Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir qadın ağlarsa...
Bir qadın ağlarsa...
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 925
Səs ver:
Bir qadının göz yaşlarında gizli qalan nuanslar...

Bir qadını ağlatmaq çox çətin deyil əslində. Qadınlar hər şeyə ağlaya bilər; bir filmə, bir mahnıya, bir yazıya... Ən az kişilər qədər yəni! Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə girmiş deməkdir.

Amma o ürəyin dəyərini bilməmiş olacaq ki ağladan, gözünü belə qırpmadan tək-tək batırar iynələrini ürəyə! Bax o zaman sanki böyük bir yumruq gəlib oturar boğazına qadının. Udquna bilməz, nəfəs ala bilməz; çünki boğazındakı qəhər canını çox ağrıdar. Gözləri dolar qadının , susar...

Ağlamayacağam, deyər içindən. Amma maneə ola bilməz . Çünki ürəyinə girmişdir bəziləri və iynələr batırmaqdadır.. Bu ağrıya nə qədər qarşı qoya bilər ki bir qadın. İncə incə süzülər yaşlar gözündən; əvvəl bir neçə damla, sonra bir yağış seli... Və qadın durmadan ağlar içdən; həm də çox!

Sanmayın ki gedənə ağlayar qadın! Gedənin gedərkən qoparttığı yerdir onu ağladan, orada buraxdığı yaradar. O yaranın heç bağlanmayacağını, bağlansa belə izinin qalacağını bilər qadın; ona görə həmişə ağlar. Amma bilərsinizmi, ağlamaq qadınları yetkinləşdirər. Hər damla, daha çox qadın edər qadınları. Hər damla bir dərsdir çünki.

Bəzən qadınlar ağladığında çox insan, ağlama niyə ağlayırsan ki, dəyməz onun üçün deyərlər. Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamazlarsa, ölərlər. İçlərindəki zəhərdir onları öldürən! Ağlayaraq o zəhərdən xilas olar qadınlar, o irini təmizləyərlər yaralarındakı! Çünki bilərlər, o irin təmizlənməzsə iltihaba çevrilər yaraları.

Çevrilməməsi lazımdır halbuki. Ona görə də bolca ağlayarlar. Zaman keçər sonra. Qadınlar özlərinə sarılmağı öyrənərlər. Ümid edirəm öyrənərlər, yoxsa ruhlar azğın yollara çarpar özünü. Yolunu itirən ruhların doğru yolu tapması da qəlbi incidər . Bunu bilər qadınlar, ona görə gec ya tez öyrənərlər özlərinə sarılmağı...

Çox ağlayan qadınlar, bir çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirər qadınları bəli amma yetkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər bax zaman özlərinə sarılıb, yeni bir qadın yaradarlar özlərindən. Güclü, məğlub olmaz, məğrur və eşqə inanmayan...

İnsanlar soruşurlar çox vaxt səbəb nədi bu qədər suby qadın var deyə;hamısı karier dərdində olan. Çünki inanclarını itirdi o qadınlar. Zamanında ürəklərinə o qədər çox iynə batdı ki, o qədər çox ağladılar ki! Artıq özlərindən başqa bir doğru olmadığına inanırlar, ona görə özlərinə sarılırlar.

Çünki bilirlər ki sarıldıqları adamlar onları layiq olmadı; həm də heç bir zaman! həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.

Etrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki yetkinləşir.

Bilin ki, gerçəkləri qəbul etməyə başlamışdır.

Bilin ki, artıq asan olmadığına inanmışdır.

Bilin ki, sarılacaq tək bir doğrusu qalmışdır.

O da kim, nə deyə soruşmayın artıq. Çox ağlayan qadınlar, gec ya tez özlərinə sarılarlar çünki!


Şərhlər:
Baxılıb: 925
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz