Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadına şiddət, yoxsa sevgi?
Qadına şiddət, yoxsa sevgi?
Göndərən: adsiz-a
Şərhlər:
Baxılıb: 417
Səs ver:
Ailə daxili şiddət ümumilikdə cəmiyyətin problemidir. Şiddət deyildiyində ağıla ilk gələn fiziki və cinsəl şiddəttir. Qadına qarşı şiddətdə ümumilikdə məqsəd qadın üzərində bir hakimiyyət qurmaqdır. Qadına qarşı şiddəətlər arasında başqa şiddəatlər də var. Qadına şiddət əsasən tək onu döyməkdən ibarət deyil. Elə kişilər var ki, döymədəndə, yəni mənəvi şiddətlər də edərlər. Mənəvi şiddət qadını fiziki şiddət kimi sarsıdır və içdən içə qadının özünə güvənini, insanlarla ünsiyyətini, cəmiyyətlə əlaqələrini kəsməyə qədər gətirib çıxarır. Şiddəti sadəcə fiziki şiddət olaraq görmək yerinə sözlü şiddətin də ən az fiziki şiddət qədər ağır olduğunu bilməlidirlər.
Bəzi müşahidələrimdən, ətrafımda olanlardan və gördüklərimdən belə bir düşüncəylə qarşılaşıram: Nəyə görə qadınlar? Nəyə görə hər zaman əzilən onlardır? Nəyə görə söz haqqları yoxdur? Nəyə görə döyülüb alçalan onlar olur? Bu sualları hər zaman verirəm ve bəzi düşüncəsi zəif olan insanlara, xüsusən də qadınlar üzərində hakimiyyət qurmağa, onları bir kölə kimi görməyə çalışan kişilərə çevrilirərək deyirəm.  Qadın,  Allahın Quranda tərif edildiyi və ona enilən ayədir, Allah bu qədər dəyər vermişkən sən hansi haqla onu əzməyə, haqqını əlindən almağa çalışıran? Qadın səni  9 ay nə əziyyətlərlə qarnında gəzdirib Allahın köməyi və izniylə səni dünyaya gətirəndir, qadın sənin həyat yoldaşın, uşaqlarının anası, sənə, evinə, uşaqlarına heç bir şərt qoymadan, yorulmadan, bezmədən xidmət edəndir. Həyatının çox hissəsini sizlərə ayıran çox gözəl bir varlıqdır. Onun qarşılığıdırmı onun döyülməsi, söyülməsi, hər kəsin içində alçaldılıb təhqir olunması, hətta ən betəri hər kəsin ortasında bıçaqlanaraq öldürülməsi?  Və bundan da ən çox əziyyət çəkən ailədəki uşaqlar olur.
Qadını, xüsusən də anaların alçaldılması zamanı atalar fikirləşmirlər ki, mən gələcəyə tərbiyəli deyil, psixologiyası pozulmuş daha bir "mən” yetişdirirəm? Bəli fikirləşmirlər, çünki, o halda sadece öz eqolari daha irəlidə olur.
Mən yaxınlarda sizlərlə şahid olduğum bir hadisəni paylaşmaq istəyirəm. Oğlum 1-ci sinif şagirdidi və bir gün sinifdə bir uşağın digər uşaqlara şiddət göstərməsini eşitdim. Bəzi valideynlərdə uşağın məktəbdən uzaqlaşdırılmasını istəmişlər. Hadisəni daha da yaxından müşahidə etmək istədim və uşağın anasıyla təkbətək görüşüb danışdım və nələr eşitdim nələr…  Sizcə 2,5 yaşındakı uşağın gözü qabağında ananın ata tərərfindən bıçaqlanması, həm də bir deyil, 7 yerdən bıçaq zərbəsi alması bu uşaqda necə iz buraxar? Burda günahkar uşaqdırmı? Əlbəttə ki, yox, onu vəhşiləşdirən atadır. İnanın tək o deyil, onlarca, yüzlərcə, minlərcə hətta milyonlarca elə qadınlarımız var. Çarəsiz, asılı halda olan qadınlarımız. Boşanmalar, ayrılmalar üzündən öldürülən qadınlarımız, yollarda sürüklənən, təhqir olunan qadınlarımız.Cinsi şiddət isə başqa bir problemdir. Hər gün onlarca və yüzlərcə kiçik qizlara, gənc qızlara təcavüzlərin şahidi olururq və bunu da edən yenə də insanoğludur (əgər onlara insan deyilərsə). 
Sizcə belə bir düşüncə olarmı? Bir gənc qızın açıq geyiminə görə ona təcavüz edilərmi və ya o qız öldürülərmi? Amma indiki cəmiyyətdə o da olur, qadına baxıb nəfsinə hakim olmayıb onu öldürmək dərəcəsinə qədər gələn insanlıqdan çıxmışlarda var çox  təəssüflər olsun. Qadının əxlaqı onun geyimilə deyil, davranışı, ağlıyla ölçülməlidir. Ancaq çox təəssüf, bunu başa düşməyən və o saat şiddətə al atan "kişilər”də var.
Günümüzdə bəzi  ataların və oğlanların belə bir düşüncəsi də var. Qadın, qız oxumaz və ya işləməz. Niyə? Ne üçün?
Qadın da bu cəmiyyətin üzvlərindən biridir, həm də önəmli varlıqlardan biri. Onun da oxumağa, işləməyə, kariyer sahibi olmağa haqqı vardır. Qadın tək ana və həyat yoldaşı deyil, qadının başqa şeylərə də sahib olmağa haqqı var. Məsələn: qadın müəllimələrimiz, qadın yazarlarımız, qadın nazirlərimiz, qadın həkimlərimiz  və s. və s.  Bunları gördükcə insan çox fərəhlənir.  Amma çox təəssüf ki, bəzi  geri fikirli və qadınlar üzərində hakimiyyət qurmaq istəyən kişilər bunu da çox görürlər qadınlara və o haqqını da onun əlindən almağa çalışırlar.
Bir şeyi heç bir zaman unutmayaq, biz istərsək olar və gəlin hər zaman hər tərərfdən özümüzü inikişaf etdirməyə çalışaq.  Bunun üçün Universitet ve ya başqa yerləri oxumaq lazım deyil. İnternetdə inkişafçün çox fürsətlər var,  dil kurslarımız var, kitab almağa gücümüz çatmır ve ya çıxıb ala bilmirik, elektron kitablar var, onlardan istifadə ederək özümüzü inkişaf etdirək.  Facebookda, İnstaqramda boş zamanlar keçirmək yerinə özümüzə, inkişafımıza çalişaq.
Hər zaman qadın haqlarını qorumaq üçün birləşək, bir olaq, dəstək olaq, söz haqqının əlindən alınmasına imkan verməyək.
Qadın oyuncaq deyil, qadın Allahın önəm verdiyi ən gözəl məxluqdur, qadın alət deyil, qadın həyat yoldaşıdır, anadır, kölə deyil, evinin xanımıdır. Qadına şiddət deyil, sevgi verilməlidir. Çünki, sevgi en gözəl dərmandır və ən gözəl müalicədir.


Şərhlər:
Baxılıb: 417
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz