Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oğul xəyanətini bağışlayan ana ürəyi
Oğul xəyanətini bağışlayan ana ürəyi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2391
Səs ver:
Şahin bir daha anasını görməyəcəkdi, “Anacan, bağışla məni“, — deyə bilməyəcəkdi. O indi bu sözləri anasının qəbrinin üstündə deyirdi... Zeynab xalanın həyat yoldaşı dünyasını dəyişəndə ailənin tək övladı Şahinin 15 yaşı vardı. Həmin gündən o, oğluna həm analıq, həm də atalıq etmişdi. Müxtəlif geyim əşyaları toxuyaraq onları satır və bununla da çörək pulu qazanırdı. Şahin orta məktəbi “əla“ qiymətlərlə qurtarmışdı. İmkansızlıqdan təhsilini davam etdirə bilməmişdi. Amma əlindən hər iş gəlirdi… İllər keçir, qocalıq yavaş-yavaş özünü göstərməyə başlayırdı. Zeynab xala tez-tez xəstələnirdi. Günlərin birində oğluna dedi: — Oğlum, sən artıq böyümüsən. Özünə bir iş tap. Mən artıq qocalmışam. Gözlərim zəifləyib, heç nə toxuya bilmirəm. Hər səhər tezdən Şahin iş axtarmağa getsə də, iş tapa bilmırdi. Beləcə bir müddət keçdi. Bazar günü idi. Şahin yuxudan oyanıb, əl-üzünü yudu, sonra həyətə düşdü. Zeynab xala həyəti süpürürdü. Şahin anasına yaxınlaşıb dedi: — Anacan, buralarda mənə görə iş yoxdur. Ona görə də uzaqlara getməyi qərara almışam. Zeynab xala razı olmurdu, yeganə övladının gözünün önündən uzaqlaşması istəmirdi. Şahin fikrindən dönmürdü. O, ağbirçək anasını tək qoyub uzaqlara getməkdə israrlı idi. Zeynab xala olan-qalan pulun üstünü dost–tanışdan aldığı borc pulla düzəldib oğlunu yola saldı. Artıq yalnızlıq günləri başlamışdı. Şahinin getməsindən bir neçə ay keçmişdi. Oğlunun yolunu gözləməkdən Zeynab xalanın gözlərinin kökü saralmışdı. Bir gün telefon zəng çaldı: — Alo — Alo, ana, mənəm, Şahin. Moskvadan zəng edirəm. Özümə yaxşı iş tapmışam. Məndən nigaran qalma. Zeynab xala ağzını açmağa macal tapmamış Şahin telefonun dəstəyini asdı. Gözləri doldu. Ürəyini kimə boşaldacağını bilmirdi. Bir küncə çəkilib ağlamaqdan başqa çarəsi qalmamışdı... Xeyli müddət keçmişdi. Zeynab xala əldən-ayaqdan düşmüşdü. Oğlu nə ona baş çəkirdi, nə də ki zəng edirdi. Bir tərəfdən oğlunun dərdi, digər tərəfdən isə tənhalıq və kasıblıq onu haldan salmışdı. Bəzən ac qalırdı, bəzən isə qonşusunun gətirdiyi bir kasa şorbanı içirdi. Daxmasının divarları tökülmüşdü, tavan damırdı. Yağışlı bir gün idi. Zeynab xala təzəcə oyanıb yatağında oturmuşdu. Birdən telefon zəng çaldı. İxtiyar ana zəngin oğlundan gəldiyini hiss edərək həyəcanla dəstəyi qaldırdı: — Alo, kimdir? — Mənəm, Şahin. — Oğlum, necəsən? Haralardasan? Niyə məndən xəbər tutmursan? Qayıt evə, tək bacarmıram. Şahin bir az susdu. Sonra anasına bunları dedi: — Mənim artıq öz ailəm var. Yaxınlarda ata olacağam. Səni buralara gətirə bilmərəm. Utanıram. Tək bacarmırsansa, qonşulardan xahiş et, səni qocalar evinə qoysunlar. Vaxtlı-vaxtında sənə pul göndərəcəyəm. Sağ ol, ana. Zeynab xala həyatın ən böyük zərbəsini oğlundan almışdı. Artıq göz yaşlarını saxlaya bilmirdi. Eşitdiklərinə inanmaq istəmirdi: — Aman Allahım, bu nə cəsarətdir? Bu, mənim oğlum idi? Ola bilməz. Mənim Şahinim belə deyildi. O gündən sonra Zeynab xala yorğan-döşəyə düşdü. Gündən-günə vəziyyəti ağırlaşırdı. Aradan çox keçmədən soyuq divarlar arasında, balaca daxmasında Zeynab xala dunyasını dəyişdi... Aradan xeyli vaxt keçdi. Zeynab xala Şahinin yuxusuna girdi. Anası yuxuda Şahini koməyə çağırırdı. Eyni yuxu bir neçə dəfə təkrarlandı. Vicdanı onu rahat buraxmadı, ailəsini də götürüb anasına baş çəkməyə qərar verdi. Yol boyu xəyallar qururdu: anasını gəlini və nəvəsi ilə tanış edəcəkdi, kim bilir, anası necə sevinəcəkdi...


Şərhlər:
Baxılıb: 2391
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz