loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dikdaban ayaqqabılara nifrət edən 10 məşhur
Dikdaban ayaqqabılara nifrət edən 10 məşhur
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1708
Səs ver:
Dikdaban ayaqqabıların qadınları seksual göstərdiyi inkaredilməz həqiqətdir. Elə məşhurlar var ki, onlar hətta hamiləlik zamanı dikdaban ayaqqabılardan imtina edə bilmirlər. Biz isə bu yazıda dikdaban ayaqqabılara nifrət edən modapərəst məşhurlardan danışacağıq.

Kristen Stüart
 "Alatoranlıq” filminin ulduzu Kristen Stüart dikdaban ayaqqabılara nifərt edir. Halbuki, onun incə və uzun ayaqları dikdaban ayaqqabılarda çöx gözəl görünür... Ümumiyyətlə, ulduz geyimdə kişisayağı üsluba daha çox üstünlük verir. Builki Venesiya kinofestivalında Stüartın dözməyib tamaşaçı zalındaca  "Christian Louboutin”-dən olan ayaqqabılarını çıxartması isə böyük müzakirəyə səbəb olmuşdu.

Eşli və Meri-Keyt Olsen
Məşhur dizayner bacılar bohem tərzində geyinməyi sevirlər. Prinsipcə, bu üsluba əməl etmək üçün hündürdaban ayaqqabılara elə də çox ehtiyac yoxdur. Ona görə də bu bacıları çox nadir hallarda hündürdaban ayaqqbılarda görə bilərsiniz. Onlar da Kristen Stüart kimi rahatlıq tərəfdarıdır. Yastıdaban baletka və loaferlər isə onun əvəzolunmazlarıdır.

Liv Tayler
Liv rəsmi tədbirlərə bahalı brendlərdən olan dikdabanlarını geyinir, amma gündəlik həyatda  aktrisa son dərəcə rahat ayaqqabılar seçir.  "Konversi” (idman ayaqqabıları) isə onun ən çox sevdiyi ayaqqabılardır. Axı, Liv tanınmış  rok-musiqiçinin qızıdır.

Sara cessika Parker
Sara Cessika Parker bizim üçün bu gün də "Böyük şəhərdə seks” filmində canlandırdığı Kerri Bredşou obrazı ilə assosiasiya olunur. Aktrisa filmdə son qəpiyini də ayaqqabılara xərcləyirdi, amma onlarda gəzməkdə çətinlik çəkirdi. Məsələ burasındadır ki, Cessika Parker real həyatda belə səhvlərə yol vermir. Ayaqqabı dizaynerliyinə başlayan aktrisa gündəlik həyatda ancaq rahat idman ayaqqabılar geyinir.

Kara Delevin
Kara üçün hündürdaban ayaqqabılarda gəzmək işinin bir hissəsidir. Müasir dövrün ən məşhur modellərindən biri olan Kara işdən kənar hündürdaban ayaqqabılarda gəzməyə nifrət edir. Dağınıq geyim tərzinə sadiq qalan model gündəlik həyatda idman ayaqqabılarına üstünlük verir.

Emma Roberts
Culiya Robertsin bacısı qızı və gənc aktrisa Emma Roberts yalnız qırmızı xalı üzərinə çıxanda dikdan ayaqqabılar geyinir. Adi vaxtlarda isə, o da həmkarları kimi rahatlığına xüsusi ömən verir və idman ayaqqabıları seçir.

Mayli Sayrus
Qalmaqallı müğənni Mayli Sayrus da ancaq konsertlər və tədbirlərdə dikdan ayaqqabıda görünür. Adi həyatda isə Sayrus rahat ayaqqabılar və idman tərzini seçir.

Cessika Alba
Cessika Alba ətəyi uçan paltarlar, əyində sərbəst oturan cins şalvarları çox sevir. Təbii ki, bu obrazını dabanı çox qısa olan çəkmələrlə tamamlayır.

Aleksa Çanq
Aleksanı da bir çox britaniyalılar kimi dikdaban ayaqqabılarda demək olar ki, görmək mümkün deyil. Çanq hətta qırmızı xalı çıxışları üçün də ən alçaq dabanlı ayaqqabılar seçir. Buna baxmayaraq, çox təmtəraqlı görünməyi bacarır.

Şərhlər:
Baxılıb: 1708
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz