Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Katrin Denyov: Kişinin sevgisini qorumaq üçün
Katrin Denyov: Kişinin sevgisini qorumaq üçün
Göndərən: Fialka
Şərhlər: 7
Baxılıb: 487
Səs ver:
Katrin Denyov üçün həyat prinsipləri hər şeydən əvvəl gəlir. Aktrisa iddia edir ki, hər zaman yaxşı formada qalmasının səbəbi bu qaydalara əməl etməsidir. 
 
Daxili aləminiz sizin başlıca məziyyətinizdir!
Katrin yalnız xarici görünüşü ilə bağlı komplimentlər eşidəndə inciyir. Çünki o hesab edir ki, xarici görkəm insan həyatında ikinci planda dayanır. Katrin bütün pərəstişkarlarına öz daxili aləmini inkişaf etdirməyi və digər insanların xarici görünüşünü mühakimə etməməyi təkidlə məsləhət görür.
Kiminsə arzusu olmaq heç də gözəl hiss deyil...
 
Fəal vətəndaşlıq mövqeyiniz olmalıdır!
Aktrsa heç vaxt dünyada və öz ölkəsində baş verən hadisələrdən kənarda olmayıb, lazım gəldikcə, ictimai hadisələrdə  öz mövqeyini bildirib. Məsələn, O, Fransada baş verən müxtəlif aksiyaların, etiraz nümayişlərinin fəal iştirakçısıdır.
 
"Məşhurluğumun ehtiyac olduğu zaman köməyimə gəlməsi xoşuma gəlir. Qalan vaxtlarda isə sadəcə, sıradan biri olmağa çalışıram”.
 
Şəxsi həyatını nümayiş etdirmə!
Bu gözəl aktrisa cavanlıqda daha kimlərlə məhəbbət macərası yaşamayıb... Bu siyahıda Roje Vadim, Marçello Mastroyanni, Serj Qensbur, Conni Hollidey, Luis Bunyuel,  hətta Fransa prezidentlərindən birinin də adı çəkilir! Ancaq Katrin Denyov şəxsi həyatının təfərrüatlarını cidd-cəhdlə gizlədir.
 
"Kişinin sevgisini qoruyub saxlamağın ən yaxşı yolu ona ərə getməməkdir!”
 
Yaşa görə çox kədərlənməyə dəyməz!
Bu gün 18 yaşlı qızlar belə əməliyyatla gözəlləşmək istədiyi halda, kino diva heç zaman plastik əməliyyat etdirməməsi ilə fəxr edir. O, həyatdan hər yaşda zövq almağa çalışır. Məsələn, böyük məmnuniyyətlə bağda bitkilərlə əlləşir, şamlar hazırlayır, nəvələri üçün piroq bişirir.
"Mən öz gəncliyimi qaytarmaq və hər şeyi yenidən başlamaq istəməzdim. Aktrisalara daha fərdi olmağa imkan verilmir".
 
Həyatı sevin!
Katrin Denyov siqaret həvəskarıdır. O, böyük məmnuniyyətlə, başqasının da siqaretini çəkir. Əlbəttə ki, bu məsələdə ondan nümunə götürməyə dəyməz, lakin bu qaydanın əsas mahiyyəti ondan ibarətdir ki, əgər bir qədəh içki sizi xoşbəxt edirsə, onu hərdən bir özünə icazə vermək olar.
 
Dəbli və qüsursuz görünün!
Fransanın dəbin paytaxtı olması heç kimə sirr deyil. Bu, özünü fransız gözəllərinin üslubunda da göstərir. Fransanın dəb ikonaları, hətta gündəlik həyatda da qüsursuz görünməyə çalışır. Sözsüz, Katrin Denyov da hər bir fransız gözəli kimi geyim seçiminə xüsusi həssaslıqla yanaşır.
"Heç vaxt özgəsinin fikrindən asılı olmayın! Öz gözəlliyinizdən zövq alın və onu təbiətin böyük hədiyyəsi kimi qəbul edin!”
 
Yadları özünə yaxın buraxma
Aktrisa həmişə yalnız ümumi mövzular barədə, amma böyük məmnuniyyətlə müsahibə verir! Qeyd etdiyimiz kimi, o, öz şəxsi həyatının təfərrüatlarını ictimaiyyətlə bölüşməyi sevmir. Ola bilsin, məhz bu qaydalar Katrin Denyova 72 yaşında belə, şıq və zərif görünməyə  imkan verir!


Şərhlər: 7
Baxılıb: 487
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
KISHININ SEVGISINI QORUMAQ UCUN - o kishinin heqiqeten de sizi sevmesi lazimdir. sevirse cox da ozune el qatmagin, ozunu shehid elemeyin menasi yoxdur. Sevirse zaten her cur sevecek..
10 mart 2016 15:08
# 7
Bir hissimi itirmishem - TEECCUBLENMEK
ɢüмüş
Bir sozle heyati yasamagi sevmek lazimdir. Heyati oldugu kimi qebul etmek lazimdir. Bu xanimin heyat terzini beyendim.
9 mart 2016 08:33
# 6
Fi-Ra
Her kesin oz heyat prinsipi var. Bu qadinda oldugu kimi. Indi durub her kesin yazdigi ile oturub dursaq vay bizim halimiza. Gerek oz heyat prinsipin olsun
9 mart 2016 02:29
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
maraqli bir o qederde maraqsiz heyatdir berkemde tamaile maraqsiz heyatdir yasamaq namine guya yasiyirmis kimi
9 mart 2016 00:44
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Vuska87
Ere getniwem uje gecdi.amma mence sevir yenede..
8 mart 2016 23:47
# 3
beasloove
Vauvvv... Bele insanlar helede var
8 mart 2016 23:33
# 2
Azəri_Ledi
Heç vaxt özgəsinin fikrindən asılı olmayın! Öz
gözəlliyinizdən zövq alın və onu təbiətin böyük
hədiyyəsi kimi qəbul edin!
8 mart 2016 23:18
# 1
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz