Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın bədəninə beş barmağı kimi bələd olanlar
Qadın bədəninə beş barmağı kimi bələd olanlar
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 752
Səs ver:
Məşhur dəb dueti - Domeniko Dolçe və Stefano Qabbana artıq 30 ildir ki, qadın həssaslığı və seksuallığından ilhamlanaraq geyim və aksessuarlar yaradır. Cırıq cinsləri, yuxarı hissəsi büstqalter şəklində olan donları və başdan-ayağa ağ geyinmək üslubunu dəbə məhz onlar gətirib. Ustad dizaynerlərin hər yeni kolleksiyasının çıxması ilə bütün dünyadakı qadınların şəhvət predmetinə çevrilməsi bir olur...
 
Qadın gözəl, incə, güclü və cəlbedicidir. Onlar kolleksiyalarında qadının görünməz gücünü, eyni zamanda, incəliyini, gözəlliyini, çəkiciliyini, seksuallığını və eyni zamanda da, əlçatmazlığını göstərirlər. Dizaynerlər qadında özünəəminliyi görmək istəyir və bunu öz geyimlərində ən yaxşı şəkildə vurğulayır.
                                               
"Bizim birinci qaydamız belədir: Heç bir qayda yoxdur!”
 
"Hər şeydən əvvəl rahatlığa üstünlük verin. Hər kəs onu xoşbəxt edən geyimi geyinməlidir. Bizim ən birinci məqsədimiz də qadını gözəl göstərməkdir. Lakin bu zaman onu narahat edən heç bir məqam olmamalıdır”.
 
"Sofi Lorenin hansı çanta götürdüyünü kim xatırlayır? Lakin onun cəlbedici sinə dekoltesi hər kəsin yadındadır!"
 
"Geyim vasitəsilə individuallığınızı vurğulayan hansısa xüsusi bir detal tapın. Bu, çox  xırda element ola bilər, amma inanın, sizi başqalarından məhz o detal fərqləndirəcək".
 
"Geyim insanın yumor hissindən başlayaraq, onun özünü dərk etməsinə qədər hər şeyə təsir edir” .
 
"Dominiko əmindir ki, qızlar nağıllar aləmində yaşamaq, şahzadə olmaq, qırmızı paltar geyinmək və tac taxmaq istəyir: "Biz istəyirik ki, insanlar həmişə cəlbedici görünsün, çünki siz öz xarici görünüşünüzlə bağlı komplimentlər eşidəndə özünüzü daha inamlı hiss edirsiniz. Qoy bu hiss həmişə sizinlə olsun!"
 
"Gözəl alt paltarı seksuallığın zəmanətidir. Bu, bədəninizə hörmət məsələsidir. Biz podiuma model çıxaranda ilk növbədə ona büstqalter və krujeva alt paltarı təqdim edirik. Siz İtaliyanın cənubundakı heç bir qadını büstqaltersiz görə bilməzsiniz. Heç vaxt!"
 
"Qadın bədəni eyni zamanda həm cazibədar, həm də əlçatmaz təsir bağışlamalıdır!”
 
"Hər bir qadının qara qısa donu və istənilən obrazını effektli göstərən başgicəlləndirici aksessuarları olmalıdır. Məsələn, bir cüt dikdaban ayaqqabısı və üstü daş-qaşla bəzədilmiş əl çantası. Axşam obrazını təkrarolunmaz etmək üçün bunlar vacibdir. Gündəlik obrazı isə "Miss Sicily” çantası ilə tamamlayın” .
 
"Trend axtarmayın, sizə yaraşanı tapın! Hər dəbdə olanı deyil, sizə yaraşan geyimi tapmaq çox vacib məsələdir. Onda əyindəki paltarı da sevirsən, bu zaman həmin geyimə həyat qazandırırsınız. Dəb çox vaxt saxta olur. Amma adi bir balıqçı da öz üslubunu yarada bilər”.  
 
"Korsetə fikir verin. Axı məhz o qadınlığın və zərifliyin rəmzidir. Qüsurları gizlətmək üçün silahlanın. Əgər korset taxsanız, onda siz olduğunuzdan bir ölçü arıq görünəcəksiniz. Korset sinəni yuxarı qaldırır, beli incəldir. Onunla bədən quruluşu da ideal görünür”. Təəccüblü deyil ki, dəb duetinin şah əsərlərindən biri sayılan "Siciliyalı dul qadın” adı verilən qara don modeli beli incə göstərir, sinəni vurğulayır, ombanı isə cəlbedici edir.
 
"Başqasına paxıllıq etdiyiniz müddətdə heç vaxt böyüməyəcəksiniz. Fəxr etmək və güzəştə getməyi bacarmaq lazımdır".
 
"Köhnə şəkillərə baxanda bəzən özünü bəyənmirsən, oradakı əksinə acığın gəlir. Yaxşı ki, bu baş verir. Bu, o deməkdir ki, biz inkişaf edirik!”
 
"Əsas məsələ özünü inamlı və təbii hiss etməkdir. Adi ağ köynəkdə də seksual görünmək olar. Əsas iş geyim yox, davranış tərzi, baxışlar və jestlərdədir. Monika Belluççi, Naomi Kempbel, Jizel Bündxen, Klaudiya Şifferdən özünü necə aparmaq barədə nümunə götürmək lazımdır. Ağıl və bədənin qarşılıqlı münasibətləri mühümdür. Hər şey düşüncədən başlayır".
 
"Gözəl olmaq üçün, ideal olmaq lazım deyil. Obrazınızda cəmi bir cəhət seksual ola bilər. Şəxsən mənim ideal olmayan qadınlardan xoşum gəlir. Məsələn, böyük burunlu qadınlara pərəstiş edirəm. Burun xarakterik cəhətdir. Bir çox qadınlar öz burunlarını əməliyyatla düzəltmək istəyir, amma böyük buruna heyranam!"


Şərhlər: 8
Baxılıb: 752
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
mene gore deb mene ne yarawirsa odu.Aciq daniwacam hec vaxt brend ewya axtarmamiwam ne deki bu debdi deye qacib neyise almamiwam.ureyime ne yatirsa ne mene yawirsa menim debim odu.
22 mart 2016 16:23
# 8
I choose to be happy
Tomris Müslümova
"Trend axtarmayın, sizə yaraşanı tapın! Hər dəbdə olanı deyil, sizə yaraşan geyimi tapmaq çox vacib məsələdir.

-Geyimlərimdəki devizim.Dəbi izləyənəm.Amma dalıycan qaçan deyiləm.Yaraşmasa mənə amma dəbdə olsa başımı kəssən geyinmərəm.Mənə yaraşan olmalıdır ki,məndə rahat olum.
21 mart 2016 20:40
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
insan ozune yarasani rahat olan geyimi secdikde dahada gozel olur
21 mart 2016 01:52
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
"Əsas məsələ özünü inamlı və təbii hiss etməkdir. Adi ağ köynəkdə də seksual görünmək olar. Əsas iş geyim yox, davranış tərzi, baxışlar və jestikadır. Ağıl və bədənin qarşılıqlı münasibətləri mühümdür. Hər şey düşüncədən başlayır.

Əlbəttə insanın düşüncəsi və xarakterini onun geyimində hiss etmək olar. Və münasib bir görüntü əldə etmək üçün başlıqda da qeyd olunduğu kimi qadın özünü tanımalıdır. Bilməlidir ki, hər xoşun gələni istifadə etmək olmaz öz bədən proporsiyaları nəzərə alınmalıdır. Əksi olduqda hansı ki, çoxlarında görmək mümkündür bu gözəl görünmək yerinə iyrənc görünür. Odur ki, insan özünə yaraşanı geyinsə daha yaxşı olar nəinki, yarım saatdan bir dəyişən dəb dalıyca qaçmaq...))
21 mart 2016 00:53
# 5
ülü16
Gözəl olmaq üçün incə və ya kök olmaq lazım deyil. Sadəcə özünə yaraşan sadə paltar və sadə makiyaj yetərlidi.
20 mart 2016 23:53
# 4
melek_ayka
beli geyim insanin yumor hissini artirir.
20 mart 2016 23:45
# 3
Antikvar
"Köhnə şəkillərə baxanda bəzən özünü bəyənmirsən, oradakı əksinə acığın gəlir. Yaxşı ki, bu baş verir. Bu, o deməkdir ki, biz inkişaf edirik!”

Qabaqlarda tvdə köhnə filmlərə baxırdım yoldaşımla,birdən diqqətimi geyimləri görünüşləri cəlb etdi necədə maraqlıdı o vaxtkı hər şey dedim,həm pnlarla bərabər öz köhnə şəkillərimi belə izləsəm darıxıram köhnə günlər üçün həm geyim cəhətdən həmdə zaman üçün,mən inkşafı görünüşümlə deyil ağlımla etməyi sevirəm,amma çox təəsüf bizdə ağıldan çox görünüşə vurur "inkşaf"adlandırdığımız söz.
Tşklır hər biri mənalı cümlələriydi.
20 mart 2016 23:26
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Gozel olmaq ucun ideal olmaq lazim deyil. Oz bedenine uygun geyinmek lazimdir
20 mart 2016 23:12
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz