Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uzun kirpiklər üçün nə etməli?
Uzun kirpiklər üçün nə etməli?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3897
Səs ver:

alt

 

Uzun kirpik üçün nə etməli?

Gözün üst qapağında 8-12 mm uzunluğunda 90-160, alt qapağında isə 6-8 mm uzunluğunda 75-80 kirpik var. Kirpiklərin tökülməməsi və qırılmaması üçün hər gecə yatmamışdan öncə gözünüzdən tuş ve kölgəni silin. Təəssüf ki, bu sadə qaydaya əməl etməyi bir çoxları unudur. Gözlərdən makiyajı silmək üçün göz üçün nəzərdə tutulmuş moloçko və losyondan istifadə edin. Adi vasitələr qızartı və qıcıqlanma verə bilər. Makiyajı temizləyəndən sonra gözünüzü qara çay dəmi ilə silin. Bu, kirpikləri möhkəmləndirəcək. Kirpiklərin sıx ve yumşaq olması üçün bitki kompreslərindən mütləq istifadə olunmalıdır. Peyğəmbərçiçəyi (açıq göy rəngli çöl çiçəyi), kalendula və qara çay cövhərindən hazırlanan kompres öz effektliyini verir. Pambıq tamponu bu cövhərlə isladıb göz qapağınızda 15-20 dəqiqə saxlayın. Kompresi həftədə bir dəfə etmək mütləqdir.

Kirpiklərin uzun olması üçün "yağlı" reseptlər
Yağlarla müalicə zamanı tuşdan istifadə etmək məsləhət deyil.
1.Gənəgərçək yağını hər gün yatmamışdan qabaq kirpiklərinizə sürtün. Bu, onları bərkidir ve sıxlaşdırır.
2.Badam və şaftalı yağı kirpiklerin rəngini tündləşdirir və onları uzadır.
3.1 ç.q. gənəgərçək yağı, 1 ç.q. buğda toxumu və 3 damcı dimeksid qarışığını günaşırı kirpik köklərinə vurun. Bunu 2 ay davam etdirin.
4.8 q vazelin, 5 q genəgərçək yağını qarışdırıb gündə 2 dəfə kirpikərinizə sürtün. Onlar parıldayacaq, tökülməyəcək.

Göz makiyajı
Kirpiklərin sağlamlığı və gözəlliyi göz üçün düzgün seçilmiş makiyajdan da çox asılıdır. İlk növbədə, tuş seçimində çox diqqətli olmaq lazımdır. Əgər adi tuşlara qarşı allergiyanız varsa, onda həssas dəri üçün nəzərdə tutulan xüsusi tuşlardan istifadə edin. Tuşun üzerindəki tarixə diqqətlə baxın, yalnız yeni tuş alın. Tuşun qurumaması üçün qapağını bərk bağlayın. Tuşdan düzgün istifadə etmək də çox önəmlidir:
Tuş kirpiklərin kökündən uclarına doğru nazik qatla vurulmalıdır.
Əvvəlcə tuşu kirpiklərin bayır, sonra isə iç tərəfinə sürtmək lazımdır.
Qısa kirpikləri (gözün alt qapağındakı) tuşu şaquli istiqamətdə tutaraq rəngləmək daha asandır.
Tuşun ikinci qatı birinci qat bir az quruduqdan sonra çəkilməlidir.

Kirpikburan vasitədən necə istifadə etməli
Addım1: Kirpikburanı isti suyun (qaynar yox) altında saxlayın, sonra tez silin. İsti metal kirpikləri daha tez buracaq.
Addım 2: Onu kirpiklərdə 5 saniyə saxladıqdan sonra buraxın.
Addım 3: Kirpiklərin möhkəm, yumşaq olması və gözəl görünməsi üçün hər axşam və səhər onları xüsusi fırça ilə darayın (təmiz tuş fırçası da ola bilər). İstifadədən əvvəl fırçanı zeytun və ya gənəgərçək yağına batırın. Mütəmadi darama kirpiklərin tez uzanmasına səbəb olacaq.


Şərhlər:
Baxılıb: 3897
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz