Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ər evində şillə yemək..."
Göndərən: ayka
Şərhlər: 16
Baxılıb: 1018
Səs ver:
Ər əvində şillə yemək, ata evində minnətli çörək yeməkdən daha şirindi.
Qadınlar doğulub böyüdükləri evə evlənmədən öncə "öz evimiz" deyirlər, amma boşanıb qayıtdıqdan sonra isə o evə "ata evi" deyirlər. Elə bu söz hər şeyi anlatmağa yetər...
İlk başda çox şirin gəlir. Boşanmaq. Boşanmaq və azadlıq sözləri, sinonim sözlər kimi görünür. Azadlıq!!!!. Kimdənsə asılı olmamaq, hesabat verməmək, söz azadlığı , kiməsə itayiət etməmək.
Sinonim kimi görsənən sözlər ata evində antonimə dönür. Boşanmış qadın, gəlin, xalaşka sözləri ilə sinonimləşir.
Yediyin çörək zəhər olur. Hələ o ata evinə qucağında körpə ilə qayıtmısansa ev sənə Kürdəxanı müvəqqəti təcridxanasına dönür. Sənə dedik o oğlana getmə, səni kimlər istədi, kül başına.
Ər evindən azadlıq arzusu ilə çıxan qadın ata evində diktatura rejiminə düşür. O nə rəng paltardı, dizdən 2 qarış yuxarı ətək olmaz, üzünə kosmetika olmaz, həyətə düşmək olmaz, podruqalarınla görüşmək olmaz. Balkona çıxma camaat nə deyər bizə? Ərə gedərsən yenidən ər evində nə istəyirsən edərsən.
Ərə getmək?
Qucağda körpə ilə? Yox! Boşanmış qadın bu ölkədə Qadın deyil. Sən potensial fahişə, xalaşka, gəlinsən. Sənlə gözəl seks həyatı yaşamaq olar. İçmək, əylənmək, dənizə getmək. Qabağına çıxan hər kişi boşanmısanda nə olsun desədə, başının üstündə prizirvativlər uçacağ..
Evdən çıxıb nəfəs ala biləssən ki, intim həyatında ola?
Mastrubasiya eləmirəm deyən qadın nə qədər gerçəkcidir? Pornoya baxmamışam deyən oğlan qədər.
40 yaşına ailə qurmadan çatan qadının seks anlayışı sadəcə mastrubasiyadan ibarətdir. Bəs bu həzzi yaşamış? Ömrünün 25-30 yaşlarında bu həzzi dadıb boşanmaq? Bir müddət normal həyat tərzi yaşasada 40 yaşlarda çürümüş yumurtalıq ilə həyatının bitdiyini hiss edən qadın obrazı.
Bu ölkədə Boşanmaq , Azadlıq sözü ilə yox! Fahişə sözü ilə Sinonimdir...
 
Kamran İsmayılzadə


Şərhlər: 16
Baxılıb: 1018
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
Axı kim nə bilirki gələcəkdə başına nə gələcək heç kimi qınamağa heçkimin haqqı çatmır... ..bizim millətin adətidir oz MİLLƏTİNİ yıxıb sürümək şər yaxmaq... gələcəklərini düşünmürlər Amma Allah cəzasız qoymur heç bir bəndəsİni atdığımız danışdığımız hər şeyə fikir verməliyik ... BOŞANMIŞ QADINLARSA KEFİNDƏN BOŞANMIR HƏR HALDA .. qınayan insanlar öz gələcəklərini düşünsünlər bu gun bunun başına gələn sabah mənimdə başıma gələ bilər deyə heç kim həyatından qarantilənməyib...
7 avqust 2015 01:50
# 16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
Bu tip xəbərləri çox sevirəm. Maraqla oxudum. müəllifə halaldı. Çox gözəl yazıb. Qadın artıq boşandısa, onun adına müxtəlif çirkin sözlər çıxardırlar! Ar olsun elələrinə!

Həqiqətən də belədir: indi öz evindirsə, evlənəndən sonra ata evi olur. boşanıb ata evi dediyimiz yerə yenidən gəlirsə, artıq o evdə sanki qonaq olur həmin qadın! hər gün də yüz cür söz eşidirlər: "ağlın olardı həmin vaxt, biz dediyimiz o oğlana ərə gedərdin. İndi yaxşı yaşıyardın! Qucağında uşaq çöllərə, qapılara düşməzdin!".... Ən pisi də budur ki, bu sözləri deyən həmin boşanmış qadının valideynidir!!!

Ehh nəysəə... bu mövzuda daha çox fikir bildirə bilərəm. yazmaqla bitmir hər şey...

...666...


Necə gəlmişiksə, elə də gedəcəyik. Heç kim və heç nə dəyişilməyəcək. boşanmış qadına olan bu münasibət də hər zaman davam edəcək...

...666...
6 avqust 2015 19:36
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
hec goturmerem yoldasim mene sille vursun
men cox kuseyen biriyem mene kimse adi soz bele deyende xetrime deyir ağlıyıram..
o ki qaldı kiminse sillesin goturum!
siddete qarsiyam!
hec kimin haqqı yoxdu kiminsə qızını vurmağa!!
adama çox pis tesir eder heyat yoldasinin sillesi.
Allah uzaq etsin
6 avqust 2015 19:32
# 14
Don't trust anyone ∆
vipbetul
Ilk onge valıdeynler qızlarına destek olmalıdırlar daha qınamamalıdırlar kımse xos gununden bosanmaz ne tessyfkı bosanmıs qadınları bızım cılız fıkırlı cemıyyet qebul etmır berkemde bır cox evlı qadınlardan daha abırlı namusludur bosanmıs xanımlarımız
6 avqust 2015 14:16
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
Allah uzaq etsin həqiqətn pis bir şeydi agla
6 avqust 2015 13:09
# 12
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Fialka
Bu haqda çox fikir bildirmək olar , cəmiyyətdə formalaşan fikir haqqında həmçinin kişinin və qadının hərəkətləri haqqında da ancaq bir şey demək olar ki, heç kəsin haqqı heç kəsdə qalmır hər kəs atdığı addımın bədəlini ödəyər əlbətt..
6 avqust 2015 13:09
# 11
neri
heckimin basina birsey gelnese hecvaxt qarsindankini anlamaz.mende qiz vaxti ve gelenden sonrada cox sozler demisem ve yasadiqca goruremji ne demisem bos.cunki insan neyese gore cox seyleri oturur ozunu qurban verir..men ne olubsada bosanmag istememisem olabiler esebi animda olsun amma sonra oturyb dusunmusemji kime nolurki olan usaga olur..hem deki hele bizim milletin pis baxslari varki eh neuse yazsam dastan olar.
6 avqust 2015 12:51
# 10
Sert
Bebiw
Duzdu yawim azdi ama mende bele bir serh bildirmek isterdim Er evinde sille deyende bezi insanlarin ele bil bawina qaynar su tokulur ama men buna yaxsu baxmiram Qadin doyulerde sevilerde ama yerinde ola biler de erini eseblewdirer bir wille vurar dunya dagilmadiki Atalar deyib yaxsi at ozuna qamci vurdurmaz )
6 avqust 2015 11:59
# 9
sowu
Artemida
Nedense azerbaycanda qiz ere getdise ata evinde daha ona yer yoxdur
6 avqust 2015 09:57
# 8
Nergizz
dogrdanda werh yazmaga cox cetinlik cekirem,onu deyimki gozel adetlerimiz oldgu kimi pis adetlerimizde var,,bowanan qadina pis baxmaq,,,,ama coxu qadinlarimiz yuz ele werefsiz kiwiye deyer mence,,wille yemek deyendedeki baxir willeye bir var ozunde gunah ola,,birde var gede gele icewsin dava soz sohbet salsin,,hewrwyin yeri var,,her soz sohbete gore ailenide dagitmaq duzgun deyil,,soz sohbet her evde var,,twkur maraqli xeber idi,,lap yarali yerimize toxunmusan,))))
6 avqust 2015 07:20
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Dosta_inam
Cox sukur nece ildir artiq aileliyem, hele yoldasim mene bir sille de vurmayib, ozumu o yere cixarmamisam, ama bezen ele kisiler var ki, icib gelir nahaq yere xanima el qaldirir.

Eslinde dogruluq var, indi bossnmis qadinlara nedense pis munasibet gosterirler.

Onu etme bunu geyinme, Allah hec kesi bedbext etmesin, Amin Insaallah, kisilere bir yon,bosanmis qadina pis olur heyatda yasamaq cetin olur.
6 avqust 2015 06:19
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Bax bizim cemiyyetin ic uzu, bosanmis bir insani sisirdilmis bir formada araya cixarmaq bax budur..niye gore agli nasinda olan her bir qadin yaxsi guninden qacib ailesini dagitmaz, tebii ki, agli basinda olan bir qadin..Amma elin qinagindan dagilan ailelerde var..neise menim ureyim doludu bu barede, ama yazdiqca pis oluram...
6 avqust 2015 05:38
# 5
Qelbim doludu !!!!
VIP
Bacım boşanıb.O şillə,təpik,yesədə dinməyib boşanıb gələndən sonra bizə dedi cox əziyət cəkirmiş,istər yoldaş istərsədə qaynana tərəfindən.Düzdü bizim evdə hec kim pis söz demir,başqalarıda xalaşqa nə də başqa söz deyə bilməz.Cünkü o sözü özünə dedizdirəcək hərəkət etməyib nədə etməz inşallah.O ki,qaldı boşanımış özünü cox pis hiss edir.Mənim bacım elədi,deyir kaşki pis gündə görsəydim boşanmış olmayaydım ,uşagım atasız böyüyür.Oglan özü boşadı bacımı.Bunuda deyimki bacımı sevib almışdı
6 avqust 2015 01:48
# 4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Gul_Konul
Werh yzmaga cetinlik cekirem.neytral movqedeyem.. cunki kiminse ne yawadigini ozunnen bawqa hec kim bilmir..
HEC KESI QINAMA, QINADIGIVIN YAWADIGIN YAWAMAYANA QEDER OLMEZSEN..! Bu cumle yadima duwdu nedense..
6 avqust 2015 01:29
# 3
Milawka18
ayleli olmasamda .Amma men hec vaxt goture bilmerem erimin ne sozunu nede willesini,evde otrub atamin anamin yaninda gunumu kecirsem daha ela olar
6 avqust 2015 01:19
# 2
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
BARBI
Er evinde sille yeyeceyime ata evinde curuyerem daha yaxsi. Hec vaxt siddete sessiz qalmaram.
6 avqust 2015 01:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz