Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar nə istəyir...?
Qadınlar nə istəyir...?
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 560
Səs ver:
Qadınlar nə istəyir...? Bu sualı düşünürəm bəzən, hətta kişilərə də ünvanlamışam. Lakin aldığım cavablar heç də bir kişi düşüncəsi olaraq obyektiv olmayıb. Kişilər bu sualın cavabını, qadınların çox deyinməsi, hər şeyə reaksiya verib, xırda bir şeyi aşırı dərəcədə böyütməsi və bunların kişilər üzərində yorucu etkisindən danışırlar. doğrudur, fərd olaraq hamı bir-birinin eyni ola bilməz. Bu nüanslar da mövcuddur. İstisnalar həmişə hər yerdə mütləqdir. Lakin bunların istisna və azlıq təşkil edən durum olduğunu göz önündə saxlasaq sualın cavabı çox daha dərin və çox daha düşündürücü olacaq. Suala daha dəqiq cavab tapmaq üçün bəzi əlavə sualların cavabını bilməliyik, zatən ondan sonra bu sualın cavabı özlüyündən bəlli olacaq. Düşünək ki, qadın kimdir və qadın hansı yapıya sahibdir? Qadın zərifdir, qadın incəlikdir, qadın zərafətdir, qadın qulağa xoş avazla söylənən ahəng bir şeir, həzin bir musiqidir. Qadın gur şəlalənin mənbəyi, coşğun dənizin sakit köpüklənən ağ ləpəsidir. Qadının bəşəriyyətin, insanın var olma səbəbidir, qadın duyğudur, hisslərdir, qadın romantikadır, emosionallıq içərən yapıdır. Qadın olmaq bir çox üstünlükdür, qadın olmaq yaşatmaqdır, nəfəs verməkdir. Bütün bunlar qadını anladan şeylərdirsə qadın çox şeyə sahibdir deməkdir. 
Zərif olanı qorumaq gərəkir, incəliyinə, zərafətinə sahiblənib arxa, dayaq olmaq gərəkir. Ahəng bir şeiri gecə səhərə qədər dinləmək insanı bezdirməz, əksinə ona xoş situatsiya bəxş edər, ruhuna huzur verər. Həzin bir musiqi isə ruhu canlandırar, sakitliyi ilə ona yaşam qaynağı olar. Gur səsli şəlaləyə baxıb coşğun həyat eşqi ilə yaşamaq, bəzən isə sakit dənizin ləpələri ilə düşünüb huzur tapmaq insanın düşüncəsinə rahatlıq verir. İnsanı yaşadan, insan olaraq qılan onun duyğuya, hisslərə sahib olma bacarığıdır. İnsan bunlari duyur, emosionallaşıb duyğusallaşırsa deməli hisslərə malikdir.
Qadın nə istəyir...? Zərif olan, ən gözəl duyğulara malik bir şey sizdən nə istəyə bilər? Sevilmək... Qayğı... Nəvaziş... Bəli, bu qədər bəsit, bu qədər sadə. Bir qadın qorunmaq istər, kişisi tərəfindən sahiblənilmək istər, aid olmaq istər. Çünki aidlik qadının özlüyündə var. Qadın kişisinə aid olar, Kişi qadınına sahib olar! Bir qadının istəyi sadecə budur, aid hiss edilmək, onun olmaq, sahiblənilmək... Əzizlənilmək, oxşanılmaq istər, nazını çəkən kişiyə ehtiyac duyar qadın, saçını oxşayan, əllərini möhkəmcə tutub qoxusunu ciyərlərinə həbs edən kişi istər qadın... Dəlicəsinə sevilmək istər qadın, çünki qadınlar dəli kimi sevər, inanmaq istər bütün qəlbi, ruhu ilə. Güvənmək istər tamlığı, varlığı ilə, güvəni sarsılmasın istər. Hər bir qadının qəlbində bir kişiyə məftun olmaq, ona aid olmaq, onun qadını olmaq, onun birəyi olmaq istəyi var.Hər qadının içində bu fitri olaraq var. Çünki qadının təbiəti bağlanmaqdır, aid olmaqdır. Kişidə belə deyil, kişi aid olmaz, sahib olar! Qadının birinci öncəlliyi kişisinin onu sahiblənməsidir. Onu özündə, qəlbində tam olaraq, bir parçası olaraq düşünməsidir.
Beləliklə, qadınlar nə istəyir sualının cavabı düşünürəm ki, artıq bəllidir. Gördüyünüz kimi yerinə yetirilməsi, həyata keçirilməsi o qədər də çətin olmayan bu istəklər qadını həm mutlu, həm də kişisinə daha yaxın edər. Ona görə də, əzizlərim, bir qadının mutluluq formulu məhz yuxarıda qeyd olunanlardır, biraz az və ya biraz çox, fərq etməz. əsas odur ki, ona qadın olduğunu hiss etdirin, bu ilk növbədə sizin də xoşbəxtliyinizə gedən yol olacaq! Sevilməyiniz diləyilə.....


Şərhlər:
Baxılıb: 560
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz