Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətə Aparan Yol
Xəyanətə Aparan Yol
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2033
Səs ver:
alt

Əgər sənə xəyanət ediblərsə, buna görə özünü 9-cu mərtəbədən atmaq istəyirsənsə, xatırla ki, sənin qanadların yox, buynuzların var.
Xəyanət - qəribə həyat hadisəsidir. Bir tərəfdən ətrafımızda o qədər xəyanətlər görürük ki, bəzən o, adiləşir, hətta gündəlik ailə işinə çevrilir. Başqa bir tərəfdən isə şəxsən öz həyatında yaxın insanın xəyanətini yaşamalı olursansa, bütün dünya alt-üst olur. Elə bil ki, bundan sonra heç nəyi bərpa eləmək, heç nəyi yerinə qaytarmaq mümkün olmayacaq. Etiraf eləməliyik ki, bu gün böyük şəhərdə yaşayan insan üçün həyat yoldaşından başqa 2-3 partnyor taparaq yaşamaq bir nəfərlə ömrü boyu yaşamaqdan daha rahatdı. Bütün sevgilərin sonu ütülənməmiş köynəyə və təmirə ehtiyacı olan su kranına dirənir. İkilikdə tənhalıq bundan sonra başlayır. İnsanlar xəyanətlərlə nə qədər mübarizə eləsələr də bu, indiyəcən bəşəriyyətin ən sevimli gunahı olaraq qalır. Şəhərlərdə kişi xəyanətlərin faizi bəzən 70-i adlayır. Qadınlarda bu rəqəm 40 faiz ətrafındadır.
Kişini xəyanətə təhrik eləməkçün ona ərə getmək kifayətdir. (Yoji Vittlin)
Kişi, yaxud qadın xəyanəti olsun, fərq eləməz, bu baş verərsə ruhi sarsıntılarına baxmayaraq hər kəs tez-tələsik situasiyadan baş açmağa çalışacaq ki, ardını necə yaşayacağını dəqiqləşdirə bilsin. Amma psixoloqlar bunu məsləhət bilmir. Sakitləşib xəyanəti doğuran səbəbləri tapmaq lazımdır. Səbəblər isə çoxdur. Məsələn: Xəyanət sönmüş hisslərin nəticəsidir. Ola bilər ki, yoldaşınızın bunu etiraf eləməyə cəsarəti çatmayıb. Xəyanət münasibətlərdəki problemlərdən xəbər verir. Ola bilər ki, yoldaşınız ayrılmaq yox, əksinə sevgisini qaytarıb yaranan soyuqluğu aradan götürməkçün cəhdlər eləyir. Bunun klassik nümunəsi – ər hiss eləyir ki, qadını ondan soyuyub. Onda öz katibəsinə qarşı qəfil hisslər oyanır. Yəni ki, arvadına irad tutmaq əvəzinə problemi bu yolla həll etmək istəyir. Ona görə də psixoloqlar deyir ki, bəzən xəyanət ailədə münasibətləri tənzimləyən yaxşı vasitə də ola bilir. Ola bilər ki, sonralar bu ailə ərin ayağının sürüşməsini yaxşıca dərs kimi yada salıb güləcək də. Bəzən insan xəyanəti vasitəsiylə özünün inamsızlığını ört-basdır edir. Özünə süper kişi, ya da super qadın olduğunu, qəlblərin «hakimi» ola biləcəyini hər dəfə xəyanət etməklə təsdiqləməli olur. Amma bu yolla özündə əminlik yaratmaq, özünə zülm verməkdi. Cəmiyyətdə belə bir deyim var ki, əsil kişinin guya ki, arvadından başqa heç olmasa bir məşuqəsi olmalıdır. Bu steriotipi adlaya bilməyənlər xəyanət toruna düşürlər. Xəyanətlə üzbə-üz qalanda hamı bilir ki, bu bir nəfərin problemi deyil. Xəyanət dünyanın axırı, hətta münasibətlərin sonu da deyil. Bu, sadəcə siqnaldır.
«Mən kişiyəm, mənə olar!»
Kişi xəyanəti barədə o qədər deyilib və o qədər yazılıb ki, bunun həcmini yalnız tənhalıqda göz yaşları içində keçirən qadınların sayı ilə ifadə eləmək olar. Xəyanətlə üzləşəndə ən birinci beyninə gələn sual bu olur: Axı nəyə görə? Bəziləri təkid eləyir ki, kişi xəyanətini anlamaqçün kişi olmalısan. Kişilərin poliqamiyaya və fasiləsiz nəsil vermə instinktinə arxalanmaq ən çox yayılmış fikirlərdən və izah etməyin ən rahat yollardan biridir. Statistika dəhşətli rəqəmlər deyir: 70 faiz. Kim qarantiya verə bilər ki, sən ayağı sürüşməyən fantastik ərə malik olar 30 faizin içindəsən? Öz aramızdı, kişilərin içində xəyanəti izah eləməyə çalışmaqçün beynini işlətməyə təmbəllik eləyən tiplər də az deyil. «Cəmi bir dəfə olub e…» - deyib canını qurtarmaq istəyənləri nəzərdə tuturam. Belə ekzemplyarlar davranışında kriminal görmür və xanımının həyəcanını, eləcə də göz yaşlarını axmaqlıq kimi qiymətləndirir. Söhbət uzansa deyəcək ki, «Mən kişiyəm, mənə olar!»
Mənim arvadım deyir ki, məzuniyyətdə olarkən nə etdiyimin fərqində deyil. Amma bir şərtlə, əgər bu mənə xüsusi ləzzət vermirsə. (Li Trevino)
Ağlasığan dərəcədə azadlıq hər kəsin hüqüqüdür. Bunsuz ailədə hec cür mümkün deyil. Təzəcə tanış olduğumuz mərhələdə yoldaşımızı olduğu kimi qəbul edirik. Amma sonra istilaçılıq instinklərimiz baş qaldırır deyən sevimli insanın nəinki ürəyinə, hətta udduğu havaya da iddialar irəli sürürük. Bu məqamda əsil məhəbbət haqqında ən absurd xülyalar yaranır ki, onların heç biri əsil həyatın qarşısında davam gətirmir. Pasportda möhür insanın bədəninə tam hüquq vermir. Elə bil ki, bu möhürdən qaçmaq mümkün deyil və o ömrü boyu səni sevməyə «borcludur». Qadın xəyanətin üstünü açmaqçün ərinə bir dəfə baxsa kifayətdi. Neçə minilliklərdi ki, qadın kişidən maddi asılılıqdadır. Ona görə də qadınlar kişinin ürəyinə aparan bütün yolları və cığırları da yaxşıca öyrəniblər. Ocağının və uşaqlarının hüqüqünü müdafiə edən bir insan kimi kişini evdən qırağa buraxan qadın maddi stabilliyini itirir. Ailə planlaşdırma mərkəzlərinin psixoloqları təsdiqləyər, xəyanət olmasaydı, ailələr bir-iki ilin içində dağılardı. Bəziləri üçün xəyanət tualetə növbəti dəfə səfər eləmək kimi bir şeydir. Belələri üçün deyilir ki, ailəyə yaramır. Onların üstündən bir xətt çəkdik. Psixoloqlar deyir ki, ailədə üç dəfə böhran keçirilir və məhz bu dövrlərdə evlilərin ayağı sürüşür. Birinci dəfə 2 il keçmiş sevgi bitəndə, ikinci dəfə 7 il ərəfəsində ürəkləri şübhələr yeyəndə və sonuncu dəfə qocalığın ilk əlamətləri gözə girəndə. Bu kişilərin 50 yaş ərəfəsində çox müşahidə edliir. Uşaqlar böyüyüb, şəxsi həyat əvvəlki kimi yoxdur…
AIDS və Hepatit C bir flakonda
Təbiətdə daimi mühərrik olmadığını qəbul etdiyimiz kimi əbədi məhəbbətin olmadığını da anlamalıyıq. Eksperiment elə, ona de ki, «Sən azadsan! Əgər mənsiz daha yaxşıdırsa get». Adətən kişilər bu azadlığın özündən o qədər hürkür ki, zülmlə əldə elədiyi məşuqəsini o saat ataraq evə qaçırlar. Çünki stabilliyini itrmək istəmirlər. Görürsən ki, kişinin qıraqda məşuqəsi var, onlar bir il, bəlkə də artıq 10 ildir ki, görüşür. Amma kişi arvadını atmaq barədə heç düşünmür. Mahiyyət etibariylə kişilər çox konservativdir. Onlar stabilliyi itirməkdən, əl altında olanı dəyişdirməkdən çəkinir. O hətta bu barədə düşünməkdən qorxur. Xəyanət yaşanıbsa, ruhdan düşmək də lazım deyil. Kənardan kişi evə topladığı maraqlı intimual təcrübə gətirə bilər. Əlbəttə bunun üstündə zöhrəvi xəstəliklək çələngi olmasa. Laroşfuko deyir ki, «İnsanlar bir birini sevməyəndə ayrılmaq üçün bəhanə tapa bilmirlər».
Sənə xəyanət ediblərsə, bunun neçənci dəfə olduğunu soruşma, yoxsa həqiqətən heyrətlənə bilərsən
Soruşa bilərsiz: Xəyanət artıq baş verib, bəs neynəyək? Bu ən çətin və həlledilməz suallardan biridir. Səhnənin əsəb, qışqırıq, ürəkkeçmə, dava, savaş və sair bu tipli labüd hissələrin buraxaq və soyuq başla düşünək. Əlbəttə ailə yuvasındı atmosfer sənin sevimli bir dənəciyinin bu yuvaya qayıtmaq arzusundan çox asılıdır. Özü də vaxtı-vaxtında! Bu yuvada davalar tez-tez olarsa kim oraya qayıtmaq istəyər? Heç olmasa yuvadakı sabitlik naminə arabir «yaxşı qız» rolunu oynamaq da olar. Yoxsa qaçacaq, vallah qaçacaq. Ətrafda o qədər gözəl yuvalar var ki…
Sən elə bilirsən ki, o, bir balaca kökəlib qarın bağlayıbsa, saçı tökülübsə səndən başqa heç kimə lazım olmayacaq? Kişinin poliqamiyaya meyli onun istilaçı instinkti ilə əlaqədardır. Birisini fəth eləyəndən sonra başqa «zirvə»lərə can atır. Elə bilirsən ki, «retro» üslubunda enli ev şalvarı, yorğun üzü və yuxulu gözləri olan «zirvə»yə dırmaşmağı o, ömrü boyu arzulayacaq? Nəhayət, «bikini» deyilən sehrli çubuq kimi işləyən bir vasitə də var, unutma! Kişilərimiz subaylıqdan əl çəksələr də, sultanlıqdan ən çəkmirlər. Bir yerdə qalmaq istəyirsizsə, mütləq onu bağışlamalı olacaqsız. Ürəkdən bütün kin-küdurti silərək, heç nə olmamış kimi davranaraq, az keçmiş başına qaxmadan bağışlamalı və unutmalı. Belə situasiyalarda qadın özünü nə qədər təmkinli aparsa, bir o qədər də udur. Axı qarşıda onu tanımadığı qadınla rəqabət gözləyir. Saç düzümünü dəyişmək, geyimdə inqilab, arıqlamaq, tanışlıq dairəsini artırmaq kimi güclü silahları var. Belə məqamlarda güllü önlüyün çiçəkləri, hətta pəncərədəki dibçək gülləri də kara gəlmir, nə qədər gözəl olsalar da. Kişidən gül çələnci gözləməkdənsə, çiçəkləri döşəkağıya köçürün. Tərs kimi kişilər də gözləriylə sevir.
Qadın o qədər qəribə məxluqdur ki, sənə xəyanət eləməmişdən bir neçə gün əvvəl artıq sənə yazığı gəlir (Kornel Makuşinski)
Artan xəyanətlər arasında qadın xəyanətləri də xüsusi sürətlə irəliləyir. Kesmişdə bu barədə nəinki yazsaydıq, hətta danışsaydıq bizi milli mentaliteti təhqir etməkdə suçlayardılar. Amma inanmıram ki, «qadınlar da xəyanət edir» ittihamının qarşısında kimsə mübahisəyə girişər. Qadın və kişi intimuallığı bir-birindən çox fərqlidir. Kişilər obyekti sevdi ya yox, fərq etməz, onu istəyə bilir. Yəni jurnalın üz qabığındakı çılpaq qadın şəklinə baxan kişi onu arzulayar. Amma qadınlara sevgi və hisslər daha çox lazımdı, intim isə bunu tamamlayan bir nüansdır. Ona görə də qadınlar üçün «Pleyboy» jurnalı elə də aktual olmadı. Kişiylə yaxınlıqdan əvvəl qadın onu tanımaq istəyir. Ailədən qıraqda da qadın sevgi axtarır. Belə situasiya daha mürəkkəbdir. Qadın xəyanəti mövzusunda sensasiya 5-6 il əvvəl kütləvi genetik tədqiqatlar yayılandan başlayıb. Robin Beyker adlı alim elektronika ilə silahlanmış qrupu ilə 30-40 yaş arası ingilis xanımlarını tədqiq edərkən ortaya sıxarıb ki, onlardan 11 faizi (9 uşaqdan biri) qanuni atasının övladı deyil. Maraqlıdır ki, qadınlardan əksəriyyəti bundan xəbərsiz idi. Bu qadınlardan bəziləri hipnoz altına salınmağa icazə verdi və məlum oldu ki, uşağın atası tanımadığı, hətta adını xatırlamadığı bir təsadüfi şəxsdir. Alim əmindir ki, qadınlarda vəfasızlıq geni adlandırılmış bir gen var. Bu gen qadının uşaq doğmağa hazır olduğu dövrlərdə aktivləşir və onu «yoldan çıxarır». Kişilərin qulağına pıçıldayım ki, xoşbəxtlikdən belə günlər çox az olur və nəzarətdə saxlana bilər. Tədqiqatın nəticələrinin açıqlanması 200 boşanmaya səbəb oldu. Minlərlə ingilis və amerikalı öz uşağını genetik müaniyə apardı. Elə bilməyin ki, bütün dünya durub qadın xəyanətinə sakitcəsinə tamaşa eləyir. Döyülənlərin, öldürülənlərin, itkin düşənlərin sayının artması da deyilənlərə sübutdur. 1750-ci ildə tarixə girmiş Babilistan çarının imzaladığı sənədə görə xəyanətkar qadın məşuqu ilə birgə öldürülməlidir. Şimali Birmada qız uşaqlarına körpəliyindən boynuna halqalar keçirilir. Bu halqalar boynu uzatdığından başı müstəqil saxlamaq olmur. Xəyanət ortaya çıxan kimi qadının halqalarını çıxarırlar. O da boynunun sınığından ölür, ya da şikəst qalır. Yeni Qvineyada aldadılmış ər arvadının məşuqunu öldürməmişdən əvvəl ona arvadının kəsilmiş barmağını yedizdirərmiş. Sonra sivilizasiya artdıqca insanlar da maraqsızlaşdı. İndi xəyanətkar cərimə, ya da az müddətə həbslə canını qurtara bilər. Xəyanətə görə Cənubi Kopeyada, İndoneziyada, Amerikanın Minnesot ştatında türməyə indi də düşmək olar. İngiltərədə isə aldadılmış ər arvadından iri məbləğdə pul qopara bilər. Belə qayda Bolqariyada da var. İsveçrədə isə xəyanətkarlardan pul almasalar da onun 3 il ərzində evlənməsinə qadağa qoya bilərlər. Xəyanətə görə cinayət məcəlləsini rəsmi olaraq 1964-cü ildə Haaqada Cinayət hüququnun Beynəlxalq konqresində ləğv ediblər.
Virtual xəyanətlər
Müasir texnikanın inkişafı və kompüterlərin evlərimizi zəbtindən sonra xəyanətin daha bir növü də meydana çıxıb. Deyirlər ki, indi evli kişi və qadınların əksəriyyəti virtual xəyanətlə məşğuldur. Müxtəlif çatlar və intim əyləncələrə meyl göstərirlər. Adətən internetdə gəzişməyi sevənlər bunu xəyanət saymır. Amma onların həyat yoldaşları xəbər tutanda hətta kontakt olmayıbsa belə özlərini aldadılmış hiss edir. Kiberintimin inkişafından sonra artıq cizli görüşlərə, çirkli ucuz otellərdə otaq tutub görüşməyə ehtiyac olmur. Hətta ər, yaxud arvadınla bir otaqda olanda da virtual xəyanət etmək imkanı olur. Bir azdan internet ən böyük xəyanətlər meydanı olacaq.
Xəyanətdə qadın yaxşısını, kişi yenisini axtarır (Morin Merfi)
Bizdə tənhalıq qorxusu bəlkə də milli fəlakətlərdən biridir. Vaxtı keçib deyən kimə gəldi ərə getmək istəyi də bəlkə də burdan yaranır. Hərdən mənə elə gəlir ki, evdə qalmış qızlarımız gələcəkdə olacaq, hələ yaşanmamaış xəyanətləri gözlərinin qarşısına gətirib ərə getməkdən çəkinirlər. Axı bütün cəmiyyət onları ittiham edəcək ki, yaxşı olsaydın kişi gəzməzdi. Yaşlı qadınlarsa yol göstərmək əvəzinə «kişidir, ona olar» deyəcək. Qızlarımız da tənha gecələrini, göz yaşları və uşağını tək böyütmək qorxusunu gözünün qarşısına gətirib ərə getmək fikrindən daşınır.
Qadın ailə siyasətinin diplomatıdır. Yaxşı olarsa, sakitlik, əmin-amanlıq hökm sürər. Ailə cəbhə deyil ki, burda sizinkilər və bizimkilər olsun. Burda heç nəyi və heç kimi qurban vermək olmaz.
Sevirsənsə burax...
İstəyirsə qayıdacaq…
Sevirsə yanında olacaq…
Tək yaşamaq da qorxulu deyil…
Aforizmlər:
Başında buynuz gəzdirən kişi məyuz qadınlardan daha çoxdur – Jak Deval
Sevmək müqayəsə eləməkdən əl çəkmək deməkdir – Bernar Qrasse
Əgər xanımın sənə xəyanət edibsə sevin ki, o, heç olmasa vətənini satmayıb – A.P. Çexov
Qadın aidə zülmkardır. Ailə yatağı münasibətləri aydınlaşdıran əbədi teatrdır, burda rahatlıq olmur. Bəs qadın ərini nə vaxt lap çox incidir? Onu aldatmaq, ya da xəyanətini gizlətmək istəyəndə.

Müəllif: Gülnarə RƏFİQ


Şərhlər:
Baxılıb: 2033
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz