Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar utanmamaq üçün nə etməlidir?
Qadınlar utanmamaq üçün nə etməlidir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1499
Səs ver:

http://imgs.su/tmp/2012-02-21/1329802259-493.jpg

Utancaqlıqdan xilas yolları


Kimsə bizə baxanda ürəyimiz sürətlə döyünür və həyəcanlanırıq. Tanımadığımız və ya yeni tanış olduğumuz insanla ünsiyyət qurmaqda çətinlik çəkirik. Yeni işə başlayanda vəziyyətimiz bir az da qəlizləşir. Özümüzü işçilərə tanıtmaq istəyirik, amma səsimiz titrəyir. Çoxluqdan aralı durmağa çalışırıq. Deməli, biz utancağıq. Ancaq bizim çox danışan, ünsiyyətcil bir insan olmaq kimi bir öhdəliyimiz də yoxdur. Bununla belə utancaqlıq ümumi işə ziyan vurursa, deməli, müəyyən addımlar atmağın zamanı yetişib.

"Daimi xoşbəxtlik" adlı layihəsi ilə xanımların dərdlərinə əlac edən amerikalı psixoloq Artest Battler utancaqlığın həll edilməz bir problem olmadığını deyir.
Onun sözlərinə görə, utancaqlıqdan ən çox qadınlar əziyyət çəkir.

ABŞ-da çox qadının utancaqlıq problemi ilə üzləşdiyini söyləyən Battler ona müraciət edən 100 qadından 85-nin dərdinə əlac etdiyini vurğulayıb. Psixoloq bu qənaətdədir ki, ilk növbədə utancaqlığın haradan qaynaqlandığını tapmaq lazımdır: "Söhbətləşərək problemin haradan qaynaqlandığını öyrənə bilirik. Əgər siz də məsləhətlərimə qulaq assanız, utancaqlıqdan xilas ola bilərsiniz ".

Battllerə görə insan utancaqlıdan xilas olmaq üçün bəzi düşüncələrdən qurtulmalıdır: "Utancaqlıqla iç-içə yaşamaq çox çətindir. Ətrafınızdakı insanların yanında axmaq vəziyyətə düşmək, onların yanında bacarıqsız kimi görünmək qorxusu sizi yanlış istiqamətə yönəltməsin. Utancaq qadın narahat düşüncələrlə özünü daha da çətin vəziyyətə salır ".

Battler deyir ki, insan heç vaxt "danışsam, axmaq vəziyyətə düşərəm" deməməlidir: "Və yaxud heç vaxt deməyin ki, "danışsam, kimsə mənə axmaq deyər". Düşünməyin ki, söyləməyə söz tapmasam, nə edəcəyəm. Danışanda səsinizin yavaş çıxacağından qorxmayın. Özümü idarə edə bilməz, çaşaram, qızararam, titrəyərəm, dəli olaram, ürəyim dayanar, hər kəsin canını sıxaram, kimi fikirləri qəti yaxına buraxmayın. Özünüzə sual verməyin ki, çox qəribə görünürəm? Düşünməyin ki, hər kəs sizi izləyir".

Psixoloqun sözlərinə görə, utancaqlıqdan xilas olmağın yollarından biri onun haqqında çox danışmaqdır: "Həyat yoldaşınızla, dostlarınızla utandığınız şeylərlə bağlı çoxlu söhbət edin. Amma utancaqlığın ciddi problem olduğunu unutmadan. Yeni bir çevrədə təmsil olunmaq istəyirsiniz, ancaq utancaqlığınız buna mane olursa, bu zaman həyat yoldaşınız və ya sevdiklərinizlə bu çevrəyə daxil olmağa çalışın. Buna müvəffəq olsanız, utancaqlığa qalib gələcəksiniz ".

Battler başqa məsləhətlər də verir. İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkirsinizsə, ünsiyyətcil dostlarınızdan birinə müraciət edin. Yeni tanışlıqlar qurmaqda dostunuzun köməyindən istifadə edin, amma çalışın ki, dostunuz yeni tanışa sizin haqqınızda həddindən artıq tərifli sözlər deməsin. Əksinə, sizin deyə bilmədiklərinizi ona çatdıra bilsin.

Utancaq insanların qarşı tərəfin diqqətini çəkməsi üçün bir az fərqli olması lazımdır. Bu səbəbdən də fərqli bir cəhətinizi ortaya qoymağınıza ehtiyac var. Ola bilər ki, utancaqlığınız fərqliliyinizi orta qoymağa maneçilik törətsin. Ancaq önünüzə çıxan çətinliklər sizi qorxutmasın.

Əgər biri ilə söhbət edərkən utancaqlıq səbəbindən çətin vəziyyətə düşmüsünüzsə, qarşınızdakına sual verin. Ancaq diqqət edin ki, sual mənasız olmasın. Danışmadan onun sifətinə baxsanız, söhbət kəsiləcək, amma sual versəniz, söhbətin davam etmək imkanları artacaq. Onun verdiyi cavabdan sonra siz də fikirlərinizi səsləndirə, söhbəti uzada bilərsiniz.

Verdiyimiz məsləhətləri asanlıqla həyata keçirə bilərsiniz. Çünki bu, imkansız deyil...

 



Şərhlər:
Baxılıb: 1499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz