Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
30 yaşdan sonra ailə qurmaq
30 yaşdan sonra ailə qurmaq
Göndərən: Catwoman666
Şərhlər: 17
Baxılıb: 1405
Səs ver:
Bu gün 30 yaşdan sonra ərə getmək və bu yaşdan sonra ərə getməyin çətinlikərindən danışacağıq. Qadın olmaq çətindir. Xüsusilə də əgər sizin 30 yaşınız varsa və siz hələ də ailəli deyilsinizsə. Əslində, bu bəlkə də sizi heç narahat etmir. Lakin sizin mənəvi rahatlığınızı tez-tez pozan insanlar tapılır. Bu insanlar sizin qayğıkeş ailəniz və dostlarınız da ola bilər. Onlar sizin niyə ailə qurmaq istəmədiyinizi soruşacaq, sizi müxtəlif insanlarla tanış etməyə və sizi ərə getməyə məcbur edəcəklər. Sizə tez-tez belə sual ünvalanacaq "Sən ərə getmək istəyirsən ya yox?".  Əvvəllər 20 yaşınız olanda bu sual sizi sadəcə güldürürdüsə, indi həyatınızı zəhərləyir. Mövzunu bağlamaq üçün "Bəli ərə getmək istəyirəm, istəyirəm, ancaq hələ ərə gedəcəyim insana rast gəlməmişəm" deyə əsəb və acıqla cavab verirsiniz.

1. 30 yaşdan sonra ərə getmək çox çətindir. Çünki 30 yaşlı qızlar artıq dünya görüşü daha çox və məlumatlıdırlar. Bu yaşda qızlar artıq həyatdan nə istədiklərini bilir və ideal insan axtrırlar. Əgər bu vaxta qədər ərə getməyiblərsə, deməli problem var. Bəziləri ərə getməkdən qorxur. Ailə və uşaq məsuliyyətini tam dərk etmir və gələn bütün təkliflərə xeyir cavabı verir. Ancaq bu o demək deyil ki, 30 yaşdan sonra sizə layiqli namizəd olmayacaq. Ömər Xəyyamın belə bir kəlamı var: "Sevmədiyin bir insanla olmaqdansa, tənha olmaq daha yaxşıdır". Qərbdə ümumiyyətlə 30 yaşdan tez ailə quranlar azlıq təşkil edir. Ona görə də bu nigahlar daha uzunömürlü və möhkəm olur. İnsanlar daha çox məlumatlı olur, işini, karyerasını qurur, öz ayaqları üzərində möhkəm durmağı öyrənir, sonra ailə həyatı qururlar. Ona görə də siz narahat olmayın. Siz hələ gəncsiniz və uzun müddət də belə qalacaqsınız.

2. Bu yaşda bir problem də sizi narahat edir. "30 yaşdan sonra uşaq dünyaya gətirmək çox çətindir" deyib sizə tez-tez həyəcan yaşadırlar. Əlbəttə bu sözdə həqiqət var. 20-25 yaşlarında kimi asan olmur 30 yaşda uşaq dünyaya gətirmək. Ancaq artıq tibb çox irəliləyib və inkişaf edib. Yəni bunun üçün də narahat olmağa dəyməz. Bu gün həkimlər belə bir qənaətə gəliblər ki, əgər qadında heç bir potologiya yoxdursa, o tam sağlam uşaq dünyaya gətirə bilər. Amerikalı professor Con Mirovski deyir ki, qadının ən yaxşı uşaq dünyaya gətirən dövrü 34 yaşdır. Təki ömür boyu yaşayacaq adamı dəqiq seçin və onunla bir ömür sürəcəyinizi bilərək onu daha yaxşı tanımağa çalışın.

3. 30 yaşda ağıllı və cazibadar kişi olmur. Daha dorusu fikirləşirsiniz ki, bu zamana qədər artıq bütün kişilər ailə qurur. Sizin ərə getməyiniz real deyil. Lakin bu tamamilə yalnış fikirdir. 19 yaşda olan qızlar 20-25 yaşlı oğlanlarla ailə həyatı qurduqda onları hələ də tanımırlar. Çünki insan 30 yaşadək böyüyür və dünya görüşü çoxalır. 30-dan çox yaşı olan kişilərin 99 faizi artıq yaxşı işlə təmin olur və ailə həyatının müqəddəsliyini və vacibliyini dərk edir. Sadəcə olaraq 19-20 yaşda olarkən seçim və zaman çox olur. 30 yaşdan sonra isə seçiminiz və zamanınız az olur. Ona görə də evdə oturub xoşbəxtliyin gəlib sizi tapacağına inanmayın. Çıxın, gəzin, insanların gur olduğu yerlərə gedin və özünüzə inanın.

4.Kişilər 30 yaşı keçmiş xanımlardan qorxur. Sizin qızıl xasiyyətiniz olsa da, siz çox gözəl olsanız belə, onlar bildikdə 30 yaşını keçmisiniz, tərəddüd etməyə başlayırlar. Bu növbəti ağılsızlıqdır. Ağıllı kişi bunu özünə problem etməz. Bu barədə qəti düşünməyəcək. Belə düşünən kişi isə bizə heç də lazım deyil.

5. Qadın tək olmağa vərdiş edib.Belə bir stereotip də var ki, qadın tək olmağa vərdiş edir. Ona heç kim nəyi necə edəcəyini demir. Müəyyən qadağalar və məsuliyyətlərlə qarşılaşmır. Və kiminsə paltararını, corablarını yumaq məcburiyyətində deyil. Buna görə çox qadınlar artıq 30 yaşdan sonra ərə getmək istəmirlər. Lakin bu yalnış fikirdir. Siz bunu da asanlıqla həll edə biləcək yaşdasınız. İlk öncə texnologiya o qədər inkişaf edib ki, artıq bütün işləri sizin yerinizə edəcək maşınlar var. Sevdikdən, sevildikdən sonra bunu siz problem etməyəcəksiniz. İnsan ömür boyu tək yaşaya bilməz. Sizə yanınızda olacaq bir insan, dost mütləq lazımdır. Lakin ictimai qınaq sizə təsir etməsin. Bir həyatı yaşayacaq insanı yaxşı seçin. Qarşınıza çıxan insanı tanıyın. Onunla görüşün, danışın xasiyyətinə bələd olun. Bütün xanımlara xoş və gözəl həyat diləyi ilə.


Şərhlər: 17
Baxılıb: 1405
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
30 yasdan sonra insanlar dahada heyati yaxsi derk etdiyine gore ozlerine uyqun insan tapmaq cetin olur eslinde ele o yaslarda aile qurmaq daha yaxsidi
8 iyul 2015 17:24
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Sitat: Nazlı_qız
Evlənmək azadlığına son verməkdi...həm də məsuliyyət artır...heç bir müsbət tərəfi yok yani...evlənməsələr daha yaxşıdı 02

azadliq evlilikle olculmur. azadliq ruhdadi, azadliq fikirlerdedir ve esla evlilikde deyil

30 yasda aile qurmagu cox erken yasda evlenmekden ustun tuturam!!

Sitat: BARBI
Menim 24 yasim var 30 yasimda olsa aile qurmaq istemerem cunki serbestlik sevenem mesuliyet aile yuku menlik deyil.

Umumiyetle xanimlarcun aile qurmaq yasi 23 - 25 yas arasidir

men de tam senin kimi fikirlesirem. evlilik menlik deyil))
5 iyul 2015 23:55
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
eıiyeva gülmaye
Subayliq sultanliqdi. Gencliyin dadini cixarmaq lazimdi. Evlenende nolacaq eee usaq zad bas qatisir birde gorursenki qocaldin uje ancaq sevdiyinle evlenirsense daha yaxsi olur. Maraqli idi tesekkurler
5 iyul 2015 12:52
# 15
Sucan
17yasimda aile qurdum bosandim hec ureyimce olmadi deye bosandim qismet olmadi insallah gec olmaz tez olar mence 22 23 yas daha yaxsidi keske ele olsaydim
4 iyul 2015 20:25
# 14
sadecə mən
Məncə hası yaşda ailə həyatı qurularsa-qurulsun əsas odu,doğru insanla qurulsun.Allah hamıya qismət etsin. heart
4 iyul 2015 17:18
# 13
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Mubariz Ve Men
17yasda ayle qurmuwam indi 18yasim yani menim oz isteyimce olsaydi ayle bele tez qurmazdim aylede problem yoxdu wukur gozek balam var amma serbest olmak isterdim
4 iyul 2015 15:53
# 12
)))....................................................
Mrs.Pianist
En gozel aile qurmaqcun yas 22-23-24
4 iyul 2015 15:36
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
tatyana
30yashimda qizimin uje 10yashi vardi,mence 30yash cox gec aile qurmaqcun,24-25yash en gozel yash dovrudur aile qurmaqcun
4 iyul 2015 11:45
# 10
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Dosta_inam
Ne tez ne gec evlenmek bir şey deyil mence,20-25-yaş arası daha yaxşıdır mence.
4 iyul 2015 05:28
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Menim 24 yasim var 30 yasimda olsa aile qurmaq istemerem cunki serbestlik sevenem mesuliyet aile yuku menlik deyil.

Umumiyetle xanimlarcun aile qurmaq yasi 23 - 25 yas arasidir
4 iyul 2015 02:06
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
WiRiN BaLaM
tez evlənməkdə bir şey deyil..ama yene deyirem qismət.
4 iyul 2015 00:52
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Niquw Abdulayeva
Bu cur isler yalnjz qismetdi.
4 iyul 2015 00:29
# 6
aliceWOnDer
Qismet , amma gec evlenmek yaxsi deyil..
4 iyul 2015 00:24
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Marta
Men 19 da aile qurdum. Indi 20 yasim var.tez aile qurmagima baxmayaraq cox sukur hec bir problemim yoxdur yeni is guc bis dus bacariram lakin, fikrimce 23 yas en yaxsi yas dovrudur aile qurmaqcun.
4 iyul 2015 00:01
# 4
Немного терпения, и у тебя все получится..
ell.nell
34 yaşlı refiqemin ayın 21 toyudu..Allah xöşbəxt eləsin.neynəsin bəxti indi acılıb
3 iyul 2015 23:49
# 3
aziz a
"Qizinda bir vaxti var" deyirik,"qiz qaldiqca qizila doner"bunuda deyirik....muqayise edin.indi..
3 iyul 2015 23:29
# 2
Qelbim doludu !!!!
rəmsə
Çox maraqlı mövzudu.Bəzən qızlar az yaşlarında yaxşı elçilərə yox deyirlər,elə bilirlər qarşıda onların seçmə şansı çox olacaq,ancaq zaman ötdükcə seçmək şansın azalır,sadəcə seçilirsən.
Qızlar əsas oduki,sevməmiş və sevilməmiş ailə qurmayın hansı yaşda olursa olsun!!!
3 iyul 2015 23:23
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz