Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhur qadınların adına buraxılmış dəbli çantalar
Məşhur qadınların adına buraxılmış dəbli çantalar
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 898
Səs ver:
Modapərəstlər yaxşı bilirlər ki, məşhur stil ikonalarından ilhamlanan dizaynerlər onların şərəfinə xüsusi çantalar buraxırlar. Bəs, məşhur qadınların adına çanta istehsal etmək ənənəsi haradan qaynaqlanır?

Hamiləliyini gizlətmək üçün istifadə etdi, məşhurlaşdırdı...

Məşhurların şərəfinə çanta buraxmaq ənənəsi Qreys Kellinin adı ilə bağlıdır. Tarixçəsi isə "Hermes”-in timsah dərisindən tikilən çantası ilə başlayıb. Tez-tez Kellinin yol yoldaşı olan həmin çanta sonradan "Kelli” adı ilə məşhurlaşıb. Onunla bağlı rəvayətlərin birində deyilir ki, 1956-cı ildə knyaginya bu aksessuardan paparassilərdən hamiləliyini gizlətmək üçün istifadə edib. Həmin foto isə fransız jurnallarına düşüb və "Qryes çantası” kimi məşhurlaşıb.

Qreys varisi dünyaya gətirdikdən sonra "Hermes”in dizaynerləri bu çantaların daha zərif modellərini yaradıb. Hansı ki, həmin modellər bu günə qədər dünyada bütün modapərəstlərin əlindən düşmək bilmir. "Kelly” çanta modeli hazırda ən çox arzulanan modellərə daxildir.

Onu ilk əlinə alan Madam Şirak oldu, ancaq şahzadə Diana dəbə mindirdi

Kelly” çantaları qədər məşhur "Lady Dior” çantaları isə İngiltərə şahzadəsi Diananın adı ilə bağlıdır. 1990-cı illərin ortalarında "Christian Dior” moda evinin kreativ direktoru Canfranko Ferre yalnız birinci xanımlar üçün nəzərdə tutulmuş çanta istehsal edir. Lakin o zamanlar "Lady Dior "indi az tanınan  "Chouchou” adı ilə məlum idi. Bu məşhur əl çantasının birinci sahibi Fransa prezidentinin həyat yoldaşı madam Şirak olub. Amma onun məşhurlaşması stil ikonası sayılan şahzadə Diananın adı ilə bağlıdır. Şahzadə Diananın bu çanta ilə tanışlığı moda evinin tarixində dönüş nöqtəsi olub. Belə ki, Jak Şirakın həyat yoldaşı Bernadett Şirak moda tarixinə düşən gözəl şahzadəyə çanta hədiyyə edib. Diananın sayəsində "Lady Dior”  yüksək təbəqənin xanımları arasında dəbə minib.

Bundan sonra isə dizaynerlər digər stil ikonalarnın da adına çanta istihasal edib buraxmağa qərar veriblər. Onlar arasında Sofi Loren, Jaklin Kennedi, Monika Bellucci, Ceyn Birkin, Qreta Qarbo, Bricit Bardo, Aleksa Çunq, Jizel Bündxen, Kara Delevin, Dafne Qroenveld və başqa məşhurlar var.

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 898
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz