Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə edə bilərik ki, əxlaqımız gözəl olsun?
Necə edə bilərik ki, əxlaqımız gözəl olsun?
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 505
Səs ver:
Bütün peyğəmbərlərin (ə) və İlahi dinlərin əsl hədəfi - əxlaqlı və insani fəzilətlərə malik olan bir cəmiyyət yaratmaqdır. Bu da onu göstərir ki, əxlaqi məsələlər həmişə diqqət mərkəzində olmuşdur. 

Ancaq bizim zamanımızda xüsusi əhəmiyyətə malikdir. Çünki bizim zamanımızda fəsad amilləri daha çoxdur. 
Bəs necə edə bilərik ki, əxlaqımız gözəl olsun?

1. Qəflətdən ayılmaq. Bu hədəfə çatmaq üçün ilk edə biləcəyimiz iş - qəflətdən ayılmaqdır. Bəzi insanlar ancaq heyvani instinktləri ilə yaşadıqlarına görə bəzi şeyləri görmürlər. Bilmirlər ki, həyatda elə haqlar vardır ki, gərək onu qəbul edəsən. Elə batillər vardır ki, gərək ondan əl çəkəsən. Quran bu insanları dördayaqlı heyvanlara bənzədir və buyurur: "Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar". ("Əraf" 179).

2. Elm və imanı gücləndirmək. İnsan yaşadığı aləmə diqqət etdikdən sonra onda belə şəkk yaranacaqdır ki, peyğəmbərlərin (ə) buyurduqları haqdırmı? Bu suala cavab vermək üçün yəqinə çatmaq lazımdır. Bu yolda insana elm və iman yardım edər. Əlbəttə, elm olmadan imanı əldə etmək olmaz. Məlum olur ki, elm imanın şərtidir və bu zaman insan belə bir sual ilə rastlaşır ki, bəs elmi necə öyrənməli? Bu sualın cavabı da budur ki, elmin açarı - fikir və düşüncədir. Quran ayələri bizə tövsiyə edir ki, saleh əməl yerinə yetirərək, imanınızı gücləndirə bilərsiniz. Əgər insanın imanı güclü olarsa, əxlaqı və təqvası da güclü olar. Bu iman kamil olmalıdır, həm Allaha və Rəsuluna (s) və həm də İmamlara (ə) iman bəsləməlidir.

3. Ağıldan yardım almaq. İnsan bu mərhələyə çatandan sonra gözəl sifətləri, Allahı və Kitabı sübut edən ağıldan yardım alaraq öyrənməlidir. Yaxşını pisdən ayırmağı bacarmalıdır. O şeyi ki, ağıl dərk etmir, dindən yardım almalıdır.

4. Əməlin nəticələrinə diqqət etmək. Pis və yaxşı işlərin nəticələri haqqında düşünməliyik. Yaxşı iş görmək üçün ən mühüm meyar - Allaha və İlahi övliyalara sevgi bəsləməkdir. Qüdsi hədisdə oxuyuruq: "Ey Musa! Məni xəlqə sevimli et!".
Beləliklə deyə bilərik ki, insan əgər öz mənəvi inkişafına diqqət göstərsə və İslami bəsirətini gücləndirsə, əxlaqi fəzilətləri əldə edə biləcəkdir.


Şərhlər: 3
Baxılıb: 505
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Rebbim sevdiyi komek olduqu pak etdiyi qullarindan eylesin bizleri Amin insallah
2 mart 2016 00:25
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fi-Ra
Çox gözəl xəbərdi təşəkkürlər
1 mart 2016 23:20
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
beasloove
Çix pis dövürde yaşayırıq. Sizinle tamamiile razıyam
1 mart 2016 23:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz