Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər bir xanımın oxumalı olduğu - 10 kitab
Hər bir xanımın oxumalı olduğu - 10 kitab
Göndərən: ALESSANDRA
Şərhlər: 24
Baxılıb: 1198
Səs ver:
Qadınlar müxtəlif kitabları xoşlayırlar. Onların arasında romantik və ruhlandırıcı, realistik və fantastik, gözəllik və güc haqqında yazılanlar, ağıl və ürəyin bir­birinə zidd olması haqda olanlar var. Ancaq etiraf etməliyik ki, dünya ədəbiyyatının aparıcı mövzusu sevgidir.

Əminliklə demək olar: vaxtında oxunan kitab insanın həyatını dəyişə bilər.

1. Erix Mariya Remark "Borc həyat"
Bu elə bir həyatdır ki, artıq itirəcək heç nə yoxdur. Maşın oğrusu Klarfe vərəm dispanserindən Lilian adlı xəstəni qaçırır. O bilir ki, artıq ömrünün sonudur. Ancaq son günlərini qeyri adi və parlaq keçirmək istəyir. Bu əsər sizi hissələrə böləcək və yenidən dəyişilmiş formada toplayacaq. Əsər həyatın dəyərini bilməyi və ölümdən qorxmamağı öyrədir.

2. Coann Xarris "Şokolad"
Roman – dadlı şokolad ətri hopmuş, şirəli karamel, təzə pirojna ətirlidir. Lanskne­su­Tann adlı şəhərə ana və qız köçüb gəlir. Onlar şəhərdə qənnadçı dükanı açır və şəhər camaatının  həyatı dəyişir. Kitab hər qadında kiçik bir sehrin olması və onu düzgün istifadə etmək haqqındadır.

3. Marqaret Etvud  "Qulluqçunun hekayəsi"
Marqaret bu əsərdə yeni bir dünya təsvir edir. Orada qadınlar mülkə sahib olmaq, işləmək, sevmək, oxumaq və yazmaq hüququndan məhrumdurlar. Onlar səhərlər qaça bilmir, gəzinti təşkil edə bilmir, ikinci dəfə ərə getmək qadağandır. Onlara yalnız bir vəzifə verilibqulluqçuluq. Roman laqeydliklə oxuna bilmir.

4. Nikolas Sparks "Məndəki ən yaxşı"
Sparksın bu prozası rahat və yüngül, asan oxunandır. Orada hər şey çox təbii, o qədər həqiqətə uyğundur ki, o, inanmaq istəmir ki, bir damla mistika onu poza bilər. Xoş bir axşam üçün burada hər şey var: provinsial şəhər, ayrılıq, əbədi yaşamaq istəyən sevgi.

5. Anna Frank "Gizlənmə yeri. Məktub gündəlik"
Anna Frank 1929­cu ildə doğulmuşdur. O, 15 yaşında konslagerdə vəfat etmişdir. Onun ailəsi ilə birlikdə nasistlərdən gizləndiyi Amsterdamda yazdığı gündəliyi bütün dünyada məşhurlaşdı. Bu tip kitablar tarixin dəhşətli səhifələrini yada salır və heç vaxt təslim olamamağı öyrədir.

6. Corco Moyes "Səninlə görüşənədək"
Lu sadə qızcığazdır. Onun sakit, rahat və maraqsız həyatı var. Uill uğurlu biznesmendir, enerji və güc doludur. Ancaq günlərin bir günü Uill əlil arabasına möhtac qalır və Lu onun xidmətçisi olur. Bu təsirli hekayə bütün çətinliklərin öhdəsindən gəlməyin mümkün olduğunu göstərir.

7. Vladimir Nabokov "Lolita"
Bu kitab okeanın iki tərəfində oxucuları silkələyən kitab olmuşdur. Bəziləri bu kitabı anatomik səviyyədə günah adlandırır, bəziləri isə elə ilk səhifədən romanı sonuna kimi hərarətlə oxuyur və ilk baxışdan sevginin himni adlandırırlar.

8. Con Faulz "Fransız leytenantın sevgilisi"
Hər gün dəniz sahilində qara paltarlı qadın dayanır və üfüqə baxır. Bir gün onu başqası ilə evlənməyə hazırlaşan gənc oğlan görür və hər şey əksinə cərəyan edir. Evlənmək yoxsa hisslərinə tabe olmaq? Buna siz qərar verirsiniz. Faulz iki final yazmışdır. O, vicdanın individual seçim olduğunu göstərmək istəmişdir.

9. Elis Manro "Həyatdan qiymətli"
Nobel mükafatı laureatı olan Çanronun hekayələrini oxuyarkən qəflətən aşkar edə bilərsiniz ki, öz həyatınızı oxuyursunuz. Onun qəhrəmanlarının reallığına inanmamaq mümkün deyil.
Manronun əsas məharəti öz qəhrəmanlarına təəssüflənmək hissidir. Burada isə o, tam əks olunur.

10. Elizabet Gilbert  "Yemək, dua etmək, sevmək"
Bu avtobioqrafik əsər müasir uğurlu qadın haqqındadır. O, həyatın mənasını itirmiş və yenidən əldə etmişdir. Müəllif hər kəsə həyatdan nə istədiyini – azadlıq, xoşbəxtlik və özündən zövq almaq və özü ilə sülh şəraitində yaşamağı xatırladır.


Şərhlər: 24
Baxılıb: 1198
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
roksi1995
men hec birini oxumamisam
28 iyun 2015 13:34
# 24
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Leylican
bu kitablarin hec birini oxumamisam
26 iyun 2015 17:54
# 23
SEBR....
vipbetul
maraqli eserlerdir calishageyamki oxuyum hamisin
25 iyun 2015 16:01
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
kitab oxuyuram en çox türk kitablaı.
25 iyun 2015 03:55
# 21
Aska95
Lolitani yeni oxumaga baslamisam))Maraqli kitaba benzeyir..
25 iyun 2015 02:46
# 20
Melissa
kitab oxumagi cox sevirem cox
24 iyun 2015 21:58
# 19
yaz_yamuru
Menim en cox xosladigim eserler baskervillerin iti,başsız atlı,səfillər ve s. kitab oxumagi xoslayiram bos vaxtlarimi kitab oxumaqla kecirirem=)))
24 iyun 2015 20:33
# 18
ALESSANDRA
mənim ən xoşuma gelen eserler mavi qatarın sirri,baskervillilərin iti,görünməz adam,Meri poppins,amfibiya adam-dır...bu eserleride vaxtım olanda internetden açlb oxuycam)
24 iyun 2015 18:54
# 17
Don't trust anyone ∆
Catwoman666
sokolad kitabini oxumaq isterdim adi maraqlidir cunki
24 iyun 2015 18:17
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
tek umidim sen
Oxumaq isterdim bu kitablari, qoy mektebi qurtarim uniye girim butun kitablari oxuyacam, indi ders kitablari ile tutmur....
24 iyun 2015 18:08
# 15
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
Kitab oxumağı çox sevirəm və qeyd olunan bir kitab məni cəlb etdi inşAllah onu oxumaq nəsib olar ) Kitablar haqqında ətraflı məlumat üçün təşəkkürlər.
24 iyun 2015 15:33
# 14
WiRiN BaLaM
Elədə sevmirəm kitab oxumağı..,,ancaq nağıllar kitabı və şeirlər kitabına marağım olub vaxtı ilə çox oxumuşam.
24 iyun 2015 14:42
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
aliceWOnDer
Kitab oxumagi sevmirem, gucle canimi qurtardim.))))
24 iyun 2015 14:31
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
teri meri
hamısı maraqlıdı ama bizim kitabxanalrda olmayacaq bu kitablar ən yaxşısı biz tapdığımızla kifayətlənək təşəkkür
24 iyun 2015 13:53
# 11
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
...AdaDunyam``
mekteb vaxti oxuya bilmirem,amma tetilde maraqli kitab elime kecse oxuyuram,twk
24 iyun 2015 11:59
# 10
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Baharim ol
Bizim kitabxanada cetin olar bu kitablar.elektron varianti oxuya bilmirem.gozlerim agriyir
24 iyun 2015 11:53
# 9
Ama yenede
Tomris Müslümova
Fransız leytenantın sevgilisi" oxumaliyam bunu 09
24 iyun 2015 11:35
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ulduz
evde olanda oxuyurdum indi vaxtim olmur ....beyni sakitlesdirir,dunya gorus artir,oxumaq qabilyetin olur .
24 iyun 2015 11:20
# 7
Nezka
Corco moyes-un kitabını oxumuşam məndə türk versiyası idi. Burdakı yazarların demək olar ki adını da eşitməmişəm. Mən ən çox Aqata Kristi, Cecelia Ahern,Ceyn Ostin və s. oxuyuram. Hə bir də əlbəttə ki Elxan Zeynallının kitablarını
24 iyun 2015 10:19
# 6
İçimi görsən mənə aptek alarsan.
BARBI
Her biri haqda melumatim var bir ikisini internetden yukleyib oxumusam. Menali kitablardi
24 iyun 2015 09:24
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ayselina
Kitablar bizim ruhumuzun qidasidir...
24 iyun 2015 09:17
# 4
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Luna-90
Kitab oxumuram bu isi qaynanama de yatandada durandada kitab oxuyur hansi kitabin adini de movzunu de bilir 1kitabida 4-5defe tekrar oxuyub (az dili .edebiyyat muellimesidi 30ildi uje ).indi kitaba ehtiyyac yoxdu her sey internetde var.
24 iyun 2015 08:17
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Niquw Abdulayeva
Mence insanin yasadiqi heyat ozu bir kitabdir. Sonu belli olmayan. Duzdu kitab oxumaq insanin fikirlerini heyata baxisini deyise biler. Menim en cox xosladiqim kitab EFSANESIZ ILLER BIRDE XEZ DERILI MADONNA ESERIDIR.
24 iyun 2015 06:05
# 2
tatyana
Hecbirini oxumamisam,maraqli geldi mene,kitablardan tapsam oxuyaram
24 iyun 2015 05:12
# 1
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz