Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaşa görə qadınların intimual istəkləri (ANALİZ)
Yaşa görə qadınların intimual istəkləri (ANALİZ)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2854
Səs ver:

http://imgs.su/tmp/2012-02-21/1329801948-493.jpg

Məşhur psixoanalitikdən

ABŞ-ın məşhur psixoanalitiki Alain Herli qadın psixologiyası ilə bağlı ciddi araşdırmaların müəllifidir. O, 14-82 yaşlı xanımlarla söhbətlər edərək müəyyən qənaətlərə gəlib və bu qənaətlərini "Psychologies" jurnalında qələmə alıb.

Alain Herli xanımları yaş və intim həyat dövrü üzrə 6 qrupa ayırıb və dövrlər üzrə psixoloji durum barədə qeydlər edib.

Kulis.az bu qeydlərin maraqlı hissələrini tirajlayır.

 

16-25 yaş: romantizm

-Cinsi həyat hələ başlanğıc nöqtəsindədir. Gənc qadını sabit bir cinsi həyatdan daha çox əks cinslə əlaqə qurmaq düşündürür. Hər qarşılaşma yeni bir təcrübədir. Bu dönəmə damğasını vuran şey uşaqlıq xatirələridir. Müdafiə mexanizmləri çox güclüdür. Bir yandan macəra axtarır, digər yandan müdafiə olunmaq istəyirlər. Bu yaşın əsas özəlliyi romantizmdir. Bir yandan cinsi həyata maraq var, digər tərəfdən isə həmişə gecikən bir şahzadəni gözləməkdədirlər.

25-38 yaş: yaradıcılıq

-Duyğuların sabitliyə qovuşduğu yaşdır. Qadın, bədəninə alışmağa başlayır. Gövdəsini tanıyır. Kişilərlə yaxşı münasibətin necə qurulacağı haqqında düşünür. Cinsi həyatla bağlı bəzi incəlikləri öyrənib. Daha yaradıcı və birbaşa cinsi həyatı kəşf edib. Ancaq 35 yaşdan sonra məşhur "bioloji saat" çalışmağa başlayır. intimdən həzz alma duyğusu artır, analıq hissiyyatı əvvəlki kimi olmur. Amma gözlənilənlərin əksi baş verəndə vəziyyət qəlizləşir. Qadın cinsi həyatdan zövq ala bilmirsə, iztirablar başlayır. Bu yaşın üstünlüyü qadının cəsarətli addımlar ata bilməsidir. 30 yaşından sonra lazım olan şey daxili enerjini toplamaq, onu yaxşı bir istiqamətə yönəltmək və bu işin qulpundan möhkəm yapışmaqdadır.

38-47 yaş: Cinsi həzz və şəhvət

-Bir qadının cinsi həyat baxımından 40 yaşına girməsi, daxili gerçəyi ilə üzləşməsi, bədəni və arzuları ilə harada olduğunu anlamaq saatıdır. Analıq vəzifələrini yerinə yetirmək duyğusu müstəqillik əvəz edir. Cinsi həyat və şəhvətə yenidən üstünlük verilir. Cinsi həyat təbii şəkildə qadınlıq duyğusunun mərkəzində yer alır. Bu yaşın əsas xüsusiyyəti qadının özünü sorğu-sual etməsidir. O,bədəni ilə nizamlı münasibət qurar. Özünəvurğunluq artar. Və ilkinc bir məqam: qadınların çoxu ilk orqazmını 38-47 yaşları arasında yaşadığını etiraf edir. Qadın arzularının gücünü etiraf edər, onu maskalamaz, inkar etməz və arzularından qaçmağa çalışmaz. Çünki cinsi həyat arzuları içərisindədir.

Pis xəbər isə budur ki, bu yaşlarda aybaşı pozulmaları baş verməyə başlayır. Bu da növbəti yaş dövrü üçün problemləri artırır. İlk problemlər intimə marağı azalda bilir, bəzi hallarda qadınlar depressiyaya düşür, nostalgiya artır. Yaxşı xəbər isə budur ki, bu yaşlarda qadın cinsi problemləri faciəyə çevirmir, lirik düşüncələri ona daha çox hakim olur.

47-50 yaş: Sorğu-suala tutmaq

-Bu dövr çox önəmlidir. Çünki bu, "50 yaşa giriş " anlamına gəlir. Verilən suallara mütləq cavab tapılmalıdır. Artıq yaş keçir. Növbəti illəri qarşılamaq üçün özünə keçmişlə bağlı həqiqi və dürüst hesabat verməlisən. Bunun üçün üç mərhələ var. Əvvəlcə qət edilən yolun hesabatı verilir. Qət etdiyin yol məqbul hesab edilir. İrəliyə getmək haqqında düşünülür. Daha sonra evlilik, bir yerdə olma nəzərdən keçirilir. Qadın bütün ömrü boyu bunun qorunması üçün çalışıb, bu səbəbdən də indi vəziyyətin necə olduğuna baxar. Hansı vədlər yerinə yetirilib, hansı işlər görülməmiş qalıb? Bu hesabat ayrılmaq, boşanmaq məqsədilə deyil, daha uğurla irəli getmək üçün verilir. Qadın bu dövrlərdə cinsi həyatını hansı şəkildə qurmaq məqsədilə çox oxuyur. Eyni zamanda yaşlanmaq qorxusu artmağa başlayır. O, qorxularını ictimai fəaliyyətlə azaltmağa çalışır.

50-55 yaş: qasırğa, böyük qarışıqlıq

-Bu yaş dövründə ciddi problemlər başlayır. Aybaşının kəsilməsi baş verir. Bax, bu, qadının həyatında hər şeyi alt-üst edir, sanki bir qasırğa baş verir. Daxildə cinsi hissləri yaşatmaq üçün böyük bir müqavimət başlayar. Aybaşının kəsilməsi cinsi həyatın sonu deyil. Bu yaşın ən gözəl xüsusiyyəti intim arzularının hələ də yaşaması, həm özünə, həm də yoldaşına bunu sübut etmək məcburiyyətidir.

55 yaşdan sonra

-Pis xəbər budur ki, 65 yaşa qədər qadının səhhətində problemlər yaranır. Daha bir xəbər odur ki, intim istəyi bu yaşda da ola bilər. Əgər istədiyini tapa bilsə, hətta orqazm da yaşaması mümkündür. Bu yaşda intim duyğusal bir oyun deyil, sadəcə, doymağa yönəlik bir addımdır. Ancaq bədən artıq o bədən deyil. Bu səbəbdən ağır bir depressiya yaşanır, qadın sanki həyatdan qopub. Bu yaşda qadını ayaqda saxlayan şey yaşamaq eşqi və tarazlıqdır.



Şərhlər:
Baxılıb: 2854
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz