Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızlarımız niyə ərə getmir?
Qızlarımız niyə ərə getmir?
Göndərən: ruzgargulum
Şərhlər: 23
Baxılıb: 1540
Səs ver:
Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs görəsən Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir? Statistika Komitəsinin ANS PRESS-ə verdiyi məlumatda Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik.
Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən təxminən 60 min çoxdur.
Qızların ailə qurmamasının səbəbini öyrənmək istədik. Bu səbəbdən bir şirkətdə çalışan subay xanımlar arasında müsahibə apardıq. 25 yaşlı Çinarə Muradova bu vaxta qədər ailə qurmamasının səbəbini özünə uyğun oğlan tapa bilməməsində görür. Onun fikrincə, ideal ər ali savadlı, insanı başa düşən olmalıdır. Çinarə maddi durumu bir o qədər də nəzərə almır. Onun üçün əsas qarşılıqlı hörmətdir.
Humay Məmmədova adlı digər respondentimizin isə 32 yaşı var. Humay bu yaşa qədər ərə getməməsinin səbəbini maddi problemlə bağlayır. "Bu vaxta qədər mənə rast gələn oğlanların nə evi, nə maşını olub. Ümumiyyətlə ailə dolandırmağa imkanı olmayan kişilər qarşıma çıxıb. Gələcəyi qaranlıq olan insana ərə getməkdənsə, evda oturmağı, özüm üçün karyera qurmağı daha üstün tuturam” söyləyən Humay Məmmədova hələ də ailə qurmaq haqqında düşünmür.
24 yaşlı Nigar Həmidova da karyera qurmağı daha üstün tutur. Gələcəkdə ailə quracağım oğlanın özü ilə həmfikir olmasını istəyən Nigar xanım var-dövlətə çox da önəm vermir. Bu vaxta qədər ərə getməməsinin səbəbini isə xasiyyətinə uyğun insanla görüşməməsində görür.
"Gələcək həyat yoldaşımın mənə hörmət etməsini istəyirəm. Düşünürəm ki, bir-birimizə inam olmalıdır. Həyat yoldaşım çox varlı olmasa da olar. Amma istərdim ki, qaynanasız evə gəlin köçüm” söyləyən Leyla Kərimova adlı xanımın isə 23 yaşı var. İndi Leylanın fikiri yaxşı oğlan tapmaqdır. O, lazım gələrsə ailəsi üzündən karyerasını da qurban verməyə hazırdır.
Aysel Əliyeva isə bütün oğlanların həyata hazır olmadığını düşünür. Məhz ona görə də Aysel 25 yaşında hələ də subaydır. Onun fikrincə, kişi qadına arxa olmalıdır. Amma, Ayselin qabağına bu vaxta qədər hələ də öz idealı çıxmayıb. Əgər yaxşı oğlanla tanış olsa, xanım Əliyeva lazım gələrsə, öz işi ilə də vidalaşa bilər.
Kişilərə nifrət edən 29 yaşlı Sevinc Xəlilova ömür boyu subay qalmağı düşünür. Onun fikrincə, bütün kişilərə qadın yalnız yataqda lazım olur. "Bir də qadın kişinin yadına evə ac gələndə düşür” bildirən Sevinc bütün kişilərin eyni olduğunu vurğuladı.
34 yaşlı Natavan Zeynalova rastlaşdığı oğlanların sərbəst olmadığını bildirdi. "Hamısı ana, ata uşağıdır. İndiki oğlanlar yalnız valideyinlərinə güvənir” söyləyən Natavan bütün ömrünü tənha keçirməyi düşünür.
Apardığımız araşdırmalardan məlum oldu ki, "X” şirkətində ümumilikdə 50 nəfər çalışır. Onlardan 22-si qadındır. 6 qadın evlidir. 3-nün yaşı 40-dan yuxarıdır. 16 nəfərdən 14-ü indiyə qədər ümumiyyətlə ərə getməyib.
Məsələ ilə bağlı Qadın krizis mərkəzinin rəhbəri Mətanət Əzizova ANS PRESS-ə açıqlamasında xanımların ərə getməməsində ən çox kişilərin günahkar olduğunu bildirdi. Onun sözlərinə görə, bu gün həqiqətən də qızlar üçün ailə qurmaq çox çətindir.
"Bir tərəfdən elə xanımlar var ki, ailəyə hesablanmış ittifaq kimi baxır. Digər tərəfdən oğlanlar da ailə qurmaqda çətinlik çəkir. Azərbaycan kişilərinin bir hissəsi xaricdə pul qazanmaqla məşğuldur. Bir hissəsi narkoman, içki düşkünüdür. Bir hissəsi cəzaçəkmə müəssisələrindədir. Gənc oğlanların bir çoxu da pul qazanmaq üçün başları qarışır. Xanımlar üçün də ərə getməkdə problem yaranır. Son vaxtlar gənc oğlanlarımız o qədər cılızlaşıb ki, artıq qadın özünü onlardan daha güclü hesab edir. İndiki dövrdə Azərbaycan kişisi özünü layiq olmayan tərzdə göstərir. Yəni indiki zamanda kişilərdə müəyyən kompleks özünü biruzə verir. Kompleksi olmayan insan evdə qadına qarşı hörmətlə davranar” söyləyən Mətanət Əzizova qızların ərə getməməsində kişiləri günahkar bilir.
Xanımların ailə qurmaqla bağlı qarşılaşdığı problemlərlə bağlı psixoloq Dəyanət Rzayev ANS PRESS-ə müsahibəsində qadınların gec ərə getməsində bir neçə amilin rol oynadığını bildirdi. Problemə ən ümdə səbəb qadınların oxumaq, karyera qurmaq istəyidir. Onun sözlərinə görə, bu səbəbdən qadınlar oğlanlarla maraqlanmır. Vaxt keçdikdə isə artıq gec olur. Qızların evdə qalmasında oğlanların günahının olmasına gəlincə, D.Rzayev buna birmənalı yanaşmadı. "Əlbəttə ki, qızların evdə qalmasında müəyyən mənada kişilərin rolu var. Lakin qızların da günahı böyükdür. Bəzən onlar yaxşı oğlan axtarışında olur və sonda isə heç nəyə nail olmur. Qadınlar kişiləri var-dövlətinə görə deyil, insanlığına görə seçməlidir” söyləyən ekspert ümumilikdə qızların evlənə bilməməsində ən böyük məsuliyyəti kişilərdə görür.
Sonda bütün xanımlara ailə səadəti, analıq kimi müqəddəs, pak ad arzulayırıq. Çünki bütün qadınlar xoşbəxtliyə layiqdir.


Şərhlər: 23
Baxılıb: 1540
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SENSİZ
MEN 20 YASINDA NISANLANMISAM 21 YASIMDADA EVLENMISEM NE TEHSILIM VAR NEDE KARYERA QURMAQ HAQQINDA DUSUNDUM COX SUKUR BU GUNUME .
BIZIM YERDE 20-MI YASI KECDIN DEMEK EVDE QALIBSAN QISMET ILAHININDI
20 iyun 2015 23:43
# 23
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Sucan
keşke getdib evlenmezdim evde qiz usagi olaraq mamamim yaninda qalardim
18 iyun 2015 15:20
# 22
Luna-90
Cox tezde ere getmek bir sey deyil heyati tam yasamirsan tez bir zamanda problemlerle uzlasirsan er problemi bezileri baldiz qaynana problemleri +pul problemi +usaq ve s.. men 17yasda ilk elci geldi onada ere verdiler istesem atkaz gederdim ancaq getmedim cunki hekimler dedi ki bextin acilsa tez get yoxsa usagin olmagi problem olacaq .mende valideynlerimde bunu nezere alib tez verdi .geden kimi bextim getirdi 1usagim oldu ondan sonra olmadi bu problemi yasamamaq ucun tez getdim.ancaq mene qalasi olsa tez ere getmek bir sey deyil cox gecde bir sey deyil her sey vaxtinda.18yasimda ana oldum xestexanada yasimi sorusanda utanirdim demeye .qizim olsa tez ere vermiyecem.

Sitat: leylawka055
niyeki. qabagina yaxwisi cixsin niyede aile qurmayasan. ama bizim qabagimiza cixmir. ona gorede bir kariyerani ortaliga atiriq

Az dedin saz dedin.duz deyirsen ekseriyyetide eledi bexti acilmir elci duseni yox deyir karyera qururam .karyera nedi neyi qurur hec ozude bilmir .sonrada er axtarisina dusur bir teheri ere gedir er coreyi yeyir o karyerasi hara gedir hec ozude bilmir.
17 iyun 2015 21:23
# 21
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ALESSANDRA
evlenmey neye lazımdıye??? mn 23 yaşımda evlenecem inşALLAH en ideal yaşdı mneimçün

ama mneimçün esas tehsildi
evliliy sora olsada olar)
17 iyun 2015 20:00
# 20
Don't trust anyone ∆
Catwoman666
her kesin evlenmemek ucun bir sebebi var. ele ozumden danisim (yazim). meselen, men tehsili basa vurmamis, is tapib islememis, heyatimda oz ayaqlarim uzerinde durmaga baslamamis evlenen deyilem

Sitat: aliceWOnDer
Bunu her qiza samil etmeyek, cunki menim etrafimda ele qizlar var ki, sirf ere getmek ucun, mekdebi atdi, dunen imtahanda bir qiz var idi, 9 da oxuyur da dedi. "Menim burda ne isim var ee?! Burda kecirdiyim vaxti nisanlimla gezerdim." Hec onun imtahana gelmeyinin menasi yox idi, kodasdirmada sehvloik etdi neticesi legv olundu. Duzdu munun bura bir adiyeti yoxdu yeri gel;misken dedim.
Qaldi ki, qizlarin niye ere getmemeyine, yegin ozlerin hazir hiss etmir ve ya karyera qurmaq isteyir ki, buda onlarin haqidi. Tesekkurler

o qizda beyin yeqon tersine conub122 "elelerinin" niyyeti ancaq erken yasda evlenmekdir. hele usaq oldugu ucun anlamir ki, heyat sadece nisanlinla qol qola girmekden basqa bir sey deyil. bu qizin bele terbiyelenmesinde valideynlerin de rolu az deyil tebii ki. yeni "usaqda" nezaret itib. usaq yasindan nisanlisiynan qol qola gezmek isteyen qizlarin geleceyi ekser hallarda "biri qarninda biri de qucaginda" ves vusu yaninda ana ata qapisini doyur. Adice men bu yasda agaclarin basina dirmanmaq hevesindeyem122122
17 iyun 2015 16:17
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
tek umidim sen
Hamiya aid deyilki,kimisi qismetini gozduyur,kimisi tehsilini davam etdirir,kimisinin aile problemi var ve s...
17 iyun 2015 14:22
# 18
Kadın derin ama adam yüzme bilmiyor...
aliceWOnDer
Bunu her qiza samil etmeyek, cunki menim etrafimda ele qizlar var ki, sirf ere getmek ucun, mekdebi atdi, dunen imtahanda bir qiz var idi, 9 da oxuyur da dedi. "Menim burda ne isim var ee?! Burda kecirdiyim vaxti nisanlimla gezerdim." Hec onun imtahana gelmeyinin menasi yox idi, kodasdirmada sehvloik etdi neticesi legv olundu. Duzdu munun bura bir adiyeti yoxdu yeri gel;misken dedim.
Qaldi ki, qizlarin niye ere getmemeyine, yegin ozlerin hazir hiss etmir ve ya karyera qurmaq isteyir ki, buda onlarin haqidi. Tesekkurler
17 iyun 2015 11:54
# 17
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Melissa
esl evlenmek vaxtoi 23 24 yasdi. hem heyati daha yaxshi basha dusursen hem ele vaxtidi o yashda)
17 iyun 2015 10:55
# 16
Dosta_inam
Maraqli araşdirmadir,ancaq güman edirem ki,hansi bir qizin önüne istediyi xeyal etdiyi oğlan çixsa evlenmez ki,her bir xanim xoşbext olmaği isteyer,pis insanla aile xetrine evlenib pis gün görmekdense,ele ata evin de şah kimi yaşa besindir de,teşekkür maraqli xeber oldu.
17 iyun 2015 05:43
# 15
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Meleknur
Burda evliliy 16 bawlayir) 20 kecibse evde qalib demeli )
17 iyun 2015 00:56
# 14
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
GünƏşimƏ_AiD_
mence insan bir neyese addim aranda duhsunmelidi 100defe evlilikde buna daxildi sevmek sevilmek gozeldi...ali tehsilli olmaq,ish qadini olmaq elbetde vacibdi amma evlilikde vacibdi..aile her sheyden vacib olmalidi.Allahin bize verdiyi servetdi aile...zennimcee...ele qizlar varki(hansiki ele danishanda vurub oldurmek isteyirem) yox ne ere getmek men kariera quracam nem gozum daha yuxarlardadi.ay qiz adama deyerlerki evvel axir ere gedeceksendee ailen olacaq.ne ozunu goyden aparirisan?..demireme sene get 19,20 yashinda get.derk ele get evlen amma en esas sene ailen olmalidi.indi oqlanlar qizlara inanamirlar.cunki qizlarda deyishib..indi(beziler)pul gudur.ona gorede evde qalirlar elesine oda azidir ona.kasib olmushuq ne oldu olduk?!yox shukur Allahin bu gunune..bu sheyide basha dushmurem..oqlam adice esger gedir sevdiyini qoyub gelir gorur uje bashlasiyladi he indi gel oqlan yene sevsin,ve aile qursun yada qiza inansin?!xeyir ele shey olmur.her sheyde bir hikmet var..onsuzda bur qiz bir oqlanindi..sadece qismet.kariyeraa vacib deyil esas ailenle xoshbext olsan ovladin senle fexr etsin.men bunu oz ailemden gormushemee anam kareyara qurmuyu atam qoymadi ne oldu..ne olursa olsun qiz ailesine bagli olmalidi.(bu o demek deyilki her sheye bash ustde demek lazim gelende soz demek olar fikir bildirmek..yolashliqda budu)..ele bu sozlerim oqlanlarada aiddi.qizlarda oqlanlara inanmirlar cunki(bezileri)sevirem deyib avara avara gezirler..valdeyinde qorxur qizini vermir..
Sadece her sheyin vaxti var..subayliq sultanliq olsadaa sevilmek qorunmaq her sheyden ezizdi mence.qismet Qimsetden artiq yemek olmaz Allahin yazdiqinda deyishe bilmerik..ona gore her shey qederinde ve yerli yerine olmalidi....her shey yerli yerinde olsa mence her iki teref hem sever hemde seviler.......(buna hormetde daxildi)
17 iyun 2015 00:23
# 13
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
leylawka055
niyeki. qabagina yaxwisi cixsin niyede aile qurmayasan. ama bizim qabagimiza cixmir. ona gorede bir kariyerani ortaliga atiriq
17 iyun 2015 00:22
# 12
mənə belə xoşsan, mənə belə gözəlsən.mənə belə şirinsən, mənə belə şəkərsən.
Antikvar
Çpx maraqla oxudum mövzunu.Şirkətdə çalışan qadınların fikirləri xoşuma gəldi.Esasda kişilərə nifrət edən xanımın sözü gülümc olduğu qədər bir çoxlarına şamil etmək olar.Esasda indiki maça uşaqları olan "kişilərə"
Hər şeyin vaxtı var zamanı var,oxumaqında,işləməyində ,evliliyində..Həm indiki ər evinə düşüb qaynanaların mənasız danışıqlarını,deyintilərini,doldurmaqlarını,görməkdənsə dədəsinin yurdunda qarısa yaxşıdı..Oğlan seçəndədə özünə güvənən kişiləri seçmək lazımdı,yoxsa özünü mama uşağı,pula gəldikdə papanın gül balası olarsa heç o oğlanın sifətinə belə baxmağa dəyməz.Evlilikdə qeyri adilik bir həyat yoxdu,əksinə problemlərin söhbətlərinin mənsuliyyətin dahada böyüyür,subaylıqda isə belə deyil özünü isti hiss edəcək bir arxan ailən var.Evlədiyin insanla bərabər onun ailəsindəndə azda olsa xəbəriniz ,məlumatınız olsun.Çünki sanmayınki ,bir tək oğlanla evləndik həyatımın hər bir şeyi yola girdi,rola gorən sadəcə bir qismi,çox az bir qismidi,əsas rolun ondan sonra davam edəcək...Və çox təəsüfki mən valdeynlərimin ucbatından o rolu çox gənckən daddım..Böyüdükcə ətrafda heç görmədiyim simalarla rastlaşdım,o simalarnan mübarizə apararaq beynin qavramaq funksiyası sürətlə işləməyə çalışdı...)Özümü bir kənara qoyub keçək cəmiyyətə,qızların evlilik qurmamasının səbəblərinin ilkində duran(karyera)qurmaq,oxumaq,və ətrafda olan gəlin ,qaynana problemlərindən çəkinmələrinə görə o addımı atmaqa qorxurlar.Qızlarımız ilk növbədə düşündüyü ayrı yaşamaq(ən yaxşısı budu,düz fikirləşirlər))Ayrı yaşayanlar sıravno gprürsən qaynanasından çəkir qalsınki bir yerdə yaşayanlar)
Oxumaq təhsil almaq lazımdı,sonrasıda qismət deyək,insanın qisməti haçandısa ondada köçəri quş kimi uçacaq...)
Təşəkkür canım mənalı mövzü üçün.
17 iyun 2015 00:17
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
xanimlar duzgun qeyd edirler gerek aile qurandada elesiyle qurasanki sabah pesman olmayasan gedib pesman olub geri donmekdense getmeyib ozuycun karyera sahibi olmaq daha yaxsdi soncda oz elin oz emelin rahat heyati buraxibda kiminse ishsz gucsuz tifeylinin birinin yaninda qocalmaqin ne menasi
16 iyun 2015 23:58
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
nə gün görürsən pis yaxşı ata evində görürsən.... indiki qızlar 7 8 sinifdən ər həvəsinə düşürlər elə bilirlər elə həmişə pişiyim pişiyim olacaq
16 iyun 2015 23:48
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
WiRiN BaLaM
indiki ağlım olsaydı məndə ərə getməzdim 27
16 iyun 2015 23:45
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Nergizz
indiki aglim olsaydi 25 den sora ere gederdim
16 iyun 2015 23:30
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Menim balam
ere gedenlerin ağızları bala batib
16 iyun 2015 23:29
# 6
yasemin
Məndə ailə qurmaq istəmirəm ərə gedənlərin hansının əli bala batıbdır ki(bəzi istisnalar ola bilər) bundan sonra gedənlərində batsın… Karyera qurmaq daha önəmlidir ki, öz ayaqlarının üstündə dura biləsən… və SUBAYLIQ SULTANLIQDIR fikriylədə razıyam.. Ama yenədə hər kəs məndə daxil olmaqla böyük danışmamalıyıq hər kəsin gələcəyini bir tək ALLAH bilər hər şey qismətdi… sadece bunlar mənim fikirlərimdir
16 iyun 2015 23:28
# 5
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Tomris Müslümova
cunki dovr deyisib indi qizlarda (beziler) oglnalar kimi cavanliq edirler bilirlerki gedib qaynana ile dolana bilesi deyiller ona gorede getmirler.danisdiran kimi de deyirlerki oxuyub kariyera qurmaq istiyirik guya kariyera qurmaq das karxanasi qurmaqdi 2x2 di.
ama ele qizlarda varki balaca vaxtindan er esqine dusurler ne oxumaq ne boyumek?
16 iyun 2015 23:18
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Ere getmirem getmeyide dusunmurem. Kimese gore heyatimi kedere boga bilmerem mesuliyyet ve yuk dasimaq istemirem. Serbest ve azadliq isteyirem
16 iyun 2015 23:13
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ell.nell
Düşündüdücüdü.onsuz ideal insan yoxdu.amma qızlarıda qınamıram
16 iyun 2015 23:12
# 2
MODABAZ
Cunki menasizdioio
16 iyun 2015 23:02
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz