Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar belə kişiləri sevir
Qadınlar belə kişiləri sevir
Göndərən: emis
Şərhlər:
Baxılıb: 598
Səs ver:
Qadınlar əksərən "pis oğlan” kimi tanınan kişilərə aşiq olurlar. Bu tip kişilər çox zaman yaraşıqlı, cazibədar olduğu üçün qadınların diqqətini çəkir. Lakin bunun sonu çox zaman kədərli bitir. "Pis oğlan” kimi tanıdığımız bu kişilər məsuliyyətsiz olur və ancaq özlərini düşünürlər. Eqoları olduqca yüksək olan bu kişilər hansı xanımı istəsələr, əldə edə biləcəklərini düşündüklərindən heç bir qadın onlar üçün önəm daşımır.
Alimlər qadınların belə kişiləri seçmələrinin bir neçə səbəbini açıqlayıb.

Bunun səbəblərindən biri belə kişilərin cazibəsinə qarşı qadınların iradəsinin zəifləməsidir. Xarici görkəmi yaraşıqlı olan kişilərin yaxşı ata ola biləcəyini düşünən qadınlar münasibətlərin sonunda üzülən tərəf olurlar.

Digər səbəb isə qarşılaşdıqları kişinin ağ atlı şəhzadə olduğuna özlərini inandırmalarıdır. Xəyalları və reallığı qarışdıran xanımlar hər zaman gözlədikləri adamla qarşılaşdıqlarını düşündükləri üçün "pis oğlan”larla birlikdə olmağı seçirlər.

Belə kişilər saf, xarizmatik olur və qadınlarla necə davranmalı olduqlarını yaxşı bilirlər. Qadınlar isə əfsuslar olsun ki, onların təsirinə çox asanlıqla düşürlər. Öz ətrafında olan qadınlara diqqət etməyən kişilər daim cazibədar görünürlər. Onlar çox yaxşı ünsiyyət qururlar. Onlarla danışmaq, bizə yazdıqları mesajları oxumaq və onlarla bağlı hər şey bizi həyəcanlandırır. Gün ərzində onlarla danışmağı səbirsizliklə gözləyirik. Bəlkə də bu "nəyəsə asanlıqla sahib olmamağın” verdiyi duyğularla bağlıdır.

Bəzi kişilər qadınları xoşbəxt etmək üçün əllərindən gələni edirlər. Qarlı hava olsa belə, onlar üçün fərqi yoxdur, sadəcə biz istədik deyə gedib qəhvə ala bilərlər. Onlar üçün daim biz ön plandayıq. Bizə heç zaman öz fikirlərini deməzlər, onlar üçün sadəcə bizim fikrimiz önəmlidir. Bütün bunları etdikləri üçün bizə sıxıcı gəlirlər. Bunların hamısını "pis oğlan”lar etmədiyi üçün biz qadınlar onları seçirik.

Çox ünsiyyət yaxşı deyil. "Yaxşı kişilər” daim bizimlə ünsiyyət qururlar. Həmişə mesaj yazırlar, əhvalımızı soruşurlar və bu, bir müddət sonra bizi bezdirir. Mesajımıza 20 saniyə sonra cavab gəlməsi heç də əyləncəli olmur. Gün ərzində "necəsən?”, "gecən xeyrə” kimi mesajlar daha yaxşıdır.
Ancaq bütün bunlar pis oğlanlarla yaşanmır və yenə də pis oğlanları seçirik. Bu səbəblərə görə, onlara aşiq oluruq. Doğru insanı tapana qədər bu münasibətlər belə davam edir


Şərhlər:
Baxılıb: 598
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz