Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ulduzsayağı geyinməyi öyrənin
Ulduzsayağı geyinməyi öyrənin
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 753
Səs ver:
Ancelina Colinin Bred Pittlə birlikdə çəkildiyi "Mavi sahil” filmi kinoteatrlarda nümayiş olunandan bəri aktrisanın oradakı imici bir çoxlarının xoşuna gəlib.
 Coli filmdə 70-ci illərdə  Fransada yaşanan burjua-zadəgan qadın obrazını canlandırır.
 
Aktrisanın "Mavi sahil”dəki geyim tərzi təqdirəlayiqdir. Qeyd edək ki,  rolun maksimum dərəcədə inandırıcı alınması üçün Hollivudun ən tanınmış stilistləri obraz üzərində xırdalıqlarına qədər düşünüblər. Biz də bu yazıda qəhrəmanın geyim tərzi haqqında danışmışıq.
 
Film mavi sahil kadrları ilə açılır, sonra kabrioletdə oturan gözəl bir xanım peyda olur. Bu xanımın başına qoyduğu yanları enli böyük, qara şlyapa onu daha sirli göstərir. Küləyin təsiri ilə boğazına bağladığı şifon şərf onun məlahətli obrazına incəlik bəxş edir...
 
Qara şlyapa
Bu filmdə qara şlyapa aktrisanın üslubunun əsas elementi sayılır. Coli film boyu bu aksessuardan bir neçə kadrda istifadə edib. Bu baş örtüyü Colinin görkəminə gözəllik və zəriflik verir. Şlyapanın  özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü mükəmməl şəkildə tamamlayır, yığılmış saçlarla ahəngdarlıq təşkil edir və əzəmətli xanım obrazı yaradır. Yeri gəlmişkən, onu da qeyd edək ki, geyinilməsi xüsusi zövq tələb edən bu baş örtükləri uzun zaman əsilzadəlik rəmzi sayılıb.
 
Coli kimi yaraşıqlı görünmək istəyirsinizsə, şlyapanı bu ilin dəbi sayılan bantlı bir bluzla və qara midi ətəklə uyğunlaşdırın. Obrazın effektli alınması üçün taxma kirpikləri yaddan çıxarmayın.
 
Başdan-ayağa bəyaz
Colinin fimdəki geyim tərzi onun real həyatdakı üslubuna çox yaxındır. Belə ki, filmdə aktrisa minimalizm qaydalarından kənara çıxmayıb. Məsələn, bir çox kadrda başdan-ayağa ağ geyinib və bu obrazı 70-ci illərin böyük çərçivəli eynəkləri ilə tamamlayıb. Coli filmin sonuna qədər bu eynəkdən ayrılmır və böyük ekranda onlar aktrisanın cazibəli dodaqları ilə rəqabət aparır...


Şərhlər:
Baxılıb: 753
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz