Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı tip qadınsınız?
Hansı tip qadınsınız?
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 1567
Səs ver:
Qəribə qadınlar…

Qadınlar qəribə məxluqlardır. Sizə qəribə qadın tiplərini təqdim edirik.

1. Bəxtsizlər – bu kimi qadınlar adətən universiteti fərqlənmə ilə bitirir və siqaret çəkirlər. Söhbət zamanı danışıqlarına və işlətdiyi ifadələrə diqqət edirlər. Başlarına nə gəlməsindən asılı olmayaraq, hər şeydən nəticə çıxarmağı bacarırlar. Onlar makiyaj etməyi sevmir. Çox zaman kişilər tərəfindən tərk edilirlər. Buna görə də spritli içkilərə düşkün olurlar.

2. Gülər üzlü xanımlar – həyatın hər bir anında gülməyə və hər bir şeydən zövq alamağa çalışırlar. Eyni zamanda çox duyğusal olurlar. Ən adi hadisələrdən belə kövrəlib ağlayırlar və hələdə nağıllara inanırlar desək, yanılmarıq. Bu tip qadınlar kişilər tərəfindən asanlıqla güldürülə bilir. Bundan başqa serial həvəskarı olurlar.

3. Utancaqlar – daha çox kitab oxumağı sevirlər. Əl işləri ilə (hörük və ya rəsm) məşğul olmağı sevmirlər. Dostları ilə adətən nəşr olunan yeni kitablar haqqında danışırlar. Sabit fikirli olurlar. Ciddi kişiləri bəyənirlər. Ev heyvanlarını çox sevirlər. Ətrafdakı insanlarada özlərinə qarşı hər zaman müsbət fikir yarada bilən tiplərdəndilər.

4. Filosoflar – bu tip qadınlar inanılmaz qadınlardır. Bu tip qadınlar adətən kişi geyimləri geyinir və özlərinə baxmırlar. Belə qadınlar asanlıqla ağlamır. Kişilər onları o qədər də maraqlandırmır. Hamı ilə dost olmaz və kimisə rahatlıqla yaxına buraxmazlar.

5. Sənətçilər – sənətkarlıqlə məşğul olan qadınlar çox istedadlı olur. Lakin hərdən kənara çəkilib hamıdan gizli bir yerdə yaşamağı arzu edirlər. Tanrının onlara həm istedad, həm də gözəllik bəxş edtiyini düşünürlər. Qonaq qəbul etməyi çox sevirlər. Bu qadınlar dostluğa çox önəm verir, onlarla vaxt keçirməyi sevir və ətrafdakıəları sevindirə bilmə qabiliyyətləri olur.

6. Zərif xanımlar – bu tip qadınlar kişilərə lazım olduğundan artıq dəyər verir və evliliyə meylli olurlar. Adətən sakit ailə həyatı yaşamağı arzu edirlər. Qeyd edək ki, belə qadınlar kişilərin evlənmək istədiyi qadınlar arasında birinci gəlir.

7. Həll etməyi sevənlər – bu tip qadınlar anadan gəlmə mehriban və ağıllı olur. İnsanları tənqid etmə qabiliyyətinə malikdirlər. Öz səhvlərini görüb rahatlıqla üzr istəyə və problemləri həll edə bilən qadınlar olur. Onlar güzgüyə baxmaqdan nifrət edir. Onların ən böyük xəyalı uşaq sahibi olmalıdır. Hərdən ilhamlanıb şer yazırlar. Romantik olurlar.


Şərhlər:
Baxılıb: 1567
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz