Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızdadır günah
Qızdadır günah
Göndərən: guler19
Şərhlər: 16
Baxılıb: 1323
Səs ver:
QIZDADIR GÜNAH!?...

Canım vətənimin hər güşəsində eşidə biləcəyiniz bir deyimdir...


Bir atalar sözü, hətda məsəl olduğu düşünülsə də, sadəcə cəhalətin və patriarxiyanın sərhədsiz olduğunu bizə isbat etmək üçün yad planetliler tərəfindən dünyamıza gətirildiyini düşünürəm. Yox. Buna səbəb məntiqsiz olması deyil. Yəni əgər bir qadın cinayət işləmişsə,hakimin toxmağı vurub "qadındadır günah" deməsi və mənim "nə?!, bunları əzbərdən bilir?!" nidama səbəb olan maddələri sayması məntiqlidir. Amma... Sizə bir-iki əmmanı örnəklərlə göstərim: Örnək 1: məkan Azərbaycan, qardaşı evdə tək olan bacısına təcavüz edib və bir insanın bu mövzudaki şərhi: qız bilir ki, qardaşı "kimdi". Niyə hamı toya gedibsə o da getməyib, evdə qardaşı ilə tək qalıb...? Qızın da günahı var. (!) ( bir qızın öz doğma qardaşının ona təcavüz edəcəyini təxmin etməməsi, artıq qızın günahı sayıldı...") örnək 2: qaynı dəsmala bürünərək hamamdan çıxıb, qardaşı arvadına təcavuz etməyə cəhd edib. Lakin qadın özünü xilas edə bilib. Polisə şikayət edib və heç məqaləni tam oxumağa tənəzzül belə etməyən insanın şərhi: evdə qaynı ola-ola niyə hamamdan dəsmala bürünüb çıxıb ki? Elə etməməliydi. Evdə kişi xeylağı var.(!) (burdakı məntiq xətası isə heç oxumadan qadını günahlandırma)
 
Yuxarıdaki örnəklərin 20 illik həyatım boyunca eşitdiyimi demək istərdim, lakin bunlar sadəcə son 2 həftədə sosial şəbəkələrdə gördüklərimdir. Sosial şəbəkə? Ah, o hər kəsin qanadları yonulmuş mələk, Kəlməyi-Şəhadəti bilməyən imam, Darvinin ilk adını bilməyən ateist-təkamülçü, oğurladığı tək şey qonşunun
alması olan "vorzakon", ruhu fahişəykən, özü əxlaq dedaktoru olan insanların bol-bol olduğu bir yer . Mövzumuza qayıtsaq, millətimizin "qızdadır günah" deməyi necə sevdiyini və hər söhbətə öz əxlaqlı, tərbiyəli şəxsiyyətini isbat etmək üçün özünü necə ön plana salmağını anladıq. Ən acınacaqlısı nədir? Yuxarıdaki şərhlər qadınların idi. "Sapı özümüzdən olan baltalar...".

Bu "yaxşı qız" sendromu ilə, "mən müqəddəs bakirə axtarıram, özüm vecsiz və bir işə yaramayan fərsiz olsam da" psixologiyasının dərinlərinə enmək istərdim, lakin yenə "mentalitet" adı altında, əslində milli mentalitetimizə zidd olan çürük bir şeylər çıxacaq ortaya. Niyə zidd? Nağıllarımız, dastanlarımız, nəğmələrimiz... bizə sevginin, sevilməyin iki tərəfli olduğunu anlatmırmı?

"Qızdadır günah"- bu cümləni hər eşitdiyimdə, deyən insana nifrət yaranır məndə. Bir qız olduğumdanmı, yoxsa oğlanları iffət-namus-ağıl abidəsi hesab edib, əslində oğlanların günahı olan hər zibili qadınların qanı ilə təmizləməyə çalışan bir cəmiyyətdə yaşadığımdanmı bilmirəm. Bir cəmiyyətdəki təcavüz belə "qızdadır günah" deyə açıqlanır...Bir təcavüzdə qadında günah necə ola bilər? İçkisinə afrodizyak qatdığı kişinin qabağında striptizmi oynadı? Digər bir ironiya isə, bir kişi qadını öldürsə bəhanə hazır-namus üstündə. O dəqiqə böyük ehtimalla heç bir günahı olmayan qadına lənətlər yağdırıb, əslində cinayatkər alçaqdan başqa bir şey olmayan kişiyə medal taxan minlərlə "əxlaq keşikçiləri" tapılacaq. Ay "namus" anlayışının başına döndüyüm millətim, o xəyanəti kişi edəndə, "kişidi, edər" məsəlini ortaya atırlar, bu səbəbdən, ya da bəhanədən öldürülən qadınlara etdiyiniz lənətlər boğazınızda düyümlənmir? Vicdanınızı sızlatmır? Hər şey cəhənnəm, bari utanırsınızmı? Aha, " kişiylə qadın eyni deyil ki" deyə düşünüyünüzü super güclərimlə hiss edirəm, ya da bu ürək bulandıran fikiri az qala hər kəsdən eşitdiyimdən təxmin etdim.
 

Bir sual: o fərq nədi? mənə "qıfıl-açar", "adına söz gələr" kimi çeynənmiş, hətda qusulmuş açıqlamalar etməyin. Çünki 1. dünyanın hər yerində 1 açar, yalnız bir qıfılı açmaq üçün istehsal edilir və 2. elə adına söz çıxaran sən və sənin kimi başqasının həyatına burnunu soxmağı sevənlərdi. Bəli, sən!

İndi mənə başqalarının sözlərini tutuquşu kimi təkrar etmədən kişi ilə qadının fərqini açıqla. Fiziki demirəm, mənəvi. Necə olur ki, "namus" ancaq qadında olur və ancaq qadınınki kirlənir? Ən əxlaqsız oğlanla həqiqətən təmiz və saf olan qız eyni səviyyədə tutulur? Necə olurki, qadının ətəyinin ölçüsünü arxasını güdüb, əlində xətkeş ölçən millətim, bir qadın günahsız yerə döyüləndə susur? Necə olur ki, 15 yaşında sevgilisi olan qıza "quş" deyən vətəndaş, 15 yaşlı qızın toyuna əlində xonça gedir? Necə olur ki, oğlanın 2, hətda 3 "fırlatdığı" olanda fərəhdən göylərə uçan, mədal taxan millətim, qızın tək sevdiyi olanda ağzını açıb, vicdanını bağlayır? ( bu sonuncu məntiqsizlikdən bələ kənara çıxıb). Nə? Qızların sevgilisi olmasın, oğlanların olsun. O zaman məntiqən...Oğlanlar bir-biri ilə...tövbə Əstağfrullah)

Bunun haqqında daha çox yaza bilərəm, lakin deyildiyi kimi : hər kəs sadəcə görmək istədiyini görər. Kimi 1 cümlə yazsan anlar, kimi saatlarla açıqlasan " qız uşağı elə şeylər bilməz. Evdə qalasan, alan olmayacaq səni" deyib keçər. Xoş, 21-ci əsrdə hələ də, qadınların mal kimi "alınması" ironiyadan çox acı reallıqdır da. Sonda "qızda deyil günah" deyirəm. Cəmiyyətimizdəki əxlaqsızlığın səbəbi nə qızların internətə girməsi, nə evdən çıxması, nə oxuması, nə də geyimləri, sevgililəri olması heç deyil- səbəb sənsən. Sən, mən, o və milyonlarla olan millətim. Bir-birimizi etiketləməyi, qeybət etməyi, öz qüsurlarımızı görmədən, başqalarınınkini əldə bayraq etməyi elə sevirik ki... Əxlaq, namus bədənimizin erogen bölgələrində deyil, beynimizdə, ruhumuzdadır. Kimin nə yaşadığını, nə baş verdiyini bilmədən, sadəcə kimdənsə eşitdiklərimizə kiməsə "namussuz" damğası vururuq, əxlaqı ətək boyu, internetə girmə və s.ilə ölçəcək qədər ucuzlaşdırırıq. Qızlarımı evə kilidləyərək, ya da hər şeyi qadağan edərək ilk əldə etdiyi fürsətdə "azad"lığını yanlış dəyərləndirən qızlar, çürük düşüncələr sayəsində beynini korlayıb, hər gördüyü qıza yeyəcəkmiş kimi baxan oğlanlar yetişdirik.

Günah səndədir, günah məndədir- günah bizdədir....


Şərhlər: 16
Baxılıb: 1323
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
savior angel
cox super movzuya toxunmusuz.Heqiqetende elediye oglan her wey etse olar,ama qizlara geldikde ise sen qizzsan sene olmaz neblim ne ne ne ne o qeder sebeb behane getirirler ki yenede yaziq qizlar ortada qalir.Duzdu qiza leke deydimi deyir,ama buda oglanlarin haqli olmasi anlamina gelmez.Esrler boyu bu bele davam edib belede olacaq bu duwunceleri neylesekde deyiwe bilmiyeciyik.Bele.gelib belede gelecek.Elimzden gelen ise yalniz oz namusumuzu qoruyub saxlamaqdir .Bende gormesede O Uca Allah her weyi gorur.Hec kesi haqqi kesde qalmir.Ve unutmayaqki bir qiza bilmeden ,etmeden,yalandan namusuna soz atmasinlar!Onun gunahinin hesabini ne bu dunyada ne deki o brii dunyada hec cur odemek.olmur!Birdeki bir qizin namusuna soz atmaq bu qeder asantdirsa birinci oz bacilarindan bawlasinlar
23 noyabr 2015 21:50
# 16
I choose to be happy
vipbetul
guzel yazidir,oqlana olar,qiza yox,oqlana geldikde namus sozu olmaz qiza geldikde namus sozu qalxan olar,duzgun fikirlerdi ne tesufki hec vaxt bu cur fikirler cemiyyet qebul etmiyegeyki qizda da oqlandada namus olmalidi qizda oqlanda eyni eshit huquqlara malikdir,o qiza namusus deye bildiregeyde sizin oqlanlardir ne tesufki cox seyleri bu cemiyyet basa dusmur fikirleshmir,ne qeder inkishaf etsekde helede inkishdan qalanlar vardir
11 may 2015 21:29
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Vuska87
Super movzu super meqale!bravo! Demek olarki yarali yerimdi.amma yazmiyacam bu haqda.cunki artiq umidimi kesmiwem.duzelmiyecey bu millet,bu cahillik.ozumuzu yormagin menasi yoxdu.muellife tewekkur edirem movzuya gore..
11 may 2015 19:18
# 14
Fialka
Elə bir cəmiyyətdə yaşayırırq ki, mentalitet olub dırnaq içində və bunun altını ən çox qadınlar çəkir. Axı nəyə görə kiminsə adına söz qoşub həmişə qadınlar da olmalıdır günah o sözü qoşanların övladları yoxdurmu? sabahları yoxdurmu? qorxmurlarmı Allahından? yəqin qorxsaydılar hər şeydə günahkar qadın bilinməzdi. Hansısa bir qızın yanında bir oğlan görən kimi söz - söhbətlər başlanır bəlkə o oğlan qızın qardaşı və ya doğmasıdır ancaq kənardan tanımayanlar namussuz sözünü damğa kimi vururlar özüdə kimə namuslu bir qadına hardasa yolunu azan birisinə desələr bəlkədə amma bu qadın elə deyil axı niyə namussuz olmalıdır ki, sənin qeybətinin qurbanı olmalıdır ? Budur insanları, ən çoxda qadınları günahsızkən günahkar edən. Ona görə adına söz gələr ifadəsindən qorxan valideynlər və yetişən sabahın valdeyn qızları həmişə hərəkətlərində çox diqqətli olurlar . Nə etsinlər yanlış bir anlaşılmada yaranan bir qeybətin, şaiyənin qurbanına çevrilə bilərlər. Qadın kişi ne edirsə etməlidir demirəm çünki qadının qadın adı var .Qadın savadlı olub öz hüquqlarını bilməli və ona görə davranmalıdır və ən əsası öz namusunu heç kəsə görə yox özünə görə qorumalı, abırlı, ismətli olmalıdır. Bir şeyidə demək istərdim ki, məqalədə sonda çox doğru şəkildə vurğulanıb ki, günah bu günün sənində, mənindədir çünki indi yetişdirilən uşaqlar ya sabahın qeybətcil, şaiyə yayanları hər məsələdə qadını günahkar bilənidir yada düzgün şəkildə məsələnin kökünə varıb həqiqəti bilənlərdir . Bu həmdə cahilliklə də bağlıdı çünki bir qızı zorlayıblarsa günahı qızda görəcək qədər cılız cəmiyyətimiz var düşünün bir qız yolla getdiyi yerdə onu zorla qaçırdıb zorlayıb atırlar meşəyə və bizim cəmiyyət qızı zorlayanlara yox qızın niyə o yolla getdiyini danışır. Görürsüzmü necə cılız cahil nümayəndələri var bu cəmiyyətin , həmin o cahil kəslərin kökü kəsilməsə son qoyulmayacaq "qız günahkardır" ifadəsinin, buda düşünürəm ki, həll olan deyil nə qədər ki, onlar .. var...
11 may 2015 15:59
# 13
efsane..
heqiqeten de ilk deyisilmeli olan derrakemiz anlama qabiliyyetimizdi evvelce oz sehvlerimizi gorub onlari aradan qaldirmaliyiq insanlar oz sehvleriyle mesgul olsalar bu qeder pisliklerde bas vermez
11 may 2015 15:52
# 12
Tomris Müslümova
aha cox gozel ve tarali bir movzuya toxunmusuz.ele tezelikce oldurulen aytac! niye hami qizi qinayir? olar bir birilerini seven gencler idiler, oglanin dindirilmesine baxmisizsa oglan dediki 4 ay 10 gun idiki ayri idik..onsuz gunleri sayan asiq bir genc!! qizi basqasina verdiklerine gore ata anasin sozuna baxim ondan ayrilan sevdiyini yox valideyinlerini secen "qiz" !! qosulub qacsaydi bir miz qoyulacaqdiki valideyinleri yere vurub getdi olarin sozune qulaq asib ayrildi ve gunahsiz yere olduruldu deyilirki qizdadi gunah. indi bezileriniz diyeceksizki 16 yasli qizin oglanla ne isi var o indi kitab defterle mesgul olmali idi.ola biler raziyam bu fikirlede ama men ozum 13 yasinda sevmisem ve hal hazirdada tehsil aliram ve 20 yasim var helede istekliyik...qismet tale deyilen bir sey olarinda taleyi bele getirib..nese cox uzatmiyacam allah rehmet elesin gozel movzu ucunde tesekkur
11 may 2015 13:40
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Çox yaxşi mövzudur teşekkür en yarali yerimdir esasda rayonlarda bu beledir her zaman bu sözü eşitmişem
11 may 2015 13:25
# 10
SVETA
Antikvar
Necede gozel cumleler yazilib amma razi olmadigim yonler daha coxuydu.Oxuduqca bitmemesini istedim bir an)Cox esitdiyimiz sozlerden biri.Belkede sozlerimizin her bir necesi "Qizdadir gunah"kelmesidi.bir etrafa nezer yetirin usaq betninde olur yoxlanisa gedirler qiz oldu ordan sirazi aborta qacir.Bu zaman her defe gorduklerimden tesirlenib bir soz istifade edirem(Yaziq qizin ana betninde bele bexti yoxdu)Sozumude tesdiqleyirem qizlara cemiyyetde alcatmagi sevirler,sanki kisiler bir melekdi amma qadinlar eksi.Qadina ad cixartmaq bir hec.Bugun desinler o qizi birileri ile gorduk bax sabahi o qiz haqqinda neler deyerler.Halbuki o yaninda gezen sinif yoldasi olub bir hal ehval tutub amma cemiyyet onu ele yozurki ,sanki yolun ortasinda Oglanla sarmas dolas nese edibler)Bu sebebdendide kisiler xeyanet etdiyi zaman hec vaxt arvadlara susmayin deyirem cixartin pasini ortaliga etdiyi qeletin utancligini yasasin.Amma harda o kisi xeyanetin etraf bilsede cemiyyetin isletdiyi soz"kisidide"ona olar.Onda bu "kisilerin"ayagini ozune haqq qazandirmagin sebebkarlari kim olur?elbettdeki cemiyyet.Son zamanlar uc gelinin rayondan basqa kisilere qosulub qacmaqlarini esitmekden yorulmusdum.Aman allahim her gun o qacan qizlardan basqa sozler yoxuydu.Uc gelinin qacmaqlarina gore butun gelinleri hamsini bir birileri ile tutuzdurmusdular .Sizede gulmeli geldi ele deyilmi hansisa gelin whatsappla danisdigi oglanla qacir ve o whatsappi elemisdiler pozgun xana.Bunun gelini whatsappdadi onun gelini ordadi.Daha bir misal getirim qizin oglu olmur deye eri onu basqasi ile aldatdi arvadini bosadi hemen o aldatdigi qiz ile evlendi.Bu qiz geldi ata yurduna tehsilini evlenddikden sonra yarida qoymusdu,bosanmasina ragmen valdeynleri onu huquqcu etdi qoluna bir savad verdi cox gozel bunun kecmis Qaynatasi gelinine xeber gonddrib sene kim icaze verib tehsil almagina?Sizcede gulumc deyilmi?Oglunun eledikleri hec zerre qeder onemli deyilken gelinin oxumagina etiraz eden qaynatanin ne hayina vayina anlamadim.Nese kecek biraz bu misaldaki once sosial sebekeye)Eslinde men sosial sebekeleri niye duzgun Baxmiram?Cunki cemiyyetimiz o sosial sebekelerden duzgun istifade qaydasini bilmirler.Her yeni acilan sebekelri oz cirkinlikleri ile cirklendirmeyi bacarirlar.Her sebekeden ancaq normal unsiyyet qurmaqdansa eksine terbiyesiz formasinda fikirlesib o terzde istifade edirler.
"Qizlarin sevgilisi olmasin"-sevgili deyerken,avropalasmagi bilirem amma bu derecede avropalasmaga ehtiyac yoxdu)Min oglanla el ele tutub axirda gedib birileri ile aile qurmaq yaxsi fikirdise onda muselmanligimizi itirmisik deyirem.Men bele min oglanlarnan gezib axirda evlenenleri ancaq ruslarda gormusem.Oglana qizlarnan gezmek olar ve yaxud olmaz o qalib oglanin oz vicdanina qiza hansi fikir ile yanasir o qiza.Qizlarinda ozune gore haqq huququ vardir.Amma qadina aid haqq huquq deyirem.Birazda aydin sekilde yazim kisi ile ozunu eyni seviyyede tutub o edir mende etmeliyem haqq huquqdan danismiram.Oxumali,savad qazanmali,exlaqi ,terbiyesi cercive icerinde olmalidi.Zemane budu deye min hoqqadan cixanlari sadece qadin seviyyesinde baxmiram onlar ozunu en asagi tebeqeye endirmekden basqa ustunluk danisimirlar.
11 may 2015 12:57
# 9
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nergizz
ele gozel mentiqli cumlelerdiki,cunki biz gozumuzu acib bele gormuwuk,neqederde bele sozler yazilsada xeyri yoxdu esasende bizim millete,pis yolada duwenlerin coxun bizler,ele cemiyyetimiz vadar edir ,cox ailelerde qizi bawa duwen olmur,deyr ele qizsan otur oturdugun yerde,bir onu bilremki bizim cemiyyetde qadina qiza deyer veren yoxdu,o gun qizin sevgilisi yaxinligimizda, qizi bicaqladi oldurdu,coxu gunahi qizda gorur,niyeki,nedi nedi qiz sevib,ne olsun,onunda sevmeye haqqi var yawi az olsada, hecne qisqancliq,qadina widdetlik,biri mezara biri dord divara getdi,budur qadinin aqibeti,neise bu haqda o qeder deyilesi sozler varki,twk xeber ucun,
11 may 2015 12:04
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Ayten666
Yaxsi movzudu en eseblesdiyim ve bu sozu deyenleri nece lazimdi yerine otuzdurdugum movzu.menim iki oglum var.qiz vaxdinnan ele arzumuyduki iki oglum olsun.allah hamini arzusuna catdirsin.mence bele dusunceli insanlar yasayan yerde qiz dogmaga deymez.neqeder desekde burda hecde hami beraber huquqlu deyil.hec olmayacaqda.oglan narkaman olub bosanan gormusem deyibler qiz pozgunlug eledi.yeni saymagla bitmez. neyse hirslenirem cox.bizde qiz hambaldi kankret.
11 may 2015 11:56
# 7
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Nezka
Ən qıcık olduğum mövzudu guya biz demokratik ölkədə yaşayırıq da bizim cəmiyyət çox boz cəmiyyətdi
11 may 2015 11:56
# 6
İçimi görsən mənə aptek alarsan.
BARBI
Qizdadir gunah bu sozu o qeder esidirem ki, heddi hududu yoxdur. Qizin en boyuk gunahi ele qiz olaraq dogulmasinnan baslayir. Cemiyyetimizde qadinlarin oxumasini ali savad almasini islemesini ayaqlarinin ustunde durmasini qebul ede bilmirler. Kisi min hoqqadan cixir eh kisidir eder de qadinin bir sehvindeyse namussuz exlaqsiz adini yapisdirirlar. Qizda deyil gunah bizim cemiyyetimizdedir ki qadinlarimizi bu qeder acizlesdirib her seyden mehrum edirler haqlarini ellerinnen alirlar
11 may 2015 10:43
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
teri meri
Bəli çox doğrudur.İş orasındadır ki,ona-buna namus dərsi keçənlər,ona-buna söz qoşanlar öz qızlarından bixəbərdirlər.Onsuzda nə olursa günah qızlarda olur.Bunu dəyişmək üçün cahillikdən əl çəkmək lazımdır
11 may 2015 10:06
# 4
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Miss_Oxatan
Gunah elbette cemiyyetdedir,cemiyyetin hec bir kitabda yazilmayan "vedre baglayan" insanlarindan cixan "mental duwuncelerindedir".mehz bele "qanunlar"onlari pozmaq ucundur.men hemiwe pozmuwam.hec vaxt o ne deyer bu ne deyer de yawamamiwam.cunki deyenleri normal duwunceli insan kimi qebul etmiyib gulmuwem,ve yerindede susdurmagi bacarmiwam.onun bunun qizina vedre bagliyanlarin eslinde neslinde duz emelli qiz olmur,men buna o qeder rast gelmiwem.kimse deyir haa flankesin qizi bele eledi,bax hemin onun qizi terbiyeden eskikdir.belesinin agzina da sozu bizler veririk.yanimizda kiminse qizina dil uzadanin niye cavabini verib oz qizini xatirlatmiriq ki,camaatin temiz balasina leke atirlar.her kes ozune cavabdehdir,her qoyun oz ayagindan asilar.bizim xalqimizin en boyuk belasi da budur,qadinlari sona kimi dinlemeden onu gunahkar cixarmaq.ancaq men hemiwe demiwem yene de deyirem,beli bu saridan gunah qadindadir.cunki,zamaninda oz huquqlarini bilmek ucun oxusa,lori dilde desem diri baw olsa,oz huquqlarini bilmekle kifayetlenmeyib huquqlarini mudafie ede bilse bawina hecne gelmez.zulme boyun eymek en boyuk gunahdir.mene kimse bele menevi psixaloji zulm etsin men ise susum.bu hec yere yazilan bir wey deyil.Allaha wukur edirem ki,meni ele xarakterde yaratmiyib.mene kimse mental cercivede hokm etse onu pewman ederem,neceki etdim,indi hec kimin yaninda zerre qeder de hormeti yoxdur.kiwiler oz huquqlarini bilen qadinlardan qorxur,hurkur,yan gezir,ister o qadin heyat yoldawi olsun,ister qizi,ister GELINI.ona gore de oxuyan qadindan qacirlar,adini da qoyurlar ki,ewi o nece il kvartirant qalib telebelik edib ne bilim neler edib tek olanda.bununlada daha bir leke yaxmiw olurlar qadina.day demirlere oxuyub her weyi bilir haqq huququna gire bilmeyecek,her defe qarwima haqq huququnu mudafie ederek cixacaq bawini eze bilmeyecem,deyirler telebe vaxti ne bilim neler edib.bax bele kiwilere fiqurnu kiwi deyirem.oz qorxaqliqlarini,vicdanlarini duwunmeyib qorxularini etiraf etmeyen,eksine qadina leke atan "kiwiciklerin" bogazindan kendiri eskikdir.bu menim subyektiv fikrimdir.Qadin harda olur olsun,hetta ata evinde de zulme boyun eymemelidir,imkan vermemelidir ki,onun huquqlari alinsin elinden,ata evinde cox qizlarin huququ pozulur,az yawda ere verilmek,ata ana oz secdiyine ere vermesi,xususende seni alan olmayacaq deye deye qizlari ev iwlerini oyretmek.her qiz ev iwini bacarmalidir,biwirmek ve s.ama day bu psixologiya ile yox,ozu ucun.men umumiyyetle qizim olsa 11ci sinfe qeder hec bir ev iwini mecbur etmerem,onun iwi oxumaq olsun,hetta telebelikde bele.bundan sonra qizin namizedi olarsa o zaman ana qizini oyretmelidir.qizi er xatir,alan olsun deye goze soxan analardan xowum gelmir,sanki auksiyona cixardirlar qizlarini.mene de o qeder deyirdiler ki,bunu alan olmayacaq,hetta alan olsa da 3gun saxlamiyacaq)))cunki iwim oxumaq ve sonra iwlemek olub deye ev iwlerini,biw duwu etmemiwem.hetta toydan 1ay sonra aw biwirmiwdim emelli bawli sensasiya olmuwdu,hetta o qeder dadli cixmiwdi ki,men biwirdiyime de inanmirdilar.insan her weye qadirdir,istekden asilidir.men bele duwunurem.hec kimin dedi qodusuyla heyatinizi yawamiyin,cemiyyetimiz vedre bagliyanlarla dogrudur,ne obrawayte vnimaniye,oz heyatinizi yawiyin,ureyiniz istediyi kimi.tebii ki cerciveden,endazeden cixmamaq wertile Azeri ve muselman qizina xas wekilde.namusu hec kime gore hetta ataya,qardawa,ere gore de yox ozumuze gore qoruyaq,cunki,axiretde de her iwimize ozumuz cavabdeh olaciyiq.
11 may 2015 09:52
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
GünƏşimƏ_AiD_
Ayda əladiye..insanin ürəyini yazmısız..hər ailə başka cürdü..mən öz ailəmdən raziyam..ammaa məsəl üçün rəfiqəmin ailəsi dəşətdi..məktəbədə qoymadilarki namehrəm var..demək istədiyom oduki insan biraz ətrafindan cox ailəsin düşünər.hər şey hədində olsa gözəl olar.amma hayifki bizim deməyimizə hecnə vermirlər..qizlarimizin haqqı tapdalanir..Allah hec vaxt hec kəsin haqqını kec kimdə qoymur...
11 may 2015 09:27
# 2
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Dosta_inam
beli dogrudur,her bir sehvi arasdirmadan qizdadir günah deyib keçirler,here öz sehvini anlasa günahini basa düsse ve birde ermemeye çalissa bu kimi hadiseler ortaya çixmaz,kimsede qizdadir günah deyib qizlari günahlandirmaz.
11 may 2015 08:16
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz