Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sinənin, ombanın böyüklüyünü gizlətməyin kiçik sirləri
Sinənin, ombanın böyüklüyünü gizlətməyin kiçik sirləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5891
Səs ver:

http://s018.radikal.ru/i504/1203/4b/0827daf24e6d.jpg

 

Yaşından, boyundan və çəkisindən asılı olmayaraq, hər bir xanımın xarici görkəmi ilə bağlı arzularından biri də arıqlamaq, zərif görsənməkdir. Nəzərə alsaq ki, yayın ortasıdır və dəniz, toy mövsümüdür, bunun nə qədər mühüm olduğunu başa düşmək elə də çətin deyil
Günbəgün inkişaf edən, müasirləşən moda aləmi o qədər yeniliklər təqdim edir ki, artıq incə və cazibədar görsənmək üçün canınıza əziyyət verib günlərlə ac gəzməyinizə ehtiyac yoxdur. Düzgün geyimlər seçərək, sizə yaraşan və incə göstərən libası taparaq bir neçə kiloqram daha arıq görsənə bilərsiniz.

Gözəllik ondur, doqquzu dondur. Donlar sayəsində arıq və cazibədar görsənməyin yollarını modelyer Sevil Rzayevadan soruşduq. O, bildirdi ki, "hər bir qadın arzuladığı kimi görünə bilər. Bunun isə bir qızıl qaydası var: "bədənini yaxşı tanımaq”. Hansı hissəniz daha kökdür, görünüşünüzü nə korladığını əvvəlcədən bilməlisiniz. Geyim və xarici görünüşünüzlə bağlı istənilən problemi həll etmək üçün onun varlığını qəbul etmək lazımdır. Modelyerlər hər il dəbdə olan geyimləri, aksesuarları, proqnoz versələr də, bir faktı heç vaxt unutmayın ki, qadına yaraşan, onun üçün dəbdə olandır. Amma öz tərzinizi yaradanda dəbdə olan rəngləri və modelləri də nəzərə alın.

Düzgün rəng seçimi

Geyim seçəndə bir rəngdən istifadə etmək daha məsləhətdir. Eyni rəngdə geyinsəniz, daha hündürboy və arıq görsənməklə yanaşı, həm də qüsurlarınızın gizlənməsinə şərait yaradacaqsınız. Əsasən qara, qızılı, krem rəngi, tünd qəhvəyi və s. bu kimi sadə tonlara üstünlük verməyə çalışın.

Geyim seçəndə ölçülərinizi unutmayın

Ölçülərinizdən çox böyük, uzun, enli donlar, ya da çox kiçik, bədəninizə yapışan geyimlər, sizi olduğunuzdan da daha kök göstərir. Buna görə də həmişə bədən ölçülərinizə uyğun geyimlər alın.

Hansı növ parça seçməli?

Parça növünü isə elə seçməlisiniz ki, ikinci dəriniz kimi bədəninizə yapışan olmasın. Cins kobud olsa da bir çox qüsurları örtür, amma kətan və elastik parçalar isə bədəndəki artıqları daha da qabarıq göstərir. Çox nazik parçalardan istifadə etmək isə çox təhlükəlidir. Çünki, həm altı görsənir, həm də artıqları yaxşıca göz önünə çıxardır. Beləliklə, gözəl olmaq haqqında fikirləşdiyiniz halda başqa təəssürat yarada bilərsiniz. Odur ki, parça seçimində daha diqqətli olun və bədəninizə yapışmayan, əksinə, qüsurlarınızı örtən parça növlərini seçin.

Elə şalvar seçin ki, qarnınızı gizlətsin

Baxmayaraq ki, ilk dəfə kişilərin əynində görmüşdük, amma artıq hər qadının qarderobunda şalvarların xüsusi yeri var. Buna görə də seçimi düzgün etmək çox vacibdir. Şalvar geyinəndə arıq görsənmək üçün büzməsiz və bükməsiz modellər seçin. Çünki, belələri qarnınızı olduğundan daha böyük göstərir. Çalışın göbəyinizdən 3 sm aşağıdan başlayan və enli balaq modelləri seçin. Həm də omba hissəsini balaca göstərir.

Böyük ombanı ətək geyinərək arıqlatmaq olar

Ətək seçəndə isə kiloqramınıza xüsusi fikir verməlisiniz. Böyük omba və qarın probleminiz varsa, düzgün seçim edərək bu hissənin böyüklüyünü çox rahat ört-basdır edə bilərsiniz. Heç vaxt enli ətəklər geyinməyin, çünki bu, ombalarınızı daha böyük göstərir. Normal endə olanlar isə ayaqlarınız daha gözəl görsənməyinə şərait yaradar. Əgər boyunuz uzundursa, qısa, qısadırsa, uzun modellərə üstünlük verin.

Sinənizi böyük göstərmək istəyirsiniz?

Bu yay naxışlar, bəzəkli geyimlər də dəbdədir. Amma heç vaxt eninə naxışlı paltarlar geyinməyin, çünki, belə modellər daha kök göstərir. Sinə hissəsində olan naxışlar isə döşləri böyük göstərir. Əgər belə bir arzunuz varsa, sinəsi naxışlı köynəklər geyinin.

İncə bel olmaq arzunuz var?

Beliniz incə deyilsə, qalın və geniş kəmərlərdən istifadə etməyin. İncə və bir rəngdə olan kəmərlər incəbel görünməyinizə daha çox şərait yaradır. Əgər beliniz incədirsə, qalın kəmərləri rahat istifadə edə bilərsiniz.

Uzun və intimual ayaqları kim istəməz?

Boyunuzu uzun, ayaqlarınızı isə incə göstərmək istəyirsinizsə, hündürdaban ayaqqabı geyinə bilərsiniz.

Sinə ölçüləri böyükdürsə V ilə kiçildin

Köynək, T-shirt və s. köynəklərdə V yaxa modelinə üstünlük versəniz, fərqli görünəcəksiniz. Əgər sinəniz böyükdürsə, V modeli məhz sizin üçün uyğundur”.

Araşdırdığımız elə bir mövzudur ki, problemlərin həllində geyimlə yanaşı, psixologiya da böyük rol oynayır. Bu səbəbdən də psixoloq Şəhla Qafarovaya müraciət etdik. O, məlumat verdi ki, "yay mövsümü başlayan kimi xanımlar həm istilər həm də diqqət cəlb etmək üçün nazik və açıq geyimlərə üstünlük verirlər. Bəzilərinə bu çox yaraşsa da təəssüf ki, hərdən xoşagəlməz hallar da baş verir və gözəl görsənmək istəyən xanım özü-özünü gülünc vəziyyətə salır. Amma bu səhvi düzəltmək mümkündür. Əsas çıxış yolu, hər şeyi olduğu kimi qəbul etmək, özü ilə barışmaq və səhvlərdən şikayət etmək əvəzinə, onların düzəlməsi üçün çalışmaqdır.

Xüsusilə də plastik əməliyyata üz tutmaq istəyənlər başa düşməlidirlər ki, əgər sizi kimsə yeni imicinizə, balaca burnunuza, gözəl dodaqlarınıza, cazibədar bədəninizə görə sevəcəksə, sevməməyi daha yaxşıdır. Çünki heç bir xarici gözəllik əbədi deyil, əsas olan insanın daxilidir. Odur ki, özünüzü olduğunuz kimi qəbul edib sevin və heç kəsin düşüncəsinə görə sağlamlığınıza ciddi ziyan yetirməyin. Amma bəzən o da olur ki, artıq çəki sağlamlıqda ciddi problemlər yaradır, ağırlaşmalar hiss olunur. Belə hallarda dietoloqa müraciət edin və sağlam şəkildə arıqlamağa çalışın. Artıq çəkilərinizdən xilas olmaq üçün sağlamlığınızı qurban verməyin”.

Əziz xanımlar, sağlam qidalanın və gözəl görsənməyə çalışın. Unutmayın, "Hamı 90-60-90 olmalıdır” adlı heç bir qanun yoxdur. Əsas olan zövqlülükdür. Hər qadına zövqlü və sağlam həyat arzusu ilə...


Şərhlər:
Baxılıb: 5891
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz