Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənirlər?
Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bəzənirlər?
Göndərən: emis
Şərhlər: 10
Baxılıb: 1301
Səs ver:
Mövzu ilə əlaqədar olaraq həkim-psixoloq Denis İslam Rzayev suallarımıza cavab verib.
 
- Qadının özünü bəyənməməsi, xarici görünüşü ilə kompleksli olması nə kimi problemlərə səbəb ola bilər?
- Əslində, hər bir insanın öz xarici görkəmində bəyənmədiyi nələrsə var. Bu, hər insanda özünü müxtəlif cür göstərir. Məsələn, qadının öz xarici görkəmini bəyənməməsi, öz bədəni ilə barışıq olmaması ruhi-əsəb pozuntusuna, güclü stress keçirməsinə səbəb olur. Bundan əlavə, qızların öz rəfiqələri ilə aralarında aşkar və ya gizli rəqabət aparmasına, paxıllıq hissinə, dolayısı ilə xəstəlik dərəcəsinə çata, hətta ağır psixoloji travmalara səbəb olur. Bu hissdən azad olmaq üçün çoxları ehtiyac olmadığı halda cərrahlara müraciət edirlər. Bəzən dəyişmək istəyirlər, amma konkret olaraq nə istədiklərini heç özləri də bilmirlər.
 
- Bu addımları atdıqdan sonra özünü bəyənməmək kompleksindən azad olurlar?
- Həmişə yox. Xanımlar o qədər mükəmməllik axtarışında olur ki, o mükəmməlliyin içində itib batırlar. Yəni, onlara heç estetik cərrahlar da kömək etmir. Bu məsələdə ancaq psixoloq köməyi tələb olunur.
 
- Öz bədənini, xarici görkəmini bəyənməmək bu qədərmi çətindir?
- Yox, çətin deyil. Bu, insanın iradəsindən, böyüdüyü mühitdən, ailə tərbiyəsindən,  aldığı təhsildən, həyat təcrübəsindən asılıdır.  Daim konflikt, stress, gərginlik şəraitində böyüyən insanların özü ilə barışıq olması daha çətindir.
 
Təhsili olmayan, dünyagörüşü geniş olmayan xanımlar bu problemlərə daha çox məruz qalırlar. Dəqiq desək, nevrotik pozuntulara səbəb olur.
 
- Psixoloq nöqteyi-nəzərdən baxsaq, bir qadın özünü yaxşı hiss etmək üçün gözəl olmaq istəyir və bəzənir, yoxsa hər zaman baxımlı olmaq məcburiyyətinə olduğu və inandırıldığı qəliblər üçün? Və ya sadəcə olaraq kişilər üçün?
- Şüur altı təfəkkürdə qadınlar adətən bəylər üçün bəzənirlər, əks cinsin diqqətini cəlb etmək üçün gözəl görünməyə çalışırlar. Daha sonra özünü təsdiqləmək və estetik baxımdan necə mükəmməl olduğunu göstərmək istəyi gəlir.  Təbii ki, xanımlar baxımlı olmalıdır. Ancaq qadının bəzək-düzəyi norma daxilində olmalıdır. Əgər o normanı aşırsa, xanımın gözəl görünmək arzusu onu artıq xəstəlik dərəcəsinə çatdırır.
 
- Bu cür hallarla tez-tez qarşılaşırsınız?
- Son illər təcrübəmdə bu kimi hallarla tez-tez qarşılaşıram. Məsələn, hər hansı bir xanım burun quruluşundan narazı olduğu üçün əməliyyat etdirir, yaxud da dodaqlarını şişdirir. Amma alınan nəticədən yenə də razı qalmır. Çoxlarında mövqesizlik müşahidə olunur.
 
Xanımın gözəl görünməyə can atması normal haldır, amma bu istək həddindən ziyadə çox olanda, bütün fikrini-zikrini bunun üzərində cəmləşdirəndə həm cəmiyyətdən qopmağa başlayır, həm dostları, həm ailəsi ilə münasibətləri korlanmağa başlayır.
 
- Elə xanım var ki, sevdiyi insanın görüşünə heç bir halda makiyajsız getmir. "Sevgilim məni kosmetikasız görsə, soyuyar. Makiyajsız məni heç kim bəyənmir”  - deyə düşünür. Bu kimi fikirləri özündən necə uzaqlaşdırmaq olar?
- Səhv fikirdir! Bu fikir öz təsdiqini tapmır. Ümumiyyətlə, kişilər hər hansı xanımı onun makiyajına görə bəyənmirlər. Kişilər üçün təbii gözəllik daha önəmlidir. Kosmetoloji müdaxilə minimum olmalıdır.
 
- Dünyanın hər yerində, o cümlədən Azərbaycanda da arıq xanımlar daha gözəl hesab olunur. Mütəxəssis kimi bunu necə qiymətləndirirsiniz? Belə çıxır ki, kök qadınlar gözəl deyillər?
- Bu, zövq məsələsidir. Ölkələrin mədəniyyətinə xas olan bəzi məqamlar var. Elə ölkələr var ki, onlarda kök xanımlar daha çox bəyənilir. Elə ölkələr də var ki, orada arıq bədən quruluşu ideal hesab olunur. Sadəcə, Şimali, Afrika və Asiya ölkələrinin gözəllik kriteriyaları fərqlidir. Hər bir insan yarını öz təbiətinə uyğun olaraq seçir. Təkcə xarici görünüş rol oynamır.
 
- Həddindən artıq qısqanc xanımlar həyat yoldaşını ən məşhur modellərə, hətta dünya ulduzlarına belə qısqanırlar. Gözəl qız gördükdə həyat yoldaşını hər an itirmək təhlükəsində olduğunu düşünən xanımlara nə məsləhət verərdiniz?
- Səbəbin nə olmasından asılı olmayaraq, qısqanclıq insanları çıxılmaz vəziyyətə sala və nəzarəti tamamilə itirməyə səbəb ola bilər. Qısqanclığın təsirlərini azaltmaq səbir və səy tələb edir. Hər kəsin qısqanclıq səbəbləri və hissləri fərqlidir. Qibtə və həsəddən fərqli olaraq qısqanclıqda həmişə  itirmə qorxusu olur.
 
Bu hissdən azad olmaq üçün xanımlar daim öz üzərində işləməlidir, bir az sirli olmalıdır. Əlçatmazlığını həmişə qorumalıdır, maraq dairəsində olmalıdır. Bu cür xanımların şəxsi həyatı da hər zaman uğurlu alınır.
 
Lakin qadınlardan fərqli olaraq, kişilərin gözəl qadına marağı sevginin bitdiyinin əlaməti deyil. Ya da ona vurulduğunu göstərmir. Cəlbedici qadına istənilən, hətta evli kişilər də baxır. Bu, hisslərin ciddiliyindən xəbər vermir.
 
- Bəs, bir insanın neçə dəfə sevmək haqqı var?
- Bunun dəqiq bir standartı yoxdur. Bu suala konkret olaraq cavab vermək mümkün deyil. Sevgi hissi fərdi məsələdir.


Şərhlər: 10
Baxılıb: 1301
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Mən heç bəzənməklə, şık görünməklə falan aram yoxdur. Sadecə güzgüyə baxanda gözəl görünməliyəm. heç kim üçün də özümü bəzəmirəm və ya gözəl görünməyə çalışmıram. əsas odur ki, güzgüyə baxanda özüm özümə aşiq olum))))

...666...
8 avqust 2015 22:25
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Milawka18
ozumcun bezenirem
8 avqust 2015 14:21
# 9
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
vipbetul
her kes eyni olmaya biler ele insanlar varki ola bilerki kimlerese yaxsi gorunmekcin eleleride varki sirf ozleriycin bezensinler,tebiki en yaxshisi ozuncun bezenmek geyinmek isdirahet etmek ishleme yalniz ozuncun
8 avqust 2015 14:18
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Ozum ucun bezenirem. Sadece liner ve tuj dan iat. Edirem bele daha gozel olur. Maraqli sual cavab alinib.
8 avqust 2015 10:54
# 7
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
tatyana
Mence hami ozu ucun bezenir,yeniki baxir guzguye ozunu seliqeye salir,amma dogru yazilibki var ele qizlarki oram niye beledi niye eledi qasim qalindi ve s.
8 avqust 2015 08:37
# 6
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Dosta_inam
Umumiyyetle bezenmekle o qeder aram yoxdur, nadir halda bezenirem, qaldi ozunu beyenmemeye, Allahin verdiyi gozellikdir cox sukur, beyenmemek ne heddime.
8 avqust 2015 07:11
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
təbiiliyə üstünlük verirəm)))
belə bir qısqanclığımda yoxdur dünya ulduzlarını falan qısqanam... hər kəs özünə görə dəyərli və gözəldir...
8 avqust 2015 02:18
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
neri
mrn hecvaxt kisilere gore nezeemisem tam semimi sozumdu.pis cixmasin kisi cox ozeldiji menden men oncun bezenim? men hemise ozumcun bezenmisem ve coxda bezenen deyilem .teskr

mrn hecvaxt kisilere gore nezeemisem tam semimi sozumdu.pis cixmasin kisi cox ozeldiji menden men oncun bezenim? men hemise ozumcun bezenmisem ve coxda bezenen deyilem .teskr

ay sef getdi .bezenmemisem yazacagdim sef yazdim.men hec vaxt kisi ucun bezenmemusem.
8 avqust 2015 01:46
# 3
Sert
emis
Maraqli xeberdi ele dunen bu haqda mamamnan sohbet edirdik) Men oz adima danisim ki, hec vaxt kimlere gorese bezenib geyinmemisem duzdu basqasinin fikri onemlidi ama imenni kimese gore geyinmek duzgun deyil, elece de makyaj etmek sen makyaji edirsen ve guzgude ozune baxirsan ozunnen xosun gelir en gozelide esas budu ozumu beyendim bosuna demeyibler insan gizguye baxdiqca gozellesir evde o qeder guzgu var ki, hara gedirem ozumu gorurem ozume baxmamisda qayitmiram, insan guzguye baxib ozunde olani bilmelidir ve ona gore geyinmeli makyaj etmeli hereket etmelidir. Neye gore kisiler ucun onlara gozel gorunmek calismaliyiq birinci ozumuz ozumuzu beyenmeliyik. Bir sey deyim bizim magazaya arvadalar qizlar gelir ic geyimlerine baxib deyirler bunlari men geyine bilmerem evli deyilem deye basa dyse bilmirem ki, bunlar yalniz evliler ucundumu? mehz bu ic geyimi senin ozunun xosuna gelmir? yalniz kisi ucun geyinmelisen? bu ozude bir kompleksdi ay subay qizam ele geyinmeli deyilem ayibdi ve s. bir soznen qadilar kisiler ucun gozel gorunmeli deyil ozleri ucun gozel gorunmelidirler gozelliklerine guvenmelidirler.sohbet hardan hara geldi.
23
8 avqust 2015 01:18
# 2
BARBI
Hamiya samil etmek olmaz ama men ozumcun bezenirem. Kisilere gozel gorunmek kimi bir derdim yoxdur
8 avqust 2015 01:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz