Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Siz kişilərin anası yox, həyat yoldaşı, sevgili olmalısınız
Siz kişilərin anası yox, həyat yoldaşı, sevgili olmalısınız
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 1008
Səs ver:
Siz kişilərin anası yox, həyat yoldaşı, sevgili olmalısınız.
Qadınlarsa tam əksini edirlər. Bax, bu onların ən böyük səhvidir.
Bəs bunun kökləri haradan gəlir? Məsələ burasındadır ki, qadınları uşaqlıqdan ana olmağa hazırlayırlar, sonra isə onları analıq keyfiyyətlərinə görə tərifləyirlər. Bundan başqa, qızlar üçün əsas örnək, nümunə anadır. Ananın övladları və həyat yoldaşı ilə rəftarı gələcəkdə qızlarda adət formasına keçir. Yetkin insan olduqda da qadınlara elə gəlir ki, kişi ilə rəftarın yeganə yolu budur.
Əslində, qadının bu münasibətinə səbəb kişini özündən asılı etmək arzusudur. Qadın yoldaşının bütün istəklərini yerinə yetirdikdə kişi ondan ayrı yaşaya bilməyəcək vəziyyətə düşür. Telefilmdə arvadı uzaqda olan kişinin uşaqlar üçün yemək bişirmək cəhdini seyr etdikcə onların evdə yararsız olduqlarını bir daha təsdiqlədiyiniz heç olmayıb? Qadınlar əmindirlər ki, kişinin qayğısını nə qədər çox çəksələr o, bir o qədər tənbəlləşəcək və asılı olacaq. Buna səbəb isə atılmaq qorxusudur. Hər bir qadının təhtəlşüurunda "o məndən asılı olsa, heç vaxt məni tərk etməz" fikri var.

Ana qayğısına öyrəşən kişilər isə həyat yoldaşlarının da qayğısını qəbul edirlər. Bu hal ona özünü sevimli hiss etmək imkanı verir. Üstəlik, ana qayğısı ilə böyümüş, sonra isə sərbəst yaşamağa məcbur olan kişilər həyat yoldaşına da asanlıqla təslim olurlar. Təəssüf ki, ilk vaxtlar kişiyə xoş gələn bu münasibət sonra möhkəm ittifaqı pozmağa başlayır. Kişi əsəbiləşməyə başlayır və qadına qarşı çıxır. Ana qayğısından "bezən" oğlanlar tezliklə sərbəstliyə çıxmağı arzuladıqları kimi, yetkin kişilər də azad olmağa üstünlük verirlər. Ola bilər ki, kişi münasibətdən narazı qaldığını üzə vurmasın. Daxildə isə özünə bu münasibətdən bezdiyini etiraf edəcək və sərbəstliyə can atmağa başlayacaq. Daim nəzarətdə olmaq tək kişiləri yox, qadınları da sıxır.

Kişini bezdirən başqa bir faktor özünün yararsız olduğunu hiss etməsidir. Sizin onun yerinə hər işi görməniz, etməli olduqlarını xatırlatmanız onda məhz inamsızlıq hissi əmələ gətirir. Beləliklə, özünə verdiyi dəyəri itirən kişi sizin də dəyərinizi qısa zamanda itirir. Təbii ki, bundan sonra kişidə sevgi və arzu da azalır. Kişi ilə ana kimi rəftar etdikdə qısa zamanda aradakı ehtiras da yox olur. Qadın özünü ana kimi apardıqca kişinin ona marağı azalır. Eyni hisslər qadında da yaranır. Bu halda çıxış yolu kişi ilə ana kimi rəftar etməkdən əl çəkməkdir. 15 illik birgə həyatdan sonra belə siz özünüzü yoldaşınızın sevgilisi kimi aparmağı bacarmalısınız. Kişinin əvəzinə iş görməyin. Qoyun yoldaşınız itmiş açarlarını özü tapsın, ziyafətə nə geyinəcəyinə özü qərar versin, yerə atdığı paltarı özü götürsün! Bu, o demək deyil ki, yoldaşınız sizdən açarının yerini soruşduqda siz "özün axtar tap, mən sənin anan deyiləm" deməlisiniz. Qayğı və diqqət hətta pişiyə də xoşdur, onları hər an saxlamaq lazımdır. Ancaq siz anadan çox, həyat yoldaşı, sevgili olmalısınız.
Kişiylə bacarıqlı, etibar etdiyiniz bir şəxs kimi davranın. Xatırlamalı olduğu heç nəyi onun yadına salmayın. Onun yaddaşını və təqvimini əvəz etməyin. Onunla yetkin və məsuliyyətli insan kimi rəftar edin.

Kişi ilə uşaq kimi danışmağa son qoyun. Onu danlamayın. Əsəbi və gərgin olduğunuzu bildirmək, təbii ki, haqqınızdır. Ancaq bu halda da onun yaşlı insan olduğunu unutmayın. Çalışın ki, nikahda hər birinizin öz məsuliyyəti olsun. Təkcə pul qazanmağı kişiyə etibar edib qalan işləri öz üzərinə götürmək düzgün deyil. Ola bilər ki, hər şeyi sizin etmənizə alışan yoldaşınız ilk vaxtlar sərbəst bir iş görərkən müəyyən səhvlər buraxsın. Lakin zaman ötdükcə o, yeni vəzifələrinə alışacaq və səhvlərə yol verməyəcək.


Şərhlər: 10
Baxılıb: 1008
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Mencede anasi olmaga calismaq axmaqliqdir.herenin oz yeri var.heyat yoldasi ol.dostu ol besdir.
30 avqust 2015 17:33
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
herenin oz yeri var..men shexsen her seyden evvel yoldashima dost olmaqi ustun tutaram.her problemi derdimi onla bolushub meslehet alaram..ya sevdiye getdim yada bashkasina ferqi yoxdu ele dost kii danisharam ona her sheyi ele bir ehate quraramki oda menle eyni olsun oda mene dost olsun mend ona her problemini derdini dinleyib cixish yolu axtarariq birlikde..mence bele sheyler vacibdi ailede onda mohkem olar aile.
tshk xebre gore
30 avqust 2015 15:37
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
♥ KaMa ♥
nə anayam nə sevgili nədə həyat yoldaşı.. anasın başının üstündə hər şeydən üstün tutan oğlanlardan xoşum gəlir həqiqətən elə olmalıdır. amma oğlan uşağı anasına bağlı olanda, ana uşağı olanda heç xoşum gəlmirr 02
29 avqust 2015 23:09
# 8
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Aylin
ailede her kesin oz yeri var hec kim hec kimin yerini tuta bilmez
29 avqust 2015 20:29
# 7
En cox guvendiyin insanlar inciderler
vipbetul
anasi olmaq olmaz heyat yoldasinda ananinda yeri basqadir

anasi olmaq olmaz heyat yoldasinda ananinda yeri basqadir
29 avqust 2015 19:36
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Mence qadin kisiye ana olmaqa caliwmamalidir,heyat yoldasi oldun besdide,Anasi olmaqa calismaq axmaqliqdi
29 avqust 2015 19:22
# 5
Acısı çox olan qizların guluşu gozel olur.!
efsane..
tebiiki herenin oz yeri var ona gorede here oz uzerine dusen kimi reftar etmelidi
29 avqust 2015 18:38
# 4
yarpaq33
Herenin oz iwi var xeyir ola kiwinin iwini xanimi niye gormelidr ki.Ama cox buyurmaq her weyi teleb etmekde olmaz uda onlari cox bezdir
29 avqust 2015 18:31
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnci
Bizimki tam eksini fikirlesir mence qizlari yox oglamlari duzgun terbiye etmirler her seyi oglanim qabagina hazir qoyurlar ona gorede o hetat yoldasindan bunu teleb edir etmeyende ise evde soz sohbet emele gelir .
29 avqust 2015 18:18
# 2
Her gulusun arxasında bır keder vardır
BARBI
Kisileri bezdirmek lazim deyil. Onlarin anasi yox heyat yoldasi olmaq lazimdir. Her zaman sixmadan qaygisina qalmaq lazimdir
29 avqust 2015 18:05
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz