Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daim narahatlıq içində yaşayırsınız?..
Daim narahatlıq içində yaşayırsınız?..
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1403
Səs ver:

Daim narahatlıq içində yaşayırsınız?..

"Əsəb - gərginlik, tənhalıq hissi, özünə güvənin azalması və s. kimi hisslər yaradır".

Stres - insan orqanizmində yaranan narahatlıq və ya gərginlik kimi izah olunur. Demək olar ki, biz hər gün streslə rastlaşırıq. Lakin bir çoxumuz stresin nə olduğunu heç bilmirik də. Stres isə potensial təhlükəyə malikdir.

Həkim-psixoloq Sevinc Allahyarova stresin bir çox mənfi hallara gətirib çıxardığını deyir: "Stres qan təzyiqinin qalxmasının, yorğunluğun, bəzən yüksək aktivliyin; çox danışmanın və ya əksinə, özünəqapanmanın, iştahın artmasının və ya əksinə, qarınqululuğun səbəbi olur".

Bəs stresin ilk əlamətləri nədir?

"Stresin qanda şəkərin miqdarının artması, damarların daralması (spazmalar), baş ağrıları, böyüklərdə təzyiqin, ürək döyüntülərinin artması, nəbzin sürətlənməsi, dərinin rənginin dəyişməsi - qızarması və ya ağarması, hərəkət aktivliyinin artması, tərləmə və ya əksinə, ağzın quruması və s. kimi əlamətləri var", - S.Allahyarova dedi.

Həkim-psixoloq uzunmüddətli stresin nəticəsindən də danışdı: "Pis yuxu, qıcıqlanma, apatiya, baş ağrıları, diqqətsizlik, həzm problemləri, ailədən, dostlardan uzaqlaşma, tərləyən əllər, ağlamaq istəyi kimi nəticələrə gətirib çıxarır".

Streslə mübarizənin yolları

"İlk növbədə insan optimist olmalıdır. Çünki pessimizm - stresin yüksək səviyyədə olmasına zəmanət verir. Müntəzəm olaraq idmanla məşğul olmaq lazımdır. Belə insanlar qorxu, həyəcan gətirən hər bir şeydən mümkün qədər uzaq olmalıdırlar. Sevinməyi öyrənmək lazımdır. Keçmiş hadisələr haqqında çox fikirləşməməlidirlər. Yaxşı yatmaq və düzgün qidalanmaq lazımdır. Fikirlərin yönümünün dəyişməsi də vacibdir.

Stres keçirən insan məşğuliyyət tapmalıdır - daima narahatlıq içində yaşayan insanın bir işə və ya təhsil almağa başı qarışırsa, stres yaradan hallardan çox vaxt uzaq olur. Ən yaxşısı isə özünə hörmət etməyi öyrənməkdir - belə insanlar özlərinə güvənli olur və stres hallarından asanlıqla çıxırlar. Özünü daim nədəsə günahlandırmaq olmaz, çünki özünü günahlandırma stresi artırır, özünüidarə isə əksinə, azaldır", - psixoloq dedi.

Bir sözlə, psixoloq Sevinc Allahyarova stresə düşməyimizin və ya bu haldan canımızı qurtarmağın öz əlimizdə olduğunu dedi. Çünki ən böyük stresi insan özü özünə yaradır. Bəzən isə stres ölümlə də nəticələnə bilir.

 



Şərhlər:
Baxılıb: 1403
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz