Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana olmaq üçün ən ideal yaş... - Xanımların nəzərinə!
Ana olmaq üçün ən ideal yaş... - Xanımların nəzərinə!
Göndərən: emis
Şərhlər:
Baxılıb: 1512
Səs ver:
35 və daha yuxarı yaş ana olmaq üçün çoxmu gecdir?
Bu yaşda necə hamilə qalmaq olar? Hansı üsuldan istifadə etmək lazımdır? Bunun riskli tərəfləri varmı?
Müxətlif səbəblərdən dolayı gec ailə quran və ya başqa səbəblərdən dolayı 35 yaşa kimi hamilə qalmayan qadınlar ana olmaq qərarı verəndə çətin bir dönəm yaşayırlar. Çünki həm hamiləliyin meydana gəlməsində, həm də davamında müəyyən problemlər yarana bilər.

Qadınların zamanı daha qiymətlidir
Hamiləliyin olması üçün kişidən gələn sperma hüceyrəsi ilə qadındakı yumurta hüceyrəsinə ehtiyac olduğunu bilirik. Bura qədər hər şey aydındır. Lakin bir məsələ var - kişidə sperma istehsalı hər yaşda davam edir. Qadınların yumurta ehtiyatı isə zamana qarşı dura bilmir. Bunun səbəbi nədir? Körpə qız uşağı dünyaya gələndə mövcud yumurtaları onun yumurta ehtiyatını bəlli edir. Yumurtalıqlarda təxminən 300-400 min ədəd yetişməmiş yumurta hüceyrəsi var. Doğuşdan yeniyetməlik dövrünə qədər keçən zamanda yumurta istehsalı olmur və yumurtaların bir qismi öz-özünə yox olur.

Yeniyetməliklə birlikdə hər ay bir qrup yumurta yetkinləşmək istiqamətində inkişafa başlayır, bir və ya iki dənəsi yetişərkən qrupun digər bölümü vaxt keçdikcə hüceyrə ölümü ilə yox edilir. Bu əməliyyat bədənin fizioloji iş proqramıdır. Yumurtalıqlardakı yumurtaların tez məhv olmasını genetik, ekoloji faktorlar, siqaret, dərmanlar, radiasiya artıra bilər. Təhsil, karyera arxasınca düşən qadınlar bir də gözlərini açır ki, illər su kimi axıb gedib. Qadının doğmaq üçün ideal yaş həddi 20-35-dir. 35 yaşdan sonra isə ana olmaq şansı sürətlə aşağı düşür.

Yumurtaların keyfiyyəti
20 yaşlarda ən keyfiyyətli yumurtalardan istifadə edilir və çox hissəsi yox olur. 30 yaşlarında istifadə edilən yumurtalar orta keyfiyyətlidir. 40 yaşlarda daha az keyfiyyətli yumurtalar qalır. Bunun səbəbi həm qadının genetik quruluşu, həm də illər içərisində yumurtalıqların məruz qaldığı xarici faktorlardır. 37 yaşından sonra istehsal həm çox sürətlə gedir, həm də yumurtaların keyfiyyəti yaxşı olmur. Ancaq kədərlənməyə dəyməz. Müasir dövrdə tibb sürətlə irəli gedir. Analığa namizəd olanların təhsilli və bilikli olması, mütəmadi olaraq həkim müayinələrini təxirə salmamaları sayəsində sağlam uşaq sahibi olmaları mümkündür.

Yumurtalıq ehtiyatınızı öyrənin
Bioloji yaşınızla yumurtalıqlarınızın yaşı arasında fərq ola bilər. Bu səbəbdən də hamiləlik yaşı mövzusunda seçim edərkən bu ünsürü də diqqətdə saxlamaq lazımdır. Menstruasiyanın üçüncü günündə yumurtalıqların və qanda bəzi hormon səviyyələrinin qiymətləndirilməsi ilə yumurtalıq ehtiyatı məlum ola bilir. Əgər ehtiyat aşağıdırsa, tez tədbirlər görülərsə, hamiləlik daha asan təmin edilə bilər. Lakin kimə hansı üsulun tətbiq ediləcəyinə qərar vermək üçün daha ətraflı tədqiqatlara ehtiyac ola bilər.

Riskləri göz önünə alın
Həyat şərtləri və seçimlərimiz bizi daha gec övlad sahibi olmağa vadar edir. Amma bəzi həqiqətlər var ki, onları unutmamalıyıq. 35 və bundan yuxarı yaşda hamiləliyin vaxtından tez doğuş, erkən hamiləlik qanaxması, hamiləliklə bağlı yüksək təzyiq, şəkər nisbətində artım, xromosom anormallığı kimi riskləri var. Bədəndəki bütün hüceyrələr, yumurtalıqlar daxil olmaqla zaman keçdikcə yaşlanır. Yaşlaşan yumurta hüceyrəsinin sperma hüceyrəsi ilə birləşməsindən əldə edilən embrionlarda hüceyrə bölünməsində pozuntular yaranır. Daun sindromu deyilən 21-ci xromosom çoxluğu buna misal ola bilər.

Müasir zamanda hamiləliyin planlı olması, hamiləlikdən əvvəlki dövrdə lazımlı müayinələrin, testlərin və dərman qəbulu, zərərli vərdişlərdən imtina edilməsi, qidalanma və idman proqramlarına vaxtlı-vaxtında əməl edilməsi ilə xoşbəxt və sağlam hamiləlik yaşana bilər.

Sizə uyğun üsulu seçin
1.Süni mayalanma. 35 və yuxarı yaşda olan qadınlarda daha asan hamiləlik əldə etmək üçün istifadə edilən bu üsul ananın yumurtası ilə atanın spermasının laboratoriya şəraitində sağlam və idarəli şəkildə birləşdirilməsi mənasını verir.

2.Yumurta dondurulması. Səhiyyə Nazirliyinin icazəsi ilə yumurtalıq tutumu yaşla əlaqədar olaraq azalan qadınlar yumurtalarını dondura bilər. Bu üsulla əvvəlcə gələcək ananın yumurtalarını artıran müalicələr edilir. Daha sonra bu yumurtalar ağrısız bir formada əldə edilərək dondurulur.

3.Dərmansız süni mayalanma. Dünyada az sayda tətbiq olunan bu üsul digər təkrarlanan süni mayalanma üsullarına görə daha yüksək səviyyəli bir texnologiya, professionallıq tələb edir. Hər hansı bir yumurtlama müalicəsi üçün tətbiq edilən inyeksiyalar verilmədən, yumurtalıqlardan tam formalaşmamış yumurtalar alınıb laboratoriya şəraitində yetişdirilir və bu yumurtalara mikroinyeksiya üsulu ilə sperma inyeksiya edilir. Əldə edilən embrionlar normal süni mayalanma üsullarında olduğu kimi genetik analizdən keçirilərək, ən sağlam olan embrion qadının uşaqlığına transfer edilir.

4.Koreya mədəniyyəti. Bu üsulda yumurta və spermanın döllənməsindən embrionun inkişafına və ananın uşaqlığına yerləşdirilməsinə qədər embrion laboratoriyada ana bətnini dəstəkləyən xüsusi maye içərisində inkişaf etdirilir. Beləliklə, daha keyfiyyətli  embrionlar əldə edilərək, hamiləlik şansı artırılır.

5.Hamiləlik peyvəndi. Bu üsulda uşaqlıq immunitet sistemi ilə hamiləliyi qəbul edəcək formada hazırlıqlı olur. Ana olacaq qadından alınan qandakı "limfosit” qan hüceyrələri ayırd edilir. Bu hüceyrələr xüsusi mayelərində CRH hormonunun dəstəyi ilə xüsusi vasitələrlə təbii saxlanılır. Əldə edilən maye embrion uşaqlığa yerləşdirilmədən 1-2 gün əvvəl və ya bəzi vaxtlarda eyni gündə uşaqlığa yeridilir.

6.Era testi. Uşaqlığın embrionu qəbul etmə potensialı tədqiq edilərək müalicə planlaşdırır.

7.İdeal embrionun seçilməsi. Embrionun inkişafı video yaddaş vasitəsilə mütəmadi olaraq izlənilir. Bölünmə gücü və hüceyrə quruluşuna görə dəyərləndirilir və hamiləlik şansı ən yüksək embrion seçilir. Bu sistem embrionun genetikası haqqında məlumat verdiyi üçün olduqca vacibdir.

Xroniki xəstəliyiniz varmı?
35 və yuxarı yaşdan sonra hamiləliklərlə bağlı xroniki xəstəliklər də diqqət cəlb edir. Hamiləlik zamanı bədəndəki bütün sistemlər təsirlənir və bir çox dəyişikliklər meydana gəlir. Analığa namizəd qadınlarda hamiləlikdən əvvəl yüksək təzyiq, ürək xətəliyi, şəkər kimi xətəliklər varsa, risk artır. Ona görə də hamiləlik müddəti həkim nəzarətində  olmaq vacibdir.


Şərhlər:
Baxılıb: 1512
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz