Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni ildə maliyyə vəziyyətimizə təsir edəcək rənglər
Yeni ildə maliyyə vəziyyətimizə təsir edəcək rənglər
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 900
Səs ver:
Yeni il bayramı hər kəsə öz təxəyyülünü geniş şəkildə təzahür etməyə imkan verir. Bu bayramın gəlişi hər yerdə hiss olunur. O yeməklərdə, mənzillərdə, küçələrdə, ofis və geyimlərdə hiss olunur. Bunun üçün yeni bir paltar almaq vacib deyil, köhnə bir paltara da müxtəlif maraqlıaksessuarlar əlavə etməklə, onu yeni kimi göstərə bilərsiniz. Təbii ki, bu, sizin fantaziyanızdan asılıdır.
  
Yeni ilin ənənəvi rəngləri
Bayramı ilin üzərində təhvil oldunduğu  heyvana uyğun rəmzlər və rənglərdə qarşılamaq artıq ənənə halını alıb. Bu ilin Sarı Meymun üzərində təhvil olduğunu nəzərə alsaq, geyimləri də ona uyğun seçmək lazımdır. Məsələn, seçiminizdə qırmızı, narıncı, sarı, qəhvəyi, tünd qırmızı, qızılı, sədəf, mərcan rəng, şokolad və sair rənglərdən istifadə edə bilərsiniz.
Meymun ilinə uyğun bir paltar seçsəniz, ilin səbəbkarını da xeyli sevindirəcəksiniz. O isə öz növbəsində sizin bu səxavətli addımınızı layiqli şəkildə qiymətləndirəcək. Unutmaq olmaz ki, Meymun, orijinallığı, yaradıcılığı və dəbdəbəni sevir. Buna görə də, rəng parlaqlığı ilə seçilən paltarlara üstünlük verir.
 
Yeni ili qarşılamaq üçün ən yaxşı variant al-qırmızı rəng olacaq. Ayaqqabı və aksessuarları qırmızı rəngdə seçə bilərsiniz. Çünki qırmızı məhəbbət təcəssümü, ehtiraslı münasibətlər, həm də şan-şöhrət deməkdir. Bu səbəbdən, 2016-cı ildə ehtiraslı münasibətlər, pul, işdə yüksəlmək və mənfəət əldə etmək istəyirsinizsə, al-qırmızı paltar alın.  
 
Əgər hər il qırmızı rəngdə paltar geyinməkdən bezmisinizsə, onu sarı və narıncı kimi diqqət cəlbedici rənglərlə əvəzləyin. Kişilər də qalstuk və digər aksessuarları bu rənglərdə seçə bilər.
Göy rəng uğur və rahatlığı simvolizə edir. Gələn il ailə qurmaq, ikinci yarını tapmaq istəyənlər bu rəngdə paltar seçsinlər. Göy rəng karyerada da yüksək mövqe əldə etməyə kömək edir.
 
Yeni ildə var-dövlət qazanmaq istəyirsinizsə, 2016-cı ili sarı və ya bənövşəyi rəngli paltarda qarşılayın. Maliyyə vəziyyətini maksimum dərəcədə yüksəltmək üçün bu iki rəngi birləşdirmək də olar.
Təhsillə bağlı arzularınız varsa, narıncı və ya qəhvəyinin çalarlarını seçin. Onda uğur mütləq sizin də qapınızı döyəcək.
 
Yeni ildə yeni dostlar qazanmaq və öz həyatınızda əsaslı dəyişikliklər etmək, öz mövqeyinizi möhkəmləndirmək istəyirsinizsə, ağ və gümüşü rəngli paltar seçin. Çünki məhz belə tonlar planlarınızın reallaşmasında sizə yardımçı olacaq.
 
Gələn il övlad sahibi olmaq istəyənlərə isə ağrəngli libas seçmək tövsiyə olunur. Amma obraza mütləq qırmızı bir detal əlavə edin.
 
Paltarı getdiyiniz məkana uyğun seçin
 
Yeni il axşamını dostlarınızla birlikdə restoranda qeyd etməyi planlaşdırırsınızsa, bu halda zərif bir paltar seçməlisiniz. Kişilər isə smokinq, yaxud maksimum dərəcədə klassik stildə geyinməlidir.  Əgər bayramı evdə keçirəcəksinizsə,  bu, maskarad kostyumu və ya ekstravaqant bir paltar, yaxud rahat ev geyimi ola bilər.
 
Yeni il şənliyini səs-küylü bir yerdə qeyd etməyi düşünürsünüzsə, gecə üçün xüsusi kostyum tikdirməyi təklif edirik. Bu sizin fantaziyanızı nümayiş etdirməyə imkan verəcək. Məsələn, qar kraliçası personajı kimi görünə bilərsiniz.
 
Yeni ili ailə üzvlərinin əhatəsində  keçirmək komfort və rahatlıq deməkdir. Siz bütün gecəni  dikdaban ayaqqabılarda gəzməli və əziyyət çəkməli olmayacaqsınız. Ev şəraitində də deyib-gülə, müsabiqələr  təşkil edə, ən əsası, doyunca rəqs edə bilərsiniz. Mühüm olan bayramı xoş ovqatla qarşılamağınızdır.
Onu da qeyd edək ki, Yeni il axşamı üçün darıxdırıcı və ciddi libaslar seçmək qəti məsləhət deyil. Məsələn, ətək karandaşla bluz birləşməsi düzgün seçim deyil. Bluzu daha dəbdəbəli və zərli kofta ilə əvəz etmək daha yaxşı fikirdir. Kokteyl paltarlar isə istənilən məkan üçün uyğundur.
 
Bu gecə klatçlar və çantalar haqqında unutmaq olmaz. Siz parıltılı və ya gül çiçək detalları ilə bəzədilmiş çantalar seçə bilərsiniz.
Arzuladığımız paltarı aldıqdan sonra obrazı tamamlamaq üçün irihəcmli zinət əşyaları seçin. Yuxarıda qeyd etdiyimiz kimi, ilin rəmzi olan meymun parıltını çox sevir. Ona görə də, yeni il axşamı üçün mücrünüzdən ən cəlbedici zinət əşyasını seçin. Əlbəttə ki, onlar ziyafət libası ilə uzlaşmalıdır.
 
Əgər sizin qızıllarınız, bahalı daş-qaşınız yoxdursa, kədərlənməyə dəyməz. Çünki Meymun çox gözəl bijuteriyaları da böyük həvəslə qəbul edəcək.
Saç düzümü ilə parlaq makiyaj da obrazın qüsursuz alınmasında həlledici rol oynayır. 
Aşağıdakı fotolardan Yeni il axşamı üçün ziyafət libasını aksessuarla düzgün kombin yollarını öyrənə bilərsiniz


Şərhlər:
Baxılıb: 900
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz