ağıllı başlı fikirlə girmirlər ki,kimlərsədə orda olanda pis baxırlar?Demək millətimizin(istisna olaraq)ora normal fikir ilə girmirlər kimlərsədə daxil olanda onlarda "tanışmaq"niyyətiylə girdiklərini sanırlar.Bir evli xanım əyər iş sahəsi sosial şəbəkəyə aid deyilsə ,helə belə ora daxil olmaqlarının tərəfdarı deyiləm,evdə uşaqları, işləri ola ola boşu boşuna orda nə işləri var anlamıram,Sosial şəbəkələrdən istifadə etmirəm,yoldaşımın var özüdə hamsını mən özüm açmışam onun üçün ,birdən nəsə lazım olsa(ansdə gedən şəbəkə verlişinə aid)onda alıram ondan baxıram yenə verirəm özünə ,yəni kod qoysun gizlətsin elə bir problemimiz yoxdu.Mənim maraq dairəmdə deyil sosial şəbəkələr orda vaxtımı keçirməkdənsə uşaqlarıma dərs öyrədib ,tərbiyələndirib ailəmə vaxt ayıyaram.
Tşklər maraqlı mövzu üçün.
28 mart 2016 11:33
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
S.Heydarova
lazim olan melumatlari oyrenmek ucun girirem
28 mart 2016 09:34
# 11
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
ülü16
Mənim bircə whatsappım var, birdə bira
28 mart 2016 01:04
# 10
evli.mutlu.cocuklu
Men sexsen bu saytdan basqa hec yere girmirem yoldasim da icaze vermir ozum de istemirem
28 mart 2016 00:35
# 9
Ekizlerin mamasi
Elədə internetə bağlılıq kimi xəstəliyim yoxdu. Sadəcə işimi elə qurmuşam ki arada bir qədər internetdən istifadə etməyə vaxtım olur.hər şeyin vaxtı qədəri var.telefonla kompa biraz məşğul olan kimi sıxılıram. Tez uzaqlasiram.mənə məhdudiyyət qoyan yoxdu.ancaq özüm öz planımız qururam.internetdə baxır nəyə görə istifadə edirsen
28 mart 2016 00:12
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
kime ne lazimdirsa ona baxir onu axtarir ele insanlarda varki mes oz eylengeleriycin girir internete
28 mart 2016 00:11
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Menim sadece whatsapp im var fso. Bawqa jec ne yixdu. Mene qadaga qoyanda yoxdu. Sadece isdemirem maragim yoxdu ele weylere. Bir de qadinlar. Biz var. Burdanda xdverleri oxuyuram fso. Ama bunun ehemiyyeti yoxdu. Harda olursan ol.ozuvu aparmagi bacar
27 mart 2016 23:57
# 6
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Asya
Internetelden en cox melumatlar bilmek ucun,maraqli wekiller xeberler oyrenmekcun istifade edirem.ele de bagliligim yoxdu.sosial webekelere girmirem.tekce burdan bawqa.bu sayt xowuma gelir .maraqli xeberdi,tewekkurler)
27 mart 2016 23:31
# 5
Marta
Baxir kim ne niyyetle istifade edir,asililiq derecesinde deyilde melumatlanmaq meqsedile istifade olunarsa pis baxmiram, fbmiz yolsasimla ortaqdir yeni men acmisam oncun sifreni bilirem bos vaxtim olanda girib lentada olan maraqli sekillere videolara xeberlere baxiram. Bir de bu saytdir. Qeydiyyatda oldugum . Umumiyyetle ister qadin ister kisi heddi asmamaq serti ile istifade etmelidir bezi deyerleri yaddan cixarmamaq lazimdir her sey qederinde gozeldir. Serefle namusla istifade olunacaqsa nie de olmasin..
27 mart 2016 23:24
# 4
Немного терпения, и у тебя все получится..
rəmsə
Tomriscim təşəkkür bu cürə qlobal bir xəbər üçün.Qadın və ya kişi fərq etməz sosial şəbəkələrdən ağıllı və tərbiyəli şəkildə istifadə etməlidir.Asılılıq dərəcəsində deyil də boş zamanları dəyərləndirmək məqsədilə istifadə olunmalıdı...
27 mart 2016 23:18
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Aysun2014
Uff inan sebrim catmadi oxumaga
27 mart 2016 23:12
# 2
Mira199591
Sosial sebekeden dogrudanda here bir cur istifade edir. Amma men nisanli evli qadinin facebookda olmasinin terefdari deyilem. Her melumat internetde onsuzda var facebook kimi yerde olub erinnen gizli gizli girib guya melumat topluyacaqsa lazim deyil o melumat. Yox eger heyat yoldawi ile birlikde iwletdikleri bir profil varsa bunu bawa duwmek olar. Amma erden gizdin girir beziler guya melumat topluyur amma dost adinin altinda kimlese daniwir usagin orda bagri catdiyir aglamaqdan er evde yemek tapmir axsam gelende evine amma bu teli elinnen yere qoya bilmir. Artiq bu pnu gosterirki sosial sebeke aile dagitmaq yolunda irelileyir. Yenede ne olur olsun her sey qadinnan asilidi. Her sey cercivesinde olsa yaxsi olar.
27 mart 2016 23:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz