Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızlar! Oğlanların sizdən bir neçə xahişi var!
Qızlar! Oğlanların sizdən bir neçə xahişi var!
Göndərən: adsiz-a
Şərhlər:
Baxılıb: 899
Səs ver:
1. Alış-veriş etmək heç zaman əyləncəli olmayıb və olmayacaq da.
2. "Məni sevirsən?” kimi suallar verməyin. Əmin olun ki, sevməsək bir dəqiqə də yanınızda qalmarıq.
3. Bir probelm yarananda bizdən məsələni həll etmək üçün kömək istəyin
4. 8 həftə çəkən baş ağrıları baş ağrısı ola bilməz! Bəlkə bir həkimə dəyəsiniz?
5. Bizdən sizinlə eyni dərəcədə üzülməyi istəməyin. O sizin rəfiqələrinizin işidir.
6. Bir yerə gedəndə, hansı paltarı geysəniz, sizə çox yaraşır. Vallah da, billah da çox yaraşır. İki dəqiqədə bir soruşmayın "yaraşıııır?”
7. Biz kişilər çox sadəyik. Sizdən çörək gətirməyinizi istəyiriksə, əslində sadəcə çörək gətirməyinizi istəyirik. Bundan "çörək niyə stolun üstündə deyil?” kimi bir nəticə çıxarmayın, çox xahiş edirik.
8. Əgər ikibaşlı bir söz demişiksə və onlardan biri sizin xətrinizə dəyirsə, deməli biz o biri mənada demişik. Heç nədən bizi zibilə salmayın, qurban olum...
9. Əgər bir şey istəyirsinizsə, sadəcə deyin. Ordan-burdan suallar verməyin. Mustafanı birdəfəlik deyin ki, məsələni aydınlaşdıra bilək.
10. Əgər kökəldiyinizi düşünürsünüzsə, yəqin ki, kökəlmisiniz. Bizə bu sualı verməyin, cavab verməyəcəyik.
11. Kişilərin əksəriyyətinin 3 cütdən çox ayaqqabısı olmur. Biz sadəyik. Ona görə də 30 cüt ayaqqabınızdan hansının əyninizdəki paltara uyğun gələcəyini soruşmayın. Qadanız alım, soruşmayın.
12. Evi təmizləyib yorulandan sonra üzünüzə baxılmayacaq hala düşmüsünüzsə, bizdən "çox sağ ol” gözləməyin. Bunun bizə heç bir faydası yoxdur. Təmiz bir evdən daha çox baxımlı bir qadınla evi, həyatı paylaşmaq daha mənalıdır. Bir kişiyə təmiz evdən əvvəl təmiz həyat yoldaşı, hətta sadəcə həyat yoldaşı lazımdır.
13. Sizə "nə olub?” sualını verəndə, "heç, hər şey qaydasındadı” cavabını verəndə, sizə inanırıq, bizim üçün məsələ artıq bağlanır. Ona görə də, bir problem varsa, ya sual verməmiş, ya da sual verən kimi cavab verin ki, sonra bizə "anlayışsız, diqqətsiz” sözlərini deməyəsiniz.


Şərhlər:
Baxılıb: 899
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz