Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların diqqətinə: Heç bir kişiyə bu sözləri demək olmaz
Qadınların diqqətinə: Heç bir kişiyə bu sözləri demək olmaz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1538
Səs ver:
Kişilərin sevdiyi xanımdan eşitmək istəmədiyi, eşitdiklərində isə özlərindən çıxdıqları cümlələr var. Həmin cümlələri sizə təqdim edirik

Düşündüm
Sevdiyiniz xanım "düşündüm” lə başlayan cümlə qurursa, bilin ki, yaxşı olmayan nəsə deyəcək.

"Düşündüm, məncə, sən məni əvvəlki qədər sevmirsən”.
Xanımınız "düşündüm…” deyərkən, "mən bilirəm nə düşündüyünü”, – deyib xoş cümlələr qurun.

Sən də kişisən ki!
Heç bir kişi kişiliyinin sual altında qalmasından xoşlanmaz. Heç bir qadın da durduğu yerdə sevdiyi kişiyə "sən də kişisən ki!” deməz.

Bir kişi olaraq "Niyə bu sözü işlətdi? Səbəbi nədir?” suallarına cavab tapın və bu sözə layiq olacaq həmin davranışı bir də təkrar etməyin.

Ailəm səninlə tanış olmaq istəyir!
Kişilərin ən çox qorxduğu cümlələrdən biridir. İki məna verir:
"Münasibətimiz ciddi bir nöqtəyə gəldi, evlənməliyik”.
"Ailəm sənin kim olduğunu öyrənmək istəyir. Özünə düzəliş et”.

Əgər münasibətiniz həqiqətən ciddi bir nöqtəyə gəlibsə, ailəsiylə tanış olmağa gedin. Çəkinməyin.

Başım ağrayır!
Kişilər gecələri bu sözü eşitməkdən nifrət edirlər. Bu o deməkdir ki, gecə heç nə etmədən yatacaqlar.

Əgər xanımınızı həqiqətən arzulayırsızsa, ona ilk əvvəl ağrıkəsici dərman verin, sonra xoş davranıb, xoş sözlər deməyə çalışın.

Keçmiş sevgilim olsaydı…
Siz heç keçmiş sevgilinizdən danışmırsız, ancaq o, hər zaman keçmiş "sevgilim belə, elə…”, – deyə onu xatırladır. Buna nə qədər dözə bilərsiz ki?

Bu halda çox əsəbləşməyib bunun sizi narahat etdiyini deyə, hətta ”Bu qədər yaxşı idisə, onda niyə ayrıldın?”, – deyərək cavabını verə bilərsiz.

O qıza niyə baxdın?
Qarşıdakı qıza baxarkən yaxalandınızsa, vay sizin halınıza. Bütün gününüz zəhər olub burnunuzdan gələcək. "O qıza niyə baxdın?”la başlayıb "Sən məni bəyənmirsən”ə kimi söhbət uzanacaq.
"Baxdım çünki elə çirkin qız görməmişdim”, – deməklə xilas ola bilərsiz.

Nə düşünürsən?
Qadınlar hər şeylə maraqlandığı üçün kişilərin hər şeyini bilmək istəyərlər. Ancaq kişilər özləri ilə bağlı hər şeyi açıqlamağı sevməzlər, səssiz qalmağı seçərlər. Siz "nə düşünürsən?” sualına "heç nə” desəniz, bu sualla yenə qarşılaşacaqsız. Ona görə "səni, sənin gözəlliyini” cavabını verib xilas olun.

Danışmalıyıq!
Bu cümləni eşitdinizsə, münasibətinizlə bağlı probleminiz var demək. Ya sizinlə artıq xoşbəxt olmadığını deyəcək, ya da münasibətinizdə onu qane etməyən bir şeylər var.
İlk addımı atın və "mən də səninlə danışmaq istəyirdim. Çoxdandı səni nə qədər çox sevdiyimi deməyə fürsət tapa bilmirdim”, – deyib aranı düzəldin. .

Rəfiqəm evlənir.
Adi bir cümlə olsa da, bunu deyərkən sevgilinizin səsindəki hüznü, kədəri hiss etdinizmi? Bu cümlənin əsl mənası "Rəfiqələrimin hamısı ərə getdi, mən qaldım. Biz nə vaxt evlənəcəyik?” deməkdi.
"Xoşbəxt olsun!”, – deyib söhbəti dəyişin.

Məndəki dəyişikliyi gördünmü?
Saç rəngini dəyişib və siz də bunun fərqinə varmamısınızsa, bitdiniz demək.
"Səndəki dəyişikliyin fərqinə varmamaq mümkündürmü? Gözəlliyinə gözəllik qatılıb”, – deyin.


Şərhlər:
Baxılıb: 1538
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz