Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlığımı sübut etmək üçün mənə çarpayı gərək deyil
Qadınlığımı sübut etmək üçün mənə çarpayı gərək deyil
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1040
Səs ver:
Ötən əsrin 60-cı illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsrin ən gözəl aktrisalarındna biri idi. Təəccüblü olsa da, postsovet kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gec tanış olub.

Seksuallıq hər bir qadının daxilində gizlənir...

Anam və atam mənə vaxt ayıra bilmirdi. Heç kimə lazım olmadığımı xatırlayıram və nə zamansa bu halın dəyişə biləcəyinə şübhə edirdim. Mənim yeganə sevgim şokolad idi. Bircə şokolad heç vaxt mənə xəyanət etmədi...

Uşaq olanda mənə insanların diqqətini çəkməyin ədəbsiz olduğunu öyrədirdilər. Özünü nümayiş etdirmək yaxşı əlamət sayılmırdı. Mən isə məhz bununla pul qazanıb yaşaya bilirəm...

Deyilənə görə, sevgi ən faydalı əmanətdir. Nə qədər çox investisiya yatırırsan, bir o qədər də fayda götürürsən...

Mən manikür, cəlbedici geyim, hətta çimərliyə belə, saç düzümü və qırmızı dodaq boyasında getməyə inanıram. Mən çəhrayı rəng və xoşbəxt olan qadınların çox gözəl olmalarına inanıram. Mən inanıram ki, gülmək bədəndəki artıq yağları əridir. İnanıram ki, sabah yeni gün başlayacaq və... möcüzələrə inanıram...

Qadının xoşbəxtliyi gözlərindən bilinməlidir. Gözlər sevginin yaşadığı qəlbin qapısıdır...

Kişinin sizə hədiyyə etdiyi sırğadan onun sizə qarşı fikirlərini öyrənmək olar...

Qadınlığımı sübut etmək üçün mənə çarpayı gərək deyil. Mən ağacdan alma dərəndə də, yağış altında dayandıqda da seksual ola bilərəm...

Milad bayramında həmişə bir arzu tuturam: dünyada yaşayan bütün uşaqlar əmin-amanlıq içində olsun...

Gözəlliklər yaradıb insanların fikirlərini qəddar dünyadan yayındırmağımla fəxr edirəm...

Heç vaxt boşanmağımı istəməmişəm. Ümumiyyətlə, bu sözə tab gətirə bilmirəm. Mənim boşanmağım haqda danışanda hələ də, sıxılıram. Mənim arzum birdəfəlik ərə getmək idi...

Nikah-ömürlük müqavilədir. İnsan daxili arzularını dərk etməyənə kimi  nikaha addım ata bilmir. Mən isə hələ də, özüm özümü kəşf edirəm... Özüm haqqında çox şeyləri bilmirəm, lakin bir gün öyrənəcəm. Bax, ona görə də kiməsə və ya nəyəsə bağlı olmaq istəmirəm...

Məni güldürməyə qadir olan insanları sevirəm. Hərdən düşünürəm ki, bu dünyada ən çox sevdiyim şey gülüşdü. Gülüş bir çox xəstəlikləri müalicə edir. Bəlkə də, gülüş insanın ən gözəl bacarığıdır...

Qadının gözəlliyi onun yaşı ilə artır...

İnsanlar daha çox əşyalar kimidirlər. Onlar yerindən götürülüb təmir olunmağı və onlar üçün yer tapılıb oraya qoyulmasını istəyir; heç zaman heç kimi atmayın...

Hər gün yaxşı sözlər deyən dodaqlar gözəldir. İnsanlarda yalnız yaxşı keyfiyyətlər görən gözlər gözəldir. Öz yeməyini  başqaları ilə bölənlərin daha yaxşı bədən forması olur. Hər gün uşağın saçlarını tumarlayan şəxsin öz saçları ipək kimi olur...

Əgər kömək əlinə ehtiyacın olsa bil ki, o əl səndə var: bu, sənin öz əlindir. Böyüdükdən sonra 2 əlinin olduğunu görəcəksən: bir əl özünə, digəri isə başqalarına yardım etmək üçün...

Göz yaşları gülüşdən daha çox güclüdür... Çünki biz hamı üçün gülə bilirik, lakin sevdiyimiz insanlar üçün ağlayırıq...   

Həyatım nağıla bənzərdir. Həyatımda çətin anlar çox olub, lakin hər dəfə tunelin sonunda işıq üzü görmüşəm...

Vəhşi heyvanları sevməyin: onları nə qədər çox sevsəniz, onlar bir o qədər güclənəcək. Kifayət qədər güc topladıqdan sonra isə qaçacaqlar.

Qamətinizin düz qalması üçün özünüzdə elə bir təəssürat yaradın ki, sanki siz tənha deyilsiniz...

Qocalıq məni narahat etmir, daha çox tənhalıqdan qorxuram...

Elə bir dil yoxdur ki, mən onu asanlıqla danışa bilim. Bir dildən digərinə keçəndə yorğunluq hiss edirəm, çünki bu və ya digər dilə hələ də alışmamışam. Ona görə ki, mənim doğma dilim yoxdur... (Odri fransız, ingilis, ispan, italyan və holland dilini mükəmməl bilib - red.)

Anam deyərdi: "Pis olma, qızım. Sadəcə bununla barış”. Mən tez-tez depressiya keçirirəm və müəyyən vaxtlarda özümə nifrət edirəm. Mənim kök, hündür olduğum vaxtlar olub ki, özümü onda daha da çirkin hesab etmişəm. İnsanlarla isə asanlıqla ünsiyyət yarada bilmirəm...”


Şərhlər:
Baxılıb: 1040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz