Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsla bir oğlanın adını bədəninizə tatu etdirməyin!
Əsla bir oğlanın adını bədəninizə tatu etdirməyin!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1594
Səs ver:

 http://imgs.su/tmp/2012-01-30/1327868868-435.jpg

Nəhayət, evlilik, toy məqamı çatır. Ancaq niyəsə bəzi hallarda ailənin qurulması ilə dağılması arasındakı zaman məsafəsi heç də uzun çəkmir. Bunun da bir çox əsaslı və əsassız səbəbləri olur. Boşanma hallarında çox vaxt irəli sürülən səbəblərdən biri xasiyyətin uyğun gəlməməsi, qarşı tərəfi heç də belə tanımaması olur. Ona görə də, evliliyə qədər ona məlum olan davranış və xüsusiyyətlərdən lazımi məqamları anlamaq və onu yetərincə tanımaq lazımdır. Biz də bu barədə psixoloqlar tərəfindən subay xanımlara ünvanlanan bəzi dəyərli məsləhətlərdən söz açacağıq. Beləliklə, hansı kişilərə güvənmək və onlarla ailə həyatı qurmaq olmaz?

1. Dostu olmayan adamla əsla ailə həyatı qurmayın!

Bu, onun sosiall aşma və ya insanlarla ünsiyyət problemi olduğuna işarədir. Zaman keçdikcə sizin dostlarınızdan da bezərək sizi onlardan uzaqlaşdırmaq istəyə bilər. Üstəlik, bir həyat yoldaşında ən önəmli özəlliklərdən biri sizə ən yaxın dost olmağı bacarmasıdır. Belə ki, dostluq edə bilməyən birinin yaxşı həyat yoldaşı olması olduqca uzaq bir ehtimaldır. Həm də dostları ilə vaxt keçirməyən bir kişi hər zaman sizin yanınızda olmağı istəyər: "Nə olar ki, bir yerdə olanda daha gözəl vaxt keçiririk" deyənlər də olur. Əvvəllər sevdiyiniz insanın sizinlə daha çox vaxt keçirmək istədiyinə sevinsəniz də, əmin ola bilərsiniz ki, bir müddət sonra bu vəziyyət sizi çox bezdirər.

2. Gülməyən birinə əsla güvənməyin!

İçindən gülmək gələndə ciddi görünmək üçün özünü tutan, qəhqəhə çəkməyi bacarmayan bir kişi, əsla özü kimi olmayan kişidir. Sizcə, hər zaman özünü olduğundan fərqli göstərən birinə nə dərəcədə güvənmək olar? Buna görə də, səmimi gülməyən, qəhqəhə çəkməyən bir kişiyə güvənməyin. Niyə soyuq və donuq olduğunu başa düşməyə çalışın. Əgər olduğu kimi görünməməyə çalışaraq, insanlarda özü haqqında fərqli fikirlər yaratmaq istəyən biridirsə, ondan uzaqlaşın, güvənməyin.

3. Yola düşmüş qatarın dalınca qaçmayın!

Siz stansiyada gözləyən sərnişin, kişilər isə o stansiyadan keçən qatar kimidirlər. Qatara gecikmisinizsə, qətiyyən arxasınca qaçmayın, bu, sizə zərər verər. Hər necə olsa da, stansiyaya başqa qatarlar da gələcək! Gedənin arxasından qaçmaq və ya kədərlənmək, üzülmək yerinə həyatın önünüzə yeni fürsətlər çıxarmasına imkan yaradın. Gedən gedib artıq, amma gələn... Bəlkə də, həyatınızın sevgisi orada, bir yerdə qarşınıza çıxmağı gözləyir.

4. Ciddi münasibətə hazır olmadığını deyirsə, daha yaxşı düşünün!

Qarşınıza çıxan kişi ilə xasiyyətiniz uyğun, aranızda bir sevgi qığılcımı ola bilər. Ancaq bu heç də uzun müddətli bir münasibətə başlamağınıza dəlalət etmir. " Ciddi münasibətə hazır deyiləm" deyirsə, bunu onun tərəfindən bir naz kimi düşünüb keçəcəyini fikirləşməyin. Hazır deyilsə, o insanı narahat etməyin, sonra üzülən siz olarsınız. Evlilik mərhələsinə hazır olmadığını bilən bir kişi ilə flört də, evlilik də bir müddət sonra cəzaya çevriləcək.

5. Özünüzə hörmət qoyun!

Qadınların ən çox yol verdiyi səhv - həyatımıza biri daxil olar... Sevərik, onu ucaldar, yerə-göyə sığdırmazlar. Onu həyatlarının "hər şeyinə" çevirərlər. Onun üçün yaşayar, onunla bir yerdə olduqları vaxtlarda xoşbəxt olarlar. Əsl səhv olan budur. Başlanğıcdan diqqətli olun! Özünüz üçün ondan ayrı bir vaxt da ayırın. Həyatınızın ondan xaricdə qalan hissəsi böyük bir boşluq olmasın. Gəzin, kitab oxuyun, dostlarınızla vaxt keçirin, qısacası, özünüzə vaxt ayırmağı unutmayın əsla.

6. Xobbiləri olan kişilərə üstünlük verin!

Həyatı sadəcə işdən ibarət olan bir kişi evlilikdə, ya da uzunmüddətli münasibətlərdə çox darıxdırıcı biri olur. Xobbiləri olan kişi isə sonsuz hekayələri ilə həyatınızın sonuna qədər sizi əyləndirməyi və təəccübləndirməyi bacara biləcəkdir. Evlənmək üçün özü ilə qalmağı bacaran, xobbilərinə zaman ayıran bir kişiyə üstünlük verin.

7. Əkizinizi axtarmayın!

Həyatınızı sizinlə eyni özəlliklərə sahib birini axtarmaqla keçirməyin. Sizinlə tamamilə eyni zövqlərə və düşüncələrə sahib biri ilə həyat düşündüyünüz qədər əyləncəli olmaya bilər. Önəmli olan, hər ikinizin sahib olduğu fərqli yönlərin bir-birini tamamlaya bilməsidir. Tanış olduğunuz insana bir az vaxt verin, xüsusiyyətlərini tanımağa çalışın. "Mənə oxşamır" deyib öncədən fikir yürütməyin. Sizə heç bənzəməyən biri ilə birlikdə olmaqdan zövq alıb, ondan çox şeyləri öyrənə bilərsiniz. Bu fərqliliyi bəziləri müxtəlif cür yoza bilərlər. Amma bir şeyi unutmaq lazım deyil ki, hər şey müxtəlif olsa da, mədəni səviyyələriniz arasında mütləq bir bağ olmalıdır.

8. Əsla bir oğlanın adını bədəninizə tatu etdirməyin!

Bəli, ola bilər bu dəqiqə ən çox onu sevirsiniz.. Amma həyatdır, nə olacağı əvvəlcədən bəlli olmur. Ayrılıq da sevginin bir hissəsidir. Hər sevgidə ayrılıq olmur, ancaq sizin sevginizdə ayrılığın heç vaxt olmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də, oğlanın adını bədəninizə döydürüb ömrünüzün sonuna qədər insanlara kimin adı olduğunu izah eləmək məcburiyyətində qalmayın.

9.Çətin xarakterli kişilərdən uzaq durun!

Çətin xarakterli kişilər kimlərdir: qısqanc kişilər, işə vurğun kişilər, bağlanmaqdan qorxan kişilər və təbii ki, şorgöz kişilər... Bu 4 çətin xarakterli kişi tiplərindən hansı biri iləsə qarşı-qarşıyasınızsa dəfələrlə düşünün.

Sonda hər birinizə doğru seçim etməyi və özünüzə layiq olan insanla ailə qurmağı diləyirik..

 



Şərhlər:
Baxılıb: 1594
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz