Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın şiddətə deyil, sevgiyə layiqdir
Qadın şiddətə deyil, sevgiyə layiqdir
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 586
Səs ver:
Qadın… Şiddət... Sevgi... Getməyə yeri olmayan, şiddətə məruz qalan, sıxıntılı həyat yaşayan, çətinliklərə sinə gərən bir çox qadın var dünyada. Əsasən də müharibə bölgələrində yaşayan qadınların yaşadıqları sıxıntıları düşünək...
Müharibə olmayan bölgələrdə də vəziyyət fərqli deyil. Orda da maddi-mənəvi işgəncələrə məruz qalan qadınlar az deyil...
Hər il martın 8-i Dünya Qadınlar Günü qeyd edilir. Əlbəttə, bu gözəldir amma qadınların problemlərini aradan qaldırmaq üçün ildə bir dəfə təbrik etmək yerinə, daha təsirli həll yolları axtarmaq daha məqsədəuyğun olar.
Ərəb ölkələrindəki qadınlardan başlamaq istəyirəm. Suriyada 3 ildir davam edən müharibə var və orda ən cox əzilənlər qadınlar və uşaqlardır. Uşaqlarını xilas etməyə çalışan, soyuqdan donan, ailəsinə isti yer axtaran, hər an təcavüz qorxusuyla yaşayan və günlərlə, hətta həftələrlə ac qalan qadınlar var Suriyada....
Əfqanıstanda da qadınların heç bir mövzuda danışmağa nə haqqı var, nə də rahatlığı. Qadınların evdən çıxması və qız uşaqlarının məktəblərdə oxuması qadağan edilir.
Ölkədə qadınlar öldürülür və öldürənlər cəzalandırılmır.
Ərəb ölkələri içində qadınların çox pis vəziyyətdə yaşadığı ölkələrdən biri də Misirdir. Misirdə qadınların 99,3 % -i təcavüzə və şiddətə məruz qalır.
İraqda isə qadınlar həm şiddətə məruz qalır, həm də qadın alverinə qurban olurlar.

Səudiyyə Ərəbistanında müharibə yoxdur, amma oradakı vəziyyət də ürək açan deyil. Qadınların nə şəxsiyyət vəsiqəsi var, nə də maşin sürə bilərlər. Yeni doğulan qız uşaqları öldürülürlər….

ABŞ-da hər 90 saniyədə 1 qadına təcavuz edilir.
Kanada da 18-64 yaş arasındakı qadınların 18%-i həm cinsi təcavüzə məruz qalır, həm də erkən evləndirilirlər.

Yaponyada qadınlar həm fiziki, həm mənəvi, həm də cinsi zorakılığa məruz qalırlar.

Dünyada bu şəkildə ölən qadınların sayının 40-50 milyon olduğu deyilir. Düşünə bilirsiniz?
Qadına qarşı zorakılıq ölkəmizdə də az deyil, nə qədər tədbir alınsa da dəyişən heç nə yoxdur.

Axı niyə? Niyə heç bir nəticə yoxdur? Səbəb nədir? Nə etmək lazımdır?

Qadınlar həyat yoldaşlarını özləri seçsin, boşanmaq istəyən qadınlar da haqqını tələb edə bilsin, qadınlar sərbəst olsun, psixoloji dəstək verilsin, şiddətə əl atanlar qınanılsın və cəzalandırılsın…
Bunlar illərdir ki problemlərin sona çatması üçün alınan tədbirlərdir. Əlbəttə, bunlar edilsin, ama məsələni kökündən həll etmək lazımdır.

Yəni bu insanlara vicdanı, Allah qorxusunu danışmaq lazımdır. Təkcə cəzalandırmaq yetərli deyil. Qarşısındakı insanın ruhunun olduğunu, etdiklərinə görə Allaha cavab verəcəyini bilməsə, cəzası bitdikdən sonra eyni vicdansızlığı etməyə davam edəcəklər.
Allahın qadınları və kişiləri eyni yaratdığını xatırlatmasaq, özlərini üstün görməyə davam edəcəklər. Buna görə də tək çarə insanlara imanı anlatmaq, sevginin necə gözəl nemet olduğunu danışmaq lazımdır. Quran əxlaqının, gözəlliyini, təvazökarlığını, iffətini, fədakarlığını yaşamaq üçün insanları təşviq etmək, gözəl əxlaqın yayılmasına səbəb olmaq hər birimizin borcudur.


Şərhlər:
Baxılıb: 586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz