Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadına hər yaşda lazım olan vitaminlər
Qadına hər yaşda lazım olan vitaminlər
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 592
Səs ver:
Gözəl və sağlam görünmək üçün vitamin şərtdir. Çünki vitamin çatışmazlığı orqanizmin zəifləməsinə, xroniki xəstəliklərin yaranmasına, tez qocalmaya gətirib çıxarda bilər. Gözəl və gənc qalmaq orqanizmdən daha düzgün qayğı və qidalanma tələb edir.
 
A VİTAMİNİ
Sümükləri, dişləri, toxumaları, dəri və sümük toxumasını gücləndirən A vitamini əsl antioksidant anbarıdır. Xroniki xəstəlik riskini azaldır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma əlamətlərini ləngidir və immunitet sistemini gücləndirir.
Yerkökü, balqabaq, ərik, pomidor, qarpız, gül kələmi, kahı, şaftalı, qırmızı bibər, ispanaq, yumurta, süd, qovun və ciyər A vitamini ehtiva edir.
 
B2 VİTAMİNİ
Bədənə enerji verir, immuniteti gücləndirir, stresi azaldır, maddələr mübadiləsini yaxşılaşdırır. Boğaz ağrılarını azaldır, ağız yaralarını sağaldır, saç quruluğunu aradan qaldırır.
İçalat, süd məhsulları, tərəvəz, yumurta, soya lobyası, badam, fındıq, göbələk və taxıllar B2 vitamini ilə zəngindir.
 
B6 VİTAMİNİ
İmmunitet sistemi üçün çox əhəmiyyətlidir. Hormon istehsalına təsir edərək stress, depressiya, ürək xəstəlikləri ilə mübarizə aparır, yaddaş zəifliyini aradan qaldırır. Eyni zamanda qanda şəkərin səviyyəsini tarazlayır. Ürəkbulanmadan əziyyət çəkən hamilələrə də yaxşı təsir edir. Orqanizmdə sözügedən vitaminin çatışmazlığı qan azlığı ilə nəticələnir.
Taxıllar, avokado, banan, ət, lobya, balıq, yulaf, fındıq, tum və quru meyvələrin tərkibində B6 vitamini var.
 
B7 VİTAMİNİ
Biotin kimi da tanınan B7 vitamini hüceyrə yenilənməsi və yağ turşusunun sintezi üçün lazımdır. Tər vəzilərinə, saçlara və dərinin vəziyyətinə nəzarət edir. Saç uzanmasına kömək edir, dırnaqları qidalandırır. Sümük inkişafı və sümük iliyi üçün əhəmiyyətlidir, xolesterin səviyyəsini tarazlaşdırır.
B7 vitamini balıq, kartof, badam, yerkökü, banan, yemiş, sarı rəngli meyvələr, tərəvəzlər, mərci, bolqar bibəri, yumurta sarısı, soya lobyası, yulaf, süd məhsulları və fındıqda olur.
 
B9 VİTAMİNİ
Fol turşusu da deyilən B9 vitamini infarkt riskini azaldır. Yüksək təzyiq, depressiya, xərçəng və yaddaş zəifliyinə müsbət təsir edir. Bu vitamin zehni inkişaf, hamilələrdə dölün inkişafı üçün vacibdir. Tərəvəzlər, portağal suyu, qulançar, qarpız, qovun, çiyələk, paxla, lobya və yumurtanın tərkibində B9 vitamini var.
 
B12 VİTAMİNİ
Maddələr mübadiləsi və hüceyrə yenilənməsi prosesi üçün əhəmiyyətli olan B12 vitamini, ürək xəstəliklərinin, yaddaş zəifliyinin və qan azlığının qarşısını alır. Həmçinin depressiya əleyhinə, sinir sisteminin müalicəsində istifadə edilir. Süd məhsulları, yumurta, balıq, ət və taxıllar B12 ehtiva edən başlıca məhsullardır.
 
C VİTAMİNİ
Hüceyrələri yeniləyən, xərçəng və ürək xəstəlikləri riskini azaldan C vitamini, eyni zamanda qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.
Brokkoli, qreypfrut, kivi, portağal, bibər, kartof, çiyələk, kələm və pomidor C vitamini ilə zəngindir.  
 
D VİTAMİNİ
D vitamininin əsas funksiyası sümükləri gücləndirməkdir. Skleroz, oynaq ağrıları və bir çox xərçəng növünün yaranma riskini azaldır. Menstruasiya dövründə simptomları azaldır. Gün ərzində 30 dəqiqə günəş işığında qalmaq orqanizmi ehtiyacı olduğu D vitaminini ilə təmin edir. Açıq dərili insanlar üçün 10-15 dəqiqə də kifayətdir. Yağlı balıq, süd məhsulları, ciyər, yumurtada da D vitamini var.
 
E VİTAMİNİ
E  vitamini, sadəcə güclü antioksidant deyil, eyni zamanda immunitet sistemini gücləndirən, saç və dəriyə qulluq üçün də ən effektli vasitədir. E vitamini, qırışlar və digər yaşlanma əlamətləri ilə mübarizə aparmaqda böyük rol oynayır. Dəyərli E vitamini yağı orqanizmdəki sərbəst radikalların təsirini azaldır. Qocalma prosesini ləngidən E vitamini dəri xərçəngindən də qoruyur. Ürək xəstəlikləri, katarakt, yaddaş zəifliyi və bəzi xərçəng növlərinin qarşısını alır. Buğda toxumu, fındıq, badam, ispanaq, marqarin, qarğıdalı, balıq yağı, fıstıq əzməsi E vitamini ehtiva edən qidalardandır.
 
K VİTAMİNİ
Sümükləri gücləndirir, qanın laxtalanmasına kömək edir və ürək xəstəlikləri riskini azaldır. Tam taxıllı yeməklər, yaşıl yarpaqlı tərəvəzlər, soya lobyası yağı və balıq yağı K vitamini ehtiva edən başlıca qidalardır.


Şərhlər: 7
Baxılıb: 592
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
1205
Teşekkur.Allahin yaratdigi tebii (dermansiz)şekilde yesek saglam olariq
12 mart 2016 22:46
# 7
vipbetul
butun vitaminler insancun lazimlidir
12 mart 2016 16:32
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Yaşından asılı olmayaraq vitamin hər kəsə lazımdır. Təşəkkür.
12 mart 2016 09:01
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ɢüмüş
Saglam qidalaniram. Encox meyve-terevez yeyirem.
12 mart 2016 08:33
# 4
NURANE
Men bunlari bilmirdim amma bilmekiisdirdim twk oyrenmis oldum
12 mart 2016 07:28
# 3
zalimin zulmu varsa seveninde Allahi var
BARBI
Vitaminler orqanizm ucun cox faydalidir., Vitamin catismazligi ciddi fesadlar torede biler
12 mart 2016 00:04
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Vitaminlərin nəyə xeyirli olduğunu bilirdim. Təkrarlamış oldum təşəkkürlər
11 mart 2016 23:01
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz