Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmkanlı oğlan və ya İmkanlı qız!
İmkanlı oğlan və ya İmkanlı qız!
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4236
Səs ver:

alt

İmkanlı oğlan və ya İmkanlı qız!

Münasibətlərin haqq-hesab üzərində qurulması.
Bu çoxdan adi hal alıb.Qızın oğlanı imkanına görə seçib ərə getməsinə adi baxıldığı halda,oğlanların bu məqsədlə evlənməsinə cəmiyyətdə pis yanaşıblar.
Qadının imkana görə ailə qurmasını təhlil etsək görərik ki,həmişə hüquqların bərabərliyindən danışan qadınlar ailəyə gəldikdə başqa fikir yürüdürlər:evə kişi baxmalıdır,ailənin yaxşı dolanmasına kişi cavabdehdir.Düzdür başqa cür düşünənlər də var,amma bu çox azdır.

Əslinə qalsa hüquqlar eyni olandan çox şey dəyişib:qadınlar maşın sürür,siqaret çəkir,içki içir,hətta ailə qurana qədər intimlə də məşgul olmağı özünə rəva bilir.Unutmuşdum,xokkey də oynayır,ağır atletika ilə məşgul olur,kosmosa da uça bilir.
Deyə bilərsiniz ki,qadınlar kişilərlə bərabər çalışır,yüksək vəzifələr tutur,cəmiyyətdə mühüm rol oynayır.Amma bu əvvəldən də olub:Janna Dark,Mari-Küri və s.Onlar da hüquq bərabərliyinin parlaq nümunəsi ola bilər.

Əslində fiziki cəhətdən qadın kişidən zəif olduğu üçün həmişə evin rahatlığını qoruyub,kişi də ailəni yemək və geyimlə təmin edib.Çox vaxt isə qadının sosial statusu aşağı olub,bircə onu göstərmək kifayətdir ki,qadının özünə ər seçməyə haqqı olmayıb.
Hər bir insan öz taleyini özü təyin etmək istəyər.Ona görə də çox vaxt kasıb ailələrdə analar var ki,qızlarına imkanlı oğlan seçmək tərbiyəsi verir,daha onun atası kimi kasıb yox.

İmkanlı ailədə böyüyən qız isə belə yaşayış tərzinə öyrənib,aza qane olmaq istəmir,o da imkanlı oğlan axtarışındadır.
Bir sözlə sevgi yox,təmin olunmuş ailə tərbiyəsi verilir.Öz təcrübəsində yanan ana (sevgini puldan,var-dövlətdən üstün tutub yanıldığını görən)istəmir ki,onun qızı da bu səhvi təkrar etsin.

Onu qorumağa çalışır.Elə hallar da olur ki,qız özü imkanlı oğlan axtarır,çünki dəbdəbəlı həyat sevir,burda ana sözü nəzərə alınmır.
Belə ailə qurmağın yaxşı və pis cəhətləri var.Ailə təmin olunmuş olur,kasıbçılığa görə söz-söhbət olmur.İndiki zamanda ailələrin çoxu buna görə dağılır. Necə deyərlər sevgi gəldi-gedərdi,yemək isə həmişə istəyirsən.

Pis isə odur ki,kişi qadını özünün şəxsi əşyası hesab edir,çünki onu pulla alıb,istənilən vaxt başqası ilə dəyişə bilər.Deyə bilərsiniz ki,ola da bilər kişi qadını sevər,onda vəziyyət heç də pis olmur.Qadın da rahat olur,heç olmasa ona görə ki ,kişi onu sevir.Ailədə problem olmaz.Bu olmur,əgər qadın yalnız puluna görə oğlanla ailə qurubsa bunun sonu yoxdur:pul gözünü bağlayır,kişinin çatışmamazlıqlarına göz yumur,ya da qəşəng olsa da sevməyi qətiyyən bacarmır,amma pullu oğlanları ələ ala bilir.Komfort,rahatlıq,bər-bəzək arzusundadır,oğlanın xarıci və daxılı keyfiyyətləri onu maraqlandırmır.Belə qadınların hər şeyi olsa da xoşbəxtliyi olmur,onlar kənarda özlərinə məşguliyyət,ya da sevgili tapırlar.
Bəzi hallarda belə münasıbətlərdən gözəl ailə də alına bilər.Bu kişinin ruhi zənginliyindən asılıdır,onun daxili aləmi o qədər zəngin olmalıdır ki,öz güclü sevgisi,ağlı,ləyaqəti ilə qadının sevgisini qazana bilsin.Amma həm maddi,həm də mənəvi cəhətdən zəngin oğlanlar nadir hallarda rast gəlinir.Onlar da özləri kimi nadir qızların bəxtinə çıxır.


Şərhlər:
Baxılıb: 4236
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz