Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"...Namus sadəcə qadına aid bir nəsnə deyil"
Göndərən: ALESSANDRA
Şərhlər: 16
Baxılıb: 834
Səs ver:
Qadınların istədikləri saatda, istədikləri yerdə rahatca gəzib-dolaşa bilmədiyi bir ölkənin erkəklərində problem var deməkdir. Çünki bir qadının yaxınlaşmaqdan qorxmasını, çəkinməsini deyil; yanındaykən, hətta yaxınlığındaykən belə hər qadının özünü güvəndə və rahat hiss etməsini təmin edən erkəyə kişi deyilir...

İctimai nəqliyyat vasitələrində yanında oturan adamdan rahatsız olan; yolda qarşıdan gələn erkəyə potensial təcavüzçü gözüylə baxan; birisi onunla maraqlandığı zaman "məndən xoşu gəldi" əvəzinə "məni yatağa atmaq istəyir" deyə düşünən; özünü sevilməyə layiq görməyib bu dünyaya ancaq erkəyinin istək və tələbatlarını yerinə yetirmək üçün gəldiyinə inanan qadınlar yaratdınız. Sonra da yaratdığınız bu əsəri bəyənməyib adını "Tükəzban" qoydunuz. Yəni qanadını qırdığınız quş uça bilmədi deyə quşu günahlandırdınız, qəfəslərə qapatdınız. Qəfəsdən qaçanlara isə "əxlaq, namus" damğası vuraraq, az qala cəmiyyətdən təcrid etdiniz, ləkələdiniz...

İndi isə qəfəsə qapatdığınız, əsrlərlə qəfəs qanunlarıyla böyüdülən və büsbütün özgüvən duyğusunu itirən, ruhu öldürülən qadınlardan yüksək intellektuallıq, savad, zəka, eyni zamanda səmimilik, cəsarət, açıqfikirlilik və geniş dünyagörüşü gözləyirsiniz...

"Qadın ağlı quş ağlı", "qadının saçı uzun, ağlı qısa", "qadının ağlı topuğunda" deyərək hər zaman qadınları aşağıladınız, ağlına, zəkasına, düşüncəsinə şübhə etdiniz, hər cəhətdən sizdən daha aşağıda dayanan, əksik varlıqlar kimi gördünüz. Amma bir yanlışı olduğu zaman ən sərt cəzalanan, şiddətə məruz qalan, döyülən, öldürülən yenə də həmin o "ağlı qısa" dediyiniz qadınlar oldu...

Qadın namuslu olacaq deyirsiniz, amma namusunu ləkələmək üçün əlinizdən gələni edirsiniz. Nə zaman anlayacaqsınız ki, namus sadəcə qadına aid bir nəsnə deyil. Namus - bir qadına baxarkən sərgilədiyiniz əxlaqın, davranışın elə özü deməkdir.
Nəyə görə qadınlardan hər zaman mükəmməllik, qüsursuzluq tələb olunur? Mükəmməl olmayan kişilərin bunu qadınlardan tələb etməyə nə haqqları var? Axı niyə anlamaq istəmirlər ki, cinsindən asılı olmayaraq, yanlışıyla, doğrusuyla hər kəs bir insan və bir fərddir... Qadınları müqəddəsləşdirmək onları yaşamdan uzaqlaşdırmaq və həyatın bir küncünə atmaqdır. Qadınlar çiçək- böcək deyillər. Yanlış və doğrularıyla onlar da bir insan və bir fərddirlər; hiss, duyğu və emosiyalara malikdirlər. Eyni zamanda, kişilərdən daha çox duyarlı və anlayışlıdırlar...

Və son olaraq...
Qadınların gülümsəmədikləri bir şəhərin erkəkləri cəsur ola bilməzlər... Cəsarəti olmayanların isə hər zaman bəhanələri vardır!!!


Şərhlər: 16
Baxılıb: 834
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Namus tekce qadina aid deyil kiside namus qeyret sahibi olmalidir. Qadinlarda namus her bir seyden onemlidir
14 avqust 2015 00:04
# 16
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
b mesleye comment yazmaq istemirem duzu cunki cox derin movzudu amma kim yazibsa ellerne sagli heqiqqeten cox beyendim.her bir insan Namusunu sherefini gorumalidi bu onun borcudu en azindan Allah dergahinda olnda onsuzda bashi ashaqi olaciq daha buna gorede bashi ashaqi omayaq
13 avqust 2015 21:23
# 15
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
sadecə mən
Qüsursuz qadın axtaran kişilər, qüsursuz deyillər və heç vaxtda olmıyacaqlar.

Namus məsələsinə gəlincə.Kişilər o kişilərdi ki, qumar oynıyıb.Sonra da pulu ödüyə bilməyəndə,"Qumar burcu namus burcudu deyib" namuslarını satır.
13 avqust 2015 19:25
# 14
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
WiRiN BaLaM
ehh qara gün qadınlar nə etsələrdə günahkardırlar )) bizim millətə xas olan bir şeydir günahsız insanı günahlandırıb şər danışmaq qara yaxmaq ))sadəcə axirətdən xəbərsiz insanlardır mən belə başa düşürəm hər kəs layiqincə cəzasın alır mütləq ha bu dünyada ha obiri dünyada ...
13 avqust 2015 18:17
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
kisiler deyirlerki namuslu exlaqli qiz axtaririq bacimiz kimi filan kimi daha demirlerki ele qizlara ad o adlari vuranlarele bunlar olur qizlarida yoldan cixaran bunlar olur daha demirki bunlarinda o namuslu dediklerini hansisa ozleri kimi bir oqlan cixib namusunu adina leke vura bile sadege birdefe gorushmekle yadaki teelnen danishmaqla,qadinlari namuslu eden de siz kisiler siz onlara basqa adlar qoyanda
12 avqust 2015 11:27
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
kisiler namus anlayisini tam qavrasaydilar cox yaxsi olardi amma bezileri namusu sadece qadina aid edirler ozleride namuslu olmali xeyanet etmemelidirler
12 avqust 2015 11:17
# 11
Dosta_inam
Cox dogru qeyd olunub, bezi kisiler qadinda namus axtarir, ancaq qadinlarin namusun lekelemek ucun ellerinden geleni edir.
12 avqust 2015 03:31
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Niquw Abdulayeva
Duzgun qeyd olunub saf temiz qiz masum bir qiz usaqi goren kimi bezi dirnaqarasi kisiler min cure dona girib qizi yoldan cixardiriq. Sonrada baslayirlar adlarini lekelediyi qizlara soz qosurlar. Gerek bu heyatda hec kimin sirin dikine inanmayasan. Inandinsa isin bitdi. Allah elenciklwrinden qorusun Amin
12 avqust 2015 01:57
# 9
Milawka18
xeyaneti ne kiwi nedeki qadin etmeli deyil

xeyaneti ne kiwi nedeki qadin etmeli deyil
12 avqust 2015 00:16
# 8
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
İnci
Deyirem bextim olsa kisi olardim her 1 cetinlik qadilara qismet olub
12 avqust 2015 00:12
# 7
Her gulusun arxasında bır keder vardır
VIP
Nə qadın,nə də kişi xəyanət etməli deyil.Edərsədə hec kimə deyil,yalnız özünə günah qazanır.
11 avqust 2015 23:49
# 6
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Nergizz
cox gozel sozlerdi,,ama bunlara fikir veren kimdi,,bizim qanunumuz evvelinden bele qoyulub,,namus ele namusdu ferqi yoxdu kiwi ucun ya qadin ucun,,ama burda yazldgi kimi herweyin gunahkari yene qadin olur
11 avqust 2015 23:39
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
aziz a
Kisinin xeyaneti sebr, qadinin xeyaneti qebr di...
11 avqust 2015 23:32
# 4
Qelbim doludu !!!!
aLoNe AnGeL
mən bu xəbəri göndərmək istəyirdim təkrar çıxdı ...
11 avqust 2015 23:27
# 3
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
naxçıvan balası
Günah qadın üçün neyse kişi üçünde eynidir ,kişi eder diye bir aye enmedi ,ne yazığ ki cemiyetimiz bunu başa düşmür ..
11 avqust 2015 23:18
# 2
merii
Nece de duzgun yazilib,qadin dogru da etse,sehv de etse hemise gunahkardir,vay o gunden ki yanlisi ola,o zaman o, bir omur boyu cezaya mehkum olar. Namusu sadece qadinini,bacisini,anasini sozun esl menasinda hebs edib,ozu orda-burda onun bunun namusuna satasan,soz atan,qeybet,ogurluq eden yalan danisan,sonra menim namusum var deye kecinenlerden sorusmaq lazimdi bizim cemiyyetde
11 avqust 2015 23:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz