Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Görəsən qadınlar onları ağladan, yoxsa güldürənləri sevər
Görəsən qadınlar onları ağladan, yoxsa güldürənləri sevər
Göndərən: lastoçka
Şərhlər: 18
Baxılıb: 927
Səs ver:
Kişilər hər zaman şikayətlənirlər ki, qadınları anlamaq olmur. Onların nə zaman, nə istədiklərini bilmək mümkün deyil. Hətta heç qadınların özlərinin də nə istədiklərindən xəbərsiz olduqlarını deyənlər də var. Bu əslində bir bəhanədir.Özlərini yormaq istəməyənlərin bəhanəsi. Qadınını anlamaq üçün zaman sərf etməyə çətinlik çəkənlərin bəhanəsi.

Qadın nə istər? Əlbəttə ki, hər bir qadının istədiyi bir şey var, o da sadəcə xoşbəxt olmaq. Məsələ burasındadır ki, bəs qadınları nə xoşbəxt edə bilər? Əlbəttə ki, hər bir qadın üçün xoşbəxtliyin mənası fərqlidir. Amma onların hamısını birləşdirən bir şey var.

Bütün qadınlar sevilmək istər, dəyərli olduğunu, hər şeydən, hər kəsdən daha qiymətli olduğunu hiss etmək istər.
Naz etmək, qarşı tərəfinsə usanmadan bu nazı çəkməsini istər.
Gözəl sözlər, xoş münasibət istər qadın.
Hər nə qədər güclü görünsə də, onu qoruyacaq-özündən güclü birin istər.
Qadın sədaqət istər, əvəzolunmaz, təkrarolunmaz olmaq istər.
Qadın sevdiyinin yarı, övladının anası, evinin həm xanımı, həm qulluqçusu, işinin sahibəsi olmaq istər.
Qadın bəzən sevinc, bəzən kədər istər. Bəli, bəli kədər istər bəzi qadınlar. Onları üzəcək, həyatına istiot qatacaq birini istəyərlər.
Qadın istər, istər, istər…
 
Ancaq qadınları xoşbəxt etmək elə də çətin deyil. Onlar sizin düşündüyünüz qədər də qəliz məxluq deyil.

Sevdiyiniz xanıma səni sevirəm deməkdən usanmayın. Ya da düşünməyin ki, bunu deməyinizə nə ehtiyac var, onsuz da siz onu sevirsiniz. Xanımlar bunu bilsələr də, eşitməkdən heç vaxt bezməzlər. Hələ ki, bu sözləri deyən şəxs onu bütün səmimiyyəti ilə qucaqlayıb, bu sözləri onun gözlərinin içinə baxaraq deyirsə.

Onunla mümkün qədər birgə vaxt keçirməyə çalışın. Televizorun qarşısında oturub yuxulumaq və ya nələrisə izləmək əvəzinə xanımınıza bir az vaxt ayırın. Məsəl üçün onu gəzintiyə apara bilərsiniz və ya onun sevdiyi hər hansısa bir filmi onunla izləyə bilərsiniz. Ancaq, bunun sizin üçün bir əzab olduğu düşüncəsini yaratmadan.

Xanımlar sürprizləri çox sevir. Ara-sıra sürpriz etməyi də unutmayın. Heç gözləmədiyi anda onu evin bütün qayğılarından uzaqlaşdırıb ona gözəl bir gün hədiyyə edə bilərsiniz. Və bunu etdiyiniz zaman onun daha artığına layiq olduğunu deməyi də unutmayın.

Bir sözlə xanımlar sevildiklərini, sayıldıqlarını, dəyərli olduqlarını, sevdikləri insanın onları hər şeydən dəyərli saydıqlarını hiss etmək istər. Əlbəttə ki, bütün bunları sizin səmimi olaraq etməyiniz önəmli məsələdir.

Bəs bütün bunları əldə edən qadın sevdiyi şəxs üçün nələr edə bilər?

Bunları görən qadın sevər. Sevdiyini dünyanın ən xoşbəxti etmək üçün əlindən gələni edər. Hər cür çətinliyə dözər. Evini, ailəsini hər kəsin kənardan baxıb həsəd aparacağı isti bir yuvaya çevirər. O sevdiyi şəxs üçün canından, malından bir an belə düşünmədən vaz keçər.

Əziz bəylər, qadınlar həmişə diqqət istər, xanımınıza qarşı bir az diqqətcil və qayğıkeş olsanız, xoşbəxtliyi ilə hər tərəfə işiq saçan bir xanıma sahib ola bilərsiniz.


Şərhlər: 18
Baxılıb: 927
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
mence guldureni agladan ancaq sevincden aglatsin gerek hec bir qadina derdden aglamagi arzu etmirem
20 sentyabr 2015 22:43
# 18
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
yaz_yamuru
Butun qadinlara xosbextlik arzulayiram cunki qadinsiz heyat da yoxdu kisi de yoxdu
17 iyul 2015 01:41
# 17
Nergizz
ne gozel sozlerdi,qadinlar eslinde hecne yox,,en esasda diqqetde qalmagi,,sevilmeyi,,qaygi gosterilmeyi ister,,twkur xeber ucun,,
16 iyul 2015 11:48
# 16
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
miraya
Mnce dzdu her wey beledi sni seveni sn sevmezsn sen sevdiyin seni sevmez yeni oo agladar sen yenede onu seversen o biri guldurer ama sn istemezsn istersen ki istediyn insan seni guldursn .....cunki kalp istediyini isterr..........
16 iyul 2015 11:19
# 15
VIP
Sevərkən üzülmək varsa sevilərkən xoşbəxt olmag da var əlbəttə qadını sev diqqət yetir o zaman gör o qadında mənfi cəhət taparsanmı
15 iyul 2015 19:48
# 14
Başımın üstündə Allah,yanımda ailəm olsun.
EsmaNur
yazilanlar dogrudur
15 iyul 2015 18:35
# 13
Dosta_inam
Allah butun xanimlara sevib sevilmeyi nesib etsin, her bir kes xosbext olsun, elbetde qadin onu seven deyer veren, her kesden her seyden eziz tutan birini ister, Allah her bir xanima istediyi kimi bir heyati nesib etsin, Amin.
15 iyul 2015 05:48
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Eger meni agladan kisi varsa, demek ki, ele meni eslinde guldyrende o kisidi..men ondan oteri aglaayiramsa,demekki, onun meni guldurduyu zamanlar cox olub..ve men bunu yene isteyirem...bax men bu terefden yanasdim..
Amma diger terefden her gun qadini doyub ,soyen, agladan kisini hansi
qadin sever??tebii ki, hec bir qadin..bir zamanlar sevmis olsada, bu veziyyetden sonra butun bynlar tedricen yox olar.
15 iyul 2015 04:57
# 11
Qelbim doludu !!!!
Mrs.Pianist
Evde meni agladib bayirda uzume hirlidayan kisi mene lazim deyil. Kiwi heqiqeten ozun `kisi` kimi aparmalidir.
15 iyul 2015 04:40
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
GünƏşimƏ_AiD_
eksine men ciddi yaxshii...desin gulsun ama menle bayirda ciddi olsun.daa qaash qabaq olmasada ciddiliyi bilinsin.
sevilmek gozel hisdi..her bir qadin ona deyer veren gulduren...hormet eden birini axtarir....kishilerse Huzur ve onlara dayaq olan xanimlar axtarir.
15 iyul 2015 04:19
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Nergız33
Ele kişi yoxdur ki hemişe güldürsün . Vaxtınızı serf edib axtarmayın
15 iyul 2015 01:28
# 8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Catwoman666
eger meni gulduren kisiyle birlikde olmaliyamsa onda gerek Recep Ivedik ya da Mister Binle evlenim122122
15 iyul 2015 01:25
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
WiRiN BaLaM
məni ağladan kisini neynirem ... elbetde güldüreni sevir her bir qadın ama indi belə insanda yoxdu insan taleyi qismeti ilə barışır sonda kı mənimdə kaderim bu imiş....

məni ağladan kisini neynirem ... elbetde güldüreni sevir her bir qadın ama indi belə insanda yoxdu insan taleyi qismeti ilə barışır sonda kı mənimdə kaderim bu imiş....
15 iyul 2015 01:19
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ayka95
her bir qadin xosbext olmaqi ister amma bezi xanimlari xosbext etmek evezine bedbext eden kisilerimizde var
14 iyul 2015 23:41
# 5
Dj_Vampir
her bir qadin onu xosbext edeni sever ama bezen bizi guldureni deyil agladani sevirik amma bezenn 22
14 iyul 2015 23:37
# 4
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
vipbetul
Bunları görən qadın sevər. Sevdiyini dünyanın ən xoşbəxti etmək üçün əlindən gələni edər. Hər cür çətinliyə dözər. Evini, ailəsini hər kəsin kənardan baxıb həsəd aparacağı isti bir yuvaya çevirər. O sevdiyi şəxs üçün canından, malından bir an belə düşünmədən vaz keçər.
qadinlar sevdiyini bildirmeyen kobudmu kobud odunmu odun olan kishiycinde bu cur fedakarliq ederki teki ailemde huzur olsun ailem daqilmasun xosbext olaq diye qadinlar cox fedakardir halbuki kisiler birge sevirem deyegey deregede xudbin olurlar coxlarina aiddi
14 iyul 2015 23:27
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Belə deyək qadın bağda olan gül kişidə o gülə baxan bağban)) yaxşı baxsa güldə açacaq ətrafa ətir saçacaq bu da həm bağbana həm də ətrafa xoş olacaq ... Lakin becəriksiz bağbanlar sayəsində solan gül bağları da var əlbətt...
14 iyul 2015 23:20
# 2
BARBI
Elbette meni guldureni xosbext edeni isterem bedbext eden agladan kisini neynim
14 iyul 2015 23:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz