Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlinlərin 10 sualı
Gəlinlərin 10 sualı
Göndərən: Catwoman666
Şərhlər: 26
Baxılıb: 1722
Səs ver:
Gəlinliklə bağlı sualları Türkiyəli modelyer Sezanur Akar cavablandırıb.

Gəlinlik libasını hansı tərəf almalıdır?
Adət-ənənələr görə gəlinlik libasını oğlan tərəf alır. Bu həm bir jest, həm də ailə üzvlərinin bir-birini tanıması üçün yaxşı fürsətdir. Ancaq bəzən gəlinlə bəy aralarında məsləhətəşib gəlinliyi və bəylik geyimini özləri alır. Belə bir arzunuz varsa, qarşı tərəfə əvvəlcədən deyin.

Gəlinlik seçməyə qaynana ilə getmək şərtdirmi?
Əgər gəlinliyi oğlan evi alırsa, bəli. Gəlinlik seçimində qaynananız da ananız kimi çox həyəcanlanacaq və gəlinlik almağa gedərkən sizin yanınızda olacaq.
Gəlinlər qayananları ilə ilk davalaranı və mübahisələrini gəlinlik almağa gedərkən yaşayır. Qaynananı bundan kənarlaşdırmaq və uzaq saxlamaq isə başqa problemlər yarada bilər. Ən yaxşısı orta yolu tapın. Ürəyinizdən keçən seçimi edərkən yaxınlarınızın da fikrini nəzərə alın.

Gəlinliyi toy gününə qədər necə saxlamaq lazımdır?
Gəlinliyi toyun gününə qədər əmanət edəcəyiniz ən güvənli yer, aldığınız moda evinin özüdür. Ancaq belə bir şansınız yoxdursa, gəlinliyinizin təmiz qalması və qırışmaması üçün ona uyğun geyim qılıfının içində asılı biçimdə qala ya da düz yerdə saxlaya bilərsiniz.  

Gəlin makiyajı edilərkən gəlinliyi necə qorumaq olar?
Gəlin saç və makiyajı edilərkən gəlinliyi geyinməyin. Gəlinlik makiyajı edilərkən önü düyməli və zəncirbəndli köynək geyinin. Çünki makiyaj vasitələri gəlinlik üzərinə ləkə sala bilər. Geyinərkən başqasının köməyindən də istifadə edin.

Toy günü gəlinlikdə necə tualetə getək olar?
Əlbəttə, ən ideal gəlinliyinizi geyindikdən sonra tualetə getməməkdir. Amma həyəcandan bu hal qaçılmaz ola bilər. Buna görə də toyun keçirildiyi yerdə özünüz üçün təmiz tualet reserv etdirin.

Gəlinliyi toydan sonra necə saxlaya bilərəm?
Toydan sonra ilk olaraq gəlinliyi quru təmizləməyə verin. Çünki ağ gəlinlik toy günü və gecə kifayət qədər kirlənmiş ola bilər. Bundan sonra gəlinliyi uzun müddət saxlamaq olar.

Toyda gəlinliyə ləkə düşərsə, nedə edə bilərəm?
Birinci qayda, vahiməyə düşməyin. Əgər ləkə kiçik və açıq rənglidirsə, müdaxilə etməyin. Çünki o ləkə onsuz da bəlli olmayacaq, müdaxilədə daha pis vəziyyətə düşə bilər. Lakin ləkə böyük və rəngi tündürsə, nəm salfetin köməyindən yararlanın. Ləkə qurumadan ləkə çıxaran maddədən də istifadə etmək mümkündür. Heç nə alınmasa və ləkə çıxmasa əyləncəyə davam edin. Sizin xoşbəxtliyiniz bundan asılı deyil...

Gəlinliyi toydan sonra satmaq olar?
Xoş xatirələri və gələcəkdə uşaqlarınız üçün də əhəmiyyətli olan gəlinliyi satmaq məsləhət görülmür. Satmağa məcbur deyilsəniz, satmayın və yaxşı saxlayın. Yaxın gələcəkdə olmasa da, uzaq gələcəkdə dəyəri və xatirələri artacaq. Satmağı ağlınıza salmısınızsa, yaxın tanışlarınıza və internet vasitəsi ilə sata bilərsiniz.

Bəyin toydan əvvəl gəlinliyi görməməyi şərtdirmi?
Əslində, bəylərin çoxu gəlinlik seçimdə özlərinin fikirlərini də diqqətə alınmasını arzulayır. Buna görə də gəlinlik alarkən bəyin də fikri qeydə alınır. Yəni, bəyin gəlinliyi görməsi uğursuzqluq gətirir inancı keçmişdə qalıb...

Gəlinlik ağ olmalıdırmı?
Gəlinlik ağ olmaq məcburiyyətində deyil. Amma fərqli rənglər seçərkən belə qabarıq rənglərə üstünlük vermək olmaz. Ağ rəng yerinə bej tonlarına üstünlük verə bilərsiniz.


Şərhlər: 26
Baxılıb: 1722
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
xalilova gozel
Gelinliyi oğlan evi almalıdır. Imza ALBERT ENEŞTEYN 122
10 iyul 2015 20:05
# 26
YA ALLAH
Sirine
men qiz toyunu ozun sececem amma oglan toyu ucun mecbur qaynanamla getmeliyem(
10 iyul 2015 18:05
# 25
....
Luna-90
2 gelinliyimide qaynanamsiz mamam xalam ozumuz getmisik cunki qaynanam rayonda olir men bakida yoldasimda serhedde isleyirdi .2de prakat olub ilk defesini men geyinmisdim 2de bahali olub .qiz toyunda gumusu oglan toyunda ag geyinmisdim.2de pulunu oglan evi vermisdi.
10 iyul 2015 00:20
# 24
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
gaye
Sitat: Svetoklana
Allah,hər bir genc qiza,xeyirlisile sevdiyi şəxs üçün gelinlik geyinmeyi nesib etsin....

xeyirlisi insALLAH heart
9 iyul 2015 19:59
# 23
C+G=∞♥
Happy
Men qiz toyu uchun qaynanamla gelinlik sechmeye getmishem. Kochen gunun gelinliyini ise onlsr sechibler menim fikrim sorushulmuyub :/
9 iyul 2015 15:57
# 22
ayan97
gelinlikin acig rengde olmasi daha yaxsidir mence, qaynanayla getmek problem deyil ammma beyinde orda olmasi lazimdir soram narazicilix olmasin deye
9 iyul 2015 02:25
# 21
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
VIP
Mənim qaynanam secmişdi toy günü gördüm gəlin paltarımı indiki aglım olsaydı özümdə gedib baxıb bəyənərdim eh nəyisə məndən kecdi subay qızlar özünüz secin cünki sonra insan peşiman olur o gelinliyi siz geyinirsiz qaynana deyil
9 iyul 2015 02:13
# 20
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Catwoman666
men ele qeribe ve deli(mecazi menada) insanam ki beynime dusse bir anda gelinliyimi rengli de eletdire bilerem23 amma gelinliyin ag reng olmasi lazimdir cunki gelinliyin esas ozelliyi de bundadir. lakin ferqliliyi seven xanimlar rengli de sece biler. qaynana meselesine gelinceee. qaynananiz da size meslehet vere biler. qaynanayla secmeye getmek pis shey deyil. lakin ele mutleq men ozum tekce secmeliyem deyirsinizse onda hamidan xebersiz gedin alin) men shexsen ozum heeeec kime gostermeyecem gelinliyimi (anam padruqam falan da daxil olmaqla her kess)
8 iyul 2015 22:43
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
ask meleyi
yesekkurler
8 iyul 2015 20:02
# 18
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
vipbetul
yaxsi xeberdi
8 iyul 2015 18:39
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Subaylar emel etsin,her bir xanıma nesib olsun,qar beyazlığı gelinliyi geyinmek.

Sitat: aRzuM209
tezlikle mende seçərəm gelinlik İNWALLAH Cəmi arzusunda olanlar a qismət olsun amin


İnşaallah canım,Allah arzularına çatdırsın,Amin.
8 iyul 2015 18:10
# 16
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aliceWOnDer
Gəlinlik seçməyə qaynana ilə getmək


Hec istemerem menim zovqum basqadi o, basqasin sececek men beyenmeyecem arada dalas olacaq.
8 iyul 2015 17:35
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Mrs.Pianist
Toyu yaxınlaşan xanımlarçun daha lazımlı xəbərdi.Amma gəlinlik seçiminə qaynana ilə getmək istemerem toyum olacaq şəxslə getmək istəyərm ki, sonra orası belədi burası belədi deməsin)
8 iyul 2015 15:37
# 14
Acısı çox olan qizların guluşu gozel olur.!
Fialka
Toya hazırlaşan xanımlar üçün faydalı məsləhətlərdir ancaq sonuncu sualın cavabı çoxları üçün bəllidir çünki çoxları qar bəyazı olan gəlinliklərə üstünlük verir..
8 iyul 2015 15:31
# 13
ALESSANDRA
Belə xəbərlər oxuyanda heveslenirem 23
ALALH her bir qiza qismet etsin gelinliy geyinmeyi 128
8 iyul 2015 15:21
# 12
Don't trust anyone ∆
lelos
subay qizlarimiza qismet olsun
8 iyul 2015 15:03
# 11
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
teri meri
mənim kefim hər şeydən pozulur yəni gəlinliyimə ləkə düşsə kefim çox ehtimal pozular
8 iyul 2015 14:16
# 10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Marta
Men gelinliyin ag olmasindan yanayam. Qiz toyu ve oglan toyu ucunde ag secmisdim.
8 iyul 2015 12:40
# 9
Немного терпения, и у тебя все получится..
tatyana
butun subaylara qismet olsun,axirinci sual gelinlik ag olmalidirmi,mence gelinlik hemiseden ag reng olub,agreng olmagida onun ozelliyidi,ag olmalidir,bejivi tonlar ve ya basqa rengleri qiz toyunda secirler
8 iyul 2015 12:08
# 8
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
ell.nell
Qızlar oxusun.Lazım olar....
8 iyul 2015 10:58
# 7
aRzuM209
tezlikle mende seçərəm gelinlik İNWALLAH Cəmi arzusunda olanlar a qismət olsun amin
8 iyul 2015 09:32
# 6
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
BARBI
Yalniz biriyle razi deyilem. Gelinliyimi qaynanamla secmerem tek ozum gederem cunki hec bir isime mudaxile olunmagini sevmirem.
8 iyul 2015 09:16
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
men gelinniymi tikdirmek isteyirem.men dushunduyum model hecyerde tapilmaz....oz gelliniymi dizayni ve formasin ozum vermishem cekmishem....bunlar cox vacib.meslehetlerdi tshk
8 iyul 2015 07:57
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
AYKA-ISI
her bir qiza qusmet olsun inwAllah
8 iyul 2015 07:36
# 3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Nergız33
Allah bütün qızlarımıza gelinlik geyinmey nesib etsin . Ama gelinliyin alınması şert deyil cox gözel bir gelinliyi bir günlüye götürüb geyinmeyde olar .
8 iyul 2015 06:42
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Niquw Abdulayeva
Allah qismet eder Insallah gelinliyi geymek Amin
8 iyul 2015 05:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz