Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaşımızı gizlətmək nə qədər doğrudur?
Yaşımızı gizlətmək nə qədər doğrudur?
Göndərən: Catwoman666
Şərhlər: 22
Baxılıb: 737
Səs ver:
Biz qadınlar gənc olarkən tez böyüməyə yaşımızın böyük olmasına tələssək də, bir müddət sonra bunun tam əksini istəyirik. Yaşımız artdıqca ətrafdakılar 3-4 yaş aşağı olduğumuzu söyləyir, bununla hamıya daha gənc olduğumuzu sübut etmək istəyirik. İllərlə qadının yaşını gizlətməsi haqqında mübahisələr səngimək bilmir. Əlbəttə, gözəl xanımlara yaşlarını gizlətmək özünə inam yaradır. Lakin yaşımızı gizlətmək nə qədər doğrudur? Bu gün bunu araşdıraq və bu suala cavab tapmağa çalışaq.

Yaşını gizlətmək hər bir xanımın şəxsi işidir. Çox zaman gözəl xanımla tanış olan kişini də onun yaşı çox da maraqlandırmır. Lakin xanımlar bilməlidirlər ki, bir gün bu yalanın üstü mütləq açılacaq. Belə yalanı qeyri-ciddi münasibət qurduğunuz kişiyə deyə bilərsiniz, lakin sevdiyiniz kişiyə bu yalanı demək düzgün deyil. Çünki siz bu kişi ilə uzun müddət birlikdə olmaq istəyirsiniz. Bəyəndiyiniz kişi ilə tanış olduqdan sonra səmimi söhbət əsnasında yaşınızı ona söyləməli, onun da yaşını öyrənməlisiniz. Əgər qarşınızdakı insan bunu problem etmirsə, daha yaxşı. Gələcəkdə əsl yaşınızı öyrəndiyində utanmaqdansa, indi daha səmimi olmaq yaxşıdır. Müasir zəmanəəmizdə çox ailələr var ki, qadınla kişinin yaş fərqi var və qadınlar kişilərdən 1-2 və 4-5 yaş böyüdürlər. Çox zaman bu heç bir problem yaşatmır.

Ona görə narahat olmağa dəyməz. Qarşınızdakı şəxs sizi sevirsə, o sizin aranızda olan yaş fərqini problem etməyəcək. İmicinizi xilas etmək üçün yalana əl atmaq lazım deyil. Yaşı problem edən kişilərlə bərabər problem etməyən kişilər də var. Bəzən bəyəndikləri bəyi itirmək qorxusundan yaşlarını gizlədirlər. Lakin həqiqəti demək mütləqdir. Bəlkə də, o heç buna əhəmiyyət verməyəcək. Əgər o bunu qlobal bir problemə çevirəcəksə, heç belə ailə sizə lazım deyil. Çünki bu ömür boyu sizi təqib edəcək. Həmişə ailədə söz-söhbətə gətirib çıxaracaq. Bundan başqa təcrübəli kişi sırf sizin səmimiyyətinizi yoxlamaq üçün sizin yaşınızı öyrənmək istəyə bilər. Bu zaman siz yalan danışsanız, artıq sizin səmimiyyətinizə inanmayacaq. Əgər yaş həddinizi gizlətmək istəyirsinizsə, belə bir oyun da edə bilərsiniz. Əgər sizdən yaşınızı soruşursa, siz ona "özün fikirləş, mənə neçə yaş verərsən" deyə cümlələr işlədə bilərsiniz. Bu zaman o, sizə istədiyiniz yaşı deyəcək. Siz naz edərcəsinə bunun üstündən gülüb keçin.

Bu zaman yalan danışmış olmayacaqsınız. Və zaman-zaman yaşınızı bildirəcəksiniz. Əgər hər iki şəxs arasında sevgi varsa, yaş fərqi heç bir zaman problem olmayacaq. Unutmayın ki, kişilərin çoxu daha yaşlı və təcrübəli xanımlara üstünlük verir.

Yaşını gizlətmək hissi qadınlara xas, təbii hal olsa da, buna ehtiyac olmadığına inanırıq və gizlətməməyi məsləhət edirik. Səmimilik daha vacibdir yaxın münasibətərdə. Əziz xanımlar, unutmayın ki, siz hər yaşda gözəlsiniz. Hər yaşın öz gözəlliyi var. Və sizi sevən yaşınıza görə deyil, xasiyyətinizə, dürüstlüyünüzə və ona qarşı olan hisslərinizə görə sevəcək və qiymətləndirəcək.


Şərhlər: 22
Baxılıb: 737
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
şirin.
Heç vaxt yaşımı gizlətməmişəm. Hər soruşan olanda demişəm inanmayıblar. Yaşımdan az göründüyümü deyiblər.
17 fevral 2016 10:25
# 22
Bebiw
Allah veren yawdu Niye gizdetmeliyukki
17 iyul 2015 13:04
# 21
sowu
Misaki
Yaşımı gizletmeye gerk yoxdu onsuzda baxanda bilinir neden gizletmeliyemki her yaşın öz gözelliyi var 128
1 iyul 2015 08:44
# 20
Lady Angel
Sucan
menim hal hazirda 19yasima yeni girmisem yasimi niye gizledim ki
18 iyun 2015 15:12
# 19
GünƏşimƏ_AiD_
Men bezmishem demekdenki ay ehali menim 17yashim var 20yox elmcekin menden..
)))) boyuk gorsebirem cikkan amma uzden yox.
Balacaltmiram...98tevvelud 17 yash..boyuyende belekee eledim..insan ozunu nece hiss edirse eledi yashi men bu saat 25yash kimi hiss edirem..amma ele vaxt olur 2yashli ushaq menden aqilli olur.
17 iyun 2015 21:56
# 18
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
WiRiN BaLaM
yasimi gizletmek kimi bir problemim yoxdur ..hər yaşın öz gözəlliyi var 08
17 iyun 2015 21:42
# 17
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Luna-90
Yasimi gizletmeyi sevmirem.insanda yas qoymagi yaxsi bilirem baxan kimi deyirem nece yasi olar hemin adamin

1aya 25 yasim tamam olur yubileyimdi bu yasima kimi heyatimi bos yasamamisam 6 yasimda oglum var insallah 1 ovladimda olar .ancaq iller tez gelib gedir yaslanmaq istemirem zaman asta asta getse yaxsi olar heleki heyatdi cetinliklerle yasayariq heyatimi dolu dolu yasamaq isteyirem problemsiz rahat heyat yasamaq isteyirem +istirahet sevinc dolu
17 iyun 2015 21:08
# 16
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
yasi gizledibde az demeyin ne menasi varki bir gun onsuzda bilinegey insan yasindan utanmamalidir,birdeki yasindan kicik oqlanlarla gezen xanimlarada bir menali olaraq yaxsi baxmiram
17 iyun 2015 15:49
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
Yaşimi gizletmirem.22yaşim sabah olacak. Ama yaşimdan az görsenirem.17-18 yaş kimi
17 iyun 2015 15:44
# 14
tek umidim sen
Men agilsizliq kimi qebul edirem,hec vaxt kimnense yasimi gizletmemisem gizletmeremde, beledeki gizletmeli yasim yoxdu))
17 iyun 2015 14:21
# 13
Kadın derin ama adam yüzme bilmiyor...
Leylican
menim 17 yasim tamamdi hec kime yasima ne az ne deki cox dememisem
17 iyun 2015 13:04
# 12
SEBR....
Catwoman666
adeten xanimlar yasi coxaldiqca yaslarini daha da azaldirlar. Ya da yeniyetmeler ozlerini boyuk kimi aparmagi sevir deye yaslarini coxaldirlar(buna da hele mentiqli bir sebeb tapmamisam, ne qeder yaslarini cox deseler de yanina qoyub danisdiranda usaq oldugu o deqiqe belli olur). Amma men hec vaxt yasimi coxaltmamisam ne de azaltmamisam. 15 yasim var bir aydan sonra 16 olur. bunu da hami bilir))
17 iyun 2015 12:59
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
mən əksinə yaşımı artırıram..13 yaşım olmasına baxmayaraq virtualda hamıya 15 yaşımın olduğunu söyləyirəm
realda isə elə öz yaşımıda deyirəm
17 iyun 2015 12:36
# 10
Don't trust anyone ∆
aliceWOnDer
men hec vaxt yasimi gizlememisem, eksine 1 yas artirmisam
17 iyun 2015 11:22
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
tatyana
yashimi gizletmek yox yashimi deyince fexrle deyirem,insanlarin gozunun boyuduyunu ve neceee? dediklerini izlemekden heves aliram)).Menim 37yashim tamamlanacaq bu il.
17 iyun 2015 11:20
# 8
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Melissa
men hemise yasimi demekden cekinmemisem belkede hele az yasim var ona gore
17 iyun 2015 10:53
# 7
Tomris Müslümova
bu adeten melum bir yasa catdiqda olur.xususende qadinlarda usaq olanda eksine yasimizinin ustune yas qoyub deyirik boyuk olmaga calisiriq ama boyudukce eksine kicilmeye.ters mutenasiblik teskil edirik.cox qeribedir.her sey zamaninda vaxtinda gozeldir.tesekkur edirem
17 iyun 2015 10:27
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Günümüzdə çoxlarında rast gəlmişəm bu problemə ən çox yaşlı qadınlar yaşını azaldır birdə yeniyetmə qızlar bəziləri yaşından böyük görünmək istəyir. Ancaq fərqi yoxdur yaşın neçədir onu gizlətmək yersizdir və olduqca gülünc duruma salır insanı. Hünər yaşı gizlətmək deyil , hünər hər yaşda baxımlı və gözəl görünməkdir...
17 iyun 2015 09:18
# 5
yarpaq33
Hrc vaxt gizletmemiwem duzgunluyu seven adamam yalanla iwim olmaz yawini gizledenleri ve kicildenleride hec vaxt anlamamiwam neye gore bunu etdiyini her yawin oz gozelliyi var bele xanimlar eksine fexr etmelidilerki cox yawla cavan gorsenirler
17 iyun 2015 09:11
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Hec vaxt yasimi gizletmemisem. Bu barede yalan demeye ehtiyac duymuram. Nece yasim var onuda deyirem
17 iyun 2015 08:32
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Hec vaxt yawimi gizletmek kimi bir problemim olmayib
17 iyun 2015 06:51
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Raziyam deyilenlerle,xanimlar yaşini niye gizledir,bu ele bir yalan ki,gec tez açilacaq,onda pert olunca,ele evvelden yaşini nece varsa doğru deseler daha yaxşi olar,men heç zaman yaşimi gizletmemişem,deyirem inanan olmur,sanirlar ki,özüm yaşimi çox deyirem,bir defe lap,şexsiyyet vesiqemi göstermeli oldum ki,bax bu qeder yaşim var,niye çoxaldim ki,yaşimi,ondan sonra xala dinceldi,teşekkür.
17 iyun 2015 05:15
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz