Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə evlənmirsən, evdəmi qaldın?
Niyə evlənmirsən, evdəmi qaldın?
Göndərən: Tomris Müslümova
Şərhlər: 24
Baxılıb: 708
Səs ver:
Ancaq qohum-qonşunun, ətrafımdakı insanların qınağı, tez-tez bu barədə soruşmaları mənə çox pis təsir edir. İnsana yazıq kimi baxırlar, acıyırlar sanki… Belə söz-söhbətlər, "filankəsin qızı evdə qalıb” kimi ifadələr ailəmi də çox utandırır və mən də özümü günahkar, pis bir şey etmiş kimi hiss edirəm. Ancaq məni daha çox maraqlandıran ixtisasımda yüksəlməyim olub. Həmçinin, özümü onunla xoşbəxt hiss edəcəyim bir insanla qarşılaşmamışam hələ. Cəmiyyətin bu cür düşüncəsini heç cür qəbul edə bilmirəm”

Bu sözləri söyləyən və bu baxışdan sıxılan Həlimə Ə.-dır. Danılmazdır ki, ətrafımızda və tanışlarımız arasında onun kimi qızlar çoxdur. Buna da səbəb çox hallarda karyera qurmağı daha üstün bilmələri və bu müddət ərzində də ailə qurmaq üçün yaş həddinin keçməsi olur. Digər səbəblərin də bu məsələyə təsiri olur. Ancaq səbəbindən asılı olmayaraq həmin qızlar tez-tez "Niyə evlənmirsən, evdəmi qaldın?” suallarına tuş gəlirlər və bu da onları çox narahat edir. Evliliyi gecikən qadınlar, evlənə bilməmə üzündən psixoloji problemlərlə üzləşir. Bunda ətrafın təsiri də açıqca görülür.

"Evdə qalmış qız” statusu.
Cəmiyyət nəzərində "evdə qalmış” rəftarı görən qızlar narahat olurlar. Məruz qaldıqları mənfi rəftar qarşısında bəzən təkliyə qapılan gənc qızlar istəmədikləri kəslərlə evlənmək məcburiyyətində qalırlar. Xüsusilə adətlərin güclü olduğu Şərq ölkələri bu tətbiq ağırlığını daha çox hiss etdirir. Evdə qalma qorxusu erkən yaşda evliliklərin də ən böyük səbəblərindən biridir. Qadınlarla yanaşı kişilər də eyni mənfi baxış tərzi ilə qarşı-qarşıyadır.

Psixoloq Taryel Farizoğlu ilə xüsusilə qadınların gec ailə qurması və buna səbəb olan amillər, eyni zamanda, cəmiyyətin həmin qızlara baxışının psixoloji təsirlərindən danışdıq. Psixoloqun fikrincə, qızların ailə qurmağı təxirə salması sonradan bir çox problemə yol açır: "Bu da təbii haldır. Çünki insanın fiziologiyasından tutmuş bu məsələyə baxışa kimi psixologiyaya bu məqamda mənfi təsir göstərir. Qadınlarda müəyyən tələbatların ödənilməməsi 30 yaşdan sonra hormonal problem yaradır. Hətta güclü orqanizmə sahib qadınlarda da bu problemlər özünü biruzə verir. Zəif orqanizmli qadınlarda isə bu, artıq özünü müxtəlif xəstəliklərlə göstərir”.

Kiminsə həyatını müzakirə etmək haqqımız varmı?
Bəs cəmiyyətimiz gec ailə quran qızlar haqqında xoşagəlməz ifadələr işlətmək haqqını hardan alır? Niyə məhz bunu müzakirə obyektinə çevirməliyik? Bu ki şəxsin öz həyatı və qərarlarıdır. Bu müdaxilə hansı təsirləri yaradır? Taryel Faziloğlu bu suallarımıza da aydınlıq gətirdi: "Doğrudur, həmin qadınlar bir tərəfdən də, cəmiyyətin təzyiqinə məruz qalırlar. Belə ki, cəmiyyətin bu məsələyə baxışı, qınağı həmişə qızlarda psixoloji gərginlik yaradır. Bu da onların sinir sisteminə mənfi təsir göstərir. Belə ki, daimi gərginlik onların sinir sistemində boşalmalar yaradır, əsəb pozuntularına səbəb olur. Həmin xanım artıq müəyyən müddətdən sonra əsəbi xarakterli olur, daha kobud davranışlara yol verir. Bu da nəticədə onu ətrafından, iş yerindən, ümumilikdə cəmiyyətdən soyudur. Bununla da həmin psixoloji problemlər böyüyərək stressə, depresiyaya gətirib çıxarır. Bu hal da qadınlarda artıq nəzərə çarpmağa başlayır”.

Yanlış düşüncə tərzi.

Psixoloq onu da əlavə etdi ki, cəmiyyətin düşüncə tərzi hansı düşüncə sisteminə, psixologiyaya sahib olmasından çox asılıdır: "Biz Şərq düşüncə tərzinə malikik. Bizdə fikir yürütmək toplumsal xarakter daşıyır. Bu da cəmiyyətin düşüncəsinə bir yanlışlığın hakim kəsilməsidir. Beləliklə, insanlar özlərinə haqq verirlər ki, hər hansı şəxsi qiymətləndirsinlər və onun haqqında fikir yürütsünlər. Nəticədə də insana cəmiyyətin fikirlərinin təsiri böyük olur. Avropada fərdi psixologiya tərzi üstünlük təşkil edir və heç kim heç kimin şəxsi həyatına qarışmır. Həyatı barədə verdiyi qərarlarda hər zaman haqlı sayılır. Bizim xalqımız da Şərq psixologiyasını tətbiq etdiyindən bu cür problemlər yarana bilir. İnsanları adətən istiqanlı, soyuqqanlı kimi qruplara bölürlər. Biz də ümumilikdə istiqanlı xalqıq və buna görə də, ətrafımızdakı insanlara, onların həyatına biganə qala bilmirik. Bundan qaynaqlanaraq da müəyyən fikir bildirməli oluruq”.

Deməli, qızların gec ailə qurmasının və ya qarımasının birinci səbəbi sosial azadlıqla bağlıdır. Belə ki, sosial sahədə aktivləşən, ayrı-ayrı işlərdə uğur qazanan bir çox qızların ailə həyatı qurmaq mövqeyi müəyyən qədər zəifləyir. Çünki belə xanımlar düşünür ki, əgər ailə həyatı qursalar, bu, onların karyerasına mənfi təsir göstərəcək. Belə qızlar bir də onda ayılırlar ki, yaş 35-40-a çatıb, ailə isə yoxdur. Bu da cəmiyyətin gözündən qaçmır və maraq obyekti olur.

Digər səbəblər…
Yarnan vəziyyət müxtəlif istiqamətlərdə müzakirə və izah olunur. Ailə məsələləri üzrə mütəxəssislər gənc qızların yaşadığı bu vəziyyəti, qəbilə və tayfa əlaqələrinin davamı olaraq qiymətləndirir. Onların fikrincə, problemin sosioloji tərifini isə əmək bölgüsündə yaşa görə qadın və kişiyə yüklənən rollar şəklində yekunlaşdırır. Müəyyən bir yetkinlik mərhələsindən sonra evlənə bilməyən kişi və qadınların cəmiyyətdə "funksiyası xarab” deyə qəbul edildiyini ifadə edən yetkililər, ənənəvi quruluşda soyun davamının cinsiyyətdəki iş paylaşmasına bağlandığını xatırladır. Bəhs edilən narahatlığın zaman içində "anormalitaya” döndüyünə diqqət çəkən professorlar, xariclənən, təzyiqə məruz qalan və tez-tez görücülərlə həmsöhbət qalan qız və ya kişinin ictimai çarələr axtarışına başladığını yazır. İçindən çıxılmaz bir hala düşən qız və kişinin ətrafda problemli olaraq görülməsi səbəbindən özünə inamlarını itirdiyini izah edən professorlar, "Möhtərəmliyi itirmə narahatlığı, fərdə mənfi təsir edər, depressiya kimi sonsuz bir dövrün içinə salar”-deyə bildirirlər. Cinsiyyət və yaşa söykənən mühakimələr, şəxsin içində olduğu qruplara görə şərh olunmasını tələb edir.

Eyni zamanda, qadın və kişilərdə evlilik yaşının bölgədən bölgəyə dəyişdiyini xatırladaraq Şərqdə 20-25 arasında olan evlilik çağının qərbdə 30-35ə qədər çıxa bildiyini vurğulayır. Evliliyin qadında ictimai şəxsiyyət və dayaq meydana gətirdiyinə toxunan professorlar, təhsilli və peşələriylə ayaqları üzərində dayana bilən qadınların evlilikdə ictimai təzyiqə daha çox dözə bildiyini dilə gətirir. Məsələnin təməlində ictimai, iqtisadi və mədəni faktorların yatdığını söyləyən mütəxəssislər Şərq ənənə və adətlərində qadının "namus” baxımından evli və müəyyən bir kişinin qoruması altında seçildiyini köçürür. Bəzən maddi imkanların kafi olması bəhs edilən məhdudlaşdırmağı ortadan qaldırmadığını bildirilərək müasir ölkələrdə belə iqtisadi azadlıqların qadınların evlənməsində təyin edici faktor sayıldığını xatırladılır.

Qeyd edək ki, bölgələrdə qızlar erkən yaşda ərə verildiyindən artıq 23-25 yaşlı qızları olan ailələr narahat olmağa başlayırlar. Eyni zamanda, ətrafda da artıq söhbət obyektinə çevirili və səbəblər axtarılmağa başlanır.

Mütəxəssislər, evliliyi gecikən qadınların yaşadıqları çətinlikləri bu şəkildə açıqlayır: "Niyə evlənmirsən? sualıyla şəxsin günləri əziyyətə çevrilər. Bu davranış psixoloji məhdudlaşdırma və böhranı özü ilə gətirər. Biri ilə evlənmək çox vaxt bəyənilmək mənasını verər. Bu duyğunu yaşamamanın verdiyi fərdi problemlər ortaya çıxar. Nəticədə dəyərsizlik və təklik duyğusu depressiyaya səbəb ola bilər”.

Qüruru incinən qızlar.
Evlənə bilmədikləri üçün problemlər yaşayan qadınlar müvəffəqiyyətli olduqları sahələrdə özlərini göstərməlidir. Mütəxəssislər xanımlara bəzi hobbi və fərdi qabiliyyətlərini sərgiləyərək bu vəziyyətdən xilas olmalarını təklif edir. Sırf evlənmək üçün edilən izdivaclar, yeni məsələləri bərabərində gətirə bilər. Çünki boşanma halında mal paylaşması, uşaq, dolanışıqsızlıq və şiddət adamda təmir edilməz təsirlər buraxa bilir.

Dəyişik səbəblərdən evliliyini gecikdirən bəzi qadınlar isə illər keçdikcə adamın namizəd seçkisində çətinlik çəkdiyini izah edir. Adlarını gizləyən qızlar bunları söyləyir: "Hər gün ətrafda olmadıq tənqidlər alırıq. Bu bəzən sözlərlə, bəzi vaxt da zarafat yollu olur”.

Niyə?
Bir çox şəxsdən də qızların gec ailə qurmalarının səbəbini soruşduq. Bəziləri bunu şəxsi problemlərin ola bilməsiylə izah etdi. Bəzilərinin fikrincə isə, uyğun həyat yoldaşı tapmamaq ola bilər.

Bir çoxlarının rəyinə əsasən, bu, bir sıra sahələrdə Avropaya inteqrasiya etdiyimiz kimi, evlilik məsələsində də onları özümüzə nümunə götürüməyimizdən irəli gəlir. Bir çox hallarda karyera ilə bağlı olmasını nümunə gətirdilər.

Həqiqətən də, bir çox qadınlar özlərini işlə, karyera ilə bağlayaraq şəxsi həyatlarına heç fikir vermirlər. Onlar karyera pilləsində addımbaaddım yuxarı qalxdıqca arxada qalan şəxsi həyatlarını yaddan çıxarırlar. Hər bir addım onların şəxsi həyatlarına bir kölgə salır. Hər bir addımı atarkən qabaqlarına çıxan kişilərdə və ya məhəbbətdə sanki nəyinsə çatmadığını düşünür və ya vaxt çatışmazlığı ucbatından şəxsi həyatlarını qura bilmirlər.

İşdə ilk əvvəl hər şeyin yaxşı getdiyini görərək onlar özlərində bir yüngüllük hiss edirlər. Lakin elə anlar olur ki, adam özünə qapılır, həyatın mənasızlığını, heç bir stimul olmadığını fikirləşərək, həyatını göz qabağına gətirir. Beləliklə, real variantları nəzərdən keçirir, hər bir namizədin üstündən xətt çəkərək "yox” cavabı verir. Ətrafdakıların bu barədə fikirləşməsi, ailə qurmaq vaxtının çatdığı haqqında söhbətlər həmin qadınlara toxunur, bu söhbətdən qaçmağa çalışırlar. Həmin söhbətlərin qarşılığında ancaq bir kəlmə söz deyirlər: "Hələ ki lazımi namizədi tapmamışam”.
Bu söhbətlərdən təngə gələrək bəzən real namizədlərlə əlaqə saxlamağa çalışır, lakin son anda bu fikirdən qaçır, birinci addımı atmaqdan qorxurlar. Beləliklə, bu qadınların günləri illərlə əvəz olunur.
Əlbəttə, bəzi işgüzar qadınlar güclü şəxs axtarmaqla səhvə yol verirlər. Hər şeyin səbəbi xəyallardadır. Siz ailənin başçısını və kişini axtarmaqla səhvə yol verirsiniz.

"Ən böyük karyera ailədir”
Müsahibimiz teryel Faziloğlu bu barədə xanımlara öz məsləhətlərini də verdi: "İstər qadın, istərsə də kişi üçün ən böyük karyera ailədir. Doğru-düzgün ailə qura bilən və o ailədə övlad yetişdirə bilən qadın və ya kişi ən böyük karyerasını qurmuş olur. Karyeraya gəldikdə isə, gözəl bir ailə iş həyatına heç bir mane törətmir, əksinə ona bir dəstəkdir. Ailə qurmaqdan çəkinmək lazım deyil. Əsas odur ki, doğru insanla ailə qurasan. Səni başa düşən, hər zaman dəstək ola bilən bir insanla ailə qurmaq vacibdir. Bilirsiz, olur ki, xanımın ailə qurmaq yaşı çatır və özü də ailə qurmaq istəyir, ancaq qarşısına çıxan şəxsi düzgün qiymətləndirmir. Sonra da artıq yaş həddi artdıqca onu başa düşməyən, ona dəyər verməyən bir insanı seçir və onun əsirinə çevrilirlər. Ona görə də, zamanında doğru seçim etməkdən çəkinməsinlər”.


Şərhlər: 24
Baxılıb: 708
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Of bu sual adami yorur temiz amma fikirde vermirem yas kecir aile heyati qurmuramsa demeli ozume uygin birisi cixmayib qarsima amma bezileri her soz danisir sert cavab vermek isteyirsen alinmir ona gorede qisaca onlar demeden evde qalmisam deyisen daha basqa soz demirler
25 mart 2016 20:00
# 24
RamiLya )))
Sitat: YARIM QALMIS XEYALLAR
Onlardan biride menem. 29yasim var hele de subayam. Illerdirki o sozlerden bezmisem. Evvel deyirdim oxuyuram bitirim sonra isleyirdim bir qz isleyim ayaqlarim uste durum. Indi her kesin mene yazigi gelir deyir allah bextini acsin. Ay bala uje vaxtin kecdi ee getdaa gerek qalasan usagi olana gedesen tezeden seni subay alar hec
Bu haqqda inanin ne qeder isteseniz deye bilerem. Oysa meni alanmi yoxdur? Hiss edib bilmedikleri bir sey var insan sevmediyi biriyle aile qurmaq istemir. Kariyeram var isim var isime gore her kes taniyir cox gozel isci oldugumu bilirler her kes hormet edir. Tesadufen harasa gedende sorusurlar gelinsen? Deyirem yox. Teecuble bele deyirler ee booo senin kimi qiz niye subaysan hele? Sen gozellikde oxumusan kim istemez seni Indi daha aldirmiram deyirem alan olmayib. Ya da onlar demeden deyirem evde qalmisam daha tezeden mene ne er axi. Indi ailem var anam atam var onlara baxiram. Onlarin hem maddi hem menevi yanlarindayam. Meger onlar aile sayilmirmi? Kim istemezdiki sevdiyi insanla bir ailesi bir evi bir usagi olsun? Mende sevdiyimle bir aile bir usaq bir ev xeyal etmisdim. Olmadi ondan basqa kimi deyirdiler men icinde bir hiss bogurdu gozumden yas axirdi. Indi siz deyin bir ere getmeye gore o hisslerimi nece gizlederdim? Qebullenmediyim insana sevmediyim insana sirf er xatrine nece gederdim. Artiq cemiyyetin fikrine aldirmiram. Aile quraramda qurmaramda bu menim qerarimdir deyirem nese deyenlere. Onlarda susurlar.
.. tam sizin oldugunuz veziyyetdeyem 27
13 mart 2016 15:17
# 23
Dosta_inam
Heç xoşum gəlmir bu kimi suallardan, ancaq bəzi insanlar düşünmədən deyir, nə zaman gedirsən, nə zaman tərpənirsən, Allah nə vaxt bəxtini yazır qızların, o cür də olur, bəziləri partlamaqla deyil ki.
13 mart 2016 13:27
# 22
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
senay))
Indi 19 yasim var nisanlananda ise 17 yasim var idi sevdiyim insan qarsima cixdigi ucun bu qerari aileme bildirmiwdim elbetde ki adet eneneye uygun helede nisanliyam evde qalmaq sohbetine ise allah butun qizladimiza gozel qismet bexs etsin biz tereflerde qiz 18 yasina kecen kimi bezi ailelerde diyirler vay qizim evde qaldi yenede diyirem qismet allah butun bacilarimin bextin gozel etsin amin
13 mart 2016 00:37
# 21
coooooooxxx xosbextem
nermin))
Allah butun qizdarin talein gozel elesin.Amin.Her sey vaxtinda gozeldi.Amma kiminse bexti getirmeyib gecikirse onu bezdirmey utandirmag lazim deyil.
12 mart 2016 22:47
# 20
Zinyet
Men 9 zuncu sinifi gurtar gurtarmaz menim uje beynimi doldurmuwdurlar uzaga getmirem ele oz vaildeyinim mekteb gurtarib kurs oxuyandan sonra bir az bucur soz sohbetler bitmiwdi iki il kurs oxudum gayitdim eve sonra tezeden yene bawladilar flankesin gizxi gedim nebilim niwanlanib menimde vejime deyildi sonra men uje iwlemek isdeydim bunu deyenden sonra ele bil bawdarindan gaynar su tokuldu.neise onlari razilawdirib bir magazin var idi boyuk ora satici kimi iwledim 21 yawim var idi sonra ele ordan atam teref uzag gohumlardan biri rusiyada yawayir iwleyir ordada galir azerbaycana gelende getiribler menim yanima magazine gosderibler men onun xowuna geldim ama o menim hec xowuma gelmedi tez evdekilere zeng edib dava dalaw aglaw gedmirem deye verdiler mecbur 2014 aile gurdum indi bir gizim var 10 ayligdir her weyde cox yaxwi ve isdediyim kimidir
12 mart 2016 22:29
# 19
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 mart 2016 22:04
# 18
sima
cox uzundurr sebrim gelmedi oxumaga
12 mart 2016 22:03
# 17
23.09 25.09 melek melek melek
YARIM QALMIS XEYALLAR
Onlardan biride menem. 29yasim var hele de subayam. Illerdirki o sozlerden bezmisem. Evvel deyirdim oxuyuram bitirim sonra isleyirdim bir qz isleyim ayaqlarim uste durum. Indi her kesin mene yazigi gelir deyir allah bextini acsin. Ay bala uje vaxtin kecdi ee getdaa gerek qalasan usagi olana gedesen tezeden seni subay alar hec
Bu haqqda inanin ne qeder isteseniz deye bilerem. Oysa meni alanmi yoxdur? Hiss edib bilmedikleri bir sey var insan sevmediyi biriyle aile qurmaq istemir. Kariyeram var isim var isime gore her kes taniyir cox gozel isci oldugumu bilirler her kes hormet edir. Tesadufen harasa gedende sorusurlar gelinsen? Deyirem yox. Teecuble bele deyirler ee booo senin kimi qiz niye subaysan hele? Sen gozellikde oxumusan kim istemez seni Indi daha aldirmiram deyirem alan olmayib. Ya da onlar demeden deyirem evde qalmisam daha tezeden mene ne er axi. Indi ailem var anam atam var onlara baxiram. Onlarin hem maddi hem menevi yanlarindayam. Meger onlar aile sayilmirmi? Kim istemezdiki sevdiyi insanla bir ailesi bir evi bir usagi olsun? Mende sevdiyimle bir aile bir usaq bir ev xeyal etmisdim. Olmadi ondan basqa kimi deyirdiler men icinde bir hiss bogurdu gozumden yas axirdi. Indi siz deyin bir ere getmeye gore o hisslerimi nece gizlederdim? Qebullenmediyim insana sevmediyim insana sirf er xatrine nece gederdim. Artiq cemiyyetin fikrine aldirmiram. Aile quraramda qurmaramda bu menim qerarimdir deyirem nese deyenlere. Onlarda susurlar.
12 mart 2016 21:52
# 16
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Denizimm
Biz demokratik bir olkkede yawayiriq bu sozleri kiminse demeye haqqi yoxdu her kesin oz duwunce terzi var
12 mart 2016 21:24
# 15

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
BIR_TANEM
Sitat: 1205
Allah butun qizlara gelin olmaq qismet etsin.amin

amin baciamin
12 mart 2016 21:07
# 14
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
Miss_Angel
mene uje bu suali vermiler cunki uje evde qalmiwam bilinir 122 deyiler ki ne gune qalmisan bu sual meni cox eseb edir
12 mart 2016 20:58
# 13
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
vipbetul
kimse kiminse usaqi barede bu gur sozlere demeye haqqi yoxdur kim aile qurar kim qurmaz o onun sexsi isidir Allah yazisidir onun bunun sozlerini dinledikde insan oz heyatini yasamis olmur her kese qarsi qulaqlarini tixamali oz heyatini yasamalisan
12 mart 2016 20:36
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Niye evlenmirsen?-bu kimi suallari hec sevmirem.Insanlar muxtelif sebeblerden evlilik heyati qurmaya bilerler.Ve ya oz heyatlarini yasayib hec evlenmeye qerar da verenler ola biler.Heckimi hecneye mecbur etmek olmaz.
12 mart 2016 20:30
# 11
denizgozlu
Her sey vaxtinda gozeldi mence hemcinide evlilik insan hansi yasda ozunu evliliye hazir hiss edirse onda evlenmeldi
12 mart 2016 20:10
# 10
qanadli melek
Nece yawda olursan ol bu suali verirler sen havax terpenisen niye getmisen.Bele insanlar duwuncesiz insanlardi duwunmirlerki bu soz qarwimdakina nece tesir edir
12 mart 2016 19:43
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
evli.mutlu.cocuklu
Hahaha maraqli idi
12 mart 2016 19:27
# 8
BARBI
Menim 25 yasim var. gunde yuz defe esidirem bu sozu niye ere getmirsen evde qalmisan. Hec xoslamiram bu suali . Bu suali hec bir xanimada vermerem. Her kesin oz qismeti var. ere getmeye hazir hiss etdiyinde insan evlenmelidir. Kiminse sozune gore yox
12 mart 2016 18:59
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Evliliyə insan hazır olmalıdır. Bu sözü bəzi insanlar sadəcə qızların ev işi bilməsi, yemək bişirməyi bacarması ilə əlaqələndirir. Ama belə deyil. İnsan ruhən, psixoloji cəhətdən, hər tərəfli evliliyə hazır olmalıdır. Düzdür, iş bilmək, yemək bişirməyi bilmək də lazımdır. Ama bu birinci yerdə durmur. Çox təəssüf ki, indi qız alan oğlan evləri ancaq bunu fikirləşir, filankəsin qızı "at" kimidi yaxşı işləyir, təmizkardı. Bir düşünən yoxsu ki, bəlkə uşaqdı. 18-20 yaşlı qızlarçun "Evdə qalmısan" kimi sözləri işlədənlər isə geridəqalmış, dar düşüncəli insanlardır.
12 mart 2016 18:57
# 6
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Azəri_Ledi
Ailə qurmaqdan çəkinmək lazım deyil. Əsas odur ki,
doğru insanla ailə qurasan. Səni başa düşən, hər
zaman dəstək ola bilən bir insanla ailə qurmaq
vacibdir.
12 mart 2016 18:33
# 5
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Leylas
Cox gozel movzudu... Allah her kese gozel aile nesib etsin....
12 mart 2016 18:30
# 4
Tomris Müslümova
20 yaşım var.Bəzən qohum-əqrəba ya qonşula mənə elə gic-gic suallar verirlər ki,özümü evdə qartıyıb qalmış qız kimi hiss edirəm.Elə deyirlər ki,hələ getmirsən,hələ tərpənmirsən? Belə götürəndə hələ evlənmək üçün yaşım çox azdı.istəsəmdə belə indi ərə gedə bilmərəm.Çünki hələ oda oxuyur məndə.Qutarıb işləmək niyyətim var.Kiməsə möhtac olmaq istəmirəm.Hərçənd ki,o buna razı deyil,ancaq yola gətirmək fikrim var.Qohum qonşunun sözünə görə tez-çaparaq ərə getməyə dəyməz.Mən hər zaman deyirəm ki,əsas toy toydan sonradı.Bir dəfə bəzənib,çalıb oynamaqla hər şey bitmir.Əsas zırıltı toydan sonradır.
12 mart 2016 18:30
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
1205
Allah butun qizlara gelin olmaq qismet etsin.amin
12 mart 2016 18:16
# 2
Melisa
Hər yawin öz gözəlliyi var . Gərək hər weyj vaxtında edesen.Duzdur kenardam çox qınayırlar ki evde qaldi falan.Amma burda qismet sohbetide var. Herden deyirlər qismet ele öz elindedir.Bezen insan qurulan ailələr görür evlenmek istemir nedense çəkinir. Birden evlenere seçimində yanilar.Gerek bu mövzuda düşünüb hərəkət edesen
Sevgide daima olmur . Hörmət olandan sonra sevgi fala bow weydi.Her bir gənce arzuladığı kimi aile nesib olsun ve her kes xowbext olsun inwlalah. AMIN.
12 mart 2016 18:14
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz