Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağlamaq qadının tələsidir
Ağlamaq qadının tələsidir
Göndərən: aLoNe AnGeL
Şərhlər:
Baxılıb: 610
Səs ver:
* Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (F.Bixter)
* Gözəl qadınlardan ağıllı olmalarını tələb edə bilmərik, amma ağıllı qadınların çirkin olmalarını əsla onlara bağışlamaq olmaz. (Mistler)
* Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. (Cak Lemmon)
* Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir. (Seneka)
* Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir. (Budda)
* Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. (Z.Freyd )
* Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. (Chamfort)
* Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər. Amma bizi bədbəxt eləməyin min yolunu bilirlər. (Heyne)
* Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər? (Z.Freyd )
* Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır». (XVI Ludovik)
* Bir qadının üzü güləndə bir kişinin cibi aglayır. (Oskar Vilde)
* Qadın, hər şeyi görən gözü belə aldadar. (F. Dostoyevski)
* Mən xoşbəxtəm ki, mən kişi deyiləm, yoxsa qadınla evlənməli olardım. (Madam De Stall)
* Yaxşı bir qadın bir kişini təsirləndirər, ağıllı bir qadın onda maraq yaradar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar. (Helen Rowland)
* Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır.
(Viktor Hüqo)
* Hər kişi həyatında mütləq bir qadını ömürlük sevər və hər qadın mütləq bir kişiyə ömür boyu əzab çəkdirər…
(Paulo Coelho)
*Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur.
(Giyom de Buşe)
* Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (Alfons Dode)
* Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. (Corc Herbetr)
* Qadın hökmdarlıq edir, amma idarə etmir. (D.Jirarden)
* Mən qadınlarda zahiri gözəlliyi deyil, ruhun gözəlliyini axtarıram. (Uilyam Şekspir)
*Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. (Onore de Balzak)
*Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
(Çin atalar sözü)
*Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. (Migel de Servantes)
* Qadınla bağlı faciəli olan şey nə onlarla, nə də onlarsız yaşana bilinməməsidir.(L. Bayron)
* Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar, bir qadına sahib olan adam hər qadını özünə heyran buraxar. (Goldinq )
* Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. (Ç. Bukovski )
* Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir. (Şəms Təbrizi )
* Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür. Birincisi briliyant, ikincisi xəzinədir
* Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. (Aleksandr Duma)
* Qadına hərdən itaət etmək lazımdır ki, onun üzərində hökümranlıq edəsən. (Viktor Hüqo)
*Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. (Anton Pavlovic Çexov)
* Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. (F. Dostoyevski )
* Qadınlar onları güldürən kişilərdən xoşlanır sözü yalandır, unutma. Çünki, qadınları sadəcə xoşlandıqları kişilər güldürə bilir əslində. (Can Dündar)
* Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi tək ehtiyacını qarşılayacaq hər qadını. (F. Dostayevski)
* Bir qadın söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. (P. Neruda)
* Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. (Danimarka atalar sözü)
* Bir qadın sevdiyi kişinin başqa bir qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can çəkişərkən görməyi tərcih edər. (Q.Q.Markez)
* Qadın heç getməyəcəkmiş kimi sevər, amma yeri gələr heç sevməmiş kimi gedər.
( J. Crange)
* Bir qadın sizi milyoner edə bilər, təbii ki siz triliyonersinizsə. (Bob Dylan)
* Ağlamaq qadının tələsidir. (C. Rumi)
* Aldadan kişi yoxdur, göz yuman qadın var.
* Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)
* Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. (Ç.Bukovski )
* Kişilər önəm verdikləri qadından heç kimə danışmaz, qadınlar isə əksinə önəm vermədikləri kişilərdən.
* Qadının təxmin etdiyi şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (R.Kiplinq)
* Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər. (Oskar Vilde)
* Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də ! (P. Koelho)


Şərhlər:
Baxılıb: 610
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz