Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyimiz oğlanda atamızın izi var
Sevdiyimiz oğlanda atamızın izi var
Göndərən: guler19
Şərhlər: 22
Baxılıb: 1007
Səs ver:
Biz qadınlar ailə quracağımız insanı seçərkən atalarımızı nümunə kimi götürdüyümüz bir həqiqətdir ...
Üstəlik bu seçkidə hər zaman müsbət xüsusiyyətlər istiqamətləndirici olmur, bəzi qadınlar atalarının mənfi istiqamətlərini daşıyan kişilərlə bir həyat davam etdirməyi seçim edə bilir. Ancaq bu vəziyyətin nə bir kitabı var, nə də maddə-maddə şərtləri var ...
Bu nümunələr, içində insan saxlayır olması səbəbiylə, şəxsiyyət quruluşu, ətraf, ana-atanın və onların ailələrinin tutumlarından təsirlənərək şəkillənir.
Tək bir gerçək var ki, qızlar 'Əsla atama bənzəyən bir adamla evlənməzdim' desələr belə həyatlarının ilk kişisi olan atalarını bu seçkinin xaricində buraxa bilmir.
Hamımız həyatımızı birləşdirəcəyimiz insanı seçərkən, uşaqlığımızın ata modelindən izlər axtarırıq fərqində olmadan ...
 
Qız uşağın həyata gözlərini açdığında ilk gördüyü kişi atasıdır. Ata-qızın bir-birinə duyduğu eşq yetkinliyə doğru geriləmiş kimi görünər amma həmişə vardır və heç keçməz.
Psixologiyada "ana məhrumluğu" olaraq adlandırılan sindrom daha çox ön plana çıxır və atanın uşaq üzərindəki təsirinin o qədər də əhəmiyyətli bir faktor olmadığı düşünülür. Halbuki atalar, xüsusilə qız uşaqları üçün ilk eşqdir, gizli qəhrəmandır. Bu əlaqənin, qız uşağının irəlidəki həyatındakı təsirləri də çoxdur. Qız uşaqları, irəlidə həyat yoldaşı seçərkən ya ata fiqurunun eynisini ya da tam tərsini seçir. Məsələn ata şiddətə meyllidirsə qız uşağı, ya bənzər bir kişilə birlikdə olur ya da tamamilə sakit. Əgər qız uşağı özünə inamını itirmiş, asılı şəxsiyyət xüsusiyyəti daşıyırsa atasının eyni xüsusiyyətlərini daşıyan bir kişilə birlikdə olma ehtimalı artır. Oğlanlar üçün də eyni vəziyyəti anaları ilə əlaqələri baxımından söz mövzusu olur.
Ağırlıqlı olaraq eyni fiquru seçirik çünki hamımız təbii olaraq ana-atalarımıza heyran oluruq.
 
'Nümunə götürmərəm' demək belə, 'Atamı nümunə olaraq götürürəm və onun tam tərsi xüsusiyyətlərə sahib bir insan seçəcəyəm' demək mənasını verir. Halbuki insanın könlünün hara qoyulacağı də əvvəldən bu qədər dəqiq olaraq müəyyən olmur. Heç bir ata nə tamamilə yaxşıdır ,nə də tamamilə pisdir. Spirtli içki içən bir ata, digər tərəfdən uşaqlarına qarşı çox şəfqətli bir ata ola bilər.
 
Atasız böyüyən qızlarda atanın əskikliyinin təsirləri qız üzərində çox diqqətə çarpan şəkildə görünür.
Belə bir mühitdə böyüyən qız uşaqlarında iki dəqiq xarakter görünür. Bu uşaq gələcəkdə ictimai əlaqələrində içinə çox qapalı, etibarsız, xüsusilə kişilərlə bir aradaykən əlini ayağını hara qoyacağını bilə bilməz halda və kişilərə qarşı da etibarsız ola bilir. Çünki atanın olmadığı yerdə ananın mənfi bir təsiri olur; kişilərə diqqət et, heç kimə güvənmə kimi sözlərlə mühafizəkar, özünə qapanıq qız uşaqları yetişdirilir. Bəzən də tam tərsi olaraq girişkən və kişi yoldaşları ilə olan əlaqələrini qız yoldaşla olan əlaqələrindən ayırd edə bilməyən bir vəziyyətdə ola bilir. Bu hərəkətlər çox təəssüf ki, bəzən qarşı cins tərəfindən fərqli qəbul edilə bilir. Bu qadınlar irəlidə evlənib uşaq sahibi olduqlarında da uşağın atası ilə olan əlaqəsində problem yaşayırlar çünki atanı harada dövrəyə salmaq lazım olduğunu, harada müdaxilə edilməsi lazım olduğunu bilmirlər.
Sağlam olmayan bir ata-qız əlaqəsində qız, basqın bir ata profilinin altında əzilmişsə, özünə etibarsızdırsa və bunu təsdiq edən bir ana da varsa irəlidəki illərdə çox etibarsız və içinə qapalı olur. Ancaq qızını qorumağa çalışan, onu ictimai həyata itələyən, 'Mən çəkdim o çəkməsin' deyərək dəstəkləyən bir ana profili varsa qız çox sağlam əlaqələr də qura bilir.

ALLAH atalarımıza uzun ömür can sağlığı versin. Onları başımızın üstündən əskiy etməsin amin.


Şərhlər: 22
Baxılıb: 1007
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Allah butun Atalari ve Analari qorusun
28 iyun 2015 14:36
# 22
Acısı çox olan qizların guluşu gozel olur.!
roksi1995
Allah hamiya yaxsi ata ve yaxsi er nesib etsin
28 iyun 2015 13:31
# 21
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
sadecə mən
Hamının atası super insan olmur bəs onda necə sevdiyi insanda atasının izi olar bilər? Allah hamının qabağına yaxçı insan çıxarsın
26 iyun 2015 20:18
# 20
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
yaz_yamuru
Men en cox atam xasiyetli biriyle aile heyati qurmaq isteyirem..Atami coox istiyirem ve ozume numune gotururem hetta atamin bezi hereketlerini men de edirem
24 iyun 2015 20:50
# 19
Sucan
Atami mende cox istiyirem ama hec mennen maraqlanmir elebil men onun qizi deyilem duzdu
ara sira danisiriq yene dediyim kimi cox istiyirem Atami
24 iyun 2015 18:56
# 18
tek umidim sen
Menim atamda da ana babamin huylari var biraz, anam hemse deyir ele bil ata baladilar)))Men de isterem oz atam xasiyetde biri cixsin qarsima, amma her bir insanin yaxsi xususiyyetleri ile yanasi biraz pis xususiyyetleri de olur. Menim atam biraz esebidi sadece. O xasiyetini cixsaq her sey eladi, belede ki bu dovrde esebi olmuyan varki -_-
24 iyun 2015 18:10
# 17
Kadın derin ama adam yüzme bilmiyor...
WiRiN BaLaM
Mən istəməzdim yoldasimin xassiyyəti atam kimi olsun...ama çox heyif bezi seyler heqiqetende eledi.
24 iyun 2015 14:45
# 16
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
naz_vefa
Canim atam menim bawimin tacidi inwallah niwanimda atam kimi ayle canli uwaqlarina aylesine duwgun olar amin allah atalarimizi analarimizi bize cox gormesin
24 iyun 2015 14:41
# 15
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Marta
Heyat yoldasimi 11 gun tanima sansim olub.aile qurduqdan sonra gordumki dogurdanda atamin bezi xususiyyetlerini dasiyir:) atami coooox sevirem Allah butun valideynleri hifs elesin.
24 iyun 2015 12:14
# 14
Немного терпения, и у тебя все получится..
Luna-90
Atam yoldasimin dayisidi (yoldasim bibimin ogludu) ancaq tamam basqa adamlardi hec bir seyleri eyni deyil xasiyyet baximindan .atam sakit yoldasim delavoy adamdi.
24 iyun 2015 08:06
# 13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Antikvar
Bu zamanacan əbəs yerə deməmişəmki,həyatda özümə örnək bildiyim ən dəyərli şəxsiyyətdi mənim üçün.İdealımdı,və ən əsasə eynilə atamın bir çox xusisiyyətləri yoldaşımda əks etdirilib.Bir daha inamım ikisinədə iki qat artır.
Bəzi yixarıda qeyd edilən nuanslarla razıyam,necəki ana öz övladları olə vaxt ayırır həmçinin atalarında bir çox məqamlarda övladı ilə ünsiyyəti olmalıdı,fərqi yox istər qız olsun istərsədə oğlan,atanın sevgisi,məsləhəti,dəyərli sözləri uşaqlarına özünə olan inamını artırır.Tşk gülərim hər zamanki,kimi dəyərli məlumatın üçün)
24 iyun 2015 03:08
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Niquw Abdulayeva
Cox kovreldim. ALLAH REHMET ELESIN AY ATA SENE.
24 iyun 2015 02:35
# 11
zayka15
Atami coox istirem.hemiwe bizi dusunub.Allah butun atalari qorusun.Amin
24 iyun 2015 02:11
# 10
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
Tomris Müslümova
Vallah bilmişdimki gülər bacının xəbəridir bu.onunda atama bənzər xaraktrləri hədsiz çoxdu,təsadüf! Qismət.Allah hamının qarşısına özü kimi,özünə laiq insan çıxarsın
24 iyun 2015 00:26
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
Amin menim valideyinlerim coox gozel insanlardir cox sukurki Rebbim mene mes menim valideyinlerimi mene qismet edibdir,Rebbim onlara uzun omur saf can baqishlasun insallah,Rebbim valideyinlerimizi qorusun Amin insallah
24 iyun 2015 00:26
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Duzdu butun qizlar en cox atalarina bagli olur
24 iyun 2015 00:19
# 7
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Mrs. Perfect
Atam idealimdi ona heyranamm ozumde ona oxwamax isdiirem eyer onun kimi biri cixsa qarwima duwunmeden evlenerem tebiki anami bu movzuda cox wansli hesab elirem Allah ataminn butun atalarin canini sag elesin
24 iyun 2015 00:06
# 6
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
aliceWOnDer
Papam kimi bir qarsima cixsa , ne xos mene. Insallah papam kimi sakit,terbiyeli , medeniyyetli, savadli bir cixar qarsima.
23 iyun 2015 23:32
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Ola bilsin ki, qızlar qeyd olunduğu kimi ataya bənzər və yaxud da əksi olan bir seçim etsinlər lakin belə bir versiyada ola bilər ki, seçimdən asılı olmasın və tamam fərqli olsun hər şey ) əsas hər necə olsada münasibətlərdə qarşılıqlı anlayış mütləqdir həmçinin hörmət və s... Allah bütün qayğıkeş atalara uzun, sağlıqlı ömürlər nəsib etsin inşAllah.
23 iyun 2015 23:32
# 4
ulduz
AMANNNNNNNNNNNN UREYI BENZESIN XASIYETI ASLA ..TEMIZ UREYI VAR AMA DILI VAY VAY VAYY
23 iyun 2015 23:09
# 3
KRALİCEM
Ata yadima dusduaglahercenki men onun yadina dusmurem belkede dusurem gec-gec
23 iyun 2015 23:02
# 2
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Men de cox isterdim atam xasiyetli oglanla aile qurum. Atamin xasiyetini cox beyenirem numune goturduyum insandir
23 iyun 2015 23:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz