Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların bir münasibətə girməkdən qorxmasının 15 səbəbi
Qadınların bir münasibətə girməkdən qorxmasının 15 səbəbi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 880
Səs ver:
Aşiq olmaq qədər gözəl bir duyğu yoxdur. Yaşatdığı xoşbəxtlik, verdiyi kef, həyatınıza qatdığı həyəcan əvəzolunmaz şeylərdir. Ancaq eşq ilə başlayan bir münasibət hər zaman belə davam etmir. Burada sevginin ömrünün neçə il olmasını müzakirə etmirik, amma bu da bir gerçəkdir ki, qadınların çoxu münasibətlərin bərabərində gətirdiyi sıxıcı həyatı sevmir. Qadınların münasibətdən qorxması ilə kişilərin münasibətdən qorxmasını qarışdırmayın. Kişilər seks üçün yalan danışarkən, qadınlar duyğuları üçün narahat olurlar. Beləliklə, qadınların bir münasibətə girməkdən qorxmasının 15 səbəbini təqdim edirik. Buyurun:

1. Bir qadın həyatını bir şəxs ilə bölüşməkdən qorxmur, onun qorxduğu öz prioritetlərinin dəyişməsidir.

2. Bir qadın bağlanmaqdan qorxmur, onu qorxudan dostlarından ayrılma ehtimalıdır.

3. Bir qadın «nə olacaqsa olsun» deməkdən çəkinmir, onun çəkindiyi özünü boş vermə ehtimalıdır.

4. Bir qadın atəşi hiss etməkdən qorxmaz, o öz içindəki qığılcımı itirməkdən qorxar.

5. Bir qadın incinməkdən, yaralanmaqdan qorxmaz, bir daha özünə gələ bilməməkdən qorxar.

6. Bir qadın münasibətinin özünü yumşaltmasından narahat olmaz, onu narahat edən künclərini itirməsidir.

7. Bir qadın qalmaqdan qorxmaz, bir daha çıxa bilməməkdir onu qorxudan.

8. Bir qadın həyatının geri qalanını tək bir şəxs ilə keçirəcəyindən çəkinməz, onun çəkindiyi o şəxsin eyni qalıb qalmayacağıdır.

9. Bir qadın birlikdə vaxt keçirməkdən heç vaxt darıxmaz, onun sıxıntısı hər şeyi birlikdə etməkdir.

10. Bir qadın irəli getməkdən, irəliləməkdən qorxmaz, o keçmişdə ilişib qalmaqdan qorxar.

11. Bir qadın rahatlıqdan qorxmaz, rahatlığın onu hər şeyi boş vermiş edəcəyindən qorxar.

12. Bir qadın daima eyni tərəfdaş ilə sevişməkdən qorxmaz, bir daha heç vaxt sevişməmə ehtimalıdır onu qorxudan.

13. Qadın tərəfdaşını sevməkdən deyil, bir daha özünü əvvəlki kimi sevə bilməyəcəyindən qorxar.

14. Bir qadın öz istəklərinin reallaşmamasından qorxmaz, heç istəmədiyi şeylərin həyatına daxil olmasından qorxar.

15. Və bir qadın bir gün tək qalmaqdan yox, tənhalığı bir daha əvvəlki kimi sevə bilməyəcəyindən qorxar.


Şərhlər:
Baxılıb: 880
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz