Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təzyiqlərə sinə gərən ecazkar aksessuar
Təzyiqlərə sinə gərən ecazkar aksessuar
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 691
Səs ver:
Xəz hakimiyyətin, zəngin həyatın simvollarından biri sayılır. Hər zaman olduğu kimi, bu il də təbii xəz tərəfdarları ilə heyvan hüquqlarının müdafiəçiləri arasında müharibə səngimək bilmir.
 
Heyvan hüquqlarının keşiyini çəkənlər təbii xəz əleyhinə nə qədər kompaniya aparsalar da, bu gözəl bəzəyi qadınların gözündən sala bilmirlər.
 
Dünyanın ən böyük moda evləri də təbii xəzdən imtina etmək fikrində deyil. Əksinə, qış kolleksiyalarında bu elementə daha çox yer verirlər. Lakin ekoloji cəmiyyətin sevimliləri kimi tanınan "Stella McCartney” və "Vivienne Westwood” kimi moda evləri təbii xəzdən rəsmən imtina ediblər, onları müştərilərin marağından daha çox, günahsız yerə öldürülən heyvanlar düşündürür.  
 
"Vogue” jurnalının baş redaktoru Anna Vintur xəzlərə olan sevgisi ilə tanınır. Restoranda nahar edərkən heyvan hüquqları müdafiəçilərinin onun boşqabına ölü yenot atması belə, xanımın xəzlərə olan məhəbbətini azaltmayıb. Xəz geyimləri təbliğ etdiyinə görə, məhkəmə prosesinə cəlb edilməsi, dəfələrlə heyvan hüquqları birliyinin şifahi və fiziki hücumlarına məruz qalması da, onu inadından döndərə bilməyib.
 
Bu gün xəzlər universal materiallar arasında yer tutaraq dəb dünyasında öz statusunu birdəfəlik möhkəmlədib. Belə ki, vegetarianların etirazlarına baxmayaraq, xəzləri nüfuzdan salmaq mümkün deyil. 
 
Bu il, xüsusilə, xəz çantalar aktualdır. Onlara istənilən moda evinin kolleksiyalarında rast gələ bilərsiniz.  
"Louis Vuitton”, "Valentino”, "Donna Karan”, "Fendi” "Ralph Lauren” kimi məşhur brendlər zərif cinsin nümayəndələri üçün xəzdən tikilmiş çantalar təklif edir. Çantanın modelinin xüsusi bir əhəmiyyəti yoxdur. Əsas məqsəd aksessuarın tamamilə xəzdən ibarət olmasıdır. Bu aksessuarlar o qədər gözəldir ki, onlara toxunmadan baxmaq çox çətindir. Bir çox Hollivud ulduzları və dəb ikonaları artıq bu tendensiya ilə silahlanıblar.
 
Bu materialdan olan çantalar yalnız individuallığı vurğulamağa xidmət etmir, həm də qış obrazını zənginləşdirir.
 
Dizaynerlər modapərəstlərə təbii xəz çantalar almağı məsləhət görür. Lakin narahat olmayın, dəb sənayesi heyvan hüquqlarının müdafiəçilərini nəzərə alıb, onlar üçün süni xəzlər təklif edir. Onlar da ən az təbii xəzlər qədər güclü təsir bağışlayır.
 
İkincisi, xəz çantalar rəngarəngliyi ilə seçilir. Belə ki, dizaynerlər modapərəstlərə rəng palitrası baxımından geniş çeşid təklif edir. Məsələn, moda həftələrində bənövşəyi, çəhrayı, yaşıl, tünd göy, mavi, qəhvəyi, ağ və qara xəzdən tikilmiş çantalar daha çox gözə dəyirdi. Bundan başqa, dizaynerlər bir neçə rəngdən tərtib edilmiş modellər təklif edir.

Xəz dekorları əlavə edilmiş dəri çantalar qış obrazının ən gözəgəlimli bəzəyi ola bilər.
Xəz çanta seçdikdə həddini aşmamaq mühüm amildir. Bütün ansambl xəzdən ibarət olmalı deyil. Bu zaman ümumi görünüş ağır və olduqca mənasız olacaq. Məsələn, kürklə xəz çantanın dueti birmənalı qarşılanmır. Əgər siz onların hər ikisini eyni vaxtda istifadə etməkdə israrlısınızsa, çanta və kürkün rənginin və fakturasının həmahəng olmasına diqqət etməlisiniz.
 
Xəz çantanı dəri, xüsusilə, kəşmir palto ilə birləşməsi uğurlu alınır. O, yun jaket, cins və sviterlərlə də gözəl görünür. Həmçinin, zamşadan tikilmiş uzunboğaz çəkmələri çəkinmədən belə çanta ilə uzlaşdırmaq olar.


Şərhlər:
Baxılıb: 691
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz