Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın sünnəti: məqsəd nədir, dində varmı?
Qadın sünnəti: məqsəd nədir, dində varmı?
Göndərən: emis
Şərhlər: 45
Baxılıb: 4618
Səs ver:
Öz yeniliklərilə İslam dünyasını "sevindirməyə” davam edən İŞİD-in növbəti qərarı qadınların sünnət olunmasıdır. İraq və Şam İslam Dövləti ələ keçirdiyi bölgələrdə qadın və qızların sünnət olunması ilə bağlı fətva verib. Qeyri-dəqiq məlumatlara görə, bu fətva 4 milyon qız və qadına şamil ediləcək.

Bəs qadın sünnəti nədir və necə yaranıb? Hazırda haralarda, hansı məqsədlə tətbiq olunur?

Qadın sünnəti - cinsi zövq orqanı olan klitorun kəsilməsidir ki, məqsəd qadınların cinsi yaxınlıqan həzz almasına imkan verməməkdir. Yəni, qadın cinsi münasibətə zövq almaq üçün yox, yalnız nəsil artırmaq üçün girsin deyə, bu addım atılır.
Dünyanın 30 ölkəsində il ərzində 3 milyona yaxın qadın sünnət edilir.Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-nin sünnət edildiyi bildirilir. Təkcə Somali yox, Efiopiya, Fil Dişi Sahili, Seneqal, Keniya, Benin və Qana kimi müsəlmanların üstünlkü təşkil etdiyi Afrika ölkələrində qadınlar sünnət edilir. Həmçinin xristianların üstünlük təşkil etdiyi Nigeriya, Tanzaniya və Nigerdə də qadınlar sünnət edilir.

Buna görə də belə hesab olunur ki, Afrika ölkələrində qadınların sünnəti dinlə yox, daha çox yerli adət-ənənə ilə bağlıdır.
Tarixçi və ilahiyyatçı alim Təbərinin qeydlərinə görə, qadın sünnətinin tarixi Həzrəti İbrahimin vaxtına gedib çıxır. Belə ki, rəvayətə görə, qadınların sünnət edilməsi adəti onun dövründə başlayıb və ilk sünnət olunmuş qadın da onun həyat yoldaşı Həcər olub.

Hətta İslam peyğəmbəri Məhəmmədin də sünnətin qadın üçün fəzilət olduğunu dediyi bildirilir.

Buna baxmayaraq, dində qadın sünnətinin olub-olmaması ilə bağlı fikirlər ziddiyyətlidir. Bəziləri bunun dində olduğunu desə də, araşdırmalar göstərir ki, heç bir dində qadın sünnəti ilə bağlı birmənalı tələb yoxdur.

Başqa bir qrup tarixçilər isə hesab edir ki, qadınların sünnət olunması adəti 2 min 500 il əvvəl Misirdə başlayıb və sonradan Afrikanın digər bölgələrinə yayılıb.
Qadın sünnəti əsasən 4-12 yaş arası və tam, ya qismən olmaqla müxtəlif formalarda edilir. Burada digər məqsədin guya fahişəliyin qarşısının alınması olduğu deyilsə də, statistik məlumatlar göstərir ki, bu sünnətin həyata keçirildiyi ölkələrdə fahilşəlik heç də digərlərindən az deyil.

Qadın sünnəti insan orqanizminə necə zərər vurur? Bunun hansı fəsadları var?

Ginekoloq Ellada Sarıyeva bildirib ki, sünnət qadının cinsi fəaliyyətini yalnız korlayır, birdəfəlik dayandırmır: "Bunun məqsədi cinsi funksiyanı tormozlamaqdır. Əslində klitorun kəsilməsi qadının cinsi fəaliyyətinə ciddi təsir etmir, sadəcə, fiziki zədə qalır və cinsi münasibətə qismən istəksizlik yaranır. Qadının cinsi fəaliyyətini yalnız yumurtalığı kəsməklə tam dayandırmaq olar”.

Cinsi fəaliyyətə ciddi təsir etməsə də, sünnət qadının həyatı üçün təhlükə törədir. Belə ki, sünnət prosesi yüzlərlə qadının həyatını itirməsi ilə nəticələnə bilir: "Qadın sünnətinin bir təhlükəli tərəfi də qanaxmadır ki, sünnət zamanı qanaxmadan ölənlərin sayı kifayət qədərdir. Çünki qadın cinsiyyət orqanında həmin hissə qan damarları ilə zəngindir və onlara nəzarət etmək çətindir”.
Ginekoloq deyir ki, sünnət qadının psixologiyasına da ciddi təsir edir. Belə ki, sünnət olunmuş qadında ətrafdakılara qarşı qorxu hissi yaranır və asanlıqla tabe olur.

Qadın sünnətinin doğuşa təsirinə gəlincə isə, E.Sarıyeva bildirib ki, bunun ciddi təsiri yoxdur.

Azərbaycanın da bəzi bölgələrində, əsasən isə Qax və Zaqatalada qadın sünnətinin olduğu deyilir. "Təmiz Dünya” Qadınlara Yardım İctimaiv Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bununla bağlı yalnız bir dəfə quruma şikayət daxil olub: "Bir neçə il bundan qabaq Zaqatala zonasında sünnətlə bağlı hansısa faktların olduğunu dedilər, amma aşkarlanmadı. İstənilən halda bu hal qadına qarşı zorakılıqdır. Təkcə fiziki yox, eyni zamanda psixoloji zərbədir”.


Şərhlər: 45
Baxılıb: 4618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
Sitat: tenha cicek
allah uzaq elesin hele sey mi olar allah eger qadinlari bele yaradibsa bir menasi var demekdir
13 sentyabr 2016 23:05
# 45
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Dehsetdi Allah uzaq etsin
23 aprel 2016 19:07
# 44
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
tenha cicek
allah uzaq elesin hele sey mi olar allah eger qadinlari bele yaradibsa bir menasi var demekdir
4 yanvar 2016 15:38
# 43
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
leyla_258
ay ALLAH
ALLAH UZAQ ETSIN,ALLAH HEC KIMLERE GOSTERMESIN.
4 iyul 2015 21:34
# 42
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Anna22
savadsizdilarda hamisi yaziq qizlar
31 may 2015 00:52
# 41
İnsan yalnız kalbiyle sevmezki unutmaya ilk ordan başlasın..


Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir!
gaye
din insan bedeninene ALLAH-ın qoyduğuna deyişikliyi tetbiq etmez heç vaxt cahillerin xurafatıdır hamsı ALLAH cezanızı versin quş beyinler
30 may 2015 14:24
# 40
C+G=∞♥
Rakella
mence dinde bele sey yoxdu cox mentiqsiz bir seydi
29 may 2015 18:43
# 39
Impossible is not a word,it's just a reason for someone not to try
WiRiN BaLaM
esitmisdim bu haqda ehtirasin qarsisini almaq üçün edirler sünneti qadina
29 may 2015 17:01
# 38
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
roksi1995
bele bir seyin oldugunu esitmisdim amma inanmamisdim
29 may 2015 16:28
# 37
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
EsmaNur
cox qorxuncdu
29 may 2015 13:50
# 36
Menim balam
fahişeliyin qarşisini almaqdı. neye lazımdıee men baxmişam o videoya pis oldumee yeddi yaşdan edırler çoxsu ölür
29 may 2015 13:37
# 35
Alok
Ayyy dehwetdiye etim urpewdi bu nedi.dehwete geldim ozumu pis hiss eledim oxuduqca.

Ayyy dehwetdiye etim urpewdi bu nedi.dehwete geldim ozumu pis hiss eledim oxuduqca.bele wey olar.
29 may 2015 00:09
# 34
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
14MsM
dehwet insanlar diyesen getdikce vehwilewir insanlig olur hermenada gorurukde bezilerini cixmag werti ile nese Allaha tevekkul
28 may 2015 23:56
# 33
GULTEKIN MEMMEDOVA
Ewitmiwdi.bawdan xarab lar.1000 defe sukur ediremki biz Azerbaycanliyiq.burda dogulmuwuq
28 may 2015 23:35
# 32
111222
acisko
Bu haqda birinci defedi ewidirem ve dehwete geldim oxumaz olardim :(
28 may 2015 21:58
# 31
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Nezka
Etim urpesdi lap sekle gorende
28 may 2015 20:43
# 30
İçimi görsən mənə aptek alarsan.
Fialka
İnsanların qadınlara bu dərəcə də zorakılığı heç bir halda qəbul edilməzdir o ki, qaldı dinimizdə ola çünki dinimiz islam dini qadınların şiddətə məruz qalmasını deyil onların qorunmasının tərəfdarıdır. Və bu hərəkət cahillikdən başqa bir şey deyil sanki başlarında beyin yerinə saman gəzdirirlər necə düşünmək olar axı qadın hansı yolun yolçusudursa onun qarşısı bu hərəkətlə əngəllənəsi deyil əksinə yenədə öz əməlindən qalmayacaq. Bununla qız uşaqlarının psixoloqiyası zədələnir düşünürəm ki, bu hərəkət qadına qarşı törədilmiş böyük təhqir və vəhşilikdir, bu əməlləri törədənləri isə insan adlandırmaq qeyri mümkündür. Qadınlara edilən bu alçaldıcı , iyrənc hərəkət haqqında məlumatım olsada heç bilmirdim ki, ölkəmizdə də tətbiq edilir . O insanların psixikasında düşünürəm ki, böyük problem var olmasa qadına bu cür şiddət göstərməzlər. Bu cür cahilliyə , vəhşiliyə yox deyilməsə axırı necə olar daha da böyüyə bilər çünki uşaqların beyinlərinə həkk edilib gələcək üçün onlara tətbiq edilə bilər ona görə bu iyrəncliyə bir son qoyulmalıdır bu dinin buyurduğu əməl deyil və onu dinə aid etmək günahdı Allah cəzasız qoymaq inşAllah qadına bu vəhşiliyi törədənlər amin.
28 may 2015 19:32
# 29
Miss_Oxatan
men bu haqda bir onu demek istiyirem ki,Qurani-Kerimde qeyd olunub ki,flan tayfalar etdiyi zulme gore,bir bawqa tayfa eynicinse meyle gore,bir bawqasi qadinlara etdiyi zulme gore ya tamamen hansisa tebii felakete gore mehv edildi,ya xestelik ya acliq geldi zulme ducar oldular.Bir sozle sozun esl menasinda Allahin qezebine ducar oldular.biz de cooox vaxt Afrika xalqlarina esasda Somaliye urek agrisi ile yanawiriq ki,onlar acdilar,isitilik ve quraqliqdan zulm cekirler.demek ki,bu qovmde etdikleri hemen bu sunnet emeline gore Allahin qezebine gelibler,duzdur orda gunahsiz uwaqlar var,qadinlar var ama bu "qanunu" cixardanlar da oradadir.elette ISID olacaq bu lenetlenmiw qovmde harda qadinlara zulm verilen bir qanun vardirsa onu fetva vererek icra edecekdir.Her qovmun oz belasi vardir,bizim dovrunde belasi ISID ve vehabistlerdir.lenet olsun onlara.ama dovran bele getmez ki,o gunu de gormek nesib olacaq elbette ki,onlarin koku kesilsin yer uzunden.men hardasa 10-12il evvel Zaqatalada da olmasini ewitmiwdim bu facievi emelin,deyir od olmasa tustu cixmaz,demek ki,birileri edir ki,adi cekilir.Afrika hara Zaqatala hara.demek ki,pis emeller heqiqetende serhed tanimir,bir yerlerden sizir gelir.Qedy olundugu kimi,bunun ne muselmanliga ne de diger dinlere hec bir aidiyyati yoxdur,cunki dinde her bir buyuruq bir mentiqe esaslanib,ister halal olanlar ister haram olanlar.qadin sunnetinin ise hec bir agilli meqsedi yoxdur.sadece yezidkikimler destesinden olan bir nece mexluqun yaratdigi acimasiz bir qaydadir.Qadinlari bezi cemiyyetler insan yerine qoymur onlardan toreyir bele weyler.halbuki insanliqdan payi olmayan,lenetlenmiw bir tayfa ozleridir.bu mence hell olunmayasi bir problem olmaz,sadece dunya liderleri bir araya gelerek,ISIDIN bawini ezse ve hemin bu olkeleri mustemleke altina alib bu qanunlari legv etse,qeti wekilde qadaga etse qadinlar zulm gormez.
28 may 2015 17:51
# 28
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
sekildeki usaqa baxdiqda gedib o insanlari diri-diri yandirmaq isdeyirsen
28 may 2015 17:13
# 27
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
konka84
birinci dəfədir eşidirəm
28 may 2015 16:16
# 26
Madina
Oxudum dehsete geldim,Afrikanin bezi geri qalmis olkelerinde bunun edildiyi haqda melumatim var idi. Amma bu derecede genis vuset aldigini bilmirdim. Bu iyrencliyi ISIDIn qerari ile dinle baglamasi ise absurtdur. Onsuz da onlar din perdesi altinda istedikleri iyrenclikleri edirler. Bu emeller muselmanlarin rezil olunmasinda istifade olunan bir iftiradir. Indiki zemanede Islam dininden eser qalmayib. Ozunu muselman adlandiranlar din perdesi altinda istediklerini heyata kecirdiler. Insan allahina bagli olsun ve ancaq quranda yazilanlara riayet etsin. Qalan her bir sey bos emellerdir.
28 may 2015 16:11
# 25
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
ayka
bundan minlerce olen var!!! ciyy
28 may 2015 16:02
# 24
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Nergız33
Dinde bele bir vehşiliyin olduğuna inanmıram .
28 may 2015 15:39
# 23
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Vuska87
Agilsizlar!cahiller!bawa duwe bilmiremki bu muselman olkelerinde niye qadini ezmekcun her wey edirler.axi eksine Allah buyurubki qadin anadir.ona mehriban davranmaq qelbini qirmamaq laZimdi.anam qAxlidi .qaxda bele wey oldugunu ewitmemiwem.ama zaqatalada ewitmiwem.ozde zaqatalali bur qadinnan.texmini 10 il bunnan qabaq.mektebde oxuyan vaxtlarimda..
28 may 2015 15:18
# 22
lelos
oyy yaziq qadinlar
28 may 2015 14:57
# 21
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Marta
Bu movzu haqda defelerle oxumusam her oxuyandada qanim donub dsmarimda...
28 may 2015 14:32
# 20
Немного терпения, и у тебя все получится..
Luna-90
Uzaq olsun bu dehsetdi onsuzda qadinlar bu heyatda cox eziyyet cekirler buna ne ehtiyac var .hamsi suursuz olkelerde bas verir hec bilmirler ne qelet edirler.
28 may 2015 14:03
# 19
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
bu haqda texmini melumatim var idi. guya fahiseliyin, exlaqsizligin qarsisini almaq ucun qizlarin klitorisini kesirler. tffuuu sizee!!! nece axmaq, savadsiz, cahilll insanlar var yaa!!! bu dehset harda qebul oluna biler ki???? bu dozulmez haldir!! qadina qarsi zorkaligin en pik noqtesidir bu!! en cox afrikanlarda olur bu axmaq adet!! milyonlarla qiz bu zoraki hadisenin qurbani olub ve hele de bu qurbanlarin sayi artmaqdadir!! Allah Qorusun !!!
28 may 2015 14:00
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
Antikvar
Cahillik ən çox müsəlman millətinə aiddi."Qadın sünnəti"bəlkədə son bir ildə eşitdiyim xəbərdiki,bu vaxtacan davam etdirilir.Savadsızlıq,geri düşüncəlik müsəlman millətinin sonunu daha hansı fəsadlara gətirib çıxarda bilər.En gülüncü bilirsinizmi nədi?Bu vəhşilikləri müsəlman milləti ancaq və ancaq öz insanlarına rəva görür.Hansı kitabda yazılıb qadının sünnət olunması?Kişinin sünnət olunmasını anladıqda bəs qadına bu vəhşilliyi pozğunluq edilməsin deyəmi zülm verilir.Necədə gülüncdü,bax budu insanları düşüncələrini geriyə aparan amillər.Eləyən o yolu seçən onsuz öz istəyinə çatmaq istəyər,onsuz siz sünnət edərək həmən qadına zorakılığını göstərmiş olursuz,psixologiyasını pozursuz,bəs bu səbəb gətiribdə o yoldan çəkindirməklə sizlər dahada bu zorakılığı edib həmən yola getməyə vadar edirsiz.Həqiqətən insanların savadsızlığı,cahilliyi,səfil yaşam həyatı ,indiki dövrdə böyüyən övladlara necədə öz təsirini göstərir.Fikir verirsinizmi acından ölən Afrikalılar ərazisində daha çox edilir bu vəhşilik.Çox iyrənc millət olduğu bir daha məlum oldu.Din baxımından belə bir qayda yoxdu,etdikləridə günah sayılır.Sonda oxuduğuma inanmadım yəni bizdədə qeyd edilən iki bölgədə bu vəhşilik var?Varsa niyə aşkara çıxardılmayıb?Eyər işin üstünü bağlayıblarsa üzərinə düşməkdə fayda var.Belə vəhşiliyi bir qız uşağına yaşatmaq olmaz.Qadına qarşı keçirilən bütün zorakılıqdan imtina edin.Qarşınızda heyvanlar yox insan balaları var.Heyvanı belə qoruyub saxlayırlar qadına toxunmadan yaşamaq o qədərmi çətindi millət üçün...
Maraqlı xəbər oldu tşk.
28 may 2015 13:54
# 17
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
tatyana
keske bu xebere girmeseydim,oxumasaydim.....
allahim neler edir bu insanlar,azerbaycandada var deye oxuduqda dehset burudu canimi
28 may 2015 13:42
# 16
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz