Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ananızın qarderobu dadınıza çatacaq
Ananızın qarderobu dadınıza çatacaq
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 898
Səs ver:
Qızlar 18-25 yaşda formalaşırlar, bu yaş dövrü qadın gözəlliyinin zirvəsi sayılır. Bu yaş xanımlarda həm ixtisas, həm stil baxımından"Kim olmaq?” sualı peyda olur. Qızlar xarici görünüşləri barədə ənçox elə bu yaşda düşünməyə başlayır və özünəməxsus geyim üslubunu müəyyənləşdirirlər. Məsələn,  25 yaşa qədər özlərinə hər istədiyini paltarı geyinməyə icazə versələr də, bu yaşdan sonra geyim seçimində daha diqqətli davranırlar.
 
Zərifliyinizlə yaddaşlarda silinməz iz buraxmaq istəyirsinizsə, özünüzü əsl qadın kimi tərbiyə etməli, diqqəti individuallığa yönəltməli və zövq duyumunu kamilləşdirməlisiniz. Lakin bunu stil ikonalarını təqlid edərək deyil, daxili dünyanızın səsini dinləyərək etməlisiniz. Maksimum dərəcədə zərif görünməyə çalışın. Bütün bəzək aksessuarlarından istifadə etmək imkanınız var. Onların gücündən yararlanın. Ən əsası, geyinməyə heç nə tapmayanda ananızın qarderobuna etibar edin. Nəzərə alın ki, o, heç vaxt sizi darda qoymayacaq. Üstəlik, dəb dünyası dəyişkəndir, vintaj və retro əşyalar isə bu il xüsusilə aktualdır.
  
Dizdən aşağı köynək-paltar
Bu formada paltarlar dəbə 2015-ci ilin əvvəlində qayıdıb və deyəsən, aktuallığını hələ uzun müddət qoruyub saxlamağı planlaşdırır. İstənilən halda, bu model hər bədən quruluşuna yaraşır və hər xanımda əla görünür.
 
İpək yaylıqlar
İpək yaylıqlar dəbdən düşməyən klassik bəzək əşyasıdır. Ancaq bu gün onları müasir paltarlarla taxmağı tövsiyə edirik. Məsələn, ipək yaylığı ya saçınıza, ya da çantaya bağlaya bilərsiniz.
 
Yaxa sancağı
Yaxa sancaqların bu il dəbdə olduğunu xəbər vermişdik. Yaxa sancaqları eleqant və zövqlü xanımlar üçün individuallığını vurğulamağa imkan verən əvəzolunmaz bəzək əşyasıdır. Orijinal sancaqlar həm ciddi işgüzar obrazı, həm də zərif axşam libasını mükəmməl şəkildə tamamlayacaq. Çox güman ki, ananızın və nənənizin mücrüsündə sizə yadigar qalan vintaj bir yaxa sancağı tapılar.
 
Tvid pencək
Tvid pencəklərin yaşlı göstərdiyini düşünürsünüz? Yanılırsınız, tvid pencək çoxdan bütün modapərəstlərin qarderobunun bir hissəsi olub. Həddindən artıq klassik və darıxdırıcı görünməmək üçün onu cins və dəri şalvarlarla, yaxud da kişisayağı ayaqqabılarla uyğunlaşdırın.
 
Mirvari
Əgər almazı "Daşların kralı” adlandırırlarsa, mirvari də "Daşların kraliçası” hesab olunur. Bir mirvarinin ömrü təqribən 150-200 ildir. Bu da o deməkdir ki, mirvarilər qadınlar üçün heç zaman dəbdən düşmür! Mirvari ilə tvid jaketin tandemi xüsusilə maraqlı alınır. İri mirvari sırğalar cırıq cins və sviterlərlə də gözəl uzlaşır.

Klassik çanta
Bütün qadınların qarderobunda klassik markaların klassikləşmiş çanta modelləri xüsusi yer tutur. Bu çanta növü illərə meydan oxuyaraq dəbdəki hakimiyyətini davam etdirir.
 
70-ci illərin ruhunda uzunboğaz çəkmələr
Açıqrəngli, burnu bir qədər dar, orta dabanlı uzunboğaz çəkmələr 70-ci illərin məhsuludur. Amma onlar yenidən dəb gündəmində yer alıblar. Ananızın ayaqqabı kolleksiyasına nəzər salın, bəlkə, orda sizi belə bir çəkmə gözləyir.
 
Xəz papaq
Bir neçə il böyük xəz papaqlar bizə gülməli, dəbin rişxəndi kimi görünürdü. Lakin bu il belə baş geyimi qışın trendi adını qürurla daşıyır. Yəqin ki, ananızda belə baş geyimi tapılar. Xəz papaqlar soyuq günlərdə qulaqlarınızı isti saxlayacaq, həm də qış tərzini vurğulayacaq.

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 898
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz