Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öz xarakterinizə uyğun ən uygun Ər seçin, sirri bizdə....
Öz xarakterinizə uyğun ən uygun Ər seçin, sirri bizdə....
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1058
Səs ver:
İdeal cütlük yarada biləcəyimiz kişiyə rast gəlmək hər bir xanımın arzusudur. Yarımızı seçməyə yollanmamışdan əvvəl ilk növbədə öz psixoloji tipimizi müəyyən etməliyik. Avropanın imic-konsaltinqinə görə, saysız-hesabsız individuallıqlarımız 4 əsas tipə ayrılır – romantik, klassik, dramatik və təbii.

Romantik tip
Xəz, bantlar və müxtəlif incə bəzəklərə olan sevgi romantik tipin nümayəndələrinə xasdır. Bu xanımların əlində dünyanın bütün cəvahiratları olsa da, onlar özlərini gül və ya kəpənək formasında növbəti gözəl bəzək sancağını almaqdan saxlaya bilmirlər.
Romantiklər parçalardan – krujevalar, atlas, ipək, parçanın üzərindəki bəzəklərdən isə – gül printləri, noxudlar və etnik abstraksiyalara üstünlük verirlər.
Gəlinlik donu seçərkən bu xanımlar ilk növbədə Vera Wang və Papilio kolleksiyalarına üz tutacaqlar.
Bu tipin nümayəndələri xəyalpərəst və emosionaldırlar.

Klassik tip
Ciddi düz xəttlət, gözə çarpmayan rənglər, miniatür (lakin bahalı) bəzək əşyaları, dəbə uyğun olmayan fasonlar – klassiklər sadə və zövqlə geyinir
Özünə geyim seçərkən, bu tipin nümayəndələri geyimin tikişlərinin səliqəliliyinə diqqət yetirir, parçanın tərkibi ilə maraqlanır. Klassiklərin ayaqqabıları hər zaman çantalarına, dodaq boyasının rəngi isə dırnaq boyasına uyğun olur.
Gəlinlik seçərkən, klassiklər Alberta Ferettinin lakonik gəlinliklərinə, Douglas Hannatdanağ gəlinlik şalvar kostyumlarına və Amsaledən ağ mini gəlinliklərə üz tutacaqlar.
Bu xanımlar – əsl kraliçadır. Onlar disiplinli, özlərinə güvənən və məqsədyönlüdürlər.

Dramatik tip
Dramatiklərin hər bir çıxışı – podium göstərişidir. Leopard printli geyimlər, yarışəffaf köynəklər və hündür dabanlı ayaqqabılar – onlar özlərini bu geyimlərdə çox rahat hiss edirlər.
Gəlin-dramatiklər Yan Stüartın teatral üslublu gəlinliklərinə, Monique Lhuillierin dərin dekolteli donlarına üstünlük verərək, fatanı iri şlyapalarla əvəz edir və obrazlarını Reem Acradan qırmızı rəngli eksentrik əlcəklərlə tamamlayırlar.

Təbii tip
MünasibətRahat və praktik – təbii tipin nümayəndələri məhz bu cür geyimlərə üstünlük verir. Cins, alçaq dabanlı ayaqqabı və rahat sviter – bu xanımların ən sevimli gündəlik geyimləridir.
Əgər rəsmi görünmək tələb olunarsa, onlar klassik qara kostyum geyinəcəklər.
Gəlinlik seçimində bu xanımlar rahat və yüngül gəlinliklərə üstünlük verəcəklər. Şleyf və fata kimi atributlar onlara tamamilə yaddır. Təbii tipin nümayəndələri xəyallarındakı donu Oscar de la Renta və Yolan Crisin kolleksiyalarında tapa bilərlər.

Sizə hansı kişilər yaraşır?
İndi isə psixoloji tipinizə hansı kişilərin uyğun olacağına nəzər salaq. Psixoloqların fikrincə, təmiz psixoloji tipə çox nadir hallarda rast gəlinir. Çox vaxt biz özümüzdə bir neçə tipin xüsusiyyətlərini birləşdiririk. Məsələn, Siz təbii tipin nümayəndəsi olmaqla yanaşı, hərdən klassik kimi də çıxış edə bilərsiniz.

Əgər Siz romantik-dramatiksinizsə,
Top-menecer, maliyyə analitiki və ya bankir kimi yüksək vəzifələrdə çalışan "hökmdar-kişi” məhz bu tipli xanımların xəyalındadır. Bu cür kişilərə iqtisadi forumlarda, biznes-mərkəzlərində, qolf-klublarda rast gəlmək olar. Tanışlığınızın nigahla bitməsini istəyirsinizsə, düzgün taktikadan istifadə edin: məsləhət və ya kömək üçün ona müraciət edin, onun maraqlarının Sizin üçün də maraqlı olduğunu göstərin.

Əgər Siz klassik-dramatiksinizsə,
sevgiÖzündə klassik və dramatik tiplərin xüsusiyyətlərini birləşdirən xanımlar ünsiyyət sahəsində çalışan (məsələn, prodüser, satış üzrə menecer, və s.) kişilərlə möhkəm ittifaq yarada bilərlər. Onu necə tanımaq olar? Belə bəylər xarici görkəmlərinə xüsusi diqqət yetirir (ideal manikür, səliqəli saç düzümü) və dəbə uyğun geyinməyi xoşlayır, dəbdəbəli restoranların, fashion-təqdimatların, at yarışlarının və incəsənət sərgilərinin daimi ziyarətçisidir. Onunla ünsiyyətdə əlçatmaz olmalısınız, lakin eyni zamanda onun diqqətini cəlb etməyi də bacarmalısınız.

Əgər Siz romantik-təbii tipə aidsinizsə,
Sizin üçün ideal kişi – iş adamı və ya alimdir. Çox vaxt işdən ılavə bu cür kişilər ekstremal idman növləri ilə məşğuldur, ona görə də adətən həftə sonlarını dağ-xizək kurortlarında və ya dayvinq mərkəzlərində keçirir. Belə kişi, onun ətrafında rahatlıq yaradacaq və onun qayğısına ehtiyacı olan sadə və təvazökar xanımla həyatını birləşdirmək istəyir.

Əgər Siz təbii-klassik tipə aidsinizsə,
sevgiSizə yaradıcı kişi uyğundur: rəssam, rəqqas, dizayner, aktyor, musiqiçi. Belə kişini xarici görünüşünün bəzi detallarına görə müəyyənləşdirə bilərsiniz: uzun saçlar, etnik şərflər və ya enli eynəklərinə görə. Əsasən belə kişilərə çay klublarında, konsert və festivallarda, şəxsi inkişaf treninqlərində və yoqa məktəbində rast gəlmək olar. Yaradıcı kişilər sadə və təvazökar xanımları seçsələr də, eyni zamanda xanımlar ilham pərisi olmağı bacarmalıdırlar.


Şərhlər:
Baxılıb: 1058
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz