Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təhlükəli qadınlar
Təhlükəli qadınlar
Göndərən: Angela7
Şərhlər: 14
Baxılıb: 786
Səs ver:
Cəmiyyətdə "təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı səbəblər yatır? Gəlin bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini birlikdə nəzərdən keçirək.
Beləliklə, təhlükəli hesab edilən qadınların 10 xüsusiyyəti bunlardır:

1. Ürəkləri istədiyi kimi geyinirlər
Onların qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi geyinməyi sevirlər və ətrafdakıların fikirlərindən zərrə qədər də narahat olmurlar. Özlərinə olan inamları ətraflarını da sanki sehrə salır və başqalarında xor görüləcək hər şey bu qadınlar üçün adi hal kimi görülür. Çünki onların fikirlərinə və seçimlərinə qarşı çıxmaq hər adamın bacaracağı iş deyil.

2. Hər şeyi böyük həyəcan və ehtirasla edirlər
Hər şeyi böyük həvəs və həyəcanla edirlər. Kişilər bu cür qadınların yanında özlərini rahat deyil, canlı hiss edirlər. Münasibətdə olduqları kişiyə macəra və həyəcan dolu sevgi bəxş edirlər. Əgər rahatlıq axtarırsınızsa, bu qadınlardan uzaq durun. Çünki, yəqin ki münasibətiniz alınmaz və bu qadınlar sizi daha tez tərk edərlər
 
3. Xilas gözləyən balaca qızcığaz olmaq onlara uyğun deyil
Kişilər qəhrəman olmağı sevirlər. Bunu yaxşı bilən qadınlar da özlərini xilas olmağa ehtiyacı olan qızcığaz roluna salmağı sevirlər. Lakin, bizim danışdığımız qadın tipi bunu etməyi heç ağlına da gətirməz. O, buna alçalmaq kimi baxır və özü güclü olmağı sevir. Onunla olmağı seçən kişi də bunu bilərək münasibətə başladığı üçün güclü şəxsiyyətə malik bir insan olur. Belə qadınlar heç kimin iradəsiylə hərəkət etmir və seçimlərinə 100 faizlik hörmət tələb edirlər. Onları kiminsə yönləndirməsi mümkün deyil.
 
4. Diqqət çəkirlər
Qadın nə qədər gözəl olursa olsun, özünə inamı yoxdursa, heç vaxt diqqət çəkməyəcək. Lakin özünə inamı yüksək olan qadınlar hər yerə işıq kimi yayılırlar. Onların gəzişi, davranışları və səslərindəki inam qıvılcımları hər kəsin diqqətini çəkir. Bu qadınlar ilk görüşdən insanda çox böyük təəssürat yaratmağı bacarırlar.
 
5. Hər şeyi konkret və açıq deməyi bacarırlar
Özlərini ifadə etməklə bağlı problemləri yoxdur və simalarını heç vaxt gizlətmirlər. Onları olduqları kimi qəbul etmədiyiniz halda, həyatlarına daxil ola bilməzsiniz. Bir çox insan yalanı sevmədiyini desə də, qarşılarına açıq sözlü insanlar çıxdıqda qaçmağı üstün tuturlar.

6. Mübarizdirlər
Keçmiş onlar üçün ancaq bir şeyə görə dəyərlidir – bu gün olduqları insanı formalaşdırdığı üçün. Yaşadıqları bütün çətinliklərə baxmayaraq, heç vaxt mübarizə etməkdən əl çəkmirlər. Həyatdakı bir çox şeyin dəyərini bilməyi öyrəniblər. Onları incidən insanlardan da çox şey öyrənməyi bacarıblar və nə qədər yıxılsalar da, mütləq qalxmaq üçün özlərində güc tapırlar.
 
7. Sevgiləri də güclüdür
Bu qadınlar qarşılarındakı insanı olduğu kimi qəbul edib, sevməyi bacarırlar. Onlar kimisə dəyişdirməyə çalışmır, sevdikləri insanla qarşılıqlı və böyük sevgi yaşayırlar. Özləri qədər sevgiləri də güclüdür.
 
8. Eqoizmə deyil, fədakarlığa inanırlar
Onlar eqoist deyillər, sevdikləri insanlar üçün planlarını dəyişdirmək gücü tapacaq qədər güclü və cəsarətlidirlər. Fədakarlıq etmək onlar üçün alçalmaq deyil. Əgər bir şeyin doğruluğuna ürəkdən inansalar, həmin şey üçün hər şeydən keçməyə hazırdırlar.

9. Sizə bir çox şey öyrədə bilərlər
Əgər eqonuz şişkindirsə və qadının sizə nəsə öyrətməsini qəbul etməyi özünüzə sığışdırmırsınızsa, bu qadınlar sizlik deyil. Hətta siz onlarla bir yerdə olmaq istəsəniz də, bir addımlıqlarına da yaxınlaşa bilməzsiniz. Bu qadınlar özünə inamı olan və hər şeyə açıq olan güclü kişilərin yanında olurlar. Siz onlardan həyata dair mütləq nəsə öyrənə bilirsiniz.

10. Hissləri güclüdür
Nə qədər güclü olsalar da, onlar öz hisslərinə təslim olmağı da bacarırlar. Təhlükəli qadınlar təbii olan heç nəyi ayıb hesab etmirlər. İncidikdə ağlamağı da bacarır, lakin daha sonra mütləq qəti qərarlar qəbul edirlər.


Şərhlər: 14
Baxılıb: 786
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
beasloove
Vuvvv. Men bunlarin hecbiri yoxdu 122
22 may 2016 21:35
# 14
S.Heydarova
bəli duzdu nə qədər gözəl olursansa ol özünə inamın olmasa heşvaxt diqqət çəkməyəcəksən
31 mart 2016 11:57
# 13
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Antikvar
Qadınların hamısı "Təhlükəlidi",kimilıri burda qeyd olunan xarakterlə kimiləri isə tamamilə başqa bir xusisiyyətə malik olaraq təhlukəli olurlar.Coşan insandan qorxma sakit səssiz insandan qorx elə təhlükə ilə işini həll edər ki,baxsam deyərsın bu sakit insandan belə addımlar necə olur?))Yəni fikirləşməyək sakitdi ,ağılsızdı,gücsüzdü deyə təhlükəli olmasın,ağılsız qadından ağılsız təhlükə olar,(təhlükənin ən ziyanvericisi)ağıllı özünə güvənən qadının təhlükəsi ağıllı olar)
30 mart 2016 11:58
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nur_Naz
Tehlukeli olmag secimdir men ozum tehlukeli olmagi secmemisem Eger secseydim Eminem cox cani incinecekdi
30 mart 2016 02:12
# 11
vipbetul
itiresi hecnyi olmayanlar esasen tehlukeli olurlar
30 mart 2016 01:12
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Bunlarin onuda mende var ki,demeli men tehkukeliyem))))
30 mart 2016 01:06
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fi-Ra
Bir cox xususiyyetler var mende. Amma tehlukeli qadin hesab etmirem ozumu.
30 mart 2016 00:47
# 8
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Ela
Bırını cıxmaqla qalanları xasıyetıme uyqundu
Her kes ucun olmasada bezılerı ucun tehlukelı ola bılerem
30 mart 2016 00:23
# 7
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Aysegul-93
Birisi meni bura yazmiw ))) butun xususiyyetlerin hamsi mende var. Heyata real baxiram. Ozumu oldugum kimi qebul edir ve ozumu sevirem.icaze vermirem kimse meni deyiwsin yada idare etsin. Nede men hec kimo idare etmeyi sevmirem. Qarwimdaki insani oldugum kimi qebul edirem. Cunki meni oldugum kimi qebul eden insanlara hormetim var.
30 mart 2016 00:13
# 6
nermin))
Men "tehlukeli qadin" yox "mukemmel qadin" qoyaradim.Bu yazinin basligini.Birinci xüsudiyyetden basqa qalan hamisi var mende.Cunku,aciq-saciq geyinmeyi xisdamiram.Cox vaxt ciddi,klassik,qapali geyimlere ustunluk verirem.Mence,agilli,savadli,dunya goruslu,ozguveni olan bir kisi mehz bele bir qadin secer.
29 mart 2016 23:34
# 5
Fialka
Ah qadınlar... )))
Ağıllı olan kəs üçün heç bir " təhlükə " olmaz ;) yox əgər ağılsızca davranırsa o zaman qorxsa yaxşıdır qarşısındakı canlı təhlükədən çünki ola biləcəklərdən ruhunu da incitməz həmin təhlükələr...
29 mart 2016 23:27
# 4
YARIM QALMIS XEYALLAR
Mence butun qafinlar bir yerde ne qeder guclude olsalar ozlerini beyenmisde olsalar bir yerlerde qorunmaq isteyirler bir kisi terefinden xususende sevdikleri beyendikleri insan terefinden. Qadin ne qeder guclu olur olsun bir yerlerde ezizlenecek qeder narin olmagi isteyirler. Tehlukeye gelince indinin kisileri ozleri tehlukedir qadinlar ne edeceklerki tehlukelide olsunlar. Kisi fiziki cehetden gucludur qadinsa hissi ve psixoloji cehetden gucludur qurulusu cehetden.
29 mart 2016 23:20
# 3
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
BARBI
Demek olarki birini cixsaq butun xususiyetleri ozumde cemlendirirem. Tehluke menim gobek adimdir
29 mart 2016 23:08
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
bir coxlari var mende
29 mart 2016 23:04
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz